Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə62/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   58   59   60   61   62   63   64   65   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
129 
 
Bütün bunlar azmış kimi, o, hər 
il  qəbula  salınır,  rektorun  özünün  iltifat 
göstərdiyi adam olurdu. Bu uğurlar onun 
elmi bacarığı sayəsində olsa da, həm də 
dekandan  rektoracan  hamını  yedirtmək 
bacarığından  da irəli  gəlirdi.  İstər  qəbul 
zamanı, 
istərsə 
 
də 
semestr 
imtahanlarında  onun  qədər  şədd  açan 
ikinci  bir  müəllim  yox  idi  institutda. 
Hətta bir dəfə fakültənin pillələrini ağır-
ağır  qalxan  İsmayıl  Şıxlı  ilə  üz-üzə 
gələndə salam verib keçmək istəyirdi ki, 
yazıçı onu saxlayıb düz gözlərinin içinə 
baxaraq demişdi: 
 
-İmir,  o  günü,  o  saatı  heç  vaxt 
yadından çıxartma. Hansı günü dediyimi 
özün  yaxşı  bilirsən.  Səni  məhv  etməyə 
hazır  olan  adamla  indi  paralel  imzayla 
məqaləniz 
çıxır. 
Olsun. 
Demək, 
fərasətlisən, 
bacarıqlısan… 
Amma 
unutma,  hər  gəlhagəlin  bir  gethagedi  də 
olur…  Hə,  bir  də  qulağıma  bəzi  şeylər 
də  çatır…  Qızlar,  qadınlar…  Bu  çox 
qorxulu 
oyundur, 
gözlə, 
özünü 
yandırarsan… Əxlaq elmin emblemidir. 
      Onda  İmir  bizə  dərs  deyirdi  və 
İsmayıl 
müəllimlə 
pilləkəndəki 
görüşündən  sonra    302-ci  otaqda  bizim 
birləşməyə mühazirə oxuyacaqdı. Gəldi. 
Düz  on  dəqiqə  özünü  toplaya  bilmədi. 
Gah gedib dəhlizdə siqaret çəkdi, gah 4-
cü  mərtəbənin  pəncərəsindən  köhnə 
Basin  küçəsini  uzun-uzadı  süzdü… 
Axırda 
könülsüz-könülsüz 
hansı 
mövzudasa mühazirə oxuyub çıxıb getdi 
və ikinci qırx beş dəqiqəyə heç gəlmədi. 
Əvəzində Çəpiş gəlib  zəhləmizi tökdü – 
düz  45  dəqiqə  bizə  təlim-tərbiyə  dərsi 
keçdi… 
 
 
                                                        
 
ALLAHI ÖLDÜRDÜM! 
 
İmirin  doğulduğu  kəndin  adı 
dəftər-kitabda  Zümürxanlıdı.  (Amma 
camaat  bura  öz  aralarında  Alakol 
deyirmiş.)Bu  zümürxanlılar,  deyilənə 
görə 
bura 
gəlmədilər. 
Hardasa, 
gündoğan  tərəfdən  gəliblər.  Gəlib  də 
yerli  camaatın  yarısın  qılıncdan  keçirib 
yurd  salıblar,  olublar  buralı.  Guya  elə 
ona  görə  də  buranın  adı  qalıb 
Zümürxanlı  - Zülümxanlı. Yəni, əslində 
kəndin adı Zülümxanlıymış. 
 
Amma başqa bir fikir də var ki, 
guya  buranın  əsl adı  Sibirxanlıdır.  Yəni 
həmin Şərqdən gələnlər sibirlilər, yaxud 
subarlılarmış,  yaxud  da  sabirlilərmiş. 
Yerli camaatla qaynayıb-qarışdıqca olub 
Zümürxanlı.  (Bu  axırıncı  fikir  İmirin 
Qeyd  Dəftərində  də  var  və  deyəsən,  elə 
İmirə məxsusdur. Orda belə bir fikir də 
yer alıb ki, bəlkə də bura Şumerxanlıdır. 
Yəni 
bura 
gəlmə 
olan 
camaat 
günbatandan gələn şumerlərmiş və sair.) 
 
Kənddə  başqa  bir  rəvayət  də 
danışırlar.  Guya  ki,  1930-cu  illərin 
başında  buralara  Bakıdan  göndərilən 
“Polit oddel” ayamalı (özü deyirmiş, əsl 
adım  Axmeddir  -  Axmed  Axmedov    və 
qəribədir  ki,  camaat  da  qorxudan  onu 
Əhməd  Əhmədov  deyil,  elə  Axmed 
Axmedov  çağırırmış)  adam  camaatı  al-
dilinən kolxoz eliyə bilmirmiş, hirslənib 
söyürmüş,  döyürmüş.  Adamlar  yola 
gəlməyəndə  tutub  həmin  yuxarıda  adını 
çəkdiyimiz  yerə  -  bir  zamanlar 
babalarının 
gəldikləri 
Sibirə 
göndərirmiş.  Hətta  bununla  da  ürəyi 
soyumayanda  cibindən  qara  rəngli 
naqanını çıxardıb güllələyirmiş adamları 
məhkəməsiz-zadsız.  Adamlar  da  bu 
zülmü  həzm  edəmməyəndə  bir-birinə 
təskinlik verərmişlər: 
 
-Allah kərimdir! 
 
Bir 
gün 
“Polit 
oddel” 
əlaltılarından  soruşur  ki,  nədi  bu 
adamları belə əyilməyə qoymayan? Niyə 
bunlar 
tabe 
olmurlar? 
Kimə 
arxayındılar? 
 
Deyirlər  ki,  Allaha,  bir  də 
Kərimə. 


130
№ 4 (20) Qış- 2016
 
          “Nə təhər axı?”  
          “Hər  dəfə  bir  qan  düşəndə, 
deyirlər, Allah Kərimdir!” 
 
“Polit  oddel”  düşünür,  daşınır, 
camaatı yığır kəndin ortasına deyir: 
 
-Çox 
allah, 
Allah, 
Allah 
deyirsiniz,  indi  mən  onu  da  öldürərəm, 
görüm onda neyniyərsiniz?! 
 
Kəndin  mollası  yeriyir  onun 
qabağına,  diz  çöküb  yalvarır  ki,  ay 
yoldaş  Axmedov,  neynirsən  elə,  təkcə 
Allahnan  işin  olmasın.  O  da  hirslənib 
naqanını 
çıxardıb 
əvvəl 
mollanı 
güllələyir,  sonra  naqanın  ağzını  göyə 
tutub  tətiyi  çəkir,  “şart-şart-şart”  -  düz, 
üç dəfə göyə güllə atır və deyir: 
            -Di  gedin,  musurman  köpək 
uşağı! 
Mollanızı 
da, 
Allahınızı 
öldürdüm!  Anuka  ubiraytes  çort  vazmi! 
Musor uşağı musor! 
 
Səhər kəndin Yuxarı məhləsində 
beş  qulac  boyu,  iki  qulac  eni  olan 
nəhəng  adamaoxşar  bir  varlıq  tapırlar. 
Al-qan  içində  zarıyan  o  varlıqdan 
soruşurlar  ki,  kimsən,  nəçisən?  Zarıya-
zarıya  əlini  uzadıb  göyü  göstərir.  Sonra 
da başını yerə qoyub ölür. Qorxudan onu 
aparıb  dəfn  də  etmirlər.  Deyirlər, 
gecəynən  kolxozun  palturka  maşınına 
qoyub aparıb basdırarıq.  
           Gecə  gedib  baxırlar  ki,  orda  heç 
nə yoxdur. O varlıq qeyb olubmuş... 
           Bütün  o  zonaya  səs düşür  ki,  bəs 
“Polit  oddel”in  atdığı  güllə  Allaha 
dəyib, öldürüb onu.  
 
Nə qədər  çalışsalar da, o nəhəng 
varlığı  ilk  dəfə  kimin  gördüyünü 
xatırlaya  bilmədilər.  Hətta  o  varlığın 
özünü belə yadlarına sala bilmədilər. Və 
camaat özlərindən şübhələndi də: əcaba, 
biz 
ONU 
doğrudanmı  
görmüşmüydükmü?  
 
Beləcə, o varlıqdan yalnız bir-iki 
quru  söz  qaldı:  “Beş  qulac  boyu,  iki 
qulac  eni  olan  adamaoxşar  bir  varlıq...” 
Sonra da bu sözü dediklərinə görə kafir-
kifir olurlar: “Allah keç günahımızdan... 
Dilim-ağzım  qurusun...  Allah  şeytana 
nəhlət  eləsin...  Ay  yerin,  göyün  sahibi 
keç  günahımızdan...  Ay  allah,  pox 
yeyirəm, 
qələt 
eliyirəm, 
yanında 
günahkaram...” 
           Danışırlar  ki,  bir  gün  kəndə 
“Allahsız”  adda  bir  jurnal  gətirirlər  və 
deyirlər  ki,  baxın,  sizin  Allahınız  daha 
yoxdur, çünki onu öldürüblər.  
           Elə 

hadisədən 
sonra 
Zümürxanlıya  camaat  öz  aralarında  
Şümürxanlı  deyirmiş.  Yəni,  bura 
Şümürün, imamları qətlə yetirən Yezidin 
ölkəsidir... 
 
(Çox  sonralar  İmirin  şahmatçı 
qardaşı 
Nizami 
kəndə 
gələndə 
danışırmış 
ki, 
Moskvada 
şahmat 
çempionatında  iştirak  etdikdən  sonra 
bütün  şahmatçıları  Sibirə  gəzməyə 
aparırlar. Nizami orada bir kənd görür. 
Kəndin adı Şevçenko olsa da, camaat öz 
aralarında bura Alakol deyirmiş. Kəndin 
bir  məhləsi  varmış  ki,  ruslardan  seçilən 
bu 
camaatın 
çoxunun 
soyadı 
Zumerxanski  imiş.  Nizami  deyirmiş  ki, 
yarısı  bizim  dilə  yaxın  bir  dildə 
danışaraq özlərinə qrek deyənlər, yarısı 
da 
elə 
bizim 
kimi 
danışan 
zümürxanlılarmış.  Axmed  Axmedovun 
sürgün  etdiyi  adamlar  Nizami  ilə 
ağlaya-ağlaya  öpüşüb-görüşmüş,  onun 
and-aman 
eləməsinə 
baxmayaraq 
Axmed  Axmedovun  ölüb  getdiyinə 
inanmamışlar.  Ona  görə  də  geri 
qayıtmağı ağıllarına da gətirmirmişlər.) 
 
 
 
 
             DƏFTƏRDƏKİ BERİYA 
 
  İmirin  dəftərçəsi  qan  qırmızı 
rəngdə idi. 
            Dəftərçəni    onun  ölümündən 
sonra  Əmanət  mənə  vermişdi.  (Əmanət 
axı  bizimlə  bir  qrupda  oxumuşdu.  Həm 
də  aramız  açıq  idi.  Gənclik  illərində 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə