Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə29/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   25   26   27   28   29   30   31   32   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
63 
bir  daha  təklif  etdi.  “Yox”  cavabı 
alandan  sonra  lap  dəliləşdi.  Birini  də 
doldurub  yandırdı.  “Çək”,  -  dedi. 
Çəkmədiyimi görüb, qolumda söndürdü. 
Ürəyini  yumruqlarıyla  soyudub,  yatdı. 
Bədənim təpədən-dırnağa keyimişdi, heç 
nə  hiss  eləmirdim.  Əvvəl  ayağa  qalxıb 
üzümün  qanını  yudum,  sonra  gəlib 
sakitcə 
yerimə 
girdim. 
Arxadan 
nəfəsinin 
boynuma 
dəydiyini 
hiss 
edirdim. Bu halımla mənə toxunmaması 
üçün allaha yalvarırdım. O isə sakit səslə 
deyir: 
      -  Bax,  başına  hər  oyun  açıram. 
Döyürəm, söyürəm. Sən heç kimə lazım 
deyilsən.  Mənə  də,  anana  da,  atana 
da.Sənin  heç  kimin  yoxdu.Əgər  kiməsə 
lazım  olsaydın,  sahib  çıxardılar  sənə. 
Bax,  sabah  çağır  hamısını.  Gəlib  səni 
borclu  çıxardıb,  gedəcəklər.  Məncə, 
bilirsən neynə? Bax hamı yatıb, heç kim 
heç nə bilməyəcək. Get səninçün doğum 
gününə  hədiyyə  aldığım  o  qıllı  kəndiri 
götür  (mənə  özümü  asmaq  üçün  aldığı, 
gözəl  bir  qutuda  da  allı-güllü  lentlərlə 
qablaşdırdığı  kəndiri  deyir),  özünü 
qapınızdakı  o  xan  çinardan  as.  Bax, 
canın qurtaracaq hər şeydən, papa canı. 
       Sözünü 
bitirib  üzünü  çevirdi, 
xorultusu  evi  başına  götürdü.  Həqiqətdi 
dedikləri.  Çox  düşündüm,  bu  qədər 
işgəncəyə  dözməkdənsə,  bitsin    artıq. 
Bilirəm,  incitməyəcək.Yatdığından  tam 
əmin  olub  kəndiri  götürməyə  getdim 
(guya 
yatmasa, 
gəlib 
əlimdən 
yapışacaqdı).  Həyətə  çıxırdım  ki, 
qışqırıq səsinə diksindim. Elə bil, uşağın 
ətini  kəsirdi  içəridə.  Kəndiri  atıb  otağa 
qaçdım.Uşağı 
qucağıma 
alıb, 
qışqırmasın  deyə,  otaqdan  çıxdım.  İndi 
qucağımda gözümün içinə baxan uşaqla 
yanaşı  əlimdə  də  sən  varsan,  mənə 
hamıdan doğma olan qələmim... 
 
25.12.11. 
 
      Dünən atamgil gəlib-gedəndən sonra 
qərarımı  vermişdim.  Özümü  bir  gün 
həyətimizin  yaraşığı,  uşaqlıqda  beşiyim, 
böyüyəndə  yelləncəyim  asılan  o  xan 
çinardan  asacaqdım.  Kim  nə  çəkəcək, 
kim  nə  çəkməyəcək,  umrumda  deyil. 
Bircə  atamla  anam  qapını  açıb  haya 
gələndə  sallanan  meyitimi  görsünlər. 
Başqa heç nə. Dünyanın ən xöşbəxt qızı 
ola  bilmədim,  amma  o  mənzərəni 
görsəydilər,  dünyanın  ən  xöşbəxt  ölüsü 
olardım. 
 
*** 
        Gündəliyimin 
bu 
son 
qeydini 
məhkəmədə  şahid  kimi  göstərib,  pisixi 
problemlərimin  olduğunu  iddia  etdilər 
və  himayəmə  uşaq  verilməsinin  düzgün 
olmadığını  deyib,  uşağın  onlarda 
qalmasını  israr  etdilər.  Bir  az  da  pul. 
Uşaq onlardadı. 
 
*** 
      O,  iki  gündən  bir  qara  qanadları 
çıxanacan  çəkib  qapımıza  gəlir.  Məni 
aparmaq istəyir. Atamla qırğına çıxırlar. 
Bəzən  qan  su  yerinə  axır.  Pərdəni 
aralayıb  həyətə  baxmağa  belə  həvəsim 
olmur.  Ancaq  onun  səsi  dolur  otağıma: 
“Eşidirsən,  ömründən  bir  gün  qalsa  da, 
mənə  qayıdacaqsan!  Özüm  asacağam 
səni!..” 
Bu 
səsi 
eşitdiyim 
an, 
gözlərimdən  daş  asılır,  ölüm  kimi  dərin 
yuxu  məni  ağuşuna  alıb  aparır.  O  gələn 
günlərdə  ovuc-ovuc  yuxu  dərmanına  da 
ehtiyacım olmur… 
 
 
*** 
        Bu  gün  gördüyümüsə  düşündükcə 
ağlıma  sığdıra  bilmirəm.  Atam  hara, 
ağlamaq  hara.  Bəlkə  də  düz  deyirlər, 
mənim pisixi problemlərim var, gözümə 
görsənib. Onda Nəzər dayının qolumdan 
tutmağı  da  gözümə  görünüb?..  Anamın 
otağa  girməsi  ilə  yuxudan  ayıldım  elə 


64
№ 4 (20) Qış- 2016
 
bil.  Bayaqdan  qarşımda  dayanıb  üzümə 
baxmağa utanan, dar günlərimin sirdaşı, 
dostu  olan  gündəliyimi  bağlayıb  yana 
qoydum.  Anam  ah  çəkib  oturdu, 
oturmağıyla da danışmağı bir oldu: 
     -  Bilirsən,  bala,  günah  səndədi.  Axı 
sən bunca il bir dəfə ağzını açıb demədin 
ki,  ay  ana,  boynun  qırılsın,  bu  it  oğlu 
narkomandı.  Bir  dəfə  məni  ana  yerinə 
qoyub  açmadın  ürəyini.  İndi  də  ondan-
bundan  eşidirik  o  evdə  yaşadıqlarını. 
Sən 
nəyimişsən, 
nə 
Firdövsi 
adammışsan,  ay  bala,  bu  körpə  canınla 
nələrə  dözmüsən,  nələrə  gülümsəmisən! 
Atan  hər  şeyi  bu  gün  öyrənib.  İnan, 
özünə  yer  tapa  bilmir.  Biz  də  o  halınla 
gəlib  səni  danlayıb,  gedirdik.  Axı  biz 
hardan  bilək  ki,  əsl  səbəb  nədi.  Allah 
səni  saxlasın,  mən  cəhənnəm,  o  bacına 
da  bir  söz  deməyibsən.  Biz  də  deyirdik 
ki, yəqin uyğunlaşa bilmirlər...  
       Anam  danışır,  mən  isə  daha  heç  nə 
eşitmirəm.  Qusmağım  gəlir.  Onun 
danışması 
öləndən 
sonra 
ölünün 
günahını  yumaq  üçün  iki  manata 
oxudulan  yasin  kimi  çatır  qulağıma. 
Hansı  dildə  oxunduğunu,  nə  dediyini 
bilmədən 
oxutdurduğumuz, 
üstəlik 
ölünün  günahını  yuduğumuza  əmin 
olduğumuz  yasin  kimi.Tüpürüm  o 
günaha ki, iki manatla yuyulub gedəcək. 
 
                                                       *** 
 
       Bir 
ovuc 
yuxu 
dərmanı 
atıb 
yatmışam.  Xan  çinar  yuxumda  aləmi 
qatıb 
bir-birinə. 
Minlərlə 
əliylə 
qollarımdakı  yaraları  sığallaya-sığallaya 
pıçıldayır, 
məni 
yanına 
çağırır. 
Oyanıram.  Həyətə  çıxıram.  Qapını  açan 
kimi  xan  çinardan  sallanmış  iki  kişi 
cəsədi  gözümə  girir.  Yaxınlaşıram.İki 
kişi  cəsədi  bazardakı  daş  tərəzilər  kimi 
yellənir. Gah o ağır gəlir, gah bu... 
Mənə özümü asmaq üçün alınmış həmin 
o  hədiyyəlik  qıllı  kəndiri  göydəcə 
tanıyıram... 
 
 
 
Sirac Mustafayev 
 
 
 
Aydın müəllim 
                       
 
      Bileti 
və 
şəxsiyyət  vəsiqəsini 
vaqonun  yanında  dayanmış  bələdci 
kişiyə  uzatdı.  Diqqətlə  biletə,sonra 
şəxsiyyət  vəsiqəsinə  baxan  bələdci  bir 
dəfə  də  Aydın  müəllimi  bədənnüma 
süzəndən  sonra,  biletlə  şəxsiyyət 
vəsiqəsini qaytarıb: -Kec! -dedi.  
      Aydın 
müəllim 
əlindəki 
qara 
cantanın  ipini  ciyninə  aşirıb,vaqonun 
pilləkənləri ilə yuxarı qalxdı. 
Sv-kupe  vaqonun  axırında  idi.  Kupenin 
qapısını  acib  icəri  daxil  oldu.Yerini 
tapıb,  əyləşdi.  Ciynindəki  cantanı 
əvvəlcə  yanına  qoydu.  Sonra  nə  isə 
fikirləşib,  oturduğu  oturacaqdan  qalxdı. 
Oturacağı  qaldırıb,  cantanı  oturacağın 
altındakı yük yerinə qoymaq istəyirdi ki, 
vaqonun  qapısı  acıldı.  İcəri  girən  40-45 
yaşlı arıq, səliqəli geyinmiş adam salam 
verdi.  Salamı  alan  Aydın  müəllim 
cantanı  oturacağın  altına  yerləşdirib, 
qapağını endirdi. 
      Qatar  artıq  yarım  saat  olardı  ki, 
stansiyadan  aralanmışdı.  Bu  yarım 
saatda 
bələdci 
biletləri 
bir 
də 
yoxlamışdı,  döşəkağılarını  paylayıb, 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə