Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə56/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   52   53   54   55   56   57   58   59   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
117 
bilim axı e... Cəhənnəmə ki! Hə Natada 
qalmışdım...” 
 
Nata    əslən  bakılıydı.  Dediyinə 
görə,  anası  bağça  müdirəsiymiş.  Bunu 
da  bağçanın  ərzaqıynan  yağ  içində 
böyrək  kimi  bəsləyib.  Atası  onları  ana-
bala atıb getsə də, qadın qızına atasızlıq 
çəkdirməyib.  Pul  yığb  instituta  da 
qoyub.  (O  vaxt  –  70-80-ci  illərdə  qəbul 
testlə  deyildi,  instituta  girmək  müşkül 
məsələydi.) Deyib müəllim olsun. Başını 
salsın  aşağı,  çörəyini  qazansın...  Elə 
ikinci  kursda  “XX  əsr  Azərbaycan 
ədəbiyyatı”  fənindən  imtahan  götürəndə 
kəsdi  qızı.  Gözü  çoxdan  tutmuşdu  onu. 
Mühazirə  zamanı  bir-iki  dəfə  gözünü 
onun  üstündə  saxlamış,  davudu  səsi  ilə 
(azançı  səsi  kimi  qəmli,  adamın  içinə 
işləyən  titrək  səsi  vardı  –  eynən  Mehdi 
Məmmədovun  səsi  kimi)  Azərbaycan 
nağıllarından  dekonstruksiya  etdiyi  bir 
ənənəvi  girişdən  sonra  söyləyəcəyi 
misraları 
sanki 
onun 
içinə 
mismarlamışdı: 
 
-Badi-badi 
giriftar, 
babanız 
xurmayla  açdı  iftar...  Meşələr  qələm, 
dəryalar  cöhər,  ravi  ağzından  tökdü 
göhər... Aldı görək şair nə dedi: 
 
 
İstəsən  zülfün  kimi  könlüm 
pərişan olmasın, 
 
Ol qədər cövr et mənə, ah etmək 
imkan olmasın... 
 
 
Qəribə  yumorlu  girişdən  sonra  
iki  ox  kimi  sinəsinə  saplanan    bu 
misralardan  qızın  elə  bil  üşəndiyini, 
silkindiyini  duymuş,  atdığının    hədəfə 
dəydiyini  anlayıb  şövqə  gələrək  davam 
etmişdi: 
 
-Sabir bir satirik idi. Amma belə 
gözəli görən qafil, Sabir deyil, kim olur-
olsun  dönüb  lirik  olmazmı?  Allah 
səndəki  gözəlliyi  bəsdi  deyincə  verib, 
heç xəsislik etməyib... 
 
Qız  bütün  “patokun”  (üç  qrup 
bir  yerdə  mühazirəyə  cəlb  olunanda 
buna  “patok”  deyirdilər)  dönüb  ona 
baxdığını  görəndə  bilmədi  sevinsin,  ya 
kədərlənsin.  Amma  qorxdu.  Çünki 
eşitmişdi  ki,  İmir  müəllimin  hansı  qıza 
gözü  düşdü,  onu  əlinə  keçirməyincə,  əl 
çəkən deyil. Haqqında institutda şayiələr 
gəzirdi.  Bütün  qızların  kumiri  idi. 
Buruq-buruq  saçları  gen  alnının  üstünə 
töküləndə,  ala  gözləri  gülümsünəndə  (o 
az  gülən  idi,  amma  gülmək  ona  dəhşət 
yaraşırdı) qızların yuxa yerləri sancırdı. 
Guya  belə  şayiə  gəzirdi  ki,  fakültənin 
qızlarının  bəziləri  özlərini  saxlaya 
bilməyib 
İmir  müəllimin  ayağına 
düşürlər, yalvarırlar ki, onunla bircə gün 
yaşasın, onun qızlığını alsın... Guya o da 
həmin  qızları  belindən  çıxardığı  qayışla 
döyüb  qovurmuş  ki,  gedin  ayrı  yerdə 
si....n! Məni siz nə hesab eləmisiniz?! 
 
O,  zövqlə  geyinərdi.  80-90-cı 
illərin 
dəbinə 
uyğun  salat  rəngli 
damadama  pencək,  qara  xaki  şalvar, 
uzun  yaxalıqlı  sarı,  yaxud  qırmızıya 
çalan  köynək,  salamander  ayaqqabı,  elə 
bu  geyimlərə    uyğun  da  qalstuk...  Hər 
gün  təzə  bir  qalstuk  taxardı.  Onu  eyni 
qalstukda  heç  görməmişdilər.  İnstitut 
müəllimindən  çox,  müğənniyə,  aktyora 
oxşayırdı.  Amma  o  nə  geysəydi, 
yaraşırdı... 
 
Hə,  Natada  qalmışdıq  axı...  Nə 
illah  elədi,  qız  onu  yaxına  buraxmadı. 
Tək  bircə  söz  bilirdi:  “Mamadan 


118
№ 4 (20) Qış- 2016
 
qorxuram!” Neçə vaxt qızın sözünü yerli 
ləhcələrində 
təkarlaya-təkrarlaya 
gəzdi:”Qoruxuram, qoruxuram! Mən saa 
göztərərəm qoruxmağı! Mamaı da sənin 
üstünə  qoyub  qayırmasam,  heş  maa  da 
İmir  deməsinnər!”  (Hə,  bu  ləhcəylə 
danışmaq  məsələsi  belədir:  mühazirə 
zamanı,  yaxud  bir  yerdə  çıxış  edəndə 
qəti  ləhcədə  danışmazdı  –  hərdən  “c” 
yerinə  “j”  deməyi  nəzərə  almasaq. 
Amma  evdə  olanda,  yaxud  öz-özüynən 
danışanda    zır  kəndçi  kimi  öz 
ləhcələrində 
 
qırıldadırdı. 
Hətta 
düşünəndə  də  ləhcədə  düşünürdü.) 
Sonra  da  da  acığa  düşüb  imtahandan 
kəsdi onu. Dedi qoy anası gəlsin, görüm 
nə  təhər  adamdı  ki,  bu  qız  onnan  belə 
qorxur.  
 
Qadın  elə  imtahanın  səhərisi 
gəldi  instituta,  daha  doğrusu,  təzə 
bazarın 
aşağısındakı 
Ketsexoveli 
küçəsində  olan  korpusa  -  ədəbiyyat 
fakültəsi burda yerləşirdi.  
 
Qadın nə qadın! Qızı onun əlinə 
su tökməyə layiq deyildi. And olsun bizi 
yaradana! 
Fakültənin 
qarovulçusu 
Xamis  kişinin  sözü  olmasın,  xalis 
malokoydu!  Ağappaq  əndamı,  pianoçu 
barmaqlarına  bənzəyən  uzun,  nazik 
barmaqları, incə beli (elə bil heç bu Nata 
onun 
içindən 
çıxmamışdı!)
azca 
qabarıyan əmməli buxağı və adama gəl-
gəl deyən gözləri! Qadın deyildi, allahın 
yaratdığı möcüzə idi.  
 
İmir,  təxminən  özü  yaşda  olan 
bu  gözəl  xanımın  qarşısında  əridi, 
bilmədi  ki,  neynəsin.  Bir  müddət  dili  
tutuldu.  Özünü  heç  cür  ələ  ala 
bilməyəcəyini görüb təpimiş dodaqlarını 
yaladı və handan-hana dedi: 
 
-Ay  qız,  sən  bu  gözəllikdə 
xanıma  niyə  əziyyət  vermisən?  Səni 
öküz vursun, belə gözəl anası olan da o 
cür zəif oxuyar? 
 
Qadın  açdı  ağzını,  nə  açdı.  Heç 
o  gözəlliyə  yaraşmayan  (əlbəttə,  İmir 
müəllimə  belə  gəlirdi)  tərzdə  çox 
kobudcasına dedi: 
 
-Məlim,  bura  gözəllik  yarışması 
dögül,  məktəbdür!  Elm  ocağıdur... 
Özüvüzü  ələ  alın...  Mən  gəlmişəm  ki, 
görüm  neçədən  yığırsuz,  pulunuzu 
sayım,  mənim  şağımun  qiymetünü  
vərün,  incitmuun...  Day  nöş  belənçik 
eliyirsüz?! 
Nəğəntənə 
lazımdur, 
verəciyük biz de... 
 
Oppa! 
Qadın 
baltanı 
lap 
kökündən  vurdu  ki!  Hələ  dəhlizin  o 
başından gələn dekan müavini Çəpiş də 
eşitdi  qadının  dediklərini.  (Bu  Çəpiş  ki, 
var  xalis  agent    idi.  Fakültənin  bütün 
sirrini-sirpicini aparıb qoyurdu rektorun 
ovcuna.  Müəllimli-tələbəli  hamının  – 
hətta  dekanın  da  ondan  zəhləsi  gedirdi. 
Ona  görə  heç  kim    öz  adıyla  –  Əprayıl 
çağırmırdı, eləcə Əpiş deyirdi. Daldada 
isə  məlum  ki,  Çəpiş  idi.)  İndi  qadının 
əvvəl 
astadan, 
sonra 
qışqıraraq 
dediklərini  yüz  faiz  eşitdi.  Dekanın 
əlindən  yaxasını  qurtara  bilməyəcək. 
Dekan  da    pulgirin  yekəsiydi.  Nə 
eləyirsən  elə,  yüzcə  manat  bas  ovcuna, 
səninlə bir ay işi olmayacaq... O da həm 
gözəl qızları kəsib yatağına salırdı, həm 
də  oğlanları  kəsib  pul  qırpırdı.  Yoxsa 
institutun verdiyi 320 manatla neyləmək 
olardı?  Üstəlik  də,  bu  cür  geyim-
keçimlə,  son  dəb  maşınla  –  elə  maşına 
hər gün azı 10 manatlıq benzin tökürdü. 
Bahalı  CAMEL  siqareti  çəkirdi,  üç 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə