Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə69/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   65   66   67   68   69   70   71   72   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
143 
 
-Dəvə, 

deyir 
qoca, 

qəzəblənəndə 
sahibini, 
ya 
onu 
qəzəbləndirən  hər  hansı  bir  adamı  
öldürə    də  bilər.  Allah  göstərməsin! 
Öldürdümü, 
öldürdüyü 
 
meyidin  
yanında  fırlanar,  cövlan  edər...  Başım 
çəkib...  Cavanlıqda  bir  dəvəmiz  vardı, 
arvana cinsli  maya idi. Köşəyini ağacla 
vurdum  ki,  aralı  dursun.  Ağac  köşəyin 
gözünün  üstünnən  tutdu.    Başını  yerə 
qoyub bir bozladı ki... Bunu görən dəvə 
süsdü  üstümə,  nə  süsdü!  Ağzını  uzadıb 
boynumnan 
tutdu, 
incəvara 
qalın 
sırıqlımın  boyunnuğu  gəldi  ağzına. 
Fırladı, fırladı çırpdı yerə məni. Qayıdıb 
bu dəfə ayağımnan yapışdı ağzıyla, genə 
fırladı, fırladı çırpdı yerə, xıxdı  üstümə. 
Bildim  ki,  məni  basıb  əzmiyincən, 
nəfəsimi kəsmiyincən duran dəyil. Onun 
hirsli  başında  ağıl  yoxdu  axı,  bilirəm 
bını. Ona görə özümü cəmləşdirib qalın 
sırıqlımın  içinnən  birtəhər  sivişdim, 
sırıqlı qaldı altında. Mən aradan çıxdım, 
hirsli dəvə elə bildi ki, altında qalmışam. 
İnanın,  bir  gecə  o  sırıqlının  üstünnən 
qalxmadı...  
 
-Əmi, karvanda neçə dəvə olur? 
 
-Otuz-qırx  dəvə  bir  karvandı. 
Yeddi  dəvə  bir  qatardı.  Karvanda, 
qatarda  ən  işlək,  orta  yerişli,  yolu  yaxşı 
bilən  dəvələri  qabağa  salarlar.  Hökmən 
dəvələrin  boynunda  zınqırov  olar.  Onun 
səsi həm dəvələrin xoşuna gələr, həm də 
dəvə  itəndə    zınqırovun  səsiynən 
taparlar... 
 
Bu  yerdə    A.Dümanın  “Qafqaz 
səyahəti”  kitabında  karvan  və  karvanda 
eşitdiyi  ecazkar  musiqi  səsi  haqda 
fikirləri 
yadıma 
düşür. 
Ardınca 
S.Hacıbəyovun 
“Karvan” 
simfonik 
muğamı  qulaqlarımda  səslənir.  Elə  bil 
sehrli bir aləmə düşürəm. 
 
-Əmi,  bəs  nər  niyə  qızıb  qaçsın 
ki?  –  soruşuram.  O  qalxıb  əlini  yenə 
gözünə  günlük  eləyib  ətrafa  boylanır. 
Deyəsən,  sualımı  eşitmir.  Bir  də 
soruşuram. 
 
-Dəvələrin  dələb  vaxt  nər  də, 
maya  da  özlərində  olmazlar.  Erkək 
dəvələr mayanın üstündə bir-birinə xətər 
yetirlər,  güclü  nər  gücsüzü  öldürər  də. 
Gərək  qabaxlarına  adam  da  çıxmasın, 
onu  da  çeynəyib  tökəllər...  Qızmış 
dəvəni  sakitləşdirməyin  yolları  var. 
Amma gərək bunu helmnən yox, elmnən 
eliyəsən  ki,  nər  acıxlanmçasın...  Hə, 
dəvənin  ətrafında  dolanıb  qırdığı  ipi 
tutursan.  Ucuna  gərək  ayrı  ip  bağlayıb 
ya  hörgücünə,  ya  da  cahaza  –  dəvənin 
çulunun üstündəki naxışlı kilim parasına 
belə deyərik -  bənd eliyəsən...  Bunnan 
sonra  sakitləşər,  həymdən  düşər....  Bir 
də  ki,  hər  nəri    dələb  zamanı  mayaya 
yaxın  buraxmaq  olmaz.  Balx  nərlərdən 
törəyən zay köşək olar. Ona görə onları 
dələb  vaxtı  ayırıb  bağlamada  saxlayırlar 
ətlik üçün. Dələb vaxtı lök, ya da  buğur 
mayaya  yaxınlaşdırılır...  Dişi  dəvə 
allahın verən günü dələbə gələ bilər, vay 
nərin  halına!  Heç  bilməzsən  ki,  lök  nə 
vaxt  qızdı!  Ya  buğurun    nə  vaxt  tas-
fasası  qalxdı!  Allah  sən  saxla!.. 
Dələbdən  sohra    maya    400  gün  boğaz 
olar,  sonra  doğar...  He-he...  –  Qoca 
gülür. – Bilirsən? Dəvə  tək heyvandı ki, 
balasın yalamır... 
 
-Dəvələrin 
balalarını 
necə 
adlandırırlar? 
 
-Sən  bınnarı  neynirsən  belə?  – 
Qoca maraqla soruşur. 


144
№ 4 (20) Qış- 2016
 
 
-Mən  yazıçıyam,  bəlkə  lazımım 
oldu,  -  deyib  gülə-gülə  siqaret  yandırıb  
birini  də  qocaya  uzadıram.  O  da  filtirli 
“Kosmos”  siqaretini  müştüyə  taxıb 
odlayır və deyir: 
 
-Təzə  doğulana  köşək  derlər. 
Altı aylığınnan bir yaşına kimi daylaxdı, 
onnan sohra tük gəlir: bir yaş bir tük, iki 
yaş iki tük, üç yaş üç tük addanır... Yanı 
ki,  belə  də  deyilir:  bir  tük  balı,  beş  tük 
balı,  səkkiz  tük  buğur...  Hə,  bir  də 
dəvənin  iki  növü  var:  birhörgüclü, 
ikihörgüclü.  İki  hörgüclü  böyük  nərin 
çəkisi  1300  kiloyacan    gəlir.  Ən  yaxşı 
südlük  sort  arvanadı.  Onun  südü  həm 
bol olur, həm də can dərmanıdı... 
 
-Əmi, sizin tərəfdən bir alim var
Xəliyəddin  adında.  O,  dəvəçilik  haqda 
kitab  yazıb.  Ordan  oxumuşdum  ki, 
dəvənin  zindanı  olur,  o  nə  deyən  sözdü 
elə? 
 
-Hə,  dəvənin  iki  qollarının 
arasında  qaramtıl  yer  var,  ora  zindan 
diyərlər.  Köşəyin  zindanı  öz  yerində 
bərkidilməsə,  onnan  yaxşı  dəvə  əmələ 
gəlməz.  Ona  görə  dəvəçilər  mına  fikir 
verərlər...  Dayan,  dayan!  Qulağım  səs 
aldı.  Dəvədi!  Buğurdu!  Sən  mənnən 
aralan, 
acıxlı 
olar, 
saa 
xətər 
toxundurar!.. 
 
Mən 
və 
mənimlə 
bərabər 
dayanacaqda  dayananlar  bir  şey  başa 
düşmədik.  Amma  üstündən  təxminən 
beş  dəqiqə  keçməmiş  qəribə  bir  səs 
eşidildi.  Elə  bil    cöngə    böyürürdü.  Ya 
da  adam    ağlayırdı.  Yox  adam  səsinə 
oxşamırdı,  qabaqlar  zavodlarda  səhər  iş 
başlayanda  “qudok”  səsi  gələrdi  ha... 
Ona  da  oxşayırdı,  amma  o  da  deyildi... 
Yaslı  adamın  boyatı  çağırmasına  yaxın, 
hüznlü,  çox  kədərli  səsdi...  Nəhayət, 
gördük  magistral  yolun  üstündəki 
yovşanlıqla  yortan  iri  bir  dəvə  qocanın 
sözüylə  desəm,  bozlaya-bozlaya  Bakı 
istiqamətində  qaçır.  Qoca  onun  ardınca 
bir  az  yüyürsə  də,  dəvə    kişiyə  heç 
baxmır da. Bir az sonra bayaqkına oxşar 
bir polis maşını keçdi. Bu dəfə maşından 
boğuq  səslər  gəlirdi.  His  olunurdu  ki, 
onlar  da  dəvəyə  görə  narahatdırlar. 
Başqa  bir  polis  maşını  yaxınlaşanda 
qoca  qabağa  yeriyib  əlini  qaldırdı, 
maşını  saxlatdı.  Gənc  bir  leytenant 
maşından düşüb qocaya sarı gəldi: 
 
-Cəmil kişi sənsən? 
 
-Bəli  mənəm,  dərdin  alım,  - 
qoca dilləndi. 
 
-Dəvənizin  erkəyi  qızıb,  iki 
adam  öldürüb,  uşağı  da  yaralayıb, 
bayramı  yasa  batırıb.  İndi  də  qaçır  üzü 
Bakı səmtinə... Biz istədik silahla vuraq, 
nazirlikdən  göstəriş  gəldi  ki,  vurmaq 
olmaz,  cins  dəvədir...  Səni  axtardıq, 
dedilər  çıxmısan  yola.  Gəl  min  maşına, 
görək neyniyə bilirik? 
 
-Bəs maya hanı? 
 
-Nə  maya?-  leytenant  təəccüblə 
çiyinlərini çəkdi. 
 
-Axı  mının  dişi  tayı  vardı,  onu 
neynəmisiniz? Ona görə qızıb  itə dönüb 
dayna...  O  bəs  bu  tərəfə  niyə  qaçır? 
Dəvə  səhv  eliyə  bilməz  e,  yaqin  mayası 
bı  tərəfdədi, Baki səmtində... Yaxşı, bəs 
nəvəm nə təhərdi, hardadı? 
 
-Uşağı 
balnsəyə 
göndərdik. 
Yüngül  yaralıdı.  Sən  bu  zibili  tutmağa 
kömək elə, bizim də canımız qurtarsın... 
 
Onlar  danışa-danışa  maşına 
minib  getdilər.  Mən  qaldım  yolun 
ortasında.  Elə  bu  vaxt  İmirin JİQULİ-si 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə