Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə24/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   20   21   22   23   24   25   26   27   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
53 
Şamxal 
qəzəbdən 
parlayan 
gözlərini  həqarətlə  Cahidin  üzünə  dikib 
baxırdı: 
-  Başa  düşmürəm,  sən  kimsən? 
Kimsən  icazəsiz,  özbaşına  evimin 
içərisinə  gəlib  girirsən?  Kim  sənə  haqq 
verib?  Qapı  gərək  ki  bağlı  idi,  küçə 
qapısını sənə kim açdı? Küçüklər? 
- Heç kim, hasarı aşdım… 
-  Çox  nahaq.  Sən  bunun,  - 
Əfiqəni göstərdi, - nəyisən, belə narahat 
olursan. 
Qardaşısan, 
qohumusan? 
Nəyisən?  Nə  olsun  ki,  qonşusan? 
Qonşusan,  çağır,  deynən  sənə  sözüm 
var, yoxsa gəl gir evimin içinə. Xeyir ola 
belə canıyanan çıxmısan? 
Üzünü Əfiqəyə döndərdi: 
- Olmaya sən çağırıbsan? 
Ufuldaya-ufuldaya 
döşəmədən 
ayağa  duran  Əfiqə  etiraz  edərək  başını 
tərpətdi: 
-  Mənim  kimsənin  köməyinə 
ehtiyacım  yoxdur.  Mən  heç  kəsi 
çağırmamışam. 
Əfiqə  ayağa  durub  nə  edəcəyini 
bilmirdi.  Şamxalın  tərəfində  dursun, 
yoxsa  Cahidin?  Yaxşısı  heç  qarışmasın, 
çıxsın  otaqdan,  özləri  kimin  haqsız 
olduğunu  araşdırsınlar.  Çaşqınlıqdan 
düşündüyünü gizlədə bilmədi: 
- Sən gərək gəlməyəydin… 
Bu sözləri söyləyərkən Əfiqənin 
Cahidə  yönələn  təəssüf  dolu  mənalı 
baxışları 
Şamxalın 
nəzərindən 
yayınmadı.  Arvadı  qonşuluqda  yaşayan 
cavan  oğlanla  elə  tərzdə  danışırdı  ki, 
yaxından  tanıdığı  adam  kimi  – 
sıxılmadan,  çəkinmədən.  Elə  bil  eyni 
ailənin  üzvü  və  ya  neçə  illərin  tanışı 
idilər.  Qaynını,  əmisi  oğlunu  görəndə 
çəkinən,  sıxılan  Əfiqədə  qonşunun  oğlu 
ilə  belə  yaxınlıq  haradan  yaranmışdı? 
Necə  olmuşdu  indiyədək  bilməmişdi,  – 
Şamxalın  daxilində  əmələ  gələn  qeyri-
adi maraq içini acışdırdı. 
Əfiqənin sözləri Cahidi pərt etdi, 
belə 
gərgin 
şəraitdə 
təkləndiyini 
düşündü. Axı o, bura pis niyyətlə deyil, 
döyülən,  təhqir  edilən  köməksiz  insanı 
müdafiə  etmək,  zülmü  dayandırmaq 
üçün gəlmişdi. Ruhdan düşməyən Cahid 
Şamxalı insafa dəvət edirdi: 

Qardaş,  düzdür,  məndən 
yaşlısan,  pis  başa  düşmə,  adamı 
döyməklə  iş  aşmaz.  Günahı  varsa  ayrı 
cəza  ver.  Heç  olmasa  uşaqlarını  yadına 
sal. 
Əsəbləri 
sakitləşməyən, 
beynindəki  fikirləri  bir-birinə  qarışan 
Şamxal 
çağrılmayan 
qonağın 
«nəsihətlərindən»  iyrənib  onu  evdən 
rədd eləmək, qovmaq qərarına gəldi: 
-  Bilirsən  nə  var,  beynimi 
aparma,  özüm  yaxşı  bilirəm  nə  edirəm. 
Günahı  var  döyürəm,  öz  işimdi.  Bəsdi 
mənə  ağıl  öyrətdin.  Sən  kimsən,  bas 
bayıra,  xoş  getdin!  Bir  də  gəlib  mənim 
ailə işimə qarışma. Vallahi, sənin özünü 
də  salaram  qayışın  altına,  ağlın  gələr 
başına… 
Daxilində  gizlənmiş  qəzəbindən 
Cahidin  nəfəsi  karıxdı:  beləsini  sözlə 
başa  salmaq  olmayacaqdı.  Nə  etsin? 
Başa  düşmürsə  öldürməyəcək  ki!  O, 
öldürmək üçün gəlməmişdi. Dönüb kor-
peşman  qayıtmaqdan  savayı  əlacı 
qalmadı. 
Hirsini 
birtəhər 
boğdu, 
gedərkən  son  anda  sadəcə  xəbərdarlıq 
etmək istədi: 
- Get deyirsən, gedirəm. Unutma 
ki,  sonra  peşman  olacaqsan.  Boylu 
qadına 
əl 
qaldırmağının 
ziyanını 
çəkəcəksən. 
Cahidin 
axırıncı 
cümləsi 
Şamxalın  qanını  qaynatdı.  O,  Əfiqənin 
boylu  olmasını  hardan  bilir?  Necə  olur 
ki  ailəyə  məxsus  sirri  kənar  adam  bilir, 
üstəlik  ona  xəbərdarlıq  edir.  Dönüb 
otaqdan 
çıxmaq 
istəyən 
Cahidin 
qarşısını  kəsdi.  İki  əlli  yaxasından 
yapışdı: 


54
№ 4 (20) Qış- 2016
 
-  Dayan  görüm,  tələsmə.  Məni 
başa  sal  görüm  sən  onun  hamilə 
olduğunu  haradan  bilirsən,  kimdən 
eşitmisən,  necə  öyrənmisən?  Eşidirsən, 
cavab ver mənə! 
Cahidin  rəngi  ağardı.  Qızışıb 
səhv 
buraxdığını, 
ağzından 
söz 
qaçırdığını  anladı.  Şamxalın  ondan  əl 
çəkmək fikri yox idi: 
-  Hə,  nə  oldu,  niyə  danışmırsan, 
dilini uddun? Başa sal görüm necə olub 
ki,  mənim  arvadımın  hamiləliyindən 
sənin  də  xəbərin  var.  Mənə  bax, 
gözlərini  qaçırma,  gözlərimin  içinə 
bax... 
Yaxasından 
tutaraq 
çevik 
hərəkətlə  qayışı  Cahidin  boynuna 
keçirib  özünə  tərəf  çəkdi.  Dik  baxa 
bilmirdi  Cahid.  Şamxalın  gözündəki 
nifrətin gücü səsini batırmışdı. Ürəyində 
özünə  acığı  tutmuşdu.  Əfiqə  düz 
deyirmiş,  o  gərək  gəlməyəydi.  Əgər 
əlindən  bir  iş  gəlməyəcəkdisə,  nə  başı 
qalmışdı  burda?  Boş-boş  danışmağa  nə 
var  ki!  Bacarmayacaqdısa,  Əfiqəni 
xoşbəxt  eldə  bilməyəcəkdisə,  niyə 
bədbəxtliyə  sürükləyir?  Doğrudan  da 
həyatı  başa  düşmək  üçün  o  hələ 
uşaqmış… 
-  Susursan….  Deyəsən  kələfin 
ucunu  tapmışam.  Əclaf!  Sən  onun 
aşnasısan. Çoxdan səni axtarırdım, gəlib 
öz ayağınla çıxmısan. Tfu, sənin murdar 
vücuduna,  -  nəfəs-nəfəsə  durduğu 
Cahidin  sifətinə  tüpürdü,  -  oğraş! 
Bildim,  elədir  ki  var,  bu  sənin  işindi. 
Xain qonşu! 
İstehza ilə gülümsəyib bir əli ilə 
Cahidin  boynuna  saldığı  qayışı  sıxdı, 
digər  əli  ilə  zərblə  yumruğunu  alnının 
ortasına 
vurdu. 
Cahid 
yumruğun 
təsirindən  başının  içərisinin  qarışdığını 
hiss  etdi,  gözlərindən  od  çıxdı.  Daha 
dözülməli  deyildi.  Ömründə  heç  kim 
onu 
belə 
təhqir 
edib 
üzünə 
tüpürməmişdi.  Beyninin  silkələnməsi 
ağlını başından çıxartdı. Geri çəkilməyə 
yer 
qalmamışdı: 
ya 
öləcək, 
ya 
öldürəcəkdi.  O  da  yumruğunu  toplayıb 
cavab  zərbəsini  Şamxalın  sifətinə 
endirdi: 
-  Xain  özünsən, xəyanətlə çörək 
qazanan… 
Cahidin 
yumruğu 
Şamxalı 
qızışdırdı. 
Vəziyyət 
gərginləşdi. 
Əlbəyaxa  olub  bir-böirinə  güc  gəlməyə 
başladılar. 
Cahidin 
cavanlığına 
baxmayaraq  həm  boy,  həm  də  çəkidə 
Şamxaldan 
üstün 
olmamasından 
uduzacağı  aşkar  görünürdü.  Gözünün 
qabağında  baş  verənlərə  tamaşa  edən 
Əfiqənin  sinəsindəki  həyəcandan  nəfəsi 
təntiyir,  ürəyi  döyünür,  özünə  yer  tapa 
bilmirdi.  Necə  etsin  bunları  ayırsın?  Bu 
dava xoşluqla bitməyəcəkdi, kimsə axıra 
sağ qalmayacaqdı…. 
Az  keçmədi  Şamxal  Cahidə 
üstün  gəlib,  altına  yıxdı.  Yıxmağı  ilə 
onun  boynuna  keçirdiyi  qayışı  sıxmağa 
başladı.  Qayış  sıxıldıqca  Cahidin  nəfəsi 
daralır,  gözləri  genəlir,  yavaş-yavaş 
boğulurdu. 
“Boğub  öldürəcək!”  Şamxalın 
vəhşiləşmiş 
simasını 
və 
Cahidin 
çapalamasını görən Əfiqə dəhşətlə yəqin 
etdi. 
Anlar 
keçəcək 
Cahid 
sağ 
qalmayacaqdı. 
Sonra 
da 
onu 
öldürəcəkdi. 
Bu 
qansızın 
qarşısı 
alınmalıdı,  -  ürəyində  qərarlaşdırdı. 
İmkan  vermək  olmaz  ki,  niyyətinə 
yetsin. 
Əfiqənin  bərk-bərk  döyünən 
ürəyi yerindən çıxırdı. Niyə dayanmışdı? 
Ona  görə,  savaşan  Cahidə  kömək 
etməliydi, oturub gözləməməliydi. Daha 
düşünmək 
vaxtı 
qurtarmışdı. 
O, 
yerindən cəld tərpənib yaxınlıqdakı ağır 
dəmir kətili qucağına götürərək, gücünü 
toplayıb arxadan Şamxalın başına çırpdı. 
Kətil  Şamxalın  başına  dəyəndə  qayışı 
sıxan qolları boşaldı, huşunu itirib bütün 
ağırlığı ilə Cahidin üzərinə çökdü. 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə