Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə52/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   48   49   50   51   52   53   54   55   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
109 
yeməyini  pilətədə  isidər,  hərdən  də 
maşınına  minib  sevişməyə  gedərdi 
onunla. Amma bu sevişmə daha olmurdu 
deyəsən.  Çünki  Sara  xanım  yaşlaşmışdı 
və yaşlaşdıqca da üz-gözü də qırışmağa 
başlamışdı.) 
 
-Alə,  mını  qan  tutdu  ki!  –  bunu 
da  qəciyib  quru  ağaca  dönərək  əsim-
əsim  əsən  İmirin  qolundan  tutan  Rail 
müəllim  dedi.  Sonra  da  Abasquliyevin 
işarəsi  ilə  quruyub  qaxaca  dönmüş 
İmirin  qolundan  tutub  tualetə  apardı, 
qurnanı açıb üzünə su vurdu.  
 
-Qqqoy 
əəəlimin  qqqanının 
yuuuyum...  –  Əlini  suyun  altına  tutan 
İmirə  təəccüblə  baxdı  Rail  və  bilmədi 
gülsün, ya ağlasın.... 
 
Üstündən  iki  gün  keçəndən 
sonra  o  redaktor-professor  kafedrada  
yanına  gəlmiş,  qolunu  boynuna  salmış, 
bir kənara çəkib asta səslə demişdi: 
 
-Səni 
burdan 
qovacaqdım, 
qurban  olasan  İsmayıl 
müəllimə. 
Düzdür, o mənə bir söz deməyib, amma 
bilirəm  ki,  xətrini  çox  istəyir  – 
eloğlusunuz axı! Get. Daha səninlə işim 
yoxdur.  Dediyim  kimi,  loyal,  dövlətin 
siyasətinə toxunmayan yazılar yaz gətir, 
çap  edim.  Hətta  sənin  imzanı  tanıtmaq 
üçün  məqalələrinin  altınnan  öz  imzamı 
da  qoyaram:  qoşa  imzayla  çap  etdirərik 
yazılarını!.. Hə, necədir səninçün?! 
 
Və  professor  ondan  aralanıb 
gedəndə  qəfil  geri  dönmüş,    bahalı 
pencəyinin  altından  geydiyi  qolsuz  ağ 
köynəyin  qabağında    bərq  vuran    qızılı 
qalstukunu  sol əli ilə sığallaya-sığallaya 
demişdi: 
 
-Kstati,  araşdırmışam,  rəhmətlik 
atan  Löhraz  biz  tərəfdəndir  –  mən  də 
amasiyalıyam.  Yəni  burda,  institutda 
bizə ermənistanlılar deyərlər... Ananın o 
tərəfdən 
olmağına 
baxma, 
sənin 
damarında bizim qanımız axır... 
 
(Hələ 
tələbəlik 
illərindən 
institutda,  bütün  ölkədə  olduğu  kimi, 
yerlibazlığın 
olduğunu 
eşitmişdi. 
“Ermənistanlılar”, 
“qarabağlılar”, 
“qazaxlılar”, 
“cənublular”, 
“gürcüstanlılar”,  “naxçıvanlılar”  və 
sair 
bu 
kimi 
adlar 
altında 
yerlipərəstliyin  olduğunu  bilirdi.  Amma 
bu  xəstəliyin  lap  “elmi”  səviyyəyə 
çatdığına inanmazdı.) 
            Bundan 
sonra 
onlar 
dostlaşmışdılar. 
Hətta 
 
İmirin 
məqalələri,  doğrudan  da    professor 
Abasqulu  Abasquliyevin  (o  redaktor-
professorun adı-soyadı  beləydi)  imzası 
ilə şərikli çıxmağa başlamışdı. Amma bu 
“travma”  –  ürək  döyüntüsü  ömürlük 
qalmışdı İmirdə... (Bu “travma” sözünü  
ilk 
dəfə 
dostu  Rahil  müəllimdən 
eşitmişdi.  Üç  dost  –  Rahil,  Tofiq 
Qəhrəmanov  və  İmir  Tofiqgilin  Yuxarı 
Dağlıdakı  darısqal  evlərində  görüşəndə 
belə-belə sözlərdən çox işlədərdilər.) 
 
 
           ...Evlərinin 
çavıstanında 
gizlənmişdi. Həyətdə isə anasını, itlərini, 
inəklərini 
dəyənəyin 
altına 
salıb 
tappatap  döyürdülər...  O  özünü  bu 
dəyənək  zərbələrindən  qoruya  bilsə  də, 
ürəyini qoruya bilmədi. Bir də gördü ki, 
sinəsinin  sol  tərəfində  nədisə    gup-gup 
vurur.  (Onda  o,  ürək  döyüntüsünün  nə 
olduğunu anlamırdı.) Elə vururdu ki, az 
qalırdı  onu  top  kimi  qaldırıb  yerə 
çırpsın...  Nənəsi  necə  deyərdi    o  qədim 


110
№ 4 (20) Qış- 2016
 
el  sözünü?  “Zərb  zəyərəkdən  zəy 
çıxardar.”  
            Onda,  o  uşaq  olanda...  “Yox! 
Yox! 
Yox!!! 
Mən 
o  vaxtlarımı 
xatırlamaq 
istəmirəm! 
İstəmirəm! 
İstəmirəm!İstəmirəmmmmmmmmmmm
mmmm!!!..................................” 
 
Öz bağırtısı başqa səslərə qarışıb 
qulağını  deşirdi.  Qulaq  verib  o  yad 
səsləri dinlədi. 
 
...-  Dəvə,  dəvəli,  dəvəli!  Dəvə 
əməliyyatı!.. 
            Yanından 
ötən 
bir 
polis 
maşınındakı  ratsiyadan  gəlirdi  bu  səs. 
Bir  azca  sakitləşən  ürəyinin  guppultusu 
təzədən  başladı.  Sol  əli  ilə  bərk-bərk 
tutduğu  sükanın  üstünə  sağ  əli  ilə 
döyəcləyə-döyəcləyə  bağırdı:“Nə,  nə 
dedi?! Dəvə, Dəvəli?! Dəvə əməliyyatı?! 
Sən  öl  düzmüş  müşahidəm!  Oğraşlar 
direktorun 
otağında 
aparat 
quraşdırıbmışlar...  Yıxıldı  Nanabəyimin 
evi...  Yaxşı  bəs  niyə  saxlamadı  məni? 
Niyə ötüb keçdi?.. Noolsun e sən də? Bu 
keçib qabağımı kəsəcək dar bir yerdə, o  
31-də  gələn  də  arxadan  diriyib  dalıma 
də!.. Bəlkə basım bu qruntovoy yola?..“       
           Qarşıdan  bir  torpaq  yol  ayrılırdı. 
İstədi  maşını  sala  o  yola,  ürəyi 
gəlmədi.“Yoox,  maşını  zay  eliyərəm... 
Nə zülmnən almışam bunu. ” 
 
 
...Bir  həftə  idi  ki,  bu  cənub 
şəhərində idi.  
           İşlədiyi 
institutun 
buradakı 
filialına  dövlət  imtahanı  götürməyə 
təhkim  olunmuşdu.  İmtahanları  uğurla 
başa  vurdu.  Kəsmək  istədiyi  yeddi 
uşağın hamısının valideyni özünü alataş 
çatdırdılar  filialın  direktoru    Hüseyn 
Dəvəlinin 
kabinetinə. 
(Dəvəli 
əvvəlcədən  imkanlı  ailələrdən  olan 
tələbələrin  siyahısını  ona  vermişdi.) 
Hərəsi  500  dollardan  “doğdular.”  Bu 
500-ün  hərəsindən  200  onun  özünə 
qaldı,  qalanları  da  Dəvəlinin  cibinə 
getdi...   
          “Bu  Dəvəli  də  oğraş  adamdı  ha! 
Doğuzduran    mən,  hazırına  nazir  bu  it 
oğlu.  Yarı  da  bölmədi  heç  olmasa... 
Hardan  gəldi  ağlıma  bu  söhbət?  Nə 
yaxşı...  Ürəyim  bir  balaca  sakitləşən 
kimi  oldu...  Vay-vay-vay!  Ağlım  gedib 
Dəvəli 
sukaya, 
heş 
güzgüyə 
baxmamışam! Xavarın vaar, oğraş 31-in 
burnun  dirəyib  götümə  ki!  Bas  qaza 
görüm ə! Sənin bajıı  s...m!”  
 
(“Doğmaq”,  “doğuzdurmaq”, 
“qusmaq”, “düş bura”, “əlinə vermək”, 
“tıs  eləmək”,  “maralı  hürkütmək”  kimi 
kəlmələr institut müəllimlərinin arasında 
işlənən  jarqonlar  idi.  Hələ  Sovet  vaxtı 
qəbula 
düşəndə 
bir-biri 
ilə 
bu 
jarqonlarla danışardılar ki,  ətrafdakılar 
başa  düşməsin.  Yaxud  bir  tələbəni 
semestr  imtahanından  kəsəndə  “kəndiri 
kəsirəm”  –  yəni tələbəyə  “2”  verirəm  – 
kimi  sözlərdən  istifadə  edirdilər.  Kağız 
vermək,  nömrə  yazmaq  qorxulu  idi.  Ən 
yaxşısı  jarqondu.  İmtahan  gedəndə 
yanında  oturan  assistentinə  -  adətən  işi 
onların  əli  ilə  görürdülər  –  jarqonla 
sözlər  deyirdi,  ya  da  kağıza  yazıb 
ötürürdü:”Bu  laxdı,  ya  loxdu?”  Yəni 
mənası  beləydi  ki,  bu  tələbə  pul 
verəndir,  oxuyub  özü  qiymət  alandır?.. 
Adətən oxuyan uşaqlarla işləri olmurdu, 
çünki  onlar  zəhlətökən  olurdular  –  pul 
verməməkləri  bir  yana,  dekana,  hətta 
rektora 
şikayət-zad 
eləyirdilər. 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə