Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə54/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   50   51   52   53   54   55   56   57   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
113 
boyun-boğazının  dərisi  qırtışıb  sallanır, 
beli bir az əyilib, çiyinləri enib, ayaqları 
nizamını  itirib.  Danışığında  isə  bir 
qüsur-filan  yox.  Nitqinin  ortasında 
hərdən  dayanıb  sinəsini  artlamasını, 
öskürməsini  nəzərə  almasaq,  adama  bu 
yaşı qəti verməzsən.)  
 
-Mən onda sənin kimi cavandım. 
1951-ci 
il  idi.  23  yaşım  vardı. 
Müharibədən 5-6 il ötmüşdü. Adamların 
çoxu 
qırılmışdı, 
kadr 
çatışmırdı. 
Əsgərlikdən gələn kimi məni milisiyəyə 
dəvət etdilər. 51-dən 81-cən burda milis 
nəfəri 
işləmişəm.  Sonra  da  gah 
komendant,  gah  qardrobşik  oldum.  İndi 
də liftçiyəm...  
 
-Dayı, heç sən də adam döydün? 
 
Kişi  zənlə  üzümə  baxır;  elə  bil 
bu  sualın  altda  nə  gizləndiyini  bilmək 
istəyir.  (“Keçmiş  orqan  işçisi  olmur” 
ifadəsi  elə-belə  yaranmayıb  ki.  Bunlar 
ölüncən  işlədikləri  idarənin  mənafeyinə 
sadiq  olurlar.  Sirr  vermirlər.  Amma  bu 
qoca  bəzi  şeyləri  asanlıqla  danışr. 
Əlbəttə,  hamısını  deyil.  “Bəzi  şeyləri”. 
Hansı  ki,  ona  əziyyət  verir  və  ondan 
xilas olmaq istəyir.) 
 
-Mən...  Belə...  Düzün  axtarsan, 
belə  fürsətim  olmadı...  Yəni...  Əslində, 
biz  inzibati  orqan  işçiləri  buyruq  qulu 
oluruq...  Kəbinni  arvad  kimi...  Atanı  da 
gətirib  “döy”  desələr,  döyməlisən.  Bu, 
əslində 
bir 
vəzifədir, 
tapşırıqdır, 
əmrdir...  Neyniyə  bilərsən?!  Boynun 
qıldan da nazikdir...  
 
-Axı döydüyün də adamdır. Hələ 
bəlkə də günahsız adam... 
 
-Qarşındakı 
həmcinsin,  yəni 
adam, o anda adam olmur, ya bəlkə olur, 
nə  bilim  e...  Amma  sən,  yüz  faiz  adam 
olmursan, maşın olursan - ətçəkən maşın 
kimi...  düyməni  basırlar,  vsyo!  Robot 
kimi... 
Sən 
düşünmək  haqqınnan 
məhrumsan  e...  Kak  nastayaşşiy  robot... 
maşina...  Nə  gizlədim...  Düzün  bilmək 
istəsən,  hə,  döymüşəm.  Çox  axmaq 
hissdir... 
Naqlıy... 
Döyə-döyə 
qarşındakına  da,  özünə  də,  həyata  da 
nifrət edirsən... – Qoca dayanıb dərin bir 
nəfəs  alır.  Belini  əyən  ağır  bir  yükdən 
xilas olubmuş kimi bir an titrrəyir sanki. 
–Axır vaxtlar dinə gəlmişəm axı. Quran-
zad oxuyuram... Elə dinə gəlməyimin bir 
səbəbi  də  elədiyim  günahlarımın  allah 
qarşısnda 
bağışlanmasına 
ümid 
etməkdir... 
Günahlarımı 
Quran 
oxumaqla, 
zikr 
eləməklə 
yumaq 
istəyirəm... Bilirəm, çətin öləcəyəm. Elə 
indidən  görünür.  Günahlarımın  cəzasını 
indidən  çəkməyə  başlamışam.  Birinci 
arvaddan  olan  oğlum  var,  axran 
milisiyədi... 
 
-Polis,  -  deyirəm.  –  Acı-acı 
gülür: 
 
-Nə  fərqi  var...Milis,  ya  polis... 
Bir  zibildir...  Hə,  oğlumu  deyirəm  axı... 
Ayda  bir  dəfə,  maaşdan-maaşa  gəlib 
küçənin  ortasında  üzümə  tüpürür, 
burdan  verilən  maaşın  yarısın  alıb 
anasına aparır... Nə bilim, bəlkə heç ona 
vermir,  özü  xərcləyir  –  mən  arvadı 
görmürəm  ki...  Narkomandı  bədbəxt... 
Bir  az  pulu  gecikdirəndə  döyür  də 
məni...    Axmaqlıq  elədim.  Arvadı 
boşadım  iki    uşaxla,  özümnən  düz  on 
səkkiz  yaş  cavan  bir  qız  aldım.  İndi 
onnan  olan  uşaqları  böyüdürəm... 
Pensiyə  yetmir,  ölüncən  işləməliyəm... 
Biz  asiyalılara  nə  bəla  gəlsə,  sən  də 
bağışda,  şeyimizdən  gələcək.  Mən  də 


114
№ 4 (20) Qış- 2016
 
şeyimin  badına    getmişəm.  Yuxarıdakı 
otaqlardan  birində  indiki  arvadımla 
gözləşdim.  Alışıb-verişdik.  Düz  on  il 
ikiarvadlı  kimi  yaşadım.  Gah  köhnə 
arvadın  yanında  qalırdım,  gah  təzənin. 
Axırda  birinci  arvad    dözmədi,  boşandı 
mənnən...” 
 
 
            SİĞƏ 
 
Dayı  ilə  günorta  yeməyinə  bir 
getdik.  Daha  doğrusu,  mən  onu  dəvət 
etdim.  Əvvəl  razı  olmadı.  Bizdə 
qarderobda  işləyən  arvadı  ilə  nahar 
edirdi  hər  gün.  Ona  görə  vərdişini 
pozmaq  istəmədi.  Amma  bir  an  nə 
düşündüsə,  “yaxşı,  birə  on  dəqiqə 
qalmış,  arkanın  qabağında  olacam,  mən 
də  bir  çöl-bayır  görüm,  neçə  ildir  elə 
səhər 
bu 
Hökümət 
evi, 
axşam 
Yasamalda    köhnə  beşmərtəbədəki 
ikiotaqlı  karobka  mənzildən    başqa  heç 
nə görmürəm” deyib razılaşdı. 
 
Hökümət  evi  ilə  üzbəüzdə 
türklərin  işlətdiyi  bir  kafe  vardı.  Yaxşı 
mərci  supu  verirdilər.  Adamda  qaz 
yaratsa  da,  ucuz  və  dadlı  olduğundan 
günaşırı  ora  gedirdim.  Dayı  ilə  bu 
kafedəydik. 
İstəyirəm  ki,  bayaqkı 
söhbətinə  davam  eləsin.  Gözlərindən 
görürəm:  bu  adamın  içi  limhalim 
doludur. Amma həyat eşqi söndüyündən 
(mənə belə gəldi, ya bəlkə səhv edirdim) 
danışmağa  səndeyən  həvəsi  yoxdur. 
Mərci 
supunu 
qaşıqlaya-qaşıqlaya 
dedim: 
 
-Dayı,  biz  müsəlmanlar,  üzr 
istəyirəm,  bu  şəhvətə  niyə  belə  çox  can 
atırıq?  Şahlar  100-dən  çox  qadın 
saxlayırdı,  xanlar  da  elə,  sərkərdələr, 
əsgərlər    müharibə  zamanı  tutduqları 
şəhərlərdə yerli qadınları zorlayırdı... Ən 
balaca  vəzifə  sahibinin  mütləq    ikinci  
qadını var... Bu nə ilə bağlıdır? 
 
Dayı  qaynar  supu  püfləyə-
püfləyə  içir,  namnazik  doğranmış  çörək 
dilimini dişləyir: 
 
-Mənim  ali  təhsilim  yoxdur. 
Amma  sonralar  bir  az  kitab-mitab 
oxumuşam... Bir də oxumuşlarla da çox 
oturub-durmuşam.  Az  qala  bir  əsr  də 
yaşamışam...  Bilirsənmi,  biz  şərqlilər 
çox  temperamentliyik...  İstiqanlıyıq... 
zad...  başımızı  çox  işlətmək  yerinə,  ayrı 
şeyimizi  işlədirik...  Bir  ehtimala  görə, 
insanlıq ilk dəfə Şərqdə yaranıb. Burdan 
Qərbə  yayılıb...  Yəqin  bilirsən,  bizim 
dinimiz  də  şəhvəti  qadağan  eləmir... 
Mən Məhəmmədi başa düşürəm... Görüb 
ki,  mının  hümməti  farağat  oturan  deyil, 
bir-birinin  arvadına  sataşacaq.  Araya 
qan  düşəcək.  Ona  görə  siğəni  atıb 
ortaya... Siğə bilirsən nədi? 
 
Düzü,  bu  barədə  az  anlayışım 
vardı.  Bir  yazıçıya  yaraşmayacaq  qədər 
zəif  idi  bilgim.  Ona  görə  əlüstü 
dilləndim: 
 
-Mənim  dini  bilgilərim  çox 
aşağı  səviyyədədir.  Hesab  edin  ki,  yox 
kimidir...  Bildiyiniz  varsa,  danışın 
mümkünsə...  
 
-Mən  son  beş  ildir  həm  Quranı 
öyrənirəm,  həm  də  dini  kitablar 
oxuyuram. 
Məsələn, 
adicə 
fatihə 
surəsini  belə  bilmirdim.  Amma  indi  
Bayazı  tam  oxuyuram...  Mən  axı  əslən 
şamaxılıyam  –  biz  Şirvan  əhli  Qurannı-
Kitablı olmuşuq həmişə. İntəhası, Sovet  
höküməti 
imkan 
vermirdi 
deyə, 
unutmuşdux....  Qaldı  ki  siğə...  Siğə, 
yaxud  mütə,  əslində  Quran  tərəfinnən 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə