Üç aylıq ədəbiyyat dərgisi
71
uşaq üzə güləndə saç tökülür. Hamı onu
dilə tutdu ki, saçını kəsdirsin, amma o
kəsdirmədi. Əri də arvadının bu qərarına
qarışmadı. İndi ona elə gəlirdi ki,
arvadının saçları darıxır. Tumar istəyir.
Bu söz ağlından keçəndə içində fırtına
qopurdu. Necə yəni tumar istəyir?
Kimin tumarı oldu olar məgər? Ondan
başqa kim bu qadının saçlarına toxuna
bilər? Dodaqları səyriyirdi, olmayan
yumruğu düyünlənirdi. Acizliyindən
hönkürürdü.
Son
vaxtlar
tez-tez
dalaşırdılar.
Arvadına
acıqlanırdı,
əslində isə onu dəli kimi qısqanırdı.
Qoluna girə bilmədiyi bu qadının bir
gün başqasının qoluna girə biləcəyi
ağlına gəlirdi. Bu səhər də möhkəmcə
dalaşdılar. Daha doğrusu, o boş bir şeyin
üstündə qadına acıqlandı. Qadın insafən
ona cavab qaytarmırdı. Arvadının
dolmuş gözlərinə baxdı.
-Zəhlən gedir məndə, hə?
Bilirəm, deməsən də olar.
-Bəsdir də, hər gün dava
olar? Mən sənə neyləmiişəm? Niyə belə
edirsən ki?
-Nifrət edirsən mənə?
-Axı niyə belə fikirləşirsən?
Mən də insanam, niyə hər gün səbəb
tapıb qanımızı qaraldırsan.
–Heç, sənin üçün bəhanə
yaradıram da.
-Nə bəhanə?
-Necə nə bəhanə? Bəs
getmək
istəsən
nəyi
səbəb
göstərəcəksən? Boşananda nə üçün
boşandığını deyəcəksən?
-Hara getmək istəsəm.? Nə
boşanmaq, dəli olmusan?Sən Allah
bəsdir. Boş boş danışma.
-Gedəcəksən,
bilirəm,
gedəcəksən. Bir gün saçların tumar
istəyəndə gedəcəksən.
Qadının gözlərindən yaş sel
kimi gedirdi. Hönkürə-hönkürə əynini
geyindi, çantasını qapıb bayıra çıxdı. O
gedəndən sonra it kimi peşman oldu.
Evin ortasına uzanıb ulamaq istəyirdi.
Axı yaxşı bilirdi ki, gərək belə
etməyəydi. Qorxurdu ki, qadın bir daha
qayıtmaz.
Bəlkə
də
artıq
qayıtmayacaqdı.
Axşama az qalırdı. Saat beşdə
uşağı bağçadan götürmək lazım idi.
Yəqin arvadı uşağın dalınca getmişdi.
Uşağı götürüb atası evinə də getmiş ola
bilərdi. Sabah da belə keçəcək. Birisi
gün də, sonra neçə belə günlər ötəcək.
Qadın boşanacaq ondan. Qolsuz kişi
kimin nəyinə lazımdır ey axı. O da bu
evin altında milçəyini belə qovmğa aciz
halda gəbərib gedəcək.
Qapıya
açar
salınanda
mürgüləmişdi. Yanağında bir-iki damla
göz yaşı da vardı. Tez yanağını silmək
istədi, ama növbəti dəfə acizliyini hiss
etdi. Gələn oğlu idi. Başını qaldırıb
qadının üzünə baxmağa çəkinirdi. Elə
bilirdi ki, arvadı onun baxışını gözləyir
ki, ona gedəcəyini, çamadanını yığmaq
üçün qayıtdığını desin. Ah, kaş əlləri
olaydı, qalxıb arvadının qarşısına
keçərdi, qollarını açıb onu qucaqlayardı.
Getməyə qoymazdı. Hannan-hana başını
qaldırdı və mat qaldı. Qadının saçları
kare kəsilmişdi. Uzun, qalın saçlardan
əsər əlamət yox idi. Nəsə soruşmağa
ehtiyac duymadı. Qadın sakitcə ona
yaxınlaşıb gülümsündü. Dodaqları ilə
yannağındakı yaş damlasını götürdü.
Bunu elə etdi ki, o başa düşməsin. Sonra
isə sevinclə: “Ağırlıq edirdi başıma.
Yaxşı ki, kəsdirmişəm, bax gör nə
qəşəng yaraşır”, - dedi.
72
№ 4 (20) Qış- 2016
DRAM
Natiq
M
ə
mm
ə
dli
Dumana bürünmüş
(İki hissəli absurd oyun)
İştirakçılar:
1.
Süpürgəçi – hardasa 60
yaşında
2.
Tütəkçalan – 64 yaşında
3.
Gənc oğlan
4.
Kloun-yazıçı
BİRİNCİ HİSSƏ
Birinci şəkil
(
Səhnənin arxa fonunda müxtəlif dünya
şəhərlərinin görməli yerlərindən ibarət
qarışıq nəhəng tablo. Səhərdi. Sol
tərəfdə iri Yasəmən ağacının altında
qoca musiqiçi tütəyini sazlayıb ritmik
musiqi çalmağa başlayır. Özünü elə
göstərir ki, sanki müsiqini yanından
ötərək işə tələsən adamlar üçün çalır.
Bir müddət sonra heydən düşmüş
nimdaş uni-formalı qoca süpürgəçi
gedənlərin
izini süpürürmüş kimi
səhnəyə daxil olur).
Süpürgəçi. Nahaq özünə əziyyət
verirsən! Bu gün şəhər adamlarının
dilxor vaxtıdı, çoxdandı maaş almırlar.
Belə dingiş mahnıdansa nəsə yanıqlı bir
şey çal, bəlkə kiminsə rəhmi gəldi.
Tütəkçalan. Yox mən ac deyiləm.
(
Musiqiçi daha şövqlə davam edir.
Süpürgəçi musiqiyə uyğun əl-qolunu
ata-ata ona yaxınlaşır)
Süpürgəçi. (
ucadan) Deyirəm bu
mahnının yeri deyil. Camaatın oynayan
vaxtı getdi. Sən nəsə qəmgin bir şey çala
bilərsən, ürək dağlayan?
Tütəkçalan. Yox mən ac deyiləm.
Süpürgəçi. (
ağzını onun qulağına
yaxınlaşdırıb
qışqırır)
Nəsə
“ağlamalinski” mahnı bilirsən? Ana
segahı!!!
Tütəkçalan. (
sakit səslə) Sabahın xeyir.
Süpürgəçi. Şükür özünə gəldi! Səhər o
başdan maşallah pülüyürsən e (
gülür).
Hamı sənin kimi işinə can yandırsaydı
indi bura olardı cənnətin ortası! Amma
nahaq yerə özünü gücə salma, camaatın
cibində pul olanda onu hamıdan qabaq
mən bilirəm. İnanmırsan?! Qırx ildi, düz
dörd dənə on illikdi ki, mən bu
insanların izini süpürürəm. Cibində pul
olan adamların yerişi başqa cür olur,
zibilləri də çoxalır. Hamısını mən
süpürürəm, bilirəm də. Pul olmayanda
yerişləri də düzəlir, zibilləri də azalır.
Dəhşətdi, bir aydı ki, süpürməyə zibil
tapmıram. Deməli pul yoxdu. Deməli
dilxorçuluqdu. Deməli sən də qəmli
mahnı çalmalısan. Bunu sənə mən
deyirəm, təcrübə! Elə-belə deyil dörd
dənə on illikdi!
Tütəkçalan. (
bərkdən) Sabahın xeyir!