Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə49/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   45   46   47   48   49   50   51   52   ...   92

Kloun.'>Üç aylıq ədəbiyyat dərgisi 
103 
Kloun. Bilirəm, sən müqəddəssən.  
Tütəkçalan. Sən? 
Oğlan. Sabahın xeyir. 
Kloun.  Mənə  elə  gəlir  ki,  hardasa 
debütüm  çox  uğurlu  alındı.  Hardasa 
guruldayan  alqış  sədalarını  eşidirəm. 
Hardasa… 
Tütəkçalan. Başa düşün... 
Kloun.  Bilirəm  bu,  yalnız  mən  öləndə 
sonra 
olacaq. 
Mənim 
başdaşımın 
kölgəsində  yeni  doğulan  başqa  bir 
istedadı  boğacaqlar.  (kədərlə)  Bu, 
həmişə 
belə 
olub… 
İstedadı 
bağışlamırlar... 
Oğlan.  Yüz  dollar  əlimin  içində  idi. 
Təsəvvür  edirsiniz,  xoşbəxt  olmağın  bir 
addımlığında dayanmışdım. 
Tütəkçalan. Bilirsən? 
Oğlan. 
Bilirəm. 
Məni 
başa 
düşmürsünüz,  anlamırsınız,  biz  həmişə 
başqa-başqa  şeylər  haqqında  danışırıq. 
Mən gəncəm, heç siz də qoca deyilsiniz. 
Lakin  özünüzü  müdrik  göstərirsiniz. 
Müdriklik  eləməkdən  başqa  yolunuz  da 
yoxdu.  Amma  mənim  yüz  dollarım 
olsaydı… 
Tütəkçalan.  (hirslənir)  Bilmirsiniz!  Siz 
heç nə bilmirsiniz! Bilmək istəmirsiniz!  
Kloun.  (gülərək)  Əşi  sənin  cəmi  iki 
dənə  sözün  var  də,  «Sabahınız  xeyir», 
«Mən  ac  deyiləm»,  bundan  başqa  da 
nəsə demək istəyirsən? 
Tütəkçalan.  Bəli!  Mən  dəhşətli  sirin 
üstün  açmaq  istəyirəm.  Onların  hamısı 
əslində bir adamdılar! Onlar uzun illərdi 
bütün 
bəşəriyyəti 
qoyun 
yerinə 
qoyublar.  Amma  artıq  heç  kimi  aldada 
bilməyəcəklər, 
onlar 
əslində 
bir 
adamdılar! Başa düşürsünüzmü? 
Kloun.  (heç  nə  başa  düşməyərək 
çiyinlərini  çəkir  və  tərəddüdlə)  Mən  ac 
deyiləm. 
 Süpürgəçi.  (yanındakılara  yavaşdan
Fikir verməyin qala xəstəliyidi.  
Kloun. Qala? 
Tütəkçalan. Duman? 
Oğlan. Pul?  
Kloun. Biz qalaya gedirdik axı! 
Tütəkçalan. Biz dumanı gözləyirdik! 
Oğlan. Mənə pul lazım idi! 
Kloun.  (qaçaraq  ağacın  başına  çıxır
Duman 
yaxınlaşır! 
Mən 
dumanı 
görürəm! 
 
(Süpürgəçi  və  Tütəkçalan  sevincək 
qucaqlaşırlar) Biz qalaya gedirik! 
 
(Kloun onlara yaxınlaşır və birgə atılıb-
düşürlər.  Oğlan  kefsiz  halda  başını 
aşağı salıb dayanır
 
Süpürgəçi. Sən niyə sevinmirsən? 
Kloun.  Ona  pul  lazımdı.  O,  bizimlə 
getməyəcək. 
Tütəkçalan.  Sən  bilirsən  onlar  hamısı 
bir adamlardır. Bizə bu vaxta kimi yalan 
deyiblər.  
Süpürgəçi. 
(təəccüblə
Əminsən? 
(Kloun  başı  ilə  təsdiqləyir.  Tütəkçalan 
yığılmış  pulları  Oğlana  verir)  Ey  gənc, 
gördün  hər  şey  dediyimiz  kimi  oldu. 
Götür, bu da sənin istədiyin pullar. İndi 
rahatlıqla  xoşbəxtliyin  qapısından  içəri 
keçə bilərsən. 
Oğlan.  Çox  sağ  olun.  Siz  mənim  ən 
yaxın  dostlarımsınız.  Bu  yaxşılığınızı 
heç vaxt unutmayacam. Pul mənim qala 
sizin!  (sevincək  qaçaraq  səhnənin  tərk 
edir
Süpürgəçi.  O,  qalasız  necə  xoşbəxt 
olacaq?  
Kloun.  Qaladan  kənarda  xoşbəxtlik 
olurmu? 
Tütəkçalan.  (təəssüflə)  Gənc  bizimlə 
gəlmədi.  «Pul  mənim  qala  sizin»  bunun 
sözlərinə bax. Biz doğurdanmı ayrı-ayrı 
adamlarıq? 
Kloun.  Yox,  bizim  bir  adamıq.  O, 
gələcək,  amma  lap  sonralar,  sonralar. 
Bizim izimizə düşüb gələcək.  
Süpürgəçi. Əminsən? 


104
№ 4 (20) Qış- 2016
 
Kloun.  Əlbəttə.  Yüz  faiz.  O,  mütləq 
qalaya  qayıdacaq.  Bizim  arxamızca, 
bizim izimizi tutub gələcək.  
Süpürgəçi.  Sən  necə  rahat  danışa 
bilirsən?  Axı  bu  əminlik  hardandı 
səndə? 
Kloun.  (Mayallaq  aşır  və  sevnicək
Çünki bu, mənim debütümdür! 
Tütəkçalan. Nə?! 
Süpürgəçi.  Dayan-dayan,  bu,  sənin 
debütündü?  Sən  bayaq  dedin  nə  işlə 
məşğulsan, kimsən? 
Kloun. Yazıçıyam. 
Süpürgəçi.  Yoxsa,  bu  zibili  sən 
yazmısan?  (Kloun  sevincək  başını 
tərpədir). 
İndi 
sənə 
göstərərəm. 
Bayaqdan  bizi  kefin  istəyən  kimi 
oynadırsan! 
(Klounun 
boğazından 
yapışıb  boğmağa  başlayır)  Bəs  rejissor 
hardadı? 
(bağırır
Sizi 
yaxşıca 
kötəkləmək 
lazımdı! 
(Yerdən 
süpürgəsini  götürüb  onu  vurmağa 
hazırlaşır, kloun kənara qaçır). 
Kloun.  (qışqırır)  Dayan,  sən  bunu  edə 
bilmərsən! Unutma ki, kobud və qanmaz 
olsan  da,  sən  müsbət  obrazsan.  Amma 
başqa cür də ola bilərdin. 
Süpürgəçi. Mən obrazam? 
Kloun. Amma başqa cür də ola bilərdin. 
Tütəkçalan.  (Süpürgəçinin  qolundan 
tutur
Onun 
xətrinə 
dəymə, 
nə 
danışdığını bilmir. Bunların hamısı uzun 
müddət qalasız qalmağın təsirləridir. Biz 
yalnız orda, orda şəfa tapa bilərik. Bizim 
yerimiz oradı. Qalaya qayıtmalıyıq! 
(Hər üçü birdən)  Qalaya qayıdırıq! 
 
Səhnəyə xışıltıyla sıx duman çökür. Arxa 
fonda  müxtəlif  dünya  şəhərlərinin 
görməli  yerlərindən  ibarət  qarışıq 
tablonun  əvəzinə  nəhəng  və  qədim  qala 
canlanır.  Üç  insan  qol-qola  girərək 
qalaya  sarı  gedirlər.  Arxadan  kimsə 
onlara  çatmaq  istəyir.  Fonda  səslər 
eşidilir. 
 
Kloun. Demişdim axı gələcək? 
Tütəkçalan. Bizim izimizə düşüb.  
Süpürgəçi. Deyəsən o, da məktub alıb.  
Tütəkçalan. Biz qalaya gedirik!  
 
(Dördü  də  uca  və  sevincək  səslə)  Biz 
qalaya gedirik!!! 
 
Həzin bir mahnı çalır. Dörd insan silueti 
əllərini 
yuxarı 
qaldırıb 
dumanın 
arasından 
sıyrılaraq 
qalaya 
yaxınlaşdıqca mahnının səsi daha güclü 
eşidilir
 
 
Fevral-Aprel 2016.  
 
 
 
 
 
    
 
 
 
 
 
 
 
 
 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə