Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə66/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   62   63   64   65   66   67   68   69   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
137 
necə  idarə  edərsən,  bu  allahla  sənin 
aranda  olacax...  Hə,  bir  də  sizə  qoyub 
getdiyim  yüzəcən  Nikolay  beşliyinə 
hələlik  əl  vurma.  Qızıl  qaldıxca  qıymatı 
üstünə  gəlir.  Lap  axırda,  əlin  aşağı 
düşsə, 
onun 
üstünnən 
götürüb 
xırdalayarsan...” 
 
Əvəz  beş min rubl pulu çıxardıb 
qoymuşdu stolun üstünə: 
 
-İmir  müəllim,  biz    səninlə 
əmiuşağı  sayılerıx...  Bizim  cijimiz  
Əmanəti  doğanda  ölmüşdü.  Ona  görə,  
dədəm  onun  adını  Əmanət  qoyuf... 
Burda  beş  mindi,  götü,  bacımı  düzəlt 
müəllimliyə...  Bu  beş  dənə  Nikolay 
beşdiyi də bizdən saa peşkaşdı. 
 
İmir 
pula 
baxa-baxa 
yasalamışdı: 
 
-Çoxdur,  üstündən  beş  yüz 
götürün... 
 
-Cijimin  goru  haqqı  injiyərəm! 
Ellə 
şeymo  olar?!–  Əvəz  qeyzlə 
demişdi. - Azdısa, üstünə qoya billəm! 
 
Beləcə, 
həmin 
ili 
Əmanət 
institutun  ədəbiyyat  fakültəsinə  qəbul 
olunmuşdu. 
Hətta 
arvadı 
qızın 
suyuşirinliyindən    o  qədər  xoşlanmışdı 
ki, onu kirayə ev tutmağa qoymamış, elə 
öz  yanlarında    saxlamışdı:”Ayb  dəyimı, 
qohumux,  elliyik,  üstəlik  də  İmirin 
tələbəsidi,  özü  də  qəbul  ellədirf.  Ellə 
bizdə qalajax. Kakraz, otağımızın biri də 
boşdu.”  
         İmir  az  qala  yalvardı  arvada  ki, 
qoy  getsin  qız.  Niyə?  Ondan  ki,  qızın 
üstündə  şeytan  tükü  vardı.  Gözləri 
oynayırdı. Həm də zalımın balasının heç 
yerində  durmayan  dodaqları  vardı.  Elə 
yanından  yel  ötən  kimi  dodağı  qaçırdı. 
Xeyirə  də,  şərə  də  gülürdü.  Gülmürdü 
ki, sadəcə dodağı qaçırdı və qarşısındakı 
adama  qəribə  enerji  ötürürdü.  Ayrısını 
deyə  bilmərəm,  amma  İmirə  dəqiq  od  
vururdu. İmir o qızın sifətinə baxan kimi 
özünü  əldən  qoyurdu.  Heç  özünü  idarə 
edə  bilmirdi.  
 
“Dedim, 
ay 
qız, 
instituta 
düzəltdik,  əcəb  elədik.  Duru  yerinnən 
mincə  manat,  beş  də  beşlik  qızıl  
qabağıq,  bu  heç.  Mən  də  bilirəm,  əlləri 
istidi,  gələndə  ətnən,  yağnan  gələjəhlər, 
amma  bu  qızdan  xata  əskik  dəyil.  Qoy 
çıxıf getsin kvartira tutsun... Eşitmədi ki, 
zalımın qızı. Elə ayağını dirədi ki, olmaz 
ki, olmaz, Əmanət bizdə qaljax... Di ha! 
Qoy  qalsın!  Gör  Əmanət  nə  təhər  pox 
qoyur  əbəjdadıın  ağzına...  Qoymadımı? 
Qoydu vallah, hələ beş də artıx!” 
 
Düz  üç  ay  evə  gələndə  başını 
yuxarı  qaldırmadı  ki,  evdə  yad  qız  var. 
Amma  nolsun?  Arvadı  dura-dura  ona 
çayı Əmanət gətirirdi. Özü də irişə-irişə. 
Bunun da dişi bağarsağını kəsir. Az qalır 
ki,  deyə,  nə  var  aaz?!  Nəə  irişirsən?! 
Amma  deyəmmir,  bir:  qonaqdı,  iki: 
əmanətdi, üç: arvadın ondan xoşu gəlir... 
 
Hə,  orası  yaddan  çıxmışdı  ki, 
bəs  siftə  günlər  qız  İmirə  bir-iki  dəfə 
İmir  əmi  dedi.  Bundan  həm  arvadının, 
həm də özünün xoşu gəlmədi. Qıza başa 
saldılar  ki,  eləcə  “İmir  müəllim”  desin, 
vəssalam.  Və  nədənsə,  İmirin  bu 
dəyişiklikdən  dalağı  sancdı  da.  Qız  bu 
”İmir  müəllim”  sözünü  elə  deyirdi  ki, 
elə  bil  tay-tuş  idilər.  Hətta  “müəllim” 
yerinə  “məəm”,  ya  da  lap  qısa  “məm” 
deyirdi. 
Və 
bunu 
deyəndə 
qızın 
dodaqları  üzünə  yayılırdı,  dişləri  qalırdı 
çöldə.  Hətta  bir  dəfə  İmir  makinada 
hansısa  elmi  məqaləsini  yazanda  nə 


138
№ 4 (20) Qış- 2016
 
təhər  tələsmişdisə,  öz  pijamasını  əyninə 
geymək 
yerinə,  arvadının    ayağı 
kurjevalı  şalvarını  geyinmişdi  və  bunu 
görən  Əmanət  əlindəki  çayı  yerə 
tökməmək  üçün  otağın  içində  o  yan-bu 
yana süzə-süzə uğunub getmiş, sağa-sola 
yellənəndə  iri  əl  dəyməmiş  qız  döşləri 
də  ləngərlə  o  tərəf-bu  tərəfə    gedib-
gəlmişdi.  Və  onda  ilk  dəfə  İmir  kəşf 
eləmişdi  ki,  bu  qızda  ayrılarında 
olmayan bir hüsn var. Elə bir hüsn ki, bu 
qız adamın yanında olsa, darıxmazsan – 
bir, kədərli ola bilməzsən – iki, bir də bu 
qız  kişi  xeylağını  həmişə  taraz 
vəziyyətdə 
saxlayır; 
İmir 
baxıb 
görmüşdü  ki,  cinsi  orqanı  bu  qadın 
pijamasının  içində  özünü  söküb-dağıdır 
– bu da üç! 
 
Tərslikdən 
arvadı 
bazara 
getmişdi və qızla evdə ikisi qalmışdılar. 
Və bir də gördü ki, qıza qoşulub  eynən 
onun  kimi  gülür.  Əslində,  bu  gülmək 
deyildi,  oturduğu  stula  yayxanmaq, 
“bax,  mən  sənin  üçün  gülürəm,  ha” 
demək  idi.  Və  ən  əsası  da  bu  gülüş 
deyirdi:  qız,  mən  daha  özümü  saxlaya 
bilmirəm, 
sənin 
gülməyin 
məni 
yerimnən  eləyir,  sən  mənim  xoşuma 
gəlirsən! 
 
Və 

əynindəki 
qadın 
pijamasının  kurejavalı  ayaqlarına  baxa-
baxa 
gözləri 
yaşaranacan 
gülür, 
güldükcə  də  ora-bura  baxıb  öz 
pijamasının  şalvarını  axtarırdı.  Bu  dəm 
qız 
eləməyib 
tənbəllik, 
İmirin 
pijamasının şalvarını tapıb gətirdi, eynən 
bayaqkı  kimi  gülə-gülə  ona  uzatdı  və 
tərs  kimi  də  İmir  pijamanın  şalvarını 
ondan  alandan  sonra  çıxıb  getmədi.  Və 
İmir  elə  qızın  gözünün  qabağındaca  o 
ayağı  kurejavalı  qadın  pijamasını 
çıxartdı, sonra gülə-gülə qıza uzatdı. Qız 
da  bu  dəfə  ayrı  yerə  deyil,  məhz  İmirin 
əynindəki  darbalağa  baxa-baxa  yenə 
otağı  başına  götürən  səslə  gülməyini 
davam  elədi  və  bu  gülüşmə-iyəşmə  o 
vaxtacan  davam  elədi  ki,  İmir  öz 
pijamasını 
geyəndən 
sonra 
qızın 
qolundan  tutdu  və  onların  ikisinin  də 
gülüşü kəsildi. Çox ciddi-ciddi bir-birinə 
baxmağa  başladılar.  Elə  bu  baxışmanın 
içində qız qəfil soruşdu: 
 
-Bu doğrudur ki, siz  fakültədəki 
qızların yarısı ilə yatmısınız? 
 
-Yox,  hamısı  ilə!  –  İmir  belə 
dedi 
və 
onlar 
təzədən 
başladılar 
gülüşməyə.  İmir  bir  də  gördü  ki,  qızı 
özünə  tərəf  çəkdi,  bayaqdan  yerində 
dura  bilməyən,  gah  o  yan-bu  yana 
qaçan,  gah  sifətinə  yayılan  dodaqlarını 
yığdı ağzına. Onlar bir müddət elə ayaq 
üstəcə  öpüşdülər,  bir-birilərinin  ora-
burasını  əlləşdirdilər  və  nəhayət,  İmir 
başını  silkələyib  ayılan  kimi  oldu  və 
dedi: 
 
-Qız, allah sənə lənət eləsin! Gəl 
belə  eliyək:  bu  evdə  bir  də  belə  iş  qəti 
qadağandır!.. Sən gələn həftədən ayağını 
dirə  ki,  mən  ev  kirayələmişəm  və 
çıxıram.  Mən  də  sənin  sözünün  üstünü 
gələjəm.  Amma  nəbadə  dodaqlarını 
qaçırasan!..  Hə,  elə  ki,  kirayə  evə 
köçdün, sonra səninlə daha münasib  bir 
yerdə görüşərik... 
 
 
 
 
XƏYANƏT. 
 
Əmanətlə 
on 
il 
sonra 
görüşəndə bunları demişdi mənə: 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə