Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə28/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   24   25   26   27   28   29   30   31   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
61 
eləməsin”, “filan şeyi belə, filan şeyi elə 
eləsin”.  Anam  da,  pəh,  məlumatı  öz 
məqsədinə 
uyğun 
çatdırardı 
həmişə.Məsələn, 
məndə 
nəyisə 
bəyənməzdisə, 
atamın 
adından 
deyərdi.Axı  arxayındı  ki,  gedib  ondan 
soruşan deyiləm  və onunla üz-üzə  gəlib 
kəlmə  kəsməməkçün  nə  desə,  o  cür  də 
eləyəcəyəm. 
       Ya  da  əksinə  edərdi  anam.  Bir  gün 
atam  içib  danışanda  eşitdim  ki,  guya 
mən anama demişəm: atama de, az içsin, 
onun  içməsini,  sonra  da  ağrımsaını 
istəmirəm.  Onda  anlamışdım  ki,  anam 
heç  də  özünə  görə  deyilmiş.Fürsət 
düşdümü,  öz  xeyrini  dədəsinə  də 
verməz. 
Onlara 
olan 
hislərimə 
ad 
tapa 
bilmirdim.Nə  nifrət  edə,  nə  də  sevə 
bilirdim.Nə  idi  axı  içimdəki?  Zəli  kimi 
beynimi  sümürən  bu  suallar  rahatlıq 
vermirdi mənə.Hardansa bir qüvvə gəlib 
düşüncəmin,  xəyallarımın  əlindən  tutub 
apardı  ta  o  qara,  o  yaralı  günə.Onda 
anladım  hər  şeyi.Anladım  ki,  atamın  o 
alçaq  kürəkəni  qolumda  təkcə  siqaretini 
deyil,  o  siqaretlə  yanaşı,  hər  dəfə 
insanlara 
olan 
sevgimi 
söndürürmüş.Qollarımı hər dəfə kəsəndə 
qan yerinə valideyinlərim axıb tökülürdü 
ayağımın 
altına, 
döşəməyə, 
yatağıma.Onlara  olan  sevgim  idi  o 
kəsilmiş  damarlarımdan  axan.Uşaqlara 
olan  sevgim  idi  qolumda  lal-lal  sönən 
siqaretlər. 
       Yox! Mənə “sevgi” deməyin.Mənim 
sevgim  o  qış  gecələrində  qan  əvəzi 
xalçalara  hopub  qurudu,xalça  güllərini, 
ağaclarını 
qurutdu.Valideyinlərim 
yataqlarında  rahat  yatdığı  gecələrdə, 
özləri  də  his  etmədən  qollarımdan 
axdılar, qollarımda kabab olub cızıltıyla 
söndülər. 
       Məni 
hissizlikdə, 
sevgisizlikdə 
kimsə  qınaya  bilməz!  Hislərimi  nazik 
gecə  geyimi  ilə  qarlı  qış  gecələrində 
həyətdə, 
ağacın 
altında 
donanda 
itirmişəm.  Mənim  sevgim  o  şaxtalı 
gecələrdə  Allaha  “kaş  ki,  uşaq  ağlasın, 
məcbur  qalıb  məni  evə  çağırsın...” 
istəyində can verib. Bir ananın övladının 
ağlamaq  səsinə  üzüldüyü  anlarda 
sevinirdim 
mən.Mənim 
uşağa 
mərhəmətim  ağlamağıyla  o  soyuqda 
küçədə  donmaqdan  məni  xilas  etdiyi 
üçündü.  Kimsə  məni  daş  olmaqda 
qınamasın.Mənim  dil  olduğum  hər 
zaman  sakitlik  olub.Sakitliyin  öz  dili 
var.  Ağrılarımı  qaldırmağa,  qavramağa 
tək 
onun 
gücü 
çatar.Mənə 
doğmalarımdan  da  əzizdir  sükut.  O 
sükut  içimdə  başlayıb,  içimdə  bitən 
məhkəmələrimdə 
edam 
kürsüsünə 
çıxardıb,  sonra  da  qıymayıb  azadlıq 
verdiyim  günahkarlara  qədər  nəfəs  alan 
hamıdan doğmadır mənə.  
 
*** 
       Təzədən  qəbiristanlığa  qayıdanda 
artıq  bir  neçə  saat  keçmişdi.Mən  isə 
bütün  cəsarətimi  yığıb  babama-nənəmə 
dönmüşdüm.Atamın  qarşısına  keçəcək, 
ya bunca illərin susqunluğunun hesabını 
soracaq,  uzaq  başı  bu  dəfə  də  heç  nə 
bacarmayıb, 
“niyə 
ağlıyırsan?” 

deyəcəkdim.  Belə  hallar  əvvəllər  də 
olurdu.  Atamın  qarşısına  keçib,  bunu-
bunu 
deyəcəyəm, 
deyirdim, 
ancaq 
bacarmırdım.  Sonda  da  məktub  yazıb 
pencəyinin  cibinə  qoyurdum.  Sonralar 
bilmişdim  ki,  o  giley,  şikayət  dolu 
məktubları 
atam 
latın 
əlifbasını 
bilmədiyi  üçün  anama  oxutdururmuş. 
Anam  da,  maşallah,  mənim  yazdığımı 
yox, 
özünün 
demək 
istədiklərini 
“oxuyurmuş”. 
        Bir  gün  otaqlarının  qapısı  açıq 
qaldığı  üçün  özüm  şahidi  olmuşdum. 
Hə,  ilk  yazmaq  bacarığımı  da  atama 
yazdığım 
məktublarda 
kəşf 
etmişdim.Sonra 
yazmadım.Bütün 
sözlərimi  içimdə  basdırdım.  Ata  sevgisi 


62
№ 4 (20) Qış- 2016
 
üzərinə  bunca  sözmü  basdırarlar?  O 
qədər  çoxaldı,  qalaqlandı  ki,  altında 
qalan  o  hislər  daşlaşdı.  Zaman-zaman 
gah 
anamı 
günahlandırdım, 
gah 
cəsarətsizliyimi,  gah  da  allahı.  Sonra  o 
da itib getdi. Atama bu gün yenidən geri 
dönmüşdüm.  Amma  bu  gün  də 
gecikdim.  Artıq  sevimli  daşlarımdan 
başqa  heç  kim  yox  idi.  Nənəmin  incik 
baxışlarından  başqa...  Babamın  da 
gözləri  dolmuşdu  bir  az.  “Mən  yenə 
gecikdim”,  -  deyib,  yerə  oturdum. 
Qolumu ovmağa başladım. Niyəsə “ata” 
deyəndə,  “ana”  deyəndə  qollarımdakı 
yaralar  sızıldayır,  qaşınır.  Sanki  bu  iki 
ada ilk reaksiyanı o yaralar verir. Hərdən 
də  mənə  elə  gəlir,  qolumdakı  o 
kəsiklərdə  yerləşir  ürəyim.  Axı deyirlər, 
“ata”  deyəndə  adamın  ürəyi  çırpınır, 
mənimsə yaralarım döyünür. 
       Babam 
yanımdaydı. 
Əli 
kürəyimdəydi.    Bundan  möhtəşəm  nə 
olar - güvəndiyin bir əl ola və kürəyində 
gəzə o əl.  
 
*** 
        Evə  qayıdıb  otağıma  keçəndə 
anamın 
arxadan 
“ayı 
getdi 
öz 
mağarasına girə, bax hələ. Qapını da ört, 
qapını”,  -  deyə,  qışqırmağını  eştdim. 
Anam  məni  atama,  atamı  da  mənə 
sevdirmək üçün elə hey yalanlar danışar: 
“Atan səninçün narahatdı”, “Qızın sənin 
üçün  narahatdı”,  -  əzbərində  olan 
sözlərdi.  Ancaq  yazıq  dərk  edə  bilmirdi 
ki,  atam  nədirsə,  o  da  odur  mənimçün. 
Eyni  ev,  ayrı  dünyalar.  Mən  özümü 
dəyişməliydim.Öz 
içimdən 
başlamalıydım  hər  şeyə.  İçimdəki  bu 
hissizliyi,  bu  ölülüyü  ancaq  özüm 
canlandıra  bilərdim.  Bir  narkoman 
əlində  doğranan  qollarıma  vurulan 
tikişlər  kimi  tikməliydim  atamı,  anamı 
özümə. 
Nə 
zamansa 
bitişəcəyinə 
inanaraq tikməliydim. 
         Nə  üçünsə  gündəliklərim  yadıma 
düşür.  Bilirsən,  məncə,  içindəki  aşmaq 
istədiklərini  aşa  bilmək  üçün  gözünü 
qırpmadan  ona  doğru  addımlamaq 
lazımdır. 
 
11.11.11 
 
        Bu  tarixin  gözəlliyinə  görə  yazdım 
bu  gün  səni.  Həm  də  bir  şey  baş  verib, 
səninlə  bölüşmək  istədim.  O,  evə  gələn 
kimi arxa otağa keçib işıqları söndürdü. 
Anası  da  arxasınca  gedib  onun  halını 
gördü və əsəbiləşdi. 
      - Bu nə haldı yenə? Hardaydın? 
      - Eyy, söndür işığı, çıx çölə. 
     - Deyirəm, bu vaxtacan hardaydın? 
     -  İnanmırsan,  get  qardaşımdan  soruş, 
onunla  bir  yerdəydim.  Ay  papa,  işığı 
söndür. 
     -  Ə-ə,  sənin  boyuvu  yerə  soxum. 
Qardaşın  var,  ə,  sənin?  Evin  tək 
uşağısan ee.  
     - Yaxşı da, papa, qışqırma. 
    -  Özü  də  mən  sənin  papan  yox, 
ananam. Ata üzü görmüsən sən?..  
     Mən  də  ölmüşəm  gülməkdən.  Bura 
məni  çox  arsızlaşdırıb  e.  Ağlanacaq 
hallara da gülürəm.  
 
20.12.11 
 
       Gecə 
saat  beş.  Körpə  uşaq 
qucağımda,  mətbəxtdə  yazıram.  İndicə 
dəhşətli  bir  şey  baş  verdi.  Uşaq  oyanıb 
ağlamasaydı,  bəlkə  də  azadlıqdaydım. 
Ən  azı  ruhum  burdan  xilas  olacaqdı. 
Saat  üç  idi  o,  evə  gələndə.  Yenə  mənə 
çəkməyi  təklif  etdi.  Dedi  ki,  bir  dəfə 
çək,  onda  bir-birimizi  daha  gözəl 
anlayacağıq.  Həmişəki  kimi,  yaxın 
durmadım.  Əvvəl,  döydü  (elə  adiləşib 
ki, döyülmək, vallah, ta əvvəlki kimi də 
incitmir).  Sonra  saçımdan  sürüyüb  öz 
otağımıza  apardı.  Qayınanam  hardaydı? 
Əlbəttə,  evdə.  Guya  yatmışdı.  Otaqda 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə