Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə47/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   43   44   45   46   47   48   49   50   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
99 
dingiş  mahnı  çalır?  Əşi  ondan  sənə  nə 
var?  Yazığın  bir  dənə  tütəyi  var,  indi 
sənə  Betxovenin  9-cu  simfoniyasını 
çalası  deyil  ki?  Nə?  İfadələrimə  fikir 
verim?  (əsəbləşir)  Sən  axı  kimsən  ki 
mənimlə  belə  danışırsan?  Buna  bir  bax, 
heç  sənin  məktubun  da  yoxdu?  Nə, 
jurnalistsən? 
Məndən 
müsahibə 
götürürsən?  Sürüş  ə,  burdan.  Bu 
basabasda  müsahibə  olar?  Nə  sırtıq 
tayfadılar! 
Kloun. 
Salam? 
Nə? 
Vergilərdən 
gəlmisiniz? 
(təəccüblə 
gözlərini 
bərəldir)  Nə  tez  xəbər  tutdunuz?  Kassa 
aparatı quraşdırmamışıq? Bağışlayın, axı 
bu,  xeyriyyəçilik  aksiyasıdı.  Hələ  əlavə 
dəyər  vergisi  də  verməliyik?  Bizim 
özümüzə dəyər qoyan varmı? Hə? Yox-
yox,  qardaşcanı  elə  deyil.  Sən  öl  elə 
deyil!  Hə,  indi  inandın.  «Krışamız» 
kimdi?  Nə  «krışa»  canım.  Bizim 
başımızın  üstündə  hal-hazırda  Allahdan 
başqa kimsə yoxdu. Təbii ki, əgər ona da 
inanırsınızsa!  Necə?  Siz  başqa  məqsəd 
üçün  gəlmisiniz?  Qulağıma  deyin. 
Burnuma  yox,  qulağıma!  A!  Sizin  də 
məktubunuz  var?  Keç,  keç,  bunu 
bayaqdan de də! Keç ağacın altına, kassa 
aparatı ordadı. (gülür) İanəni ödəyəndən 
sonra qəbzinizi götürməyi unutmayın! 
Süpürgəçi.  Ay  xanım,  məktubu  hara 
gözümə soxursunuz, o məktubdan bütün 
şəhərdə var. Növbəsiz buraxa bilmərəm. 
Niyə?  Əriniz  böyük  adamdı?  Pah! 
Gözüm  aydın,  mən  də  vaxtında  deputat 
olsaydım,  indi  mənim  arvadım  da  sizin 
yerinizdə olardı (qulaqların çəkir). 
Oğlan. (ucadan) Ah, bu sizsiniz!  
Süpürgəçi. Kimdi ki o? 
Oğlan.  (yavaşdan)  Səhər  pul  istədiyim 
qız.  (Süpürgəçi  heç  nə  anlamırmış  kimi 
çiyinlərini  çəkir)  Şişman  dodaqlı,  dəniz 
gözlü qız. 
Süpürgəçi. Silikon dodaqlını deyirsən! 
Oğlan.  Yavaş!  Bağışlayın  xanım,  səhər 
deyəsən  xətrinizə  dəydim.  Dəymədim? 
Doğurdan!  Mən  elə  bildim  ki…  Hər 
halda  bağışlayın.  Siz  də  xeyriyyəçilik 
eləmək  istəyirsiniz?  Çox  gözəl.  Çox 
nəcib 
ürəyiniz 
var. 
Bəs 
səhər 
yanınızdakı  o  şkaf  boyda  əmi  hardadı? 
Doğurdan? (qəh-qəhə çəkir) Elə o «lox» 

görə 
gəlmisiniz? 
(ciddiləşir
Bağışlayın xanım kimə görə gəlmisiniz? 
Üzər  istəyirəm,  üzr  istəyirəm,  bu, 
mənim  işim  deyil.  Telefon  nömrəmi? 
(utanır
Bilirsiniz, 
indi 
telefonum 
yoxdu, amma bu aksiyadan sonra mütləq 
olacaq.  Bəli,  siz  hər  halda  nömrənizi 
müqəddəsin  yanında  qoyarsınız.  Şad 
oldum, təşəkkür, təşəkkür. 
Kloun.'>Kloun.  Salam?  Mən  sizə  tanış  gəlirəm? 
Ola  bilər.  Yox,  mən  hələ  məşhur  adam 
deyiləm,  amma  ola  bilər  ki,  siz  məni 
gələcəyin  məşhur  yazıçısı  kimi  öz 
fəhminizlə  tanıya  bilmisiniz.  Nəyinizlə? 
Ayağınızı 
niyə 
qaldırırsınız? 
Fəhminizlə, 
fəhm, 
fəhm! 
Başa 
düşmədiniz?  Eybi  yox,  mən  başa 
düşülməməyə  öyrənmişəm.  Hardasa 
görmüsünüz məni? Ola bilər siz hansısa 
oxuduğunuz  kitabda  müəllifin  şəkli 
yerində məni görmüsünüz? Düz tapdım? 
Yox!  Ola  bilər  sizə  kimisə  xatırladıram. 
Bilirsiniz,  mənim  gözlərimdən  həmişə 
potensial  istedad  yağır,  amma  təəssüf 
olsun  ki,  o  istedad  elə  potensial  olaraq 
da  gözlərimdə  qalır  (gülür).  Bəli.  Yenə 
düz  tapmadım?  Yaxşı  onda  siz  məni 
hardan  tanıya  bilərsiniz  axı?  Bəlkə 
yuxuda  görmüsünüz?  Əlimdə  kitab 
heykəl  kimi.  Yox?  Yaxşı  onda  deyin 
görüm  siz  kimsiniz?  Snətiniz  nədi? 
Mürdəşir?!  Bu  sizin  ixtisasınızdı? 
Səhviniz 
var, 
əzizim,  mən  hələ 
ölməmişəm  (kədərli  səslə).  Ola  bilər 
hansısa istedadın meydini yuyanda mənə 
oxşatmısınız.  Keçin,  keçin  ağacın  altına 
tərəf düz gedin. 
Oğlan.  (klouna  zarafatla)  Ey,  nahaq 
yerə pərt olursan. Həyatdı da.  


100
№ 4 (20) Qış- 2016
 
Kloun.  (dilxordu)  Bu,  həyat  deyil, 
ölümdü. O, məni meyidə oxşatdı. 
Süpürgəçi.  (zarafatla)  Ey,  bəlkə  sən 
ölmüsən xəbərin yoxdu?  
Kloun. O, məni meyidə oxşatdı. 
Süpürgəçi. Yaxşı da, sən heç də meyidə 
oxşamırsan. 
Düzdü, 
adama 
da 
oxşamırsan, 
amma 
meyidə 
heç 
oxşamırsan.  
Oğlan. 
Aman 
Allah! 
(qışqırır
Müqəddəs ata siz də! 
Süpürgəçi. Nə oldu sənə? “Tok” vurdu? 
Axı mənim süpürgəm elektriklə işləmir.  
Oğlan. Müqəddəs ata da təşrif buyurub! 
Əlində də məktub! 
Süpürgəçi.  Hə,  nə  olsun  ki,  müqəddəs 
ata adam deyil, burax keçsin. 
Oğlan.  Siz  hara?  Siz  hara?  İyirmi 
dəqiqədən 
sonra 
əməliyyata 
girməlisiniz?  (Süpürgəçiyə)  Mən  onu 
buraxım? 
Süpürgəçi. Kimdi axı o? 
Oğlan.  Kimsən  axı  sən?  Deyir  plastik 
cərrahdı, 
iyirmi 
dəqiqədən 
sonra 
əməliyyata  girəsidi.  Gəlib  tez-bazar 
xeyirxahlıq eləyib getsin. 
Süpürgəçi. Nə əməliyyatdı o? 
 Oğlan.  Nə  əməliyyatdı  o?  Deyir 
kiminsə  burnunu  düzəldib,  indi  də 
orasını böyüdəcək! 
Süpürgəçi.  Qoy  növbəsini  gözləsin! 
Onun  günahları  ağırdı.  Mağıl  əvvəllər 
şəhərimizdə  gül  kimi  burunlar  var  idi, 
əyri,  qartalvairi,  siviri.  İndi  hara  yoxa 
çıxıb  o  burunlar?  Hamısı  bir-birinə 
oxşayır,  hamısı  yuxarı  dikəlir.  Qoy 
gözləsin, burun oğlu burun! 
 
(Bu  vaxtda  Tütəkçalan  ağacın  altında 
əyləşib  ritmik  mahnı  çalır  və  özünü 
gələnlərdən  ianə  qəbul  eləyirmiş  kimi 
göstərir). 
 
Kloun. 
(Tütəkçalana 
sarı
Ey 
müqəddəs,  nə  qədər  qalıb?  Məbləğ 
düzəlir? 
Tütəkçalan. Sabahın xeyir! 
Kloun. (Süpürgəçiyə) Bunun qulağı ağır 
eşidir, ya özünü gicliyə qoyub? 
Süpürgəçi.  Bu,  qala  xəstəliyidi.  Onun 
dilini sən bilmərsən. İndi mənə bax. Ey, 
mən ac deyiləm? 
Tütəkçalan. Az qalıb, bir-iki xəyanətkar 
da göndərsəniz yüz dollar düzələr. 
Süpürgəçi. Gördün? 
Kloun. 
Görürdüm. 
Amma 
başa 
düşmürəm  ki,  bu  kütlə  xəyanətinin 
bağışlanması  üçün  niyə  belə  az  pul 
ödəyir? 
Oğlan. 
Gördünüz, 
mən 
deyənə 
gəlirsiniz.  Axı  onlar  hamısı  bir  yerdə 
xəyanətkar olduqlarını bilmirlər. 
Süpürgəçi. Bəlkə açıb deyək? 
Kloun.  Yox,  şərtimiz  var  axı?  Olmaz, 
olmaz.  Yox-yox  mən  sizinlə  deyiləm. 
(Yaxasını  kiminsə  əlindən  qurtarmaq 
istəyir)  Dərdinizi  mənə  demək  lazım 
deyil.  Sadəcə  ianənizi  verib  gedin.  Siz 
nə 
danışırsınız? 
Qəribə 
adamdı? 
(qımışır
Oğlan. Burax keçsin də sənə nə var? 
Kloun. Necə yəni mənə var? Soruşur ki, 
ianəni rupiylə verə bilərəm? Qardaşım, o 
rupilərini  saxla  yaxın  günlərdə  belə  bir 
aksiyanı  Hindistanda  da  keçirəcəyik, 
orda  yaxınlaşarsan.  İndiysə  çəkil,  çəkil 
camaata mane olma! 
Süpürgəçi.  (təəccüblə)  Nə  qəşəng 
kostyumunuz  var,  şalvarınız  da  əladı. 
Elə  bil  əyninizə  biçilib.  Neyləyirsiniz? 
Əşi  lazım  deyil,  şalvarınızı  çıxarmayın. 
Bağla  şalvarının  qabağını,  ayıbdı!  Mən 
elə-belə sözgəlişi dedim. Bilirsən mənim 
qollarım bədənimə görə çox uzundu, ona 
görə  mənə  kostyum  yaraşmır.  (ucadan 
gülür)  Bir  dəfə,  cəmi  bircə  dəfə  özümə 
kostyum  tikdirmək  istədim,  dərzi  mənə 
dedi ki, sənin qolların bədəninə görə çox 
uzundu,  səndən  yaxşı  boksçu  olardı. 
Amma  mən  süpürgəçi  oldum  (gülür). 
Niyə bunları xatırlatdım? Elə-belə mırta. 
Hə, keçə bilərsən, əlbəttə, əlbəttə. 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə