Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə59/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   55   56   57   58   59   60   61   62   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
123 
kimi  qaz  vurub  qazan  doldurmalı, 
həyatın bütün nemətlərindən dadmalı və 
birincilərdən  olmalıydım.  Təbii  ki, 
hamının  sevimlisi  olan  İsmayıl  Şıxlıya 
nifrət  edirdim  –  o  mənə  doğru  yol 
göstərsə də, onun təmizliyi, quru şöhrəti 
gözlərimi 
qamaşdırırdı. 
Ondan 
qurtulmalıydım! 
Mənə 
bu 
yolda 
Abasquliyev  yardımçı  oldu.  Ortabab 
məqalələrimi  qoşa  imza  ilə  çap  etdi 
(zəhmətimə şərik çıxsa da, bu, mənə sərf 
edirdi), qolumdan tutub rektorun yanına 
apardı, məni qəbul komissiyasının məsul 
katibi  təyin  etdirdi,  mənə  institutda 
rektordan  sonra  ikinci  olmaq  şansı 
yaratdı.  Bütün  institut  qəbul  zamanı 
mənim ayağıma gəlirdi.  
 
Mənə 
hüdudsuz  hakimiyyət 
verilmişdi. Hər imtahan öncəsi mən xaşa 
ilə  dolu  pulu  saymadan  belə  aparıb 
rektorun hüzuruna təqdim edirdim. O da 
eynən  mənim  kimi  saymadan  bir  neçə 
paçkanı  götürüb  mənə  tərəf  atırdı. 
(Bilirdi  ki,  mən  onsuz  da,  hər  qəbul 
etdirdiyimiz  uşağa  görə  valideynlərdən  
əlavə  olaraq  azı  500  manat  artıq  pul 
almışam.  Götürüb  mənə  atdığını,      bir 
növ mükafat kimi verirdi. 
 
Kaliqula  deyirdi:”Göydəki  ayı 
endirib mənə gətirin!” 
 
Mən  isə  fakültədəki  qızların  ən 
gözəgəlimlisini, ən qəşəngini istəyirdim. 
Və  istədiyimi  də  alırdım.  Əlimin 
üstündə  əl  yox  idi.  Hətta  İsmayıl 
Şıxlının atmacasını qulaqardına vurdum.  
 
Mən 
institutda 
təkcə 
ədəbiyyatşünas  deyildim.  Mən  həm  də 
qadınşünas idim.  
 
Ən yaxın dostlarla yeyib-içəndə fəxrlə 
deyirdim: Süleyman bütün quşların dilini bilirdi, 
mən bütün qadınların dilini bilirəm. Nəsiminin 
sevdiyim  bu  misralarını  vird  eləməkdən  ləzzət 
alardım: 
 
 
                Heç  kimsə  Nəsimi  sözünü  fəhm  edə 
bilməz, 
 
Bu  quş  dilidir,  anı  Süleyman  bilir 
ancaq... 
  
 
Qay Kaliqula deyirdi ki, bütün Roma 
imperiyasında  təkcə  mən  azadam.  Pedoqoji 
institutda isə bir azad adam vardı: İmir Çingiz!” 
 
 
 
 
 
 
  
         BƏDƏN DİLİ 
         İmirin Qeyd Dəftərindən 
       “İlk  dəfə    Co  Navarro  və  Marvin 
Karlinsin  “Bədən  dili”  kitabından 
oxumuşdum  bu  haqda:  insanda  limbik 
sistemi  deyilən  bir  sistem  mövcuddur. 
Bizim  bədənimizin  bu  sistemi  ətraf 
aləmə 
 
reflekslərlə 
şüursuzcasına 
reaksiya  verir.  Həmişə  açıq  olan  bu 
sistem 
həm 
də 
bizim 
heysiyyət 
mərkəzimizdir.  Milan  Kunderada  bu  bir 
qədər  başqa  cürdür.  “Ölümsüz”də  o 
yazır:”Biz 
hələ 
uşaqlığımızın 
ilk 
mərhələsində  məşhur  psixoanaltiklərin 
güzgü  mərhələsi  adlandırdıqları  Edip 
mərhələsini  keçirik.  Bu  nədir?  Yəni  biz 
hər birimiz öz bədənimizi dərk etməzdən 
əvvəl  öz  atamızın,  anamızın  bədənini 
dərk  edirik.  Fəqət,  bir  çoxlarımız  bu 
mərhələni  düzgün  keçmədiyimizdən  öz 
bədənimizi  dərk  edə  bilmirik.  Həmişə 
düşünürəm  ki,  mən  İmir  Çingiz  öz 
bədənimi  heç  vaxt  dərk  edə  bilmədim. 
Tanımadığım  bu  bədəndə  sanki  mən 
özüm deyiləm, kirayənişinəm. Ona görə 
də 
bədənimin 
gücünü 
hesablaya 
bilmədim.  Anamın,  atamın,  nənəmin, 
babamın  genindən  gələn  şeylər  mənim 
bədənimdə  dominantlıq  edir,  məni 
özümü  tanımağa  qoymur.  Axı  mən  ilk 
olaraq onların bədənlərini tanımalıydım. 
Lakin buna mənim nə vaxtım, nə də ailə 


124
№ 4 (20) Qış- 2016
 
gələnəyindən  gəlməyən  -    təlabatdan 
doğmayan  orqanlarım  imkan  vermədi. 
Bəlkə  də  hələ  mən  heç  bu  dünyada 
rüşeym  halında  olmayanda  belə,  o 
proses  başlamışdı.  Bədənimin  ayrı-ayrı 
hissələrinə yerləşdirilmiş o gec partlayan 
minalar bu gün mənim ayaqlarım altında 
açılır  və  bəla  burasındadır  ki,  bu 
partlayışları  belə  mən  eşitmirəm.  Çünki 
mən,  əslində  bu  bədəndə  deyiləm.  Bu 
bədən mənə məxsus deyil.”  
 
Bilirəm,  İmirin  qeydləri  bir 
qədər  mürəkkəb və dolaşıq kimi görünə 
bilər.  Ancaq  elə  bilirəm  ki,  sonrakı 
hissələrdə  onun  nə  demək  istədiyi 
çözüləcək.  Sadəcə  bədəninizin  dilinə 
hakim  olmaq  çox  vacibdir  –  öz 
bədəninizi  yaxşı  tanımadan  ayağınızı 
qaza qoymayın. 
 
Bu  dəftər  İmirin həqiqi  simasını 
oxucuya göstərən yeganə mənbədir. Yeri 
gəldikcə  oradakı  maraqlı  səhifələrlə  sizi 
tanış edəcəyəm. 
 
 
 
QADIN 
 
“Hər    kişinin  arxasında  bir 
güclü  qadın  dayanır”  –  bunu  kim 
deyib,  bilmirəm.  Amma  yaxşı  deyib.  
Sadəcə, bir balaca düzəlişə ehtiyacı var: 
bir yox, bir neçə. Hə vallah. Mənim kimi 
şorgöz  üçün  bir  qadın    nədi  ki?!  Mən 
qadınlardan 
güc 
alıram. 
Elmi 
potensialım da,  – yeri gəlmişkən, o elmi 
potensial,  ağıl,  baş,  hamısı  getdi 
qadınlara sərf olunan vaxtın və zamanın 
dalınca,  indi  mən  alim  yox,  sadəcə  ali 
məktəbdə  dərs  deyən  bir  robotam  – 
gəncliyim  də,  kişi  qürurum  da  bu 
zümrədən  asılıdır.  Mən  qadınlarsız  bir 
heçəm.  Vampir  qan  içəndə  toxtayan 
kimi,  mən  də  qadınları,  daha  doğrusu 
qızları  dəyişəndə  güclənirəm,  enerjim 
artır,  entuziazmım  vüsət  alır.  İndi  gör 
başıma nə gəldi?” 
 
...-Sənə  qadın  lazım  dögül? 
Qadın  mən?  Nöş  qızıma  ilişirsən?  Nə 
istəsön elərəm səninçün... Amma qızıma 
dəgmə... 
 
Və  bir  gün  Nata  gəldi  onun 
yanına, ağlaya-ağlaya dedi: 
 
-Mamayla 
dalaşmışam.  Day 
mən o evə dönmiyeceyem... Səni mənim 
əlimnən almax istiyir qoca kaftar! 
 
Və  onu  7-ci  mikrorayondakı  bir 
otaqlı evinə apardı – düz 8-ci mərtəbəyə 
qalxdılar.  Şəhər  ayaqlarının  altında  idi. 
O  qızı  balkonda  qucaqlayıb  öpdü.    Və 
onlar  öpüşə-öpüşə  əvvəl  vanna  otağına, 
ordan da yatağa cumdular... 
 
Nata  anasının  yanına  bir  daha 
qayıtmadı.  İmir  onu  institutda    lobarant 
işinə  düzəltdi.  Bir  qızları  da  var.  Bunu 
hamı  bilir,  amma  heç  kim  üstünü 
vurmur...  Təkcə  Rembonun  duyuq 
düşməməsi  üçün  min  oyundan  çıxdı. 
Kişi  işi  biləndə  yazıq-yazıq  boynunu 
qoydu  çiyninin  üstünə:  “Zakir  müəllim, 
əl  mənim,  ətək  sənin,  bir  qələtdi 
eləmişəm...  Hər  kişinin  başına  gələn 
qəzadır.  Oldu,  bitdi.  Vallah  anası  da  üş 
min verir, götür, dekanla danış, düzəldək 
burda işə...”  
 
Qoca  qurd  olan  Rembo  üç  min 
adı  gələn  kimi  yasaladı:”Yaxşı,  yaxşı. 
Çalış, baldızın qulağına çatmasın, yoxsa 
nəfəsini  kəsər  sənin.  Pulu  bura  ver 
görüm!” 
 
“Baldız  ”,  Rembonun  diliynən 
desək,  Hafza  (adı  Hafizə  idi)    iki    uşaq 
anası idi, heç ayda-ildə bir dəfə çöl-bayır 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə