Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə36/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   32   33   34   35   36   37   38   39   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
77 
sürünür? 
(əllərini 
cibinə 
salır, 
süpürgəsini  götürüb  o  tərəf-bu  tərəfə 
çevirir, tütəkçalan hər iki cibini çevirir, 
nəsə  xatırlayırmış  kimi  cəld  oturduğu 
yerdə  qabağına  qoyduğu  dəmir  kasanı 
əlində yellədir. Sonra hər ikisi təəccüblə 
oğlanın  üzünə  baxaraq  qışqırırlar)  Nə 
qədər? Yüz?! Lap eləcə yüz?! 
Oğlan. Elə bağırırsınız ki, elə-bil sizdən 
yüz  min  istədim.  Əslində  heç  sizdən 
istəmədim, elə-belə, soruşdunuz dedim.  
Tütəkçalan.  Bəlkə  duman  gələndə 
axtaraq? 
Oğlan.  Mənə  duman  gələnə  kimi 
lazımdı. Özü də çox vacib lazımdı. Lap 
çox.  
Tütəkçalan. Sabahın xeyir! 
Oğlan. Artıq günortadı! 
Süpürgəçi. Lap təcili lazımdı? 
Oğlan. Lap təcili! 
Süpürgəçi. Lap, lap, lap təcili? 
 
(Oğlan  təəssüflənirmiş  kimi  başını 
bulayır).  
 
Süpürgəçi. Onda vaxtımız azalıb, bəlkə 
də heç qalmayıb. Vaxt azalanda şans da 
azalır.  Bilirsən  vaxt  elədir  ki,  lap  şans 
kimidi. Qismət, bəxt, vaxt bunlar hamısı 
eyni  şeylərdi.  Bunlar  hamısı  eyni 
şeylərdisə,  bəs  niyə  üç  sözün  əvəzinə 
yalnız  birini  iştəlmirik?  Axı  bu  qədər 
sözlərdən 
israfçılıq 
eləmək 
nəyə 
lazımdı?  (həyacanlanır)  Belə  götürəndə 
qismət  də,  bəxt  də,  vaxt  da  elə  eyni 
şeylərdi.  Qismətində  yoxdusa  bəxtin  də 
yoxdu, 
bəxtin 
yoxdusa 
vaxtı 
neyləyirsən?  Belə  götürəndə,  axı  mən 
düz  deyirəm,  bəs  niyə  dillənmirsiniz? 
Heç  olmasa  başınızı  tərpədin  ki,  bilim 
robort deyilsiniz. 
Tütəkçalan.  (başını  tərpədə-tərpədə 
ona  yaxınlaşır  və  eyni  həyəcanla
Qismət,  bəxt,  vaxt…  Qismət,  bəxt, 
vaxt… Qismət, bəxt, vaxt… Bəs birdən 
duman 
gəlmədi? 
Bəlkə 
sən 
bizi 
aldadırsan? 
Bəlkə 
sənin 
özünü 
aldadıblar? Sən də fərqinə varmadan bizi 
dolamısan. (əsəbləşir) Dolamısan bizi? 
Oğlan. Mənə yüz dollar lazımdı! Yüz! 
Süpürgəçi.  Bağışla,  bağışla.  Təmiz 
unutmuşdum axı sənə lap çox yüz dollar 
lazımdı.  Lap,  lap,  lap  çox.  Gör  mən 
nədən danışarm, təmiz ağlımı itirmişəm. 
Üç 
şey 
haqqında 
eyni 
vaxtda 
fikirləşəndə  adamın  başı  şişər  də.  Axı 
mənim  üçün  ağırdı  eyni  vaxta  üç  şey 
haqqında  düşünmək.  Bəlkə  aramızda 
bölüşək  mən  olum  «vaxt»,  sən  ol 
«bəxt»,  sən  də  ol  «qismət».  Mən 
qaçıram  düşün  dalımca,  əgər  məni 
tutsanız  deməli,  sizin  bəxtiniz  gətirdi, 
sən  demə  qismətinizdə  var  imiş. 
(Yasəmən  ağacının  başına  dolanaraq 
qaçmağa başlayır). 
 
Tütəkçalan. Yox mən ac deyiləm! (o da 
onun arxasınca götürülür
Oğlan.  (Yerə  oturaraq  başını  əlləri 
arasında  sıxıb  inildəyir)  Sizə  nə  olub 
belə? 
Dedim  axı  nə  istədiyimi, 
soruşdunuz,  mən də dedim. Sizi görüm 
dumana həsrət qalasınız! 
Tütəkçalan.  A…a..a  ona  yüz  dollar 
lazımdı. 
Süpürgəçi.  Doğurdan,  bəs  niyə  demir? 
Ey, bəs niyə dillənmirsən? 
Tütəkçalan.  O,  dedi.  Özü  də  bir  neçə 
dəfə. 
Süpürgəçi.  Sən  hardan  bildin?  Axı 
sənin qulaqların o söz, düüd, düüd… 
Tütəkçalan. Sənin xalanı düüd, düüd! O 
dedi. 
Süpürgəçi. Bəs niyə mən xatırlamıram? 
Oğlan.  Çünki  sən  eyni  vaxtda 
danışırsan, 
düşünürsən, 
həm 
də 
sayaqlayırsan.  Süpürgəçi.  Bəli  mən 
danışa-danışa  düşünürəm.  Amma  heç 
vaxt sayaqlamıram. 
Oğlan. Bu, sənə elə gəlir. 
Süpürgəçi.  Bilirəm,  mənim  xasiyyətim 
belədi.  Mən  danışa-danışa  düşünürəm, 


78
№ 4 (20) Qış- 2016
 
ümumiyyətlə,  bizim  şəhərdə  düşünə-
düşünə  danışmaq  artıq  dəbdən  düşüb. 
İndi  hamı  danışa-dınaşa  düşünür. 
Ümumiyyətlə, bizim şəhərdə… 
Tütəkçalan.  Düüd,  düüd…  Xalan  səni 
çağırır! 
Oğlan. Mən çox az şey istəyirəm axı. 
Süpürgəçi.  Xatırladım  yüz!  Lap  təəcili 
lazımdı?  Duman  gələnə  kimi?  Deməli 
vaxtımız  azalıb,  bəxtin  yoxdusa  vaxtı 
neyləyirsən, vaxtın yoxdusa qismətin… 
Oğlan. Bəsdir! 
Tütəkçalan. Düüd, düüd.  
 
Süpürgəçi.  İlahi,  görəsən  bu  gün  mən 
nə  qədər  “düüd”  qazandım.  Hər  halda 
xalam razı qalar. (qısa pauza) Biz o pulu 
qazanmalıyıq!  (hər  ikisi  ona  yaxınlaşır 
və  başları  ilə təsdiq işarəsi  verirlər)  Bu 
başqa məsələ, arada başınızı tərpədin ki, 
bilim  robot  deyilsiniz.  Ancaq  tərslikdən 
qazanmaq da vaxta bağlıdı. 
Oğlan.  Bircə  vaxtdan  danışma.  Bunları 
artıq demisən. 
Süpürgəçi.  Qazanmaq  əsasən  vaxta 
bağlıdı,  əzizim.  Bizim  də  vaxtımız 
yoxdu, bir azdan duman gəlməlidi, təbii 
ki, televiziya bizi aldatmırsa. 
Tütəkçalan.  Gələcək,  duman  mütləq 
gələcək! 
Süpürgəçi.  (üzünü  oğlana  tutur)  Gəl 
mərc  edək,  duman  gəlsə,  sən  mənə  yüz 
dollar verə bilərsən? 
Oğlan. 
Pul 
mənə 
lazımdı, 
ay 
başdanxarab. 
Süpürgəçi. Mən səndən soruşmadım ki, 
ondan  soruşuram  (tütəkçalana  işarə 
edir). 
Tütəkçalan. Düüd, düüd… 
Süpürgəçi.  Başa  düşdüm,  xalamı  belə 
hörmətlə  yad  etdiyin  üçün  dərin 
təşəkkürlər!  (səsinin  tonunu  dəyişir, 
ciddiləşir)  Qazanmaq  lazımdır!  Ancaq 
biz  qazana  bilməyəcəyik.  Ona  görə  yox 
ki,  bacarığımız  yoxdu.  (əsəbləşir)  Ona 
görə  ki,  qazanmaq  üçün  bizə  şans 
verməyiblər! Şans çox zibil şeydi. Gərək 
əvvəlcə  nəyinisə  və  ya  haranısa  girov 
qoyasan. 
Siniz 
girov 
qoyulacaq 
nəyinizsə  var?  (hər  ikisi  çiynini  çəkir
Bax,  görürsünüz  sizin  girov  üçün 
cəlbedici heç nəyiniz yoxdu. 
Tütəkçalan.  Tay  de  ki,  qazana 
bilməyəcəyik də. Çürükçü! 
Oğlan. Çürükçüsən! 
Süapürgəçi.  (səsi  dəyişilir,  bir  az 
kinayəli  və  müləyim  tərzdə)  Hə  bir  az 
çürükçüyəm,  amma  bir  az.  Vaxt  azalır, 
azalır,  yox  qazana  bilməyəcəyik.  Onda 
bir yolumuz qalır. Gəlin axtaraq.  
Oğlan. Haranı? 
Süpürgəçi. Küçəni, məgər burdan başqa 
axtarılacaq yermiz var?  
 
(hər üçü  ağacın  yan-yörəsini,  küçənin  o 
baş-bu  başını  axtarırlar.  Bir  azdan 
sonra  süpürgəçi  nəsə  xatırlayırmış  kimi 
dillənir
 
Süpürgəçi.  A  yadıma  düşdü.  Heç  nə 
tapa  bilməyəcəksiniz!  Axı  mən  səhər 
küçəni  süpürmüşəm.  (ikisi  də  tövşüyə-
tövşəyə  ona  yaxınlaşır)  Yasəmən  ağacı 
şahiddi ki, indiyə kimi bu küçədən cəmi 
bircə  dəfə  iyirmi  dollar  tapmışdım,  onu 
da  aparıb  xırdalmaq  istəyəndə  saxta 
çıxdı.  Az  qalmışdı  məni  qandallasınlar. 
Zorla 
canımı 
qurtardım. 
(üzünü 
tamaşaçılara 
tutaraq
Yekə 
adamlarsınız,  heç  olmasa  hərdən  bir 
küçəyə pul atın da. Guya bilmədən oldu, 
guya 
xəbəriniz 
yoxdu. 
Heç 
fikirləşmisiniz  ki,  sizin  cibinzdən  düşən 
qəpik kimisə xoşbəxt edə bilər, hə?! Ay 
fikirləşdiniz a! 
Tütəkçalan.  Tələsək!  Duman  gələnə 
kimi  qurtarmaq  lazımdı.  (oğlan  onun 
böyrünə  qısılaraq  ağacın  altında 
oturub)  Duman  bizi  qalaya  aparacaq. 
Yadından  çıxmasın  qarın  sazağında 
qalada  bir  sərçələr  qalmışdı,  bir  də  biz. 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə