Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə61/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   57   58   59   60   61   62   63   64   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
127 
asılı  bir  körpə  kimi  davranmasıdır. 
Ancaq  o  həm  də  bu  körpənin  yaramaz 
olmasına da çalışır.” 
 
Onun 
doğulduğu 
yurd 
(respublikanın  şimal-qərb  zonasında 
kiçik  bir  kənddə  doğulmuşdu)  lap 
qədimlərdə 
zaman-zaman 
Xəzər 
türklərinin  basqınlarına  məruz  qalmış, 
bir 
növ 
bu 
regionu 
xəzərlər 
formalaşdırmışdılar.  Hətta  onlardan 
qabaq  Çingizxanın  oğulları,  nəvələri  bu 
yerlərəcən  gəlib  çıxmış,  demək  olar  ki, 
çoxunu  qırdıqları  yerli  əhalinin  təzədən 
formalaşmasında 
mühüm 
rol 
oynamışdılar.  O  Çingizxan  ki,  dünya 
insanının  törənməsində  təkcə  hökmdar 
kimi  deyil,  bir  erkək,  bir  kişi  kimi  də 
böyük  rola  malik  idi.  İmir  müəllimin 
Çingizxan  haqqında  tarixi  mənbələrdən 
tapdığı  qəribə  bir  yazı  vardı  Qeyd 
Dəftərində. O yazı budur: 
 
“Dünya  əhalisi    ən  məhsuldar 
11  atanın qanını soraraq formalaşıb ki, 
onlar  o  kişilərin  qanının  daşıyıcıları 
sayıla bilər. O 11 ata ki, onlardan nə az, 
nə  çox,  düz  830  milyon  insan  törəyib. 
Başlayaq,  saysız-hesabsız  arvadı  olan 
Çingizxandan… 
             Genetiklər 
çağdaş 
Asiya 
əhalisinin  “Y”    xromosomlarında 
nukleoidlərin 
qəribə 
ardıcıllığını 
müəyyən  ediblər.  Və  onların  cəmi    bir 
neçə  atadan  törədiyi  bəlli  olub.  Atalığı 
müəyyənləşdirmək 
üçün 
“Y”  
xromosomu 
əsas 
götürülür. 
Bu 
xromoson  SRY  geninin  daşıyıcısıdır. 
Atadan  oğula  keçir  və  doğulan  uşağın 
oğlan  cinsindən  olmasını  təyin  edir. 
Zaman  keçdikcə  xromosomda  müxtəlif 
mutasiyalar baş verir. Amma bu, insanın 
həyatına  təsir  etmir.  Və  bu  mutasiyalar 
min  illər  ərzində  qohumluq  əlaqəsini 
müəyyənləşdirməyə 
imkan 
verir. 
          Alimlər  Asiyanın  müxtəlif  127 
regionu  üzrə  5321  kişinin  “Y”  
xromosomunu  analiz  ediblər.  Qərbi 
Türkiyədən  Evenkiyə,  Qazaxıstandan 
Vyetnama  qədər  aparılan  araşdırmada 
ən  çox  rast  gəlinən  tipləri  tapıblar. 
Nəticədə,  müayinə  olunan  adamlardan 
37,5%-nin 11 kişidən törəndiyi üzə çıxıb. 
Əgər,  bu  faiz  göstəricisini  Asiyanın 
ümumi əhalisinə uyğun hesablasaq, belə 
çıxır  ki,  830  milyon  insan  onlardan 
törəyib.  Təsadüfi  mutasiyaların  analizi 
əsas  atanın  yaşadığı  dövrü  və  yeri 
tapmağa 
imkan 
verir. 
          Britaniyalı  genetik  Kris  Taylor 
Smit  iddia  irəli  sürdü  ki,  ən  çox  övladı 
olan ata tarixdə Çingizxan sayılır. Onun  
sonsuz sayda arvadı var idi və oğlanları, 
nəvələri  hökmdar  olaraq,  Çingizxanın 
çoxlu  sayda  övlad  gətirmə  həvəsini 
davam etdirdilər. Taylor Smitin fikrincə, 
yer  üzünün  0,5%  kişisi  (bu  16  milyon 
deməkdir) 
Çingizxanın 
oğul 
törəmələridir.  Sonra  gəlir  digər  on 
məşhur kişi…” 
         Arxası onunçün  artıq maraqsızdır. 
Çünki o özünü də Çingizxanın törəməsi 
sayırdı.  Hətta  o  qədər  gerçəkləmişdi  ki, 
məqalələrinin  altından  son  vaxtlar  İmir 
Piriyev  imzası  əvəzinə,  İmir  Çingiz 
imzası  qoyurdu.  Çingizxan  haqqındakı 
qeydlərdən  sonra  İmirin  özünün  yazısı 
var. Budur o sətirlər:  
        “GÜZƏŞT OLMAYACAQ! 
       Çingizxan 
mənim 
kumirimdir. 
Qəlblərə  hakim  olmaq,  insanları  özünə 
tabe  etmək,  tabe  olmayanları  sındırmaq, 
əzmək  və  öz  qüdrətini  nümayiş 
etdirmək!  Küçük  Allahverdi  anamı 
gözümüzün  önündə    yatağa  çəkəndə,  
müəllimlərimiz 
nənəmə 
Qolfstrm 
cərəyanı  girib  deyəndə,  Abbasqulu 
Abbasquliyev  məni  gənə  kimi  əzəndə  
böyük  fatehin  obrazı  gözümün  önündən 
getmirdi. Onun  bu məşhur kəlamı məni 
daim irəliyə səsləyirdi, amansız olmağa, 


128
№ 4 (20) Qış- 2016
 
qəddarlığa  çağırırdı:”Heç  vaxt  bir  mıxı 
belə  kiçik  hesab  etmə.  Bir  mıx  bir  nalı, 
bir  nal  bir  atı,  bir  at  bir  sərkərdəni,  bir 
sərkərdə  bir  ordunu,  bir  ordu  isə  bir 
məmləkəti  xilas  edir!”  Mən  də  ulu 
sərkərdənin  vəsiyyətini  tutdum.  Əlim 
çörəyə çatandan and içmişəm: heç kimə 
güzəşt  olmayacaq!  Qoy  mənə  sadist 
desinlər,  fəqət  mümkün  qədər  qəbula 
çox düşəcəyəm,  mümkün qədər çox pul 
istəyəcəyəm,  semester  imtahanlarında 
mümkün  qədər  çox  oğlan  kəsib  pul, 
mümkün  qədər  çox  qız  kəsib    kayf  * 
alacam!” 
  Çingizxana  o  dərəcədə  aludə  olmuşdu 
ki,  başqa  bir  Çingizin  –  Çingiz 
Aytmatovun  “Çingizxanın  ağ  buludu” 
əsəri haqqında ayrıca məqalə yazmış, bir 
zamanlar  onun  məqaləsinin  çapına 
burun-damağ 
edən 
Abasqulu 
Abasquliyev  onun  imzasının  –  İmir 
Çingizin  –  yanından  öz    imzasını  
qoymaqla  çap  etmişdi.  O  məqalədən 
çıxan  nəticə  buydu:    Çingizxanın 
böyüklüyü, 
əslində 
qəddarlığından 
yoğrulurdu. 
Böyük  sərkərdə  qardaşını  oxlayanda, 
dostunu  öldürəndə,  onun  əmrini  pozub 
sevişərək 
dünyaya 
uşaq 
gətirən 
sevgililəri 
çarmıxa 
çəkəndə 
öz 
böyüklüyünün,  fatehliyinin  bünövrəsini 
qoymuşdu. 
Onun 
böyüklüyü 
gücündəydi. 
Əlinin 
üstündə 
əl 
olmamasındaydı.  Hətta  buna  görə  Tanrı 
da  onu  sevir  və  onu  müşayiət  etmək 
üçün öz ağ buludunu göndərir… 
 
 
 
_______________________________ 
 
*İmir  əvvəlcə  “kayf”ın    yerinə  “heyf” 
yazıb,  sonra  nə  düşünübsə,  onun 
üstündən  xətt  çəkərək,  qabağından   
“kayf  “  sözünü  işlədib  .  (Müəllifin 
qeydi) 
 
  
 
(İmirin  o  qədər  uğurlu  olmasa  da, 
rəssamlığı  da  varmış.  Qeyd  Dəftərinin 
bu 
yerində 
qara 
 
 
karandaşla 
Çingizxanın  şəklini  çəkməyə  çalışıb.  O 
şəkil budir.) 
 
 
 
Bu  məqalənin  taleyi  çox  uğurlu 
olmuşdu:  rus  dilinə,  onun  əsasında  isə 
Orta  Asiya  respublikalarının  dillərinə 
çevrilmiş,  az  qala  bütün  İttifaqda    çap 
olunaraq  yayılmışdı.  Yalnız  bundan 
sonra  ona  ən  gənc  yaşında  doktorluq 
işinin  müdafiəsi  üçün  izn  verilmişdi. 
Azərbaycanda  ilk  dəfə  31  yaşında  bir 
gənc  alim  ədəbiyyat  üzrə  doktorluq 
dissertasiyası  müdafiə  edərək  filologiya 
elmləri doktoru alimlik dərəcəsi almışdı. 
İmir indi təkcə fakültədə deyil, institutda 
da söz sahibi idi. Bir sıra elmi jurnalların 
redaksiya  heyətinin  üzvü  seçilmiş,  elmi 
şuranın  da  üzvü  olmuşdu.  Hətta  onu 
Yazıçılar Birliyinə də qəbul etmişdilər.  


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə