Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə20/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   16   17   18   19   20   21   22   23   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
45 
qollarının 
arasından 
çıxıb 
canını 
qurtarsın.  Bayaqdan  üzünü  çevirib 
Təyyara  baxmaq  istəmədiyi  yarıyumulu 
gözlərini  açıb  danışmağa  çalışdı. 
Keçirdiyi  iztirablardan  səsi  nazilib 
kövrəkləşmişdi: 
- Razılaşsam, aldatmazsan? 
-  Əlbəttə,  yox!  Nəyə  istəyirsən 
and içim! 
-  Yaxşı,  indii  məni  burax, 
görüşərik. 
-  Xeyir.  Mənimki  nağddı.  Mən 
nisyəyə aldananlardan deyiləm – Təyyar 
xüsusi cəldliklə Əfiqənin yançaqlarından 
yapışıb qucağına aldı. 
-  Ağlın  çaşıb?  Burada?  Palçığın 
içinə yıxacaqsan məni?! 
Təəccüblənmiş  Əfiqə  onun  nə 
istədiyini aydın dərk edə bilmirdi. 
-  Bay,  lap  bakirə  qız  kimi 
danışırsan.  Heç  ayaqüstü  görməmisən? 
Bilməmiş  olmazsan.  Belə  ayrı  ləzzəti 
var,  bir  dəqiqə  imkan  ver,  özün  də  razı 
qalacaqsan... 
Əlləri  sürətlə  sarğısında  gəzdi, 
donunu araladı… Əfiqə onun niyyətinin 
ləyaqətsizliyini  başa  düşəndə  artıq  gec 
idi.  Əfiqənin  çaşqınlığından  istifadə 
edən  Təyyar  bir  neçə  anın  ərzində 
istəyini əldə etmişdi. 
- Vəhşi!.. 
İnilti  dolu  nifrətlə  dediyi  bu 
sözdən  başqa  söz  tapmayan  Əfiqə 
Təyyarın  şəhvəti  sönənə  qədər  gövdəsi 
ilə paxla kollarına tərəf əyilib, kənardan 
eşidilməməsi  üçün  səsini  içinə  qısaraq, 
qəlbini, bütün cismini göynədən ağrıdan 
için-için ağlayırdı… 
*** 
“Ey,  Adəm  balası,  insan    ol,  yaşadığın 
yer  üzündə  sonun  meyit  olmaqdı, 
dünyadan    ondan  artıq  “qazancın”  
yoxdu...”    
 
Gecələrin 
birində, 
uşaqları 
yatandan  sonra  axır  günlərdə  öyrəşdiyi 
kimi  yenə  özünə  qapılaraq  sabahkı  xoş 
günü  üçün  zamanın  Sahibinə  yalvarıb 
dua  etmək  istəyirdi  ki,  həyət  qapısının 
aramsız  zəngindən  diksindi.  Allah  xeyir 
eləsin,  gecənin  bu  vaxtı  kim  ola,  - 
Əfitqəni  narahatlıq  bürüdü.  Hər  dəfə 
gecə  vaxtı  qapını  döyən  olanda  ağlına 
gələn  əcaib-qəraib  fikirlərdən  ürəyi 
sıxılırdı.  Əbəs  yerə  deməmişlər  ki, 
gecənin  xeyrindən,  gündüzün  şəri 
yaxşıdır. 
-  Kimdir?  –  Əfiqə  qapını 
açmadan təşvişlə soruşdu. 
Cavab  verən  olmadı.  Sükutdan 
darıxdı.  Deyəsən  zəngi  basan  cavab 
verməyə 
tələsmirdi. 
Səsini 
çıxarmamaqla 
onun 
nigarançılığını 
artırmaq istəyirdi. 
-  Səsini  çıxar,  kimdir?  Nə 
lazımdı? 
-  Mənəm,  tək  deyiləm,  qonaq 
gətirmişəm. 
Səs  kəndin  mərkəzində  yaşayan 
qaynı  Zakirin  səsiydi.  Çöldə  kimin 
dayandığını  bilməyincə  Əfiqənin  qapını 
açmayacağını 
başa 
düşüb 
səsini 
çıxarmalı olmuşdu. 
-  Zakir,  sənsən.  Bu  vaxtı  xeyir 
ola? 
Ürəyində 
şükür 
etdi 
ki, 
səbirsizlik  edib  özgə  ad  çəkmədi.  Heç 
nədən 
özünə 
gərəksiz 
söhbət 
yaradacaqdı. 
-  Xeyirdi,  tək  deyiləm,  qonaq 
gətirmişəm. 
-  Gecəyarı  qonaq  olar?  Söz 
tapdın  da,  -  o  deyinə-deyinə  qapıya 
yaxınlaşıb qıfılı açmağa başladı. 

Olanda  olur,  aç  qapını 
görəcəksən… 
Əfiqə qapını açanda Zakirin arxa 
tərəfində bir nəfərin dayandığını gördü. 
- Salam, gecən xeyirli olsun. 
-  Sağ  ol.  Gündüz  vaxt  tapmadın 
qonaq  gəlməyə?  Hə,  de  bilim  nə 
lazımdı? 


46
№ 4 (20) Qış- 2016
 
-  Elə  bilirsən  zarafat  edirəm. 
Gəldim qonağı təqdim edəm. Buyur, - o, 
əlini  yanaşı  durmuş  hündür,  enlikürək 
kişiyə  tərəf  uzatdı.  Küçə  qapısının  zəif 
işığında  kimliyini  tam  ayırd  edə 
bilmədiyi bu insan Əfiqəyə tanış gəlirdi. 
-  Küçədə  dayanmayın.  Ağlım 
heç nə kəsmədi. Gəlin içəri, işığın altına, 
bəlkə bir şey anladım… 
Zakirin səsinin tonundan kefinin 
köklüyü hiss edilirdi. Addımını atmayıb 
ərklə  gülümsəyərək,  yanındakını  irəli 
verdi: 
-  Sən  böyüksən,  keç  qabağa, 
çəkinmə  ay  “qonaq”,  özünü  evində  hiss 
et… 
İşığa  çıxan  qaraltının  Şamxal 
olduğunu 
görəndə 
Əfiqənin 
təəccübündən  qanı  damarlarında  dondu: 
Doğrudanmı  bu  gələn  Şamxal  idi?  Bəs 
niyə  xəbərsiz-ətərsiz,  gecə  vaxtı?  İllərlə 
evini  unudan  insanın  belə  gözlənilməz 
gəlişi nə ilə bağlı idi? 
- Şamxal?! 
Əfiqə 
Şamxalın 
az 
qala 
unutduğu  gözlərini  tanıyanda,  sanki, 
nəfəsi 
dayandı. 
İstədi 
çığırsın, 
sevincindən,  həm  də  acığından  uşaq 
kimi  atılıb  düşsün.  Qucaqlayıb  ağlasın, 
hirsini-hikkəsini  boşaltsın.  “İtmişdin, 
batmışdın,  hardaydlın  bu  vaxta  qədər? 
Belə  kişilik,  ailə  saxlamaq  olar?  Mənə 
yazığın  gəlmir,  bəs  balaların?  Atıb 
gedəcəkdinsə  bizi  neynirdin?  Pul 
göndərməklə  borcunu  ödəmiş  sayırsan? 
Bəs insanlıq?” 
Gözlərindən  süni  gülüş  yağan 
Şamxalı illər dəyişməmişdi: 
- İnanmağın gəlmir? 
Səsi  də  həmən  idi.  Bir  az  da 
qalınlaşıb  ağırlaşmışdı.  Əgər  qəlbi  də 
eyni  əvvəlki  idisə,  onda  heç  sevinməyə 
dəyməzdi,  -  qayğılandı  Əfiqə.  Çox 
keçməyəcək,,  təzədən  qara  günləri 
başlayacaqdı.  Amma  hazırkı  ağır 
vəziyyətində ərinin evinə gəlməyi, onun 
üçün  “göydəndüşmə”  idi.  Daha  nə 
camaatın  qınağından  qorxmağa,  nə  də 
Cahidin  və  ya  kimsənin  köməyinə 
ehtiyacı olmayacaqdı. Allahın ona rəhmi 
gəlmişdi:  yalvarışlarını,  dualarını  eşidib 
Şamxalı  peyda  etməklə  həyatını  məhvə 
sürüyəcək 
böyük 
bir 
əzabdan, 
rüsvayçılıqdan  kənarlaşdırmışdı.  O, 
Tanrısına 
minnətdar 
idi! 
Gözləri 
dolmuşdu.  Bilmirdi  Şamxalın  sual  dolu 
baxışlarına nə cavab versin… 
- Hə, inanmağın gəlmir? 
Zakirin  yanında  nə  desin  ki, 
sonra  söz  olmasın.  Tutulub  qalmışdı, 
sözü  yox  idi  deməyə.  Bəlkə,  sevincini 
bildirmək 
üçün 
boynuna 
sarılıb 
qucaqlasın, 

düşündü. 
Qollarını 
qaldırmışdı,  Şamxal  imkan  vermədi. 
Zakirin  yanında  onu  qucaqlamasını 
gərək  bilməyib  əllərindən  tutdu.  Axan 
göz yaşlarına baxıb gülümsədi: 
- Baho, deməkdən xoş gəlmisən, 
ayağımı  evə  basmamış  ağlamağa 
başladın… 
-  Neynəsin,  qınama,  gör  neçə 
ildir 
bir-birinizi 
görmürsünüz 
– 
bayaqdan əlindəki çantalara güc edə-edə 
onlara göz qoyan Zakir dilləndi. 
- Uşaqlar gözümə dəymirlər. 
-  Yatırmışam,  yuxudadılar,  - 
Əfiqə  yanağındakı  yaş  gilələrini  silərək 
kövrək  səslə  cavab  verdi,  -  indi 
oyadaram. 

Eybi  yox,  dəymə,  qoy 
yatsınlar. Səhər ayılanda görüşərlər. 
Çantaları astanaya daşıyan Zakir 
tövşüdü: 

Buracan 
gətirdim,  bəsdi. 
Evinizin  içinə  özünüz  daşıyarsınız.  Hə, 
mən daha qayıdım… 
- Hara? – Şamxal sözünü kəsdi. 
- Necə hara? Evimə… 

Evinə,  tələsmə  gedərsən. 
Əfiqə, isti çayın var? 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə