Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə60/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   56   57   58   59   60   61   62   63   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
125 
görmürdü. İmir onunla evlənəndən sonra 
işləməyə  qoymamışdı.  Yəni  belə  bir 
təhlükə gözlənilmirdi. 
            Nataya 
5-ci 
mikrorayonda 
birotaqlı  ev  aldı.  Həmin  o  evdə  yenə 
hərdən görüşürlər.  
 
(Natanın  anasıyla  da  bir  dəfə 
yatmışdı. Qadın bunu özü istəmişdi, həm 
də ona görə ki, qızına toxunmayacağına 
zəmanət  alsın.O  da  o  söz  vermişdi. 
Bilirdi ki, Natanın ağzı möhkəmdir.) 
 
 
...Maşın  lap  böyrü  ilə  gedirdi 
artıq.  Sükan  arxasındakı    arıq,  eybəcər 
bir  adam  idi.  Əlində  tutduğu  siqaretini 
ağzına  yaxınlaşdıra-yaxınlaşdıra  nə  isə 
deyirdi.  Maşınlar  isə  az  qala  göylə 
uçurdular.  Beynində  maşındakı  pulu 
hesabladı:  “Yüz    min  filialın  aylığı,  üç 
min rektora çatası pul, min dörd yüz də 
mənim  özümünkü...  Filan  qədər  pul 
eliyir  ki!  Ölkənin  belə  ağır  vaxtıdır, 
atəşkəs  olsa  da,  Qarabağda  hər  gün  qan 
tökülür,  camaat  müstəqillik  uğrunda 
savaşır...  mən  gör  nə  işlə  məşğulam... 
Basacaqlar 
gedəcəm 
Kürdəxanıya!.. 
Orda  -  zonda  bilsələr  ki,  19  qızın  üzün 
açmışam,  day  çezdim  eee!  Hər  gün 
zorlayajaqlar  məni...  Neyniyim  indi? 
Bəlkə    diplomatı  götürüm  atım  yola. 
Amma elə eliyim  ki,  məni qovan oğraş 
görsün,  saxlayıb  götürsün?..  Birdən 
saxlamasa?.. Yaxşı. Lap saxladı, götürdü 
pulu.  Bəs  mən  o  boyda  haqq-hesabı 
hardan  tapıb  qoyacam  yerinə?  Eeeeee! 
Cəhənnəmə 
ki! 
Evimi 
sataram, 
maşınımı,  ya  da  elə  bağı  sataram...  Nə 
var  e...  Bir-iki  ilə  özümü  düzəldərəm, 
yenə alaram... Dayan. Nejoldu bu oğraş? 
Əşşi,  yox  e,  yox,  bu  mənnən  əl  çəkənə 
oxşamır...  Bəlkə  də  o  qızlardan  birinin 
nişanlısıdı,  ya  qardaşıdı?  Məqam 
gözləyirmiş  ki,  yola  çıxım,  düşsün 
dalımcan...  Bəs  əynindəki  vayenni 
paltarı?..”  
         Bayaq  fikrindən  keçirdiyi    fikirlər 
yadına düşdü: 
       “Ölkənin 
belə 
ağır 
vaxtıdır, 
Qarabağda hər gün qan tökülür, camaat 
müstəqillik  uğrunda  savaşır...    mən  gör 
nə  işlə  məşğulam...  Ölkənin  ağır  vaxtı... 
müstəqillik savaşı...” Hirslə əlini sükana 
çırpdı: “Neynirəm mən o müstəqilliyi ki, 
qazancımı əlimdən çıxartdı?! Test üsulu 
icad edənin belə atabaatasına lənət!  İldə 
duru  yerindən  15-20  minəcən  qəbuldan 
götürürdüm,  onun  yarısıcan  da  semestr 
imtahanlarınnan...  İndi hanı? Şalvarıma 
işiyə-işiyə  bir  qrupdan  5-6  nəfərə  iki 
yaza  bilsəm,  ya  fələk.  Dekanlar  da 
qorxurlar. Demokratiya çıxardanı görüm 
ordan da o yana getsin, getdi elə... Zakir 
gəlmişdi o vaxt ki, gəl sən də qoşul Xalq 
Cəbhəsinə. Dedim, qada, mənim nəyimə 
lazımdı  Cəbhə?!  Mən  özüm  elə  bir 
cəbhəyəm  də.  Gedin  aşığınızı  atdırın! 
Bu gün deyələr, SSRİ-nin bərpasına səs 
verməsəm,  atama  lənət.  O  Cəbhə 
dağıtmadımı  biz  institut  müəllimlərinin 
tifaqını?..  Baloniya  üsulu,  100  ballıq 
qiymətləndirmə,  bilməm  nə  zirzibil!.. 
Qızları  da  ayıltdılar.  O  gün  birinin 
qulağına  pıçıldayıram,  deyir  “sizin 
qeyri-etik  hərəkətləriniz  haqda  qəzetə 
məqalə  yazaram...”  Camaat  haqqında 
mən  yazıram, bu deyir sənnən yazaram! 
İşə bax də... Nəysə, bunlar hardan gəldi 
ağlıma!? Əh...” 
  


126
№ 4 (20) Qış- 2016
 
 
...Diləfrüz adlı qız heç yadından 
çıxmır.  Gözəl  deyildi.  Sadəcə  şeytan 
tükü vardı üstündə. Adam gözünü ondan 
çəkə  bilmirdi.  O  ki  qala  İmir  kimi 
“babnik”.  Neçə  dəfə  qıza  demişdi  ki, 
aaz,  özünü  yığışdır,  gözlərində  cin 
oynayır,  olmamışdı.  Tələbələr  pambığa 
gedəndə  bir  yağışlı  gündə  qızla  öz 
maşınında gedib çıxmışdı Göyçayda Əli 
Kərimin  qəbrinin  üstünə.  Orda  qızla 
şeirləşmişdilər.  Hətta  iş  o  yerə  çatmışdı 
ki,  qız  Əli  Kərimin  az  qala  bütün 
şeirlərini  əzbər  demişdi.  “İki  sevgi” 
şeirini isə elə vəchlə söyləmişdi ki, ürəyi 
getmişdi  İmirin.  Damağını  basmışdı  elə 
ordan. Qıza əməlli-başlı vurulmuşdu. İlk 
dəfə  öpmüşdü.  Sonra    maşındaca 
soyunmuşdular.  Və  elə  əmişmənin  şirin 
yerində    alt  paltarını    soyunduranda  qız 
ağlamışdı: 
 
-Mənim  atam  yoxdur...  Mənə 
toxunma... harama dəyirsən, dəy. Orama 
dəymə... Sonra məni alan olmaz... 
 
Və  ilk  dəfə  qızla  qeyri-ənənəvi 
yolla yaşamışdı... 
 
Sonra 
Diləfrüz 
gəlib 
aspiranturaya  girmiş,  onun  özünün  elmi 
rəhbərliyi  ilə  dissretasiya  yazmışdı. 
Ərini,  uşaqlarını  onunla  tanış  eləmişdi. 
O,  Diləfrüzü  bu  19  qızın  içinə  daxil 
etməmişdi  heç  vaxt.  Bu  ayrı  şey  idi... 
Qeyri-ənənəvi... 
 
...Minə  adlı  qızı  heç  vaxt 
xatırlamaq  istəmir.  Minə  uşaq  kimi  idi. 
Heç  birinci  kursun  birinci  semestrinin 
imtahanları  başlamamış  tələyə  düşdü. 
Minə Gürcüstandan idi. Atasının pulu ilə 
girdiyi  institutu  elə  həmin  pulla  da 
bitirmək  istəyirdi.  Pul  yığılanda  ilk 
verən  o  olurdu.  Amma  İmir  ondan  pul 
istəmədi. Arxa partada oturdub qulağına 
pıçıldadı:”Xoşuma  gəlirsən.  Mənə  xoş 
anlar,  xoş  dəqiqələr  yaşat.  Qiymətin 
hazırdır.  O  biri  müəllimlərdən  də 
yazdıraram...” 
 
Kənd  qızı  idi.  Heç  özü  də 
bimədi  ki,  haçan  titrəyə-titrəyə    “hə” 
dedi. 
Və 
bir 
gün 
gördü 
ki, 
mikrorayondakı 
8-ci 
mərtəbədə 
“yelləncəkdə”    uçur...  İki  gün  sonra 
Minənin  meyitini  dənizdən  çıxartdılar. 
Kirayədə  qaldığı  otaqdan  bir  məktub 
tapılmışdı:”Günahkar  özüməm.  Bir  də 
dəli  eşqim.  Eşqi  isə  günahkar  etməzlər. 
Minə.” 
 
 
 
İMİR ÇİNGİZ 
 
O  öz  mazoxizmindən  həzz 
alırdı.  Ya  da  bunu  heç  mazoxizm 
saymırdı.  O,  xəstə-zad  deyildi.  Bütün 
elədikləri 
şüurlu  bir  aksiya  idi: 
uşaqlıqdan 
qarşısına 
qoyduğu 
məqsədlərdən  biri  kimi  çoxlu  qadını  və 
qızı olmasını arzulamışdı. Fəqət onun bu 
istəyi  heç  özünün  də  xəbəri  olmadan 
şəhvət  hissindən  çıxıb  anormal  bir  hala 
çevrildi.  O  evləndiyi  qadınla  yatağa 
girənə qədər üç bakirə qızın bakirəliyini 
pozmuşdu  və  hər  dəfə  bu  hal  baş 
verəndə  onda  qəribə  bir  hiss  yaranırdı: 
özünün  istəyinin  apogey  nöqtəsində 
olduğu  təntənəni  içində  bayram  etmək! 
O  hər  dəfə  o  qanın  qoxusunu  duyanda 
elə  bil  sağlamlaşırdı,  gümrahlaşırdı, 
hansısa  düşməni  üzərində qələbə  çalırdı 
sanki!  (Təbii,  söhbət  təkcə  ona  təslim 
olmuş köməksiz qızdan getmirdi.) Freyd 
sanki  bu  yerdə  demişdi:”Mazoxistin 
istəyi,  başqalarının  onunla  köməksiz, 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə