Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə71/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   67   68   69   70   71   72   73   74   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
147 
BALA  DİV  qoymuşdu  adını.  Hə,  düzü 
bu Bala Div adı ona yaxşı yaraşırdı. Başı 
keçəl,  qarnı  dızıx,  gözləri  elektrik 
lampası  kimi  parıldayan,  güləndə  uşaq 
kimi  məsum  görünən,  amma  elə  divin 
özü  kimi  məkrli  birisiydi.  (O,  folkloru 
yaxşı  bilirdi.  Radio  üçün  işlədiyi 
nağıllarda  Divdən  o  qədər  danışmışdı 
ki,  axırda  özü  də  dönüb  Div  olmuşdu 
Səmayə demişkən, amma Bala Div.) Onu 
bu 
vəzifəyə 
AĞ  ATLI  OĞLAN 
qoymuşdu.  Amma  o,  devrilən  kimi  
qovluğunu qoltuğuna vurub  keçdi o biri 
tərəfə. (Tam keçmədi: məsələn, papağını 
burda qoymuşdu – tələsdiyindəndi yəqin 
–  inək  yalamasına  oxşayan    başı  çılpaq 
idi  həmişə.  İnamını,  hiyləsini  BURDA 
qoyub, 
hikkəsini, 
qəzəbini 
ORA 
aparmışdı. Tələsdiyindən ORA  keçəndə 
addımını  elə  gen  qoymuşdu  ki,  az  qala 
ikipara olacaqdı – yarısı BURDA, yarısı 
ORDA.  Amma  hərif  son  dönəmlərdə 
ORDA  daha  inamlı  hiss  edirdi  özünü.)  
Radionun 
siyasətini 
də 
dəyişməyə 
çalışdı.  Hətta  bu  verilişi  –  “Ağ  atlı 
oğlan”ı  da  bağlamaq  istəyirdi.  Sadəcə, 
Eldara  dişi  batmadı.  Deyim  sizə,  belə 
məkrli  olmağına  baxmayın,  qorxağın 
biriydi.  Balaca  qısqı  görsə,  quyruğunu 
qısıb  “boy  əəə,  biz  qardaş  dəyilikmi”, 
deyər,  yasalayardı.  Eldardan  isə  cin 
dəmirdən qorxan kimi qorxardı... 
 
Səmayənin  onun  başına  açdığı 
oyunu “Şəhərcik”dən oxumusunuz. Qoy 
bu Bala Divin başqa  əməllərini danışım 
sizə, bu uzun yola körpü salaq. 
 
Şəfiqə    adlı  qız  vardı  radioda. 
Gərək  ki,  “Xəbərlər”  redaksiyasında 
işləyirdi. Sən deyən gözəl deyildi, amma 
üzündə,  Səmayə  demişkən  qəribə 
“çertalar”  vardı.  Bax  elə  bu  cizgilərdə 
qızın  xarakteri  gizlənmişdi.  Bir  balaca 
həmsöhbət  olan  kimi  Şəfiqənin  üzü 
nurlanırdı.  Onun  gülüşü,  baxışı,  içinə 
işləyən  səsi  adamda  xoş  aura  yaradırdı. 
Bunları mənə Səmayə danışmışdı. Qızın 
özü  ilə  tanış  olandan  sonra  gördüm  ki, 
beləymiş, hələ beş də artıq. Yalnız səsini 
efirdən  eşitdiyim  bu  qızın  31  yaşı  vardı 
və  zarafatla  özünə  “starıdeva”  deyərdi. 
Düzünə  qalsa,  burda  belə  “starıdevalar” 
çox idi. Qız Səmayəyə danışırmış ki: 
 
“Bir  gün  Keçəl  məni  çağırdı 
kabinetinə.  Verilişlərimi  tənqid  elədi, 
səsimin efirə düşmədiyin qeyzlə dedi və 
axırda hirslə çığırdı: 
 
-Aaz, sən  nə burnuu sallamısan, 
bir başıı qaldır, üzümə bax! 
 
Mən bilirdim  söhbətin  ardı  necə 
olacaq.  Çünki  Əsmayəyə,  Zemaya, 
Könülə, Səmayəyə  nə demişdisə, mənə 
də  onu  deyəcəkdi.  Əsmayə  ilə    Zema 
rədd 
eləmişdilər 
oğraşın  istəyini. 
Səmayə  də  başına  oyun  açmışdı  – 
pullarını 
kabinetinin 
pəncərəsindən 
vermişdi  küləyin  ağzına.  (İndi  bu 
radioda  lətifəyə  çevrilib.)  Amma  Könül 
məcbur  olub  qəbul  eləmiş,  gedib  bu 
itnən  yatmış,  onun  məşuqəsi  olmuşdu. 
Radioda,  televiziyada  bir  neçə  qızın 
üzün açmışdı o. Sonra da bəzisi taleyiylə 
barışıb  onun  məşuqəsi  kimi  qalıb 
işləmiş,  bəzisi  də  bir  müddət  sonra 
camaatın  tənəli  baxışlarına  dözməyib 
işdən çıxıb getmişdi... 
 
...-Sən mənim xoşuma gəlirsən... 
Özün  də  qəşəy  qızsan...  İstəsən, 
səninçün hər şərait yaradaram burda...  
 
-Nəyi  istəsəm?  –  Özümü  o  yerə 
qoymadım, guya lap kalın birisiyəm. 


148
№ 4 (20) Qış- 2016
 
 
-Aaaz,  sən  nə  dilbilməzsən?! 
Belə  sənnən  xoşum  gəlir  də!..  Dur  gəl 
yanımda əyləş! 
 
Özümü 
lap 
eşşək 
yerinə 
qoydum.  Gəlib  yanında  oturdum.  Əlini 
uzadıb  qolumnan  tutdu.  Yenə  bir 
reaksiya  vermədim.  O  biri  əlini  cibinə 
salıb  bir  yüzlük  dollar  çıxartdı,  
lampışka kimi parıldayan gözünü üzümə 
dikib pulu da qabağıma qoydu: 
 
-Hələlik, 
bunu 
qoy 
cibinə. 
Sonrası  daha  yaxşı  olacaq.  Səni 
“Xəbərlər”in  baş  spikeri  eliyəcəm!..  Bu 
kağızı  götür,  burda  adres  var.  Minərsən 
taksiyə, axşam bu adresə gələrsən. Bura 
mənim  hərdən  tək  qalıb  romanlarımı 
yazdığım  evdir...  Bu  dəfə  romanı 
səiynən yazarıx... Hi-hi-hi!..” 
 
Səmayə  üzümə  baxıb  güldü  və 
dedi: 
 
-Nə  fikirləşirsən,  Şafa  getsin 
roman yazmağa? 
 
-Şafa  kimdir?  –  Mən  təəccüblə 
soruşdum 
 
-Eee, 
sən 
də 
dilbilməzin 
yekəsisən!  –  Səmayə  ayaqlarını  yerə 
döydü. -Mən Şəfiqəyə Şafa deyirəm də. 
 
Mən  bir  qədər  duruxdum.  Bu 
təhlükəli  adamla  gərək  onun  öz  dilində 
danışaydın. 
Tərslikdən, 
Eldar 
da 
təzəlikcən  ölüb,  bunun  əli-qolu  açılb. 
Dedim, mənə iki saat vaxt verin... 
 
Sonra  oturub  bu  misraları 
yazdım: 
 
 
Div balası yenə minib atını, 
 
Allah kəssin bu oğraşın zatını, 
 
Qılıqlayıb neçə qızı, qadını, 
 
Qəhbəlikdə yoxdu tayı Keçəlin, 
 
Radioda qızdı şeyi Keçəlin. 
 
Qızları çağırıb qadın eləyir, 
 
 Ağ atlı oğlanın dadın eləyir, 
 
Şalvarın çıxarıb zadın eləyir, 
            Qəhbəlikdə yoxdu tayı Keçəlin, 
 
 Radioda qızdı şeyi Keçəlin. 
 
 
Baş deyil ki, başı olub yalama,   
 
Tamah 
salar 
səksən 
yaşlı 
xalama, 
 
...nə çıxsın ködəv kimi dolama,  
            Qəhbəlikdə yoxdu tayı Keçəlin, 
            Radioda qızdı şeyi Keçəlin. 
  
 
Səmayə  şeiri  oxuyub  uğunub 
getdi.  Sonra  “yalama”  (mal-heyvana 
verilən  daş-duz)  və  “dolama  (barmağa 
çıxan  quru  yara)  sözlərinin  mənasını 
soruşub  ayağını  yerə  döyə-döyə  güldü. 
Mən  kompüterdə  çoxaltığım  yüzə  qədər 
vərəqi ona verib dedim: 
 
-Aparın ikiniz də hər mərtəbənin 
pəncərəsinə  beş-beş  qoyub  gedin.  Bir 
adam  tapın,  televiziyanın  binasına  da 
dağıtsın.  Sədrin  əlinə  düşsə,  zor  olar... 
Bir  də  mənim  adımı  çalışın  gizli 
saxlayın 
– 
məniynən 
qanlı-bıçaq 
olduğunu bilirsiniz. 
 
Səmayə  şeiri  bir  də  oxuyub 
qaqqıldadı. “Ay sənin kefin olsun e! Lap 
gül  vurmusan  nəqarətdə!”  Sonra  elə 
gülə-gülə dedi: 
 
-Yaxşı, divin erkəyi, dişisi olur? 
Yəqin  olar  də...  Bala  div  olandı...  – 
Sonra  yenə  qaqqıldadı  və  kağızları 
götürüb getdi. 
 
Səhəri 
gün 
hamı 
 
Div 
Balasından və mənim yazdığım həcvdən 
danışırdı. Bir-iki gün sonra isə sədr iclas 
çağırdı.  Baş  redaktorlar  və  sədr 
müavinlərinin  iştirakı  ilə  olan  o  iclasda 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə