Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə26/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   22   23   24   25   26   27   28   29   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
57 
-  Demək,  düz  imiş.  Qarnındakı 
da  səndəndir?  Qeyrətsiz!  Sevməyə  qız 
tapmırdın,  gərək  kiminsə  arvadını 
sevəydin? 
-  Ana,  -  Cahidin  səsi  titrədi,  - 
bağışla, keç günahımdan, ağlım olmadı. 
Allah məni kor edəndən sonra başqasını 
necə görə bilərdim… 
Həyat  yoldaşını  cavan  ikən 
itirən, iki qızını evlərə köçürüb, gözünü 
oğluna  dikən  ananın  arzuları  heçə 
dönmüşdü. Cahid nə qədər yalvar-yaxar 
etsə  də,  könlünü  ala  bilməyib,  anasının 
gözündən  düşmüşdü.  O,  inciyən  Əminə 
arvad daha görüşə gəlmirdi. ”Kişi də öz 
qonşusunun  arvadına  tamah  salarmış? 
Nədən  belə  oldu?  Axı,  o,  oğluna  belə 
tərbiyə 
verməmişdi. 
Düzdür 
onu 
ərköyün  böyütmüş,  nəzarətsiz,  sərbəst 
buraxmışdı. 
Hamısı 
gecə-gündüz 
televiziya  kanallarında  verilən  əxlaqı 
aşındıran  serialların,  internetin  ziyanlı 
təsirindəndir  ki,  cavan  nəsil  düz  yoldan 
azır,”  -  ana  düşündükcə  qeyzlənir, 
oğlunu necə bağışlayacağını bilmirdi. 
Oğlunun 
ard-ardınca 
gələn 
yalvarış  dolu  məktubları  nəhayət, 
günlərin 
birində 
ananın 
ürəyini 
yumşaltdı.  Ürəyi  tab  gətirməyib  halına 
acıdı,  acığını  unudub,  oğluna  dəyməyi 
qərara 
aldı. 
Son 
məktubundakı 
sətirlərdən  Cahidin  darıxmaqdan  əlavə 
Əfiqə və körpə qızı barədə narahatlığı da 
hiss 
olunurdu. 
“Eşitdiklərimin, 
bildiklərimin  hamısını  söyləyəcəyəm,  - 
anası  fikrində  qət  etdi,  -  qoy  bilsin  ki, 
mənim  ondan  küsməyə  əsasım  var.  O 
özü  hesab  etdiyi  kimi  sevgisinin  yox, 
axmaqlığının qurbanıdır”. 
Bir səhər müəssisənin radiosu ilə 
adının  görüşə  çağırılanların  sırasında 
çəkildiyini  eşidən  Cahid  yubanmadan 
yaşayış  sahəsindən  çıxıb  görüş  yerinə 
tələsdi.  Görüşə  baxan  nəzarətçi  onu 
görən kimi irişdi: 
-  Anan  gəlib.  Bax  ha,  o  dəfəki 
görüş  kimi  olmasın,  şirinliyimizi 
artıqlaması ilə verəcəksən… 
-  Problem  yoxdu,  amma  bir 
xahişim  var,  görüş  zalda  yox,  ayrı 
otaqda  olsun,  anamla  vacib  söhbətim 
olacaq.   
Cahid  aylarla  çəkən  uzun 
fasilədən  sonra  anasının  görüşünə 
gəlməsinə ürəyində çox sevinirdi. Yarım 
ildən  artıq  idi  anasını  görmürdü. 
Doyunca  öpüb  qucaqladıqdan  sonra 
yaxınlarının, qohum-əqrəbalarının halını 
tələm-tələsik  soruşub,  neçə  müddətdir 
canını üzən əsas mətləbə keçdi: 

Ana 
bilirəm, 
belə 
iş 
tutduğumuza  görə  sənin  Əfiqədən  də, 
məndən  də  acığın  gəlir.  Amma  burda 
qulağıma  çatan  şayiələr  neçə  vaxtdır 
məni  dəli  edir.  Sən  düzünü  bilərsən. 
Doğrudurmu  Əfiqə  Təyyarla  sevişir, 
gizlin gəzir? 

Nə 
bilim? 
Yanlarında 
olmuşam?  Sənlə  gəzəndə  xəbərim  vardı 
ki, indi də xəbər bilim?! 
-  Məsəl  var  od  olmayan  yerdən 
tüstü çıxmaz, yəqin nəsə var… 

Təyyar 
onun 
başına 
fırlanmağına,  fırlanır,  eşitdiyimə  görə 
guya  almaq  istəyir.  Deyirlər  bu  işin 
alınmasına  Əfiqənin,  evlərinin  də  könlü 
var. Onu Şamxal tərəfinin qəti görməyə 
gözləri  yoxdur.  Bu  məlumdur.  Səni  də 
illərlə 
gözləyib 
ömrünü 
yelə 
verməkdənsə  anası  qızının  Təyyara 
getməyini münasib bilir. 
-  Bəs  mənim  ömrüm  ömür 
deyil?  –  Cahid  hirsləndi:  -  Əfiqə 
düşünmür  ki,  ona  getsə  mənə  xəyanət 
etmiş olur. Elə olsa mən də cinayət işinə 
yenidən  baxılmasını  tələb  edəcəyəm. 
Necə  olur,  mən  illərlə  türmədə 
çürüyəcəyəm,  o  isə  ərə  gedib  kefindən 
qalmayacaq, özgəsinə arvad olacaq… 
-  Bir  dəfə  yolda  rastlaşanda 
soruşdum  ki,  günlərin  bir  günü  Cahidin 


58
№ 4 (20) Qış- 2016
 
sənə  görə  cəza  çəkməsinə  peşman 
olmayacağına  əminsənmi?  Qayıtdı  ki, 
olmaz,  inşəallah.  Arxayındı  bəxtəvər, 
sənə! 
Cahid eşitdiyi sözdən karıxdı: 
-  Yaxşı,  o  mənə  arxayındı.  Bəs 
Təyyar  haradan  peyda  oldu,  o  kimə 
“arxayındı”, Əfiqəyə? 
- Qızına! 
- Nə qız? 
-  Bilirsən  oğul,  məsələ  bundadır 
ki,  Əfiqənin  təzə  doğulan  qızı  əslində 
sənin deyil. Elə yaxşı ki, sənin deyil. 
Cahidin 
maraqdan 
gözləri 
böyüdü: 
-  Mənim  deyil,  Şamxaldan  da 
deyil, bəs kimdəndi? 
-  Sənin  mavigöz,  sarışın  qızın 
ola  bilməz.  Təyyar  körpəni  görəndən 
sonra  aləmə  car  çəkib  ki,  Əfiqənin  təzə 
doğulan  qızı  ondandır,  atası  mənəm. 
Keçən yay Əfiqə ilə olub, indi də qızını 
saxlamaq,  böyütmək  niyyətilə  onu 
almağa razıdır.  

Elədirsə 
niyə 
mən 
bilməmişəm? 
Yəni 
məndən 
gizlədiblər?.. 
İnanmiram, 
özündən 
uydurur. 
- Düz də deyir, bir gün təsadüfən 
rastlaşanda  uşağa  baxmışam,  qız  ona 
oxşayır, onundur. 
Cahid  hirsindən  partlayırdı: 
gözünün  önünə  Təyyarın  hər  dəfə  onu 
görəndə 
“dostyana” 
istehzalı 
gülümsəməsi gəldi... 
-  Adam  adama  oxşayar  da,  nə 
olsun. Ola bilməz...  
-  Yaxşı,  bəs  onda  niyə  Əfiqə 
susur? 
-  Bu  necə,  nə  vaxt,  harda  olub? 
İfritə!  Xəyanətkar!  Belə  çıxır  ki,  həm 
mənimlə görüşüb həm də mənə xəyanət 
edirmiş... 
Cahid  hirsindən  əllərini  üzünə 
tutub ağlayırdı: 
-  Allah  şahiddir  ki,  onu  necə 
sevirdim...  Heyiflər  olsun.  Deməli  öz 
maymaqlığımdan  xəbərim  yoxmuş... 
Mən 
onun 
xainliyini 
heç 
vaxt 
bağışlamayacağam.  Arxayın  olmasın. 
Tələb  edəcəyəm  təzədən  məhkəmə 
qurulsun.  Qoymaram  o  azadlıqda  qalıb 
başqasına  arvad  olsun.  Mütləq,  hərə  öz 
layiqli cəzasını almalıdır. 
Oğlunun bu halından üzülən ana 
onu qucaqlayıb sakitləşdirməyə çalışdı: 
- Mənim ağılsız uşağım, ağlama, 
ayıbdı.  Özü  büdrəyən  gərək  ağlamasın. 
Vacib deyil məhkəmə olsun, pislik üçün 
tələsmə.  Onsuz  da  Allah  hər  kəsə  layiq 
olanı  yetirəcək.  Səbirli  ol.  O,  səbirli 
olanları sevir… 
 
*** 
            Cahid  səbrli  ola  bilmədi.  Heç 
cürə  anlaya  bilmirdi  ki,  Əfiqə  onunla 
sevişə-sevişə  necə  olub  ki,  Təyyarla  da 
“yatıb”?  Yox,  əgər  yatmayıbsa,  Təyyar 
özündən  uydurursa,  uşaq  niyə  ona 
oxşasın?  Əfiqə  onu  nə  hesab  edirmiş? 
Sevgisinə,  çəkdiyi  əzablara  budumu 
onun cavabı?.. 
             Bir  həftə  sonra  təqsirləndirildiyi 
cinayəti  təkbaşına  törətmədiyi  barədə 
yazdığı  ərizə  əsasında  və  müstəntiq 
İbişovun  xüsusi  fəallığı  nəticəsində 
cinayət  işinə  yenidən  baxılması  üçün 
istintağın başlanılmasına qərar verildi... 
 
*** 
Məhkəmənin təyin edildiyi günə 
bir  həftə  qalmış  kənddə  hamını 
təəccübləndirən  xəbər  yayıldı:  axşam 
tərəfi 
naməlum 
istiqamətdə 
həyətlərindən  çıxmış  Əfiqə  nə  gecə,  nə 
də  sabahı  günü    evə  qayıtmamışdır. 
Axırıncı  dəfə  onu  kənddən  bir  qədər 
aralı  keçən  su  kanalının  kənarında  hava 
qaralanadək gəzişən görmüşdülər. 
Bütün  gecəni  tikan  üstündə 
keçirən,  gözünə  yuxu  getməyən    ata  və 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə