Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə38/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   34   35   36   37   38   39   40   41   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
81 
həftənin  cüt  günləri  çoxlu  adamlar 
yığışır,  qalustuklu,  kastyumlu,  bayaq 
necə  deyirdin,  hə,  çox  nəcib  adamlar. 
Bəli!  Bir  də  siz  xeyirxah  insanları  niyə 
dəbdəbəli yerlərdə axtarırsınız ki? Harda 
görünüb ki, əliaçıq, ürəyi geniş adamlar 
mütləq  dəbdəbəli  yerlərdə  olmalıdır. 
Hə?  Gəlin  gedək  o  binaya.  Mənim 
ürəyimə 
damıb, 
bütün 
dünyanın 
xeyirxahları ordadır.  
Oğlan. Tələsmək lazımdı! 
Tütəkçalan. Tələsək! Duman gəlməlidi. 
Kor duman!   
 
 
 
 
İkinci şəkil 
 
 
 
(Hər  üçü  yorğun  halda  səhnənin 
ortasında dayanıblar
 
Tütəkçalan.  Lap  əldən  düşdük.  Bu 
qədər yol gəlmək olar. Deyirdin yaxındı 
bəs? 
Süpürgəçi.  Mən  hardan  biləydim  ki, 
“Maqdonalds”a  görə  küçənin  səmtini 
dəyişiblər. 
Tütəkçalan. 
Bəs 
buraları 
sən 
süpürmürsən? 
Süpürgəçi.  Yox.  “Maqdonalds”  olan 
küçələrdə 
süpürgəçiləri 
xaricdən 
gətirirlər. 
 
Tütəkçalan. Niyə?  
Süpürgəçi.  Deyirlər  öz  zibilimizi 
özümüz  təmizləyəcəyik.  Siz  əlinizi 
vursanız birdən zibilə infeksiya keçər. 
Tütəkçalan. Niyə? 
Oğlan. 
Bura 
doğurdan 
bizim 
şəhərimizdi? 
Mən 
heç 
buralarda 
olmamışam,  qəribə  yerdi.  Bu  da  uçuq 
bina, bəs hanı xeyirxah insanlar?  
Süpürgəçi. Gözləmək lazımdı.  
Tütəkçalan. Niyə? 
Süpürgəçi. Çünki duman gələcək. 
Oğlan.  Duman  nədi?  Yadınızdan  çıxıb 
bura niyə gəlmişik? 
Süpürgəçi.  Özümüz  üçün  gəzirik  də. 
Tanış  olun,  o  tindəki  nərmə-nazik 
göydələn 
bu 
küçənin 
simvoludu, 
əvvəllər  onun  yerində  15-ci  srə  aid 
dəbdən  düşmüş  qala  var  idi.  Onun  sağ 
tərəfindəki əyri burun göydələn isə… 
Tütəkçalan. Elə bil mən acmışam. 
Süpürgəçi. Sabahın xeyir! 
Oğlan. Sizin ikinizin də başınız işləmir! 
Biz bura xeyirxah adamlardan pul almaq 
üçün gəlmişik. 
Süpürgəçi. Bu, lap bezdirdi e bizi! 
Tütəkçalan. Bezdirdi! 
 
(Onların  qabağından  bir  nəfər  kloun 
səhnənin  başqa  tərəfinə  qaçıb  gözdən 
itir.  Təəccüblənirlər.  Hər  üçü  birdən). 
Aaaa… Gördünüz? 
 
Tütəkçalan. Kimi deyirsiniz? 
Oğlan. Məni qara basır! 
Süpürgəçi.  Duman  gələndə  əvvəlcə 
xəfif külək əsir.  
 
Pauza 
 
Oğlan.  Bizi  bura  sən  gətirdin?  Səni 
görüm dumana həsrət qalasan! 
Tütəkçalan.  Düz  deyir,  bizi  bura  sən 
gətirmisən.  İndi  get  söz  verdiyin 
qamburgeri  al.  Bəli,  ancaq  yanında 
genetik  modifikasiya  olunmuş  kartof  və 
sairə şeylər olmasın. Get də! 
Süpürgəçi.  Mən  heç  kimə  qamburger 
söz 
verməmişəm. 
Mən 
sadəcə 
“Maqdonalds” 
demişəm, 
“gözəllik 
dünyanı xilas edəcək” sözlərinin əvəzinə 
“Maqdonalds”. 
 
(həmin  kloun  bu  dəfə  səhnənin  əks 
tərəfinə qaçır
 
Hər üçü. Aaaa… 


82
№ 4 (20) Qış- 2016
 
Oğlan. Gördünüz? 
Tütəkçalan. Mən deyəsən acmışam. 
Süpürgəçi.  Duman  gəlməmişdən  əvvəl 
qaranquşlar  aşağıdan  uçurlar.Oğlan. 
Məni qara basır. (qəzəblənir) Nahaq sizə 
qoşuldum.  Siz  dünyanın  xeyirxah 
adamlarının 
dırnağına 
dəyməyən 
insancıqsınız.  Bəli  insancıq!  Başqasının 
dərdi  ilə  oynayan  cılız  məxluqlarsınız. 
Allah  sizi  yaradıb  ki,  dünya  sadəcə  boş 
qalmasın. Siz adicə ünsürsünüz! 
Süpürgəçi.  Ünsür!  Bu  sözü  bir  vaxtlar 
qəzetlərdə 
çox 
işlədərdilər. 
İndi 
işlətmirlər. 
Deyəsən 
ünsürlərin 
hamısının  axırına  çıxıblar,  ona  görə. 
Amma  bilsələr  ki,  bu  şəhərdə  cəmi  iki 
dənə  (əli  ilə  özünü  və  tütəkçalanı 
göstərir)  damazlıq  ünsür  qalıb,  mütləq 
işlədərlər. Sən heç istəmisən ki, qəzetlər 
səndən yazsın? 
Tütəkçalan.  (oğlana  yaxınlaşaraq)  Sən 
bizi qınama. Xətrinə dəydik hə? Qınama 
bizi.  (yavaşdan)  Bu  qala  xəstəliyinin 
əlamətləridi.  Qalasını  itirən  bütün 
adamlar  bizim  kimidi,  duman  gələnə 
yaxın  ağılları  başlarından  çıxır.  Duman 
yaxınlaşanda havalanırlar. Nə etdiklərini 
bilmirlər. 
Bağışla  bizi.  Bu,  qala 
xəstəliyinin  əlamətləridi.  (gülümsünür
Amma  bizim  adımızı  yaxşı  tapdın.  Biz 
doğurdan da ünsürük. 
 
(Tütəkçalan 
və  Süpürgəçi  oğlanın 
yanında  “Biz  ünsürük”  deyə  atılıb-
düşürlərKloun yenidən səhnənin başqa 
səmtinə qaçır). 
 
Oğlan.  (qışqırır)  Dayan!  Yoxsa  atəş 
açacam! 
 
(kloun yerə yıxılıb ayaqlarını qaldırır
 
Tütəkçalan. Duman gəldi? 
Süpürgəçi.  Mənim  burnuma  cizburger 
iyisi gəldi. 
Oğlan. Siz bir buna baxın! 
Süpürgəçi. Əvvəllər orda 13-cü əsrə aid 
uçuq-sökük 
mədrəsə 
vardı. 
Onu 
sökdülər.  Yerində  böyük  bir  boşluq 
qaldı… Boşluq...  
Oğlan. Oranı demirəm, bura baxın! 
Tütəkçalan. 
Yazıq 
qalada 
qalan 
sərçələr. Hər gecə yuxuma girirlər. 
Oğlan. Mən bunu deyirəm! 
 
(Süpürgəçi 
və  tütəkçalan  heyrətlə 
gözlərini bərəldirlər
 
Süpürgəçi.  Qaranquş!  Biz  elə  səni 
axtarırdıq! 
Tütəkçalan.  Qəribədi,  bu  dünyanın 
xeyirxah  adamlarının  ayaqları  niyə 
həmişə göydə olmalıdı? 
Oğlan. Sən kimsən? 
Süpürgəçi.  Ey  xeyirxah  adam,  dumanı 
görmədin? 
Tütəkçalan.  Sənin  niyə  ayaqların 
göydədi? 
Oğlan.  Siz  sualı  düzgün  qoymursunuz, 
əvvəlcə  tanış  olmaq  lazımdı.  Ey,  sən 
kimsən? 
Kloun.  Nə  olar  məni  öldürməyin. 
(ağlamsınır)  Bu  gün  mənim  debütüm 
olacaq. İlk tamaşamı oynayacaqlar. Mən 
bu  günü  çox  gözləmişəm.  Öldürməyin 
məni. Rəhm edin!  
Oğlan.  Kimdi  səni  öldürən?  Yaxşı-
yaxşı, ayıbdı, sal ayamını aşağı. 
 
Kloun.  (ayğa  qalxıb  səhnənin  kənarına 
qaçır). Bəs atəş açmayacaqsınız? 
Oğlan.  Yox!  Heç  mənim  silahım  da 
yoxdu. Heç vaxt olmayıb, heç olmaycaq 
da. Elə-belə sözgəlişi dedim. 
Kloun.  (ciddiləşir)  Ayıb  sənə  olsun! 
Yekə kişisən, ə! Atəş aça bilmirsən, bəs 
niyə  qışqırırsan?  Az  qalmışdı  bağrım 
yarıla. 
Oğlan.  Bəs  sən  niyə  ayaqlarını  göyə 
qaldırdın?  Normalda  əllərini  qaldırmalı 
idin? 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə