Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə65/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   61   62   63   64   65   66   67   68   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
135 
gülümsünən, 
son 
dəblə 
geyinən, 
tələbələrinə təcavüz  edən birisidir!.. 
 
-Bu  mənim  şəklimdir,  bilirəm. 
Demək  sizin  Şər  kişidir?  Olsun.  Amma 
mən  bəzi  tələbələrimlə  -  xoşum  gələn 
qızlarla  özlərinin  razılığı  ilə  yatmışam. 
Bu təcavüz sayılmaz... 
 
Səs 
 
-Ha-ha-ha!  –  Səs  qahqahla 
güldü.  –  Sən  təkcə  qızlara  deyil, 
oğlanlara da təcavüz edibsən! 
 
-Yox,  bu  şərdir!  Yəni,  mənə  şər 
atmaqdır...  Mən  gey  deyiləm!  –  Elə 
bağırdı  ki,  az  qala  sükan  əlindən 
çıxacaqdı.  Tərs  kimi  31  yenə  on 
addımlığındaydı. – Tək bir dəfə bir qızla 
qeyri-ənənəvi  yolla...  Bunu  da  özü  belə 
istəyib...  Sən  məni  Raillə  dəyişik 
salmısan... Rahil... Əhmədzadə ilə... 
 
Səs 
 
-Dayan! Sən oğlanları kəsir, son 
qəpiklərini  belə  əllərindən  alırdın!  Bu 
təcavüz  deyil?  Sən  çapovulçu  şahlardan 
da pis quldursan!.. Neçə dəfə sənin içinə 
səslənmişəm:  NƏFSİNƏ  TÜT  DE! 
Amma 
sən 
məni 
bilirsən 
haçan 
eşidirsən?  Dara  düşəndə!..  Bu  gün  neçə 
dəfə  məni  çağırmısan?!  AY  ALLAH, 
MƏNƏ KÖMƏK OL! Sən mənə kömək 
olurdunmu bu illər ərzində?! Mən təkəm 
axı,  siz  qırılmışlarsa  çox.  Necə  kömək 
olum  sizə?  Hər  adama  yalnız  bircə  dəfə 
vaxt ayıra bilərəm, onu da eşitmirsiniz... 
Kökünüz kəsilsin sizin!..” 
 
SƏS-in 
yuxarıdakı 
sözləri 
Mihayil  Naymənin  “Mirdadın  kitabı” 
romanından  bu  sətirləri  yadına  saldı: 
”Tanrının  həyatını  davam  etdirməsi 
üçün  sizə  ehtiyacı  varmış  kimi  yaşayın. 
Çünki gerçəkdən də ehtiyacı vardır.”  
 
Nə  qədər  fikirləşsə  də,  səsin 
BİRİNCİ  SƏS,  yaxud  İKİNCİ  SƏS 
olduğunu  ayırd  edə  bilmədi.  Elə  bil 
ikisinin qarışığı idi. 
 
-Demək,  Tanrının  biz  insanlara 
ehtiyacı  ola  bilər?  Allah,  allah!  Gör 
dünya  nə  gündədir  ki,  onun  Tanrısının 
biz insanlara – öz yaratdıqlarına ehtiyacı 
var...  Bir  də...  Dayan,  məgər  sən 
Tanrısan?  Axı  sən  hərdən  elə  şeytanın 
özü olursan?! 
 
Səs 
 
-Sən 
istəyəndə 
Tanrı, 
istəməyəndə  Şeytan  oluram.  Mən  sənə 
mələklərimin  vasitəsi  ilə  səslənirəm,  ay 
yazıq! Onların biri də İblis, sənin dilinlə 
desək  Şeytandır...  Yaxşı,  mənim  vacib 
işim çıxdı, getməliyəm... 
 
-Dayan.  Hara?!  Getmə,  nolur, 
getmə!..  Sənə  çox  ehtiyacım  var  bu 
gün...“ 
 
 -Eyyyy! Maşının təkəri boşalıb! 
 
Onu  tərs  tərəfdən  ötməyə  cəhd 
edən  bir  maşın  sahibi  İmirin  sürəti 
azaltmasından  istifadə  edib    ötüb  keçdi 
və  keçə-keçə  eynilə  bayaq  qulağına 
səslənən SƏS-in qılığında bağırdı: 
 
-Zarafat edirdim, brat! Çao! 
 
-Mənim  kefimə  bax,  bu  oğraşın 
kefinə  bax  də!  Səs  hara  cəhənnəm 
oldu?! 
Başa 
düşmədim: 
bunun 
deməyindən  belə  çıxdı  ki,  bu  illər 
ərzində 
mənə 
səslənən 
ALLAH 
özüymüş? Yaxşı görək! Allahın işi-gücü 
qurtarıb  düşsün  mənim  dalımcan... 
Amma  ki...  Dayan  e,  o  maşınla  məni 
ötən  də  o  SƏS-lə  danışırdı  ki!?  Mən 
başımı itirmişəm vallah... 
 
 
 


136
№ 4 (20) Qış- 2016
 
            
ELEKTRA KOMPLEKSİ 
 
Hələ 
də 
sirr  kimi  qalıb 
mənimçün:  necə  olmuşdu  ki,  bu  qızlar 
İmirin  bir-iki  həmləsindən  sonra  (bəzən 
heç  bu  da  olmamışdı)  onunla  yatmağa 
razı  olmuşdular?  Bu  sirr  İmirin  fərqli 
geyimində,  davranışında  idimi?  Bu, 
İmirin  fərqli  bir  qabiliyyət  sahibi 
olmasındaydımı? 
 
Cavab  belədir:  həm  “hə”,  həm 
“yox”. 
 
“Hə”dən  başlayaq.  İmir  gənc 
yaşından  institutda  nüfuz  sahibi  idi, 
yaraşıqlı  və  boy-buxunlu  idi.  Onda 
kişilərçün  nadirən  təsadüf  olunan  kişi 
gözəlliyi vardı. Ala gözləri ilə iki dəqiqə 
bir 
adamın 
üzünə 
baxsa, 
onun 
baxışlarını  məğlub  edərdi.  O,  həm  də 
Aztv-də  “Çıraq”  adlı  ədəbiyyat  verilişi 
aparandan  sonra  daha  da  məşhurlaşdı. 
Tezliklə  teleulduza  da  çevrilən  gənc 
alim,  həm  də  davudu  səsi  ilə  qızların 
qəlbini asanlıqla fəth etməyə başladı. 
            O 
qızlardan 
biri 
Əmanət 
mənimlə 
söhbətində 
bir 
cümlə 
işlətmişdi:  mən  onun  gözlərindən  daim 
qorxmuşam.  Amma  bu,  əslində  qorxu 
deyil, istək idi. Qızın atadan qorxmasına 
bənzər  bir  istək.  Qızlar  atalarını  necə 
istəyərlər,  bax,  şəxsən  mən  İmiri  o  cür 
istəyirdim.” 
 
Bu,  məşhur  Edip  kompleksinin 
(Freydə  görə)  oxşarı  olan  Elektra 
kompleksinə 
yaxın 
bir 
şeydir. 
Psixoanaliz    ustası  Yunq    hesab  edirdi 
ki,  qızlar  atalarına  olan  sevgiyə  görə 
onları analarına və hamıya qısqanırlar – 
eynən 
Elektra 
kimi. 
(Yunan 
mifologiyasına  görə,  Elektra  atası 
Aqamemnonu 
öldürdüyünə 
görə 
anasından intiqam almışdı.)  
 
“Yox”un  isə  cavabı  elə  yox 
kimidir. Zənnimcə, ailələrdə qızlara (elə 
oğlanlara  da)  cinsi  yetişkənlik  haqda 
vaxtında  düzgün  məlumat  verilmir. 
Freydin  dediyi  kimi,  uşaqlarda  özünü 
cinsi tanıma dövrü 3-6 yaş arasında olur. 
Oğlanlar  penisi,  qızlar  öz  cinsiyyət 
orqanlarını 
bir-birindən 
fərqləndirə 
bilirlər. Hətta bu zaman onlarda müxtəlif 
təbəddülatlar  baş  verir.  Analar  bu 
fərqliliyi  onlara  vaxtında  anlatmalı, 
cinsiyət 
orqanlarını 
uşaqlarına 
tanıtmalıdılar.  Haqqında  bir  az  sonra 
söhbət  açacağımız  Nurcahan  adlı  qızın 
qazıya dediyi buna yaxşı sübutdur:”Mən 
gördüyümü sən görsəydin...” 
 
 
            Əmanət  adlı  qızı  gətirmişdi 
kəndçiləri Əvəz kişi. 
 
Və  demişdi  ki,  Əmanət  atamın 
mənə əmanətidir. 
            Atası  öləndə  Əmanətin  səkkiz 
yaşı  varmış.  Oğlu  Əvəzi  yanına  çağırıb 
deyib:”Oğul,  Əvəz,  allahın  köməyi  ilə 
mən  bu  dünyada  yaxşı  yaşadım,  Sovet 
höküməti  ilə  kəllə-kəlləyə  gəlməyə  də 
olsa,  xırda  al-verlə  yaxşı  pul  qazandım. 
Ölürəm.  Amma  arxayın  ölürəm.  Sizə 
sürüynən  mal-davar,  maşın,  ev-eşik,  bir 
xeyli Nikolay beşlik qızılı, bir də əmanət 
kassasında  on  minəcən  pul  qoyub 
gedirəm.  Hər  şeyi  bacınla  başa-baş 
bölərsən. 
Amma 
əvvəlcə 
bacını 
oxudacaxsan.  Müəllim  elərsən  onu, 
sohra  bir  məktəbdə  işə  düzəldərsən. 
Sohra bir yaxşı oğlana ərə verərsən. Bax 
bu  kinişkadakı  on  minə  dəymə,  bacıın 
oxumağıynan  cehiz  puludu.  Qalanlarını 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə