Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə45/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   41   42   43   44   45   46   47   48   ...   92

Süpürgəçi.'>Üç aylıq ədəbiyyat dərgisi 
95 
Oğlan. 
Birdən 
məktubları 
polisə 
verdilər? 
 
Süpürgəçi. Polislər adam deyil ki? 
Oğlan.  Bəs,  birdən  heç  məktubu 
veclərinə almadılar? 
Süpürgəçi.  Onlar  qorxacaqlar.  Mütləq 
qorxacaqlar, kloun dedi ki... 
Oğlan. O, kloun deyildi, yazıçı idi. 
Süpürgəçi.  Nə  üçünsə  mənim  gözümə 
yazıçılar kloun kimi görünür. 
Oğlan. Elə arxayın danışırsan ki, elə bil 
hamının  bir  yerdə  xəyanətinin  üstünə 
çıxmısan.  Hardandı  səndə  bu,  əminlik? 
Bax de görüm sən özün belə cəfəngiyata 
görə ianə verərsən? 
Süpürgəçi.  Mənim  xəyanət  eləməyim 
üçün  şansım  olmayıb.  (kövrəlir)  Amma 
yenə  də  ianə  verərəm,  çünki  gələcəkdə 
xəyanət 
edib-etməyəcəyimdən 
əmin 
deyiləm. 
Oğlan. Deməli yaşamaq istəyirsən? 
Süpürgəçi.  Sadəcə  yaşamaqmı...  Adam 
kimi. Yox, yox kəpənək kimi... 
Oğlan.  Sən  dəhşətsən!  Axı  süpürgədən 
savayı heç nəyi olmayan tər-təmiz adam 
nəyə xəyanət edə bilər ki? 
Süpürgəçi.  Elə  süpürgəyə  (səsini 
yavaşıdaraq)  mən  nə  vaxtsa  bunu 
atacam,  ürəyimə  damıb  (əlindəki 
süpürgəni göstərir).  
Oğlan. Axı o, kəpənək deyil? 
Süpürgəçi.  Axı  kəpənək  də  süpürgə 
deyil.  Yox,  o,  mənim  özüm  kimi  bir 
şeydi  (kövrəlib  sürüpgəni  qucaqlayır). 
Mən onsuz... 
Oğlan.  (başını  bulayır)  Bəs  sən? 
(Tütəkçalana
Tütəkçalan. Mən müqəddsəm! 
Oğlana.  Sən  heç  dumana  xəyanət 
etmisənmi? 
Tütəkçalan. 
Sən 
mənim 
müqəddəsliyimə  şübhə  edirsən.  Bütün 
taleyin  indi  mənim  əlimdədi.  Sən  mənə 
sitayiş  etməlisən.  İstəsən  əlimdən  öpə 
bilərsən.  
Süpürgəçi.  Bu,  artıq  təzə  xəstəlikdi. 
Bunun  qala  xəstəliyinə  dəxli  yoxdu.  O, 
yavaş-yavaş başqa şeylərə yoluxub. 
Oğlan.  Ah,  təmiz  yadımdan  çıxmışdı, 
axı siz dumanı gözləyirsiniz. 
Tütəkçalan.  Bir  dəfə,  cəmi  bir  dəfə… 
(pıçıltıyla) Qaladan düşəndə. 
Oğlan. Qaladan düşəndə nə? 
Tütəkçalan.  Xəyanətə  oxşayan  nəsə 
oldu.  Bəkə  də  xəyanətin  özü  oldu.  Mən 
onu  görmədim  amma  barmaqlarımla 
toxundum. Mən onu hiss edirdim. Bizim 
hamımızı  günaha  görə  qovdular.  Biz 
bilmədən 
etdik. 
Bilmədik. 
Bizə 
demədilər  günzhınız  nədi.  Demədilər. 
Sadəcə qovdular. Qovdular. 
Oğlan.  Bəs  indi  qalaya  nə  üzlə 
qayıdacaqsan? 
Tütəkçalan.  Mən  indi  müqəddəsəm. 
Mən müqəddəsəm! 
Süpürgəçi. Sən bizimlə getməyəcəksən? 
Oğlan. Məni yalnız pul maraqlandırır.  
Tütəkçalan.  Sənə  qalada  xəzinə  tapa 
bilərsən. 
Süpürgəçi. Ax gənclər, gənclər! 
Oğlan. Mənə pul lazımdı. Vəssalam! 
Tütəkçalan. Yadından çıxarma, bir gün 
sənə də məktub gələ bilər.  
 
Süpürgəçi.  Bəli,  o,  haqlıdı.  Məktub 
alanda  ianə  verməkdən  ötrü  müqəddəsi 
axtaracaqsan, 
amma 
tapa 
bilməyəcəksən. 
Çünki 
o, 
(əliylə 
Tütəkçalana göstərir) həmin vaxt qalada 
olacaq.  Suyu  süzülə-süzülə  arxımızca 
gələcəksən!   
Oğlan.  Siz  məni  eşitmirsiniz,  siz  məni 
başa  düşmürsünüz.  Gəlin  belə  danışaq, 
qala sizin, pul mənim. 
Tütəkçalan. Tfu! (əsəbləşir
Süpürgəçi.  Müqəddəs  tüpürdü!  Bu, 
yaxşı  əlamət  deyil.  (qısa  pauza)  Sonra 
peşman olacaqsan. Başa düş, qalasız sən 
heç  kimsən.  Qalasız  heç  kimə  lazım 
deyilsən. 
Oğlan. Pul! Pul! Pul! 


96
№ 4 (20) Qış- 2016
 
Kloun.  Gəlirlər!  Gəlirlər!  (mayallaq 
vurub,  bir  neçə  dəfə  yıxılaraq  təlaşla 
səhnəyə daxil olur və qaranəfəs qışqırır
Gəlirlər!  Mən  hələ  heç  vaxt  bu  boyda 
insan  seli  görməmişəm!  Gəlirlər!  
(Dördü  də  təlaşla  Yasəmən  ağacının 
başına fırlanmağa başlayırlar
Süpürgəçi. Sən nə etdin? 
Kloun. Sizə dediyimi? 
Oğlan. Hamıya çatdı?  
Kloun. Nə? 
Oğlan. Məktub də? 
Kloun. Nə məktub? 
Tütəkçalan. Mən müqəddəsəm! 
Süpürgəçi. Bəs sən nə üçün getmişdin? 
Kloun.  Hə,  məktub?  Xatırladım.  Kimi 
gördümsə, 
hərəyə 
birini 
verdim. 
Metronun  qabağında…  universitetin 
həyətində… 
sarı 
binanın… 
mavi 
binanın…  axırda  da  yaşıl  binanın 
qapısından içəri atdım.  
Oğlan. Bəs nə dedilər? 
Kloun. Dedilər səni tutub düüd, düüd… 
Süpürgəçi.  (qorxaraq)  Onda  onların 
hamısı  bura  gəlirlər  ki,  bizi  düüd, 
düüd… 
Kloun.  Yox,  düüd,  düüd  yalnız  yaşıl  
binadan  elədilər.  O  biriləri  əvvəlcə  heç 
nə  başa  düşmədilər,  elə  bildilər  mən 
qaraçıyam,  özümü  lallığa  vurmuşam. 
Bəziləri məktubu yerə atırdı, bəziləri heç 
almaq  istəmirdi.  Bir  minnət  qoyurdular 
ki. Amma elə ki, oxudular… 
Oğlan. Hə oxudular! Bəs sonra, sonra!  
 
(hamısı  qaranəfəs  ayaq  saxlayıb  ağacın 
altına toplaşırlar
 
Kloun.  Elə  ki,  oxudular  tez  məktubu 
bir-birlərindən gizlədib harasa tələsməyə 
başladılar.  Canlarına  vəlvələ  düşmüşdü. 
Harasa bərk tələsirdilər. Dəhşət idi! 
Oğlan. Hara? Hara tələsirdilər? 
Süpürgəçi. Bəlkə onlar kəpənək tutmaq 
istəyirmişlər? 
Kloun. 
Harasa 
tələsirdilər? 
Tələsirdilər...  
Süpürgəçi.  Necə  yəni  hara?  Onlar  bura 
gəlirlər. Bura! 
Tütəkçalan. 
(qorxaraq
Mən 
ac 
deyiləm!  
Kloun. Yox, sən müqəddəssən! 
 
Süpürgəçi. (Oğlana) Cəld ağacın başına 
qalx! Onlar doğurdanmı bura gəlirlər? 
Oğlan.  (Ağaca  qalxır  və  vahimə 
içərisində)  Aman  tanrım!  Düz  bizim 
üstümüzə gəlirlər! 
Süpürgəçi.  Birdən  başqa  yerə  dönərlər 
ha! 
Oğlan.  Yox,  bura,  bura  gəlirlər!  Bu  ki 
seldi.  Onlar  selə  oxşayır.  Mən  hələ  heç 
vaxt 
bu 
qədər 
insanı  bir  yerdə 
görməmişəm. 
Süpürgəçi. Onlar qəzəbli deyillər ki? 
Oğlan. Mən qəzəbi görmürəm. Mən sel 
görürəm.  
Kloun. Bu artıq kütlədi! 
Süpürgəçi.  Kütlə  hardan  çıxdı?  Bizə 
insan lazım idi! 
Kloun.  Onlar  tək-tək  insan  idilər  amma 
indi  kütlədilər.  Sunaminin  qabağını 
saxlamaq  olar,  amma  kütlənin  qabağına 
çıxmaq qorxuludu. Adamı didərlər! 
Süpürgəçi.  Axı  bizi  buna  sən  vadar 
etmisən? Bu sənin planındı? 
Kloun.  Mən  hardan  bilərdim  ki,  bir 
balaca  şəhərdə  bu  qədər  xəyanətkar  ola 
bilər? 
Oğlan.  Cəld  olun,  qardaşlar,  onlar 
yaxınlaşırlar.  Mən  artıq  onların  hərəsini 
yüz  dollar  kimi  görürəm.  Görün 
küçələrə nə qədər pul səpələnib, ilahi! 
Süpürgəçi.  (kinayə  ilə)  Sən  nə  sırtıq 
adamsan? Onların hərəsindən yüz dollar 
almaq  istəyirsən?  Axı  sənə  cəmi  yüz 
lazım idi? Düş aşağı! 
Oğlan.  (ağacdan  düşmək  istəmir)  Artıq 
olmaz, bəlkə kiminsə xəyanəti böyükdü? 
Bəlkə  kimsə  lap  böyük  xəyanətə 
hazırlaşır? Ondan sənə nə var? 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə