Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə58/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   54   55   56   57   58   59   60   61   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
121 
sinfin 
ədəbiyyat 
kitabını 
elə 
əzbərləmişdi  ki,  həm  inşa  yazıdan,  həm 
də 
şifahi 
imtahandan 
“5” 
aldı. 
(Təəccüblənməyin,  mən  50-ci  illərdən 
danışıram. 
Onda 
hələ 
qəbul 
imtahanlarını  İmir  götürmürdü,  o 
doğulsa  da,  tumançaq  gəzirdi.  Hələ 
rüşvət  bugünkü  kimi  həyat  norması 
olmamışdı. 
Hələ 
adamları 
zorla 
oxutdururdu  Sovet  hökuməti.)  Ali 
məktəbi  də  fərqlənmə  ilə  bitirdi  və 
rəhmətlik  Əli  Sultanlının  təkidi  ilə  onu 
universitetdə 
saxladılar.  Həmin  il 
aspiranturaya  qəbul  olundu.  Əsgərliyi 
bitirib  gələndən  üç  il  sonra  namizədlik 
işini  uğurla  müdafiə  etdi.  (Əslində, 
burda  bir  qədər  sürətlə  getdik.  Yəni, 
müdafiə  zamanı  qanqaraçılığı  olmuş, 
elmi  işin  müdafiəsi  dayandırılmışdı. 
Yalnız  bəzi  dəyişiklik  və  redaktələrdən 
sonra  bir  ilin  tamamında  o,  elmi  işini 
müdafiə  edə  bilmişdi.  Mövzusu  o  qədər 
maraqlı  və  diqqətçəkən  idi  ki,  həm  ilk 
müdafiə  dövründə,  həm  ikinci  cəhddə  
müdafiəyə  bütün  institutlardan  adamlar 
gəlmişdi.  Mövzu  ədəbi  dərnəklərə  və 
ustad-şagird 
münasibətlərinə 
həsr 
olunduğundan mübahisəli məqamlar çox 
idi. Əlbəttə, Sovet dövrünə qədər hissəni 
həm  Firudin  bəy  Köçərli  tamam 
işlədiyindən,  həm  arxivlərdə  kifayət 
qədər  fakt  və  material  olduğundan 
asanlıqla  yazıb  tamamlaya  bilmişdi. 
Ancaq  Sovet  dövrünə  gələndə  burada 
həm  37-ci  il  hadisələri  zamanı  gənc 
proletkultçularla  qocaman  ədiblərin 
savaşı, sonra isə Səməd Vurğun və Rəsul 
Rza  cəbhələşməsinə  də  toxunduğundan 
və  bir  çox  hallarda  məsələlərə  tam 
obyektiv  yanaşdığından  həm  37-ci  illə 
bağlı mətləblərin işıqlandırılması – hələ 
o  hadisələrə  bais  olan  S.Rüstəm, 
S.Vurğun, 
M.Rahim, 
M.İbrahimov, 
R.Rza  və  digərləri  sağ  idilər  və  onların 
varlığında  bu  insan  qırğınını  və  şair-
yazıçı  qətliamını  tam  aydınlığı  ilə  açıb-
ağartmaq ölümə bərabər olardı - qeyri-
mümkün  idi.  Amma  o,  təcrübəsizlik 
edərək dissertasiya işinə bir sıra konkret 
məqamları,  məsələn  Məmməd  Rahimin  
Mikayıl 
Müşfiq 
haqqında 
yazıb 
“Ədəbiyyat qəziti”nin  1 iyul 1937-ci il 
tarixli 
sayında 
çap 
etdirdiyi  
“Kontrrevolüsioner,  kontrabantçı, oğru”  adlı 
şantaj  və  böhtan  dolu  məqaləsini  də    təhlilə 
çəkmiş,  yazını  ədəbiyyat  adamının  deyil,  sanki 
bir müstəntiqin yazdığı kimi şərh etmişdi.  Yaxud  
Səməd Vurğunun  Hüseyn Cavidi ittiham edən 
yazısı  da  bu  sıradan  idi.  Elmi  işdə  bu  kimi 
məqamlar çox idi. 
 
Elə    ilk  etiraz  və  təhdid  Yazıçılar 
İttifaqından  gəldi.    Professor  Əli    Sultanlı  
sevimli tələbəsini bağrına basıb demişdi:”Alındı, 
alındı! Sən bütün bu qaraguruhun üstünə gedə 
bildin! Və sübut elədin ki, onları da laxlatmaq 
olar.”  
 
Abasqulu  fağır-fağır müəllimi və həm 
də elimi rəhbəri olan Əli Sultanlının üzünə baxıb 
ağlamsınmışdı:”Nə  qələbə?  Müdafiə  baş 
tutmadı axı?” 
 
Onda  Əli  müəllim  özünün  və  digər 
qocaman  ədəbiyyatşünasların  qisasını  bu 
Yazıçılar İttifaqı  generallarından almış olan – 
uzun  illər  onlar  həqiqəti  deməyi    qadağan 
etmişdilər  bu  ədəbiyytaşünaslara  -    tələbəsinə 
fəxrə  baxıb  demişdi:”Mən  özüm  bu  faktları 
saxlamağını istəmişdim dissertasiyada. Qoy bu 
alçaqlar bilsinlər ki, onların zamanına az qalıb. 
Və  bir  də  sən  artıq  bir  gənc  alim  kimi 
məşhurlaşdın... Biz isə belə edirik: elmi işin bu 
variantını olduğu kimi saxlayıb, gizlədirik. İkinci 
variantı  isə  təmizləyib,  bir  il  sonra  müdafiə 
şurasına  təqdim  edirik.  Özü  də  müdafiədən 
qabaq  mən  Mirzə  İbrahimova    yeni  variantı  
oxutdurub  rəy  alacam,  daha  qabağında  bircə  
maneə  də olmayacaq!” 
 
Dedikləri  kimi  də  etmişdilər  və  onun 
dissertasiyası  haqqında  söz-söhbətlər,  şaiyələr 
uzun müddət səngiməmişdi. Axırda Əli müəllim 
özü  də  tələbəsinin  gözlədiyindən  də  qabağa 
getdiyini  sinirə  bilməmniş,  onu  universitetdən 
uzaqlaşdıraraq  Pedoqoji  İnstituta  dəyişməyə 


122
№ 4 (20) Qış- 2016
 
nail  olmuşdu.  Arqumenti  də  bu  olmuşdu  ki, 
burdakı qurdlar sənin qabağına kötük atacaqlar. 
Get ora, ol birinci adam. Tezliklə doktorluğunu 
da yaz, müdafiə elə, ol institutun beş adamından 
biri...) 
 
...-Yaxşı,  bəs  siz  o  dissertasiyanın  ilk 
nüsxəsini  neynədiniz?  –  içkidən  gözləri 
xumarlanmış  İmir  Abasqulu  müəllimə 
heyranlıqla  baxa-baxa  soruşdu.    Abasqulu 
Abasquliyev siqaretinin külünü külqabına çırpıb 
qəhərli-qəhərli dedi: 
 
-Yandırdım onu... 
 
-Niyə?! – İmir eşitdiyinə inanmayaraq 
heyrətlə içini çəkdi. 
 
-Çünki  Yazıçılar İttifaqına rəyi almağa 
gedəndə  Natəvan  adına  klubun  qabağında  bir 
xalq yazıçısıyla bir xalq şairi qabağımı kəsib iki 
kəlmə söz dedilər və mən də evə qayıdan kimi 
ilk nüsxəni yandırdım. 
 
-Kim idi onlar? Nə dedilər ki?! – İmirin 
sərxoşluğu bircə anda keçmişdi. 
 
-Bu  da  mənim  sirrim  olsun.  Sənə  də  
məsləhət görürəm ki, bir az sirli adam ol. Alim 
hər bildiyini yazmaz, hər gördüyünü deməz. Bir 
az  sirli-sirpicli  adam  olar  alim...  Ladna,  daha 
bəsdir.  Dostluğumuzu  və  iş  birliyimizi  qeyd 
etdik, yaxşıca vurduq, yetər... Hə, bir də bu gün 
biz    çox  mətləblərdən  danışdıq...  Eşitdiklərin 
müəlliminin  sirridir.  Sənə  əmanət  etdi. 
Rəhmətlik  Əli  Sultanlı  mənə  əmanət  etdiyi 
kimi... Tak şto, mən sənə etibar edirəm. Amma 
ruslar  necə  deyiblər?  Doveryay,  proveryay... 
Toçka.  
 
Maşında 
gedəndə 
 
qəfildən 
Abasquliyev soruşdu: 
 
-İmir, 
sən  heç  erkək  heyvan 
axtalananda görmüsən? 
 
-Hə,  anam  körpə  vaxtı  erkək 
çəpişlərimizin lezva ilə xayasının dərisini kəsir, 
xayalarını dartıb çıxardır, sonra yerinə duz  basıb 
buraxırdı...  Həm  sürüb  iylənmirdilər,  həm  də  
kök olurdular... 
 
-Amma mən, adamların axtalanmasını 
görmüşəm... 
 
İmir  az qala sükanı buraxacaqdı. Qəfil 
geri  qanrılıb  arxa  oturacağa  yayxanmış 
Abasquliyevə heyrətlə baxdı: 
 
-Necə?! Haçan?! 
              Professor  sözü    tez  dəyişdi,    gülə-gülə 
dedi: 
 
-İmir, 
necə 
dedin, 
çəpişləri 
axtalamayanda iy verirlər? Ha-ha-ha!...... 
 
-Hə də, - İmiri də gülmək tutdu , - onlar 
təkə olandan sonra dişi çəpişləri o qədər sürürlər 
ki,  iylənirlər.  Ətini  yemək  cəhənnəmə  e, 
yanlarınnan keçmək də olmur... Ha-ha-ha!........ 
 
İkisi  də  qəhqəhə  ilə  gülüşdülər. 
Abasquliyev uğunub gedə-gedə dedi: 
 
-Əpişi, Çəpişi də  ... Ha-ha-ha... yıxasan 
yerə, lezva ilə axtalayasan!.. Ha-ha-ha!...... 
 
Dəsmalını  çıxardıb  göz  yaşlarını  sildi 
və nisgilli səslə dedi: 
 
-Əslində bizim hamımızı axtalayıblar...  
 
Sonra  süni  bir  gülüşlə  özünü  əvvəlki 
halına qaytarmağa çalışdı: 
 
-Sən o şeiri çox ləzzətlə söyləyirsən, bir 
də söyləsənə? Nədi o, “Axta zoğal” məsələsi? 
 
İmirin    səsi    içkidən  bir  az  da 
qalınlaşmış, daha da  qaltanlı olmuşdu. Adamı 
cərəyan  kimi  vuran  səsi  ilə  Vaqifin  məşhur 
şeirini söyləməyə başladı: 
 
 
      
Bayram  oldu heç bilmirəm, 
neyləyim, 
 
 
Bizim  evdə  axta  zoğal  da 
yoxdur... 
 
 
 
 
 
KALİQULA MƏNTİQİ 
 
“Kamyunun    “Kaliqula”  pyesini 
oxuyandan  sonra  Kaliqula  ilə  aramızda  ortaq 
nöqtə  tapdım.  ”Sadəcə,  qəflətən  hiss 
elədim  ki,  mənə  mümkün  olmayan 
şeylər gərəkdir” - Kaliqulanın bu fikrini 
mən  də  hiss  etmişdim:  Abasquliyevlə 
İsmayıl Şıxlı arasında seçim edəndə. Ya 
İsmayıl müəllim kimi “ac qulağım, dinc 
qulağım”  deyib  sakit,  rahat  və  ortabab 
həyat  sürməliydim,  ya  da  Abasquliyev 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə