Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə18/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   14   15   16   17   18   19   20   21   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
41 
böyük  kimi  apara  bilmirdi.  Əfiqədən 
fərqli  olaraq  canını  çulğayan  həyəcan 
olmaya kiçikliyindən baş verirdi?! 

Hə 
eşidirəm, 

Əfiqə 
nəzərlərini Cahidin həyəcandan pörtmüş 
üzünə dikdi. 
Heç  özü  də  bilmirdi  nədən 
başlasın. 
Fikrindəkilər 
bir-birinə 
qarışmışdı: 
-  Hm..,  bir  dəqiqə,  -  nəsə 
xatırlayıb  arxaya  döndü.  İki-üç  addım 
atıb  qaranlıqda  gizlətdiyi  bükülünü 
tapdı.  Yerinə  qayıdıb  əlindəki  salafanın 
arasından  ətri  və  gözəlliyi  ilə  fərqlənən 
gül çələngini ona sarı uzatdı: 
-  Sənin  ad  gününü  təbrik 
edirəm! Arzu edirəm ki,bu çiçəklər kimi 
həmişə  gözəl  olasan  və  mənalı  ömür 
sürəsən.  Ömrünün  qədrini  biləsən,  pis 
gün keçirməyəsən. 
Əfiqəni  heyrət  götürmüşdü.  O, 
Cahidin belə qabiliyyət yiyəsi olduğunu 
bilməzdi.  Bu  qədər  gözəl  gülü  o, 
haradan  yığıb,  toplayıb  səliqə  ilə 
düzmüşdü? 
Baxmaqdan, 
ətrini 
qoxumaqdan doymaq bilmirdin. Necə də 
gözəl idi! Onu ömründə belə təbrik edən 
olmamışdı.  Doğrudanmı  Cahid  onu  çox 
sevirdi? İnana bilmirdi… 
-  Cahid,  bu  nə  xəcalətdi  sən 
mənə verirsən, çox sağ ol. 
-  Başqa  hədiyyəni  qorxdum 
qəbul etməyəsən. Fikirləşdim ki, gülə bir 
söz  deməzsən,  ona  görə  də  çələng 
düzəltdim. 
Həm 
də 
darıxmışdım 
səninçün.. 
Əzilib 
korlanmaması 
üçün 
çələngi 
əlində 
saxlayıb 
sevimli 
baxışlarla  onu  süzən  Əfiqə  sanki,  mən 
də darıxmışam demək istəyirdi. 
-  Bilirsən,  mən  istəyirəm  ki, 
əlində  saxlamayasan,  -  Cahid  ona  bir 
addım da yaxınlaşdı. 
-  Bəs  nə  edim?  -  Əfiqə 
təəccübləndi. 
- Ver mənə, göstərim. 
Əfiqə 
tərpənməz 
dayanıb 
maraqla nə edəcəyəini gözləyirdi. Cahid 
əvvəlcə bir əlilə Əfiqənin üzünə tökülən 
saçlarını yığdı, başının qalan yerlərini də 
əli ilə daraqlayıb hamarladı, o biri əli ilə 
çələngi  ehtiramla  tac  kimi  onun  başına 
qoydu.  Bu  hamar-tumardan  xoşlandığı 
üçün Əfiqənin gözləri xumarlandı. 
- Bax, belə gözəldir. 
Əfiqənin qəlbini qəribə duyğular 
bürümüşdü.  Ona  bu  yaşınadək  hələ 
kimsə 
belə 
ehtiram, 
münasibət 
göstərməmiş, 
bir 
çiçək 
də 
bağışlamamışdı. Axı niyə?! Məgər onun 
insan  kimi  sevilməyə  haqqı  yox  idi,  ya 
layiq deyildi?. Sevincdənmi, kədərdənmi 
gözləri 
doldu. 
Yaş 
damlaları 
kipriklərindən 
süzülüb 
üzüaşağı 
diyirlənərək  yanaqlarını  islatdı.  Cahidin 
sevgi odu ilə alışıb yanan baxışları onun 
gözlərinə  dikilmişdi.  Həmişə  ondan 
çəkinən Cahidin heç bu sayaq baxmasını 
görməmişdi. O necə də sevimli, məğrur, 
qəlbəyatımlı idi... 
Anlar keçsə də heç biri yerindən 
nə  tərpənir,  nə  də  qımıldanırdı.  Bir-
birlərinə  baxa-baxa  donub  qalmışdılar. 
Üzünə  dəyən  Cahidin  nəfəsi  Əfiqənin 
ağlını başından alırdı. Onlar belə çoxmu 
üzbəüz dayanacaqdılar, - Əfiqə düşündü, 
-  gərək  ki,  o  dillənməli,  təşəkkür  etməli 
idi.  Nə  desin?  Qəlbindəki  hisslər  bir-
birinə  elə  qaprışmışdı  ki,  bilmirdi  nə 
desin.  Cahidin  həyəcanı  deyəsən  ona  da 
keçmişdi.  Ürəyinin  çırpıntısı  anbaan 
güclənirdi. 
Başının  hərlənəcəyini  duyub 
yıxılmamaq  üçüq  sağ  əlini  uzadıb 
Cahidin  qolundan  tutdu.  Cahid  onun 
yıxılacağını  hiss  edib  özünü  irəli  verdi. 
Boş  qalan  qolu  ilə  Əfiqəni  qucaqlayıb 
özünə sıxdı. 
- Əfiqə, nə oldu sənə? 
Narahatlıqla  soruşan  Cahidi 
heyrət  qarışıq  sevinc  bürüdü:  Cavab 
verməyə  halı  olmayan  Əfiqə  gözləri 


42
№ 4 (20) Qış- 2016
 
yumulu  sinəsinə  sığınıb  ona  sarılmışdı! 
Bu, Əfiqənin ona olan minnətdarlığı idi. 
Sözlə  ifadə  edə  bilmədiyi  təşəkkürü… 
İllərlə 
kişi 
sevgisinə, 
diqqətinə, 
qayğısına 
ehtiyacı 
olan 
qadının 
təşəkkürü… 
Günahkar  kimi  başını  qaldırıb 
Cahidin  gözlərinə  baxmağa  utanırdı. 
Günahkar  kim  idi?  Özü,  yoxsa  taleyi? 
Köksü  dolan  buluda  oxşayırdı.  Dərdi 
danışılası  deyildi.  Bayaqdan  bəri  özünü 
sıxıb hıçqırtısını saxlasa da, dili, boğazı 
qurumuşdu. 
Boşalmasaydı 
danışa 
bilməyəcəkdi.  Üzünü  Cahidin  çiyninə 
söykəyib  yüngülləşənədək  kirimişcə 
ağladı. 
-  Əfiqəm,  ağlama,  bəsdi.  Belə 
olmaz! Mən bilsəydim ki, sən sevinmək 
əvəzinə  kədərlənəcəksən,  gəlməzdim. 
Yaxşı, qurtar! 
Cahid  onun  sakitləşməsi  üçün 
saçlarını tumarlayıb öpdü. Bu iş ona elə 
xoş  gəldi  ki,  təkcə  saçları  öpməklə 
kifayətlənmək 
istəmədi. 
Saçlarını 
aralayıb  ehtiyatla  boynundan  öpdü. 
Boynunun  öpməsinə  Əfiqənin  etiraz 
etmədiyini  görən  Cahid  daha  da 
həvəsləndi. 
Bərk-bərk 
qucaqlayıb 
boğazından  geniş  sinəsinədək  öpüşlərə 
qərq etdi. 
Axıtdığı  göz  yaşları  hisslərini 
soyutmadı,  onu  qucaqlayan  Cahidin 
bədəninin  istisi  ,  hərarətli  öpüşləri 
tamam ixtiyarını almışdı. Özünə  yiyəlik 
edən  halı  qalmamışdı.  Həmişə  Cahidə 
etinasız  olan,  onu  sevməyəcəyini 
düşünən  Əfiqədən  əsər-əlamət  yox  idi. 
Etiraz  etməyə,  onu  kənarlaşdırmağa, 
içindəki  qəribə  bir  hiss  imkan  vermirdi. 
Bu  hiss  neçə  illər  yadırğadığı  yatan 
ehtirasını  oyatmışdı.  Ayılan  ehtirası 
taqətini  kəsdiyi  üçün  ayaqları  sustaldı. 
Cahidin qolları üstə yaşıl otların üzərinə 
uzandı…  
*** 
Görüşlər 
artdıqca 
Əfiqəni 
özündən  asılı  olmayaraq  narahatlıq 
bürüyurdü.  Görəsən  Şamxal  gələnədək 
olanları  gizli  saxlaya  biləcəkdimi? 
Şamxal  nə  vaxt  gəlib  evinə  dəyəcəkdi, 
Allah  bilirdi.  Bu  gündən  sabaha  ümid 
varmı?  Nə  bilirsən  sabah  səni  nə 
gözləyir? Görüş vaxtı uzaqdan gələn ən 
adi  səs,  hənirti  ürəyinə  hər  cür  qorxulu 
şübhələr  gətirirdi.  Belə  gecələrdən 
axırıncısında  eşitdiyi  gözlənilməz  xışıltı 
onun necə qorxuzmuşdusa, yubanmadan 
Cahidin qucağından çıxıb, qaranlıq cığır 
ilə  hövlanak  özünü  evə  yetirmişdi.  O 
anlaşılmaz  xışıltıdan  sonra  onda  xoş 
olmayan  nə  isə  baş  verəcəyi  qənaəti 
yaranmışdı.  Bəzən  düşünürdü  ki,  etdiyi 
bütün səylər əbəsdi. Bəlkə də hamı bilir 
onun 
günahını, 
sadəcə 
dillərinə 
gətirmirlər,  yazıqları  gəlib  rüsvay 
etmirlər.  Kimsə  boynuna  götürmək 
istəmir  bu  işin  məsuliyyətini.  Bu  işi 
yalnız Şamxallıq idi. 
Başqa  adamların  əhatəsində 
Cahidlə  rastlaşarkən  ehtiyatlandığından 
az  qala  nə  edəcəyini  bilməyib,  özünü 
itirirdi  və  tez  o  yerdən  uzaqlaşmaqdan, 
hikkəsini  uşaqların  üstünə  tökməkdən 
savayı əlacı qalmırdı.  
Ürəyinə  gələn  başına  gəldi. 
Cahidlə gizli görüşlərinin üçüncü ayı idi. 
Yay  fəslinin  başlaması  ilə  havalar  bərk 
istiləşmişdi.  Havaların  istiləşməsindən 
əkdiklərinin  quruyacağından  qorxan 
qonşular  bağ-bostanı  vaxtlı-vaxtında 
suvarmaya  aman  vermirdilər.  Onları 
qınamağa  dili  gəlməsə  də,  gözü  görə-
görə  əkdiklərinin  zay  olması  ilə  də 
barışa  bilməzdi.  Ya  qapı-qapı  düşüb 
yalvarmalı  idi  ki,  filan  günü  suya 
dəyməsinlər,  imkan  versinlər  o  da 
bostanını  suvarsın,  ya  da  gün  batanda 
hamı  sudan  əl  çəkəndə  alatoranlıqda 
suvarmalı idi. Əksəriyyəti paxıl olan bu 
qonşuların  da  hərəsinin  ağzından  bir 
hava  gəlirdi.  Dünya  malından  gözləri 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə