Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə57/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   53   54   55   56   57   58   59   60   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
119 
gündən  bir  Təzə  bazardan  üç  kilo  yağlı 
ət,  Kubinkadan  həftədə  bir  yeşik  çex 
pivəsi  alırdı  –  onun  bazıydı.  Bağında 
usta  işləyirdi.  Xəstə  anasına  hər  ay  azı 
50 manat göndərirdi... 
 
 
            QOLFSTRM CƏRƏYANI 
            Ehhh... Bu anası da ona bir 
patava idi. 
            Onun  dərdindən  rayona  da  gedə 
bilmirdi.  (Rayon  mərkəzinə  bitişik  olan  
kəndləri Zümürxanlı üçün burnunun ucu 
göynəyirdi.  Uşaqlıq  dostları,  sinif 
yoldaşları hər dəfə onu şəhərdə görəndə  
deyirdilər,  gəl  kəndə,  yığışaq  o  günləri 
bir  yad  edək.  Amma  o  gedə  bilmirdi...) 
Nə təhər getsin axı? Adamın düz-əməlli 
anası  olar,  gedər  yanına...  Yoxsa 
rayonda nə ki vəzifəlilər var, qayırmışdı 
anasını da, nənəsini də... Elə bu iş onun 
anasına  nənəsindən  miras  qalmışdı... 
Anası  Nanabəyim    baş  mühasibləri 
Küçük  Allahverdi  ilə  yatırdı  atası 
Löhraz 
öləndən 
sonra. 
Elə 
ki, 
Allahverdinin  ağacı  əlindən  düşdü, 
qocalıb  ucuz  çaxıra  qurşandı,  rayponun  
müdirinə  verməyə  başladı.  (Bu  yazıda 
mənim  –  müəllifin  sözü  ilə  İmirin  sözü 
hərdən  qarışsa  da,  arif  oxucu  bu  fərqi 
tuta  bilir.  Bu  mötərizəni  niyə  açdım? 
İllər əvvəl mən “Küçük Allahverdi” adlı 
bir  hekayə  yazmışdım.  Bilmirəm,  əziz 
oxucu 
onu 
oxuyubmu? 
Əgər 
oxumayıbsa,  iş  çətin  olar.  Ona  görə, 
mən  məcuburən  o  yazını  xatırlatmalı 
oldum.  Əslində  bu  romanın  nüvəsi 
həmin  hekayədən  başlanır.)  Rayponun 
müdiri qəzada öləndən sonra oğlu yaşda 
olan gənc müdirlə yat-dur elədi... Nənəsi  
Mahnisə  də  raykomlarla,  ispalkomlarla, 
sonra  bir  az  yaşlaşanda  onların 
müavinləri,  şöbə  müdirləri    ilə,  lap 
axırda  qocalıb-martılayanda  raykomun 
sürücüləri  ilə  yatmağa  başladı.  Soruşan 
olanda 
da 
deyirdi 
“Raykomda 
işləyirəm.”  İndi  sən  olma,  mən  olum, 
neyniyərsən? Belə ananı, belə nənəni nə 
təhər  qəbul  eləyəsən?..  Hələ  deyilənə 
görə,  Mahnisənin  anası  da  o  yolun 
yolçusuymuş.  
            O  bu  söhbətləri  əvvəl  elə-belə 
qulaqardına vururdu. Elə ki, böyüdü, 10-
cu  sinifdə  oxuyanda  məktəbin  direktor 
müavini  Nobatalı  müəllim  onu  da 
dərsdən qaçan uşaqlara qatıb sillələdi və 
gözünün içinə baxa-baxa dedi: 
 
-Qəhbənin 
doğduğu, 
sənə 
yaraşır qaçmaq?! Oxu də, bəlkə bir yana 
çıxartdın özünü! 
 
Direktorları  Əyyub  müəllim  isə 
başına bir qapaz salıb bağırmışdı: 
 
-Nənən  Mahnisə  kimi  saa  da 
Qolfstrım  cərəyanı  girib!?  Niyə  otura 
bilmirsən sinifdə?! 
 
Bu  Qolfstrm  cərəyanının  da  bir 
məşum tarixi vardı. 
 
Bir  dəfə  coğrafiya  dərsində 
Abbas 
müəllim 
okeanlardakı 
cərəyanlardan danışaraq dedi: 
“Cərəyanlar  2  yerə:  isti  və  soyuq 
cərəyanlara  ayrılır.  İsti  cərəyanlar  - 
suyunun  temperaturu  ətraf  sulardan  isti 
olan  cərəyanlara  deyilir.  Ekvatorial 
zonadan  isti  cərəyanlar  okeanların  qərb 
kənarı  ilə  qütblərə  doğru  hərəkət  edir. 
İsti  okean  cərəyanları  quru  üzərində 
qalxan  hərəkətli  isti  hava  kütlələrini 
gətirir  ki,  nəticədə  sahil  zonasına  bol 
yağıntı  düşür. İsti okean cərəyanlarının 


120
№ 4 (20) Qış- 2016
 
təsiri  ilə  qışda  okean  suları  donmur 
(məsələn, 
Murmansk 
limanı). 
Mozambik, Braziliya, Norveç, Yaponiya 
kimi  ölkələrin  sahillərini  isti  okean 
cərəyanları  yuyur.  Sakit  okeanda  - 
Passat,  Kurosio,  Şərqi  Avstraliya,  Sakit 
okean  cərəyanı;  Atlantik  okeanda  - 
Qolfstrm,  Norveç,  Şimali  Atlantika, 
Antil,  Braziliya,  Qvineya;    Hind 
okeanında    -  Musson,  İynə,  Mozambik, 
Cənubi  Passat  kimi  isti  cərəyanlar 
mövcuddur.” 
 
Sonra  o  əlini  xəritədə  Qolfstrm 
sözünün  üstünə  qoyub  dedi:  ”Uşaqlar, 
bu  cərəyanların  ən  böyüyü  və  ən 
əhəmiyyətlisi  Qolfstrm  cərəyanı  məhv 
olur, Avropanı soyuqlar hədələyir.” 
 
İslam  adlı  şərəşur  oğlan  hər  iki 
əlinin  baş  barmağı  ilə  orta  barmağını 
birləşdirib  az  qala  hamının  eşidəcəyi 
səslə  dedi:”Mahnisə  arvadın  cərəyanı 
Qolfıstrimnən da güclüdü.” 
 
Sinifdə  bir  gülüş  qopdu  ki,  gəl 
görəsən.  Hətta  Abbas  müəllimin  də 
dodağı  qaçdı.  O  gündən  tay-tuşları 
İmirin adını Qolfısrrim qoydular. 
 
-Qolfıstrim gəldi... 
 
-Ə,  Qolfıstrim,  Mahnisə  nənən 
necədi? Cərəyanı yerindədi? 
 
-Ə, Qolfstrim, topu bura at... 
 
Amma  bütün  bunlara rəğmən,  o 
oxudu. 
Hamının 
acığına 
oxudu. 
Müəllimlərinin  acığına,  tay-tuşlarının 
acığına,  anasının  acığına,  nənəsinin 
acığına, Qolfstrm cərəyanının acığına!.. 
Oxudu  və  gəlib  instituta  girdi.  Acığa 
institutu 
fərqlənmə 
ilə 
bitirdi. 
Əsgərlikdən  qayıdan  kimi  aspiranturaya 
daxil oldu... 
            Çəpişdən 
başqa  bir  dekan 
müavini  də  vardı,    Zakir  müəllim  - 
vaxtilə  güləşçi  olduğuna  görə  tələbələr 
Rembo 
deyirdi 
ona. 
Dəhlizlərdə, 
auditoriyada iri addımlarla gəzər, bağıra-
bağıra 
danışardı. 
Guya 
mühazirə 
oxuyardı,  amma  elə  qışqırırdı,  elə  bil 
söyüşürdü. 
Səsi 
hələ 
indi 
də 
qulağındadır:”Ə, nədi ə, o erməni ləçəri, 
adı  da  yadımnan  çıxdı,  yazer  ki, 
Nizaminin  qəhrəmanı  Şirin  erməni 
qızıdı...  Əə,  aaz,  belə  qələt  eller,  yazer. 
Po  yeyir  əbəəjdadıynan!  Ə,  məhlim  biz 
qırılmışıq,  ə!  Nizaminin  yəəsi  var! 
Bizik,  sizsiniz!..  Hə  adı  düşdü  yadıma, 
Maretta! 
Poh! 
Bir 
Mırettaymış! 
Cırettaymış!”  
           Həmin  o  Rembonun  baldızı    qızı 
ilə evləndi, oldu fakültədə söz sahibi. Az 
sonra 
 
“XX 
əsr 
Azərbaycan 
poeziyasında  lirizm”  adlı  elmi  iş  yazdı, 
müdafiə  elədi.  Qəbul  imtahanlarına 
düşdü. Qaz vurub qazan doldurdu... Evi, 
bağı,  maşını  oldu.  Sonra  da  anasını  və 
nənəsini 
qayıran 
raykomların, 
ispalkomların, 
raypo 
müdirlərinin, 
raykom  sürücülərinin  acığına  institutun 
ən  gözəl  qızlarını  yatağına  saldı.  Sayıb, 
düz  19  qızla  yatmışdı.  Hələ  saysız-
hesabsız qadınlar bir yana... 
  
 
 
     
             
SÜRƏN TƏKƏLƏR 
             İYLƏNİRLƏR
 
              Abasquliyev  bir  fağır  uşaqdı. 
Fağırlığı bir yana, həm də vergiliydi. Bir 
şeiri  tək  bircə  dəfə  oxumağı  bəs  edirdi 
ki,  onu  əzbərdən  desin.  Yaxud,  55-i  75-
ə,  255-i  333-ə,  nə  bilim  axı,  ən 
mürəkkəb  rəqəmləri  belə  bir-birinə  bir 
göz  qırpımında  həm  vura,  həm  də  bölə 
bilirdi.  Qəbul  imtahanı  vaxtı  10-cu 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə