Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə21/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   17   18   19   20   21   22   23   24   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
47 
-  Var,  -  Şamxalın  niyyətini 
anladı,  -  siz  keçin  evə  oturun,  hazır 
edərəm. 
-  Yox,  Şamxal,  canın  haqqı 
gecdir.  Evə  keçən  vaxt  deyil.  Qalsın 
başqa günə… 
- Zakir, həmişə bəhanə eləyirdin 
ki,Şamxal  gələndə  gələrəm.  İndii 
Şamxal  gəlib,  ayrı  bəhanə  axtarırsan,  - 
Əfiqə  də  qaynını  məzəmmətləyib  evə 
dəvət etdi, - bir az otur, gedərsən. Uzaq 
yerə getmirsən ki… 
-  Siz  Allah,  inciməyin,  evdə 
məni  gözləyirlər.  Özgə  yer  deyil  ki,  öz 
evimizdi, hansı gün desəz gələrəm. Təki 
canınız sağ, evinizdə şadlıq olsun. 
-Məsələ  ayldındır,  -  Şamxal 
gülərək  əlini  əlinə  vurdu,  -  evdə  arvad 
gözləyir.  Get  qardaş  səni  saxlamaq 
olmaz,  günahdı.  Yaxşı  yol,  köməyinə 
görə çox sağ ol! 
-  Hələlik,  -  Zakir  sağollaşıb 
evinə getdi. 
Şamxalla  tək  qalan  Əfiqəni  isə 
anlaşılmaz  hisslər  çulğalamışdı.  Neçə 
aylar,  illər  ərini  arzulamışdı,  həsrətdən 
yanmışdı.  Bəs  indii  həyat  yoldaşı 
yanında  niyə  yenə  ürəyi  sıxılırdı?  Toy 
gecəsi  Şamxalla  bir  otağa  salınanda  da 
köksündə belə bir sıxıntı hiss etmişdi. 
O gecə xoşbəxtliyin nə olduğunu 
tam  anlamasa  da  duyduğu  sıxıntılara 
əhəmiyət  verməyib  özünü  dünyanın 
xoşbəxti  hesab  etmişdi.  Əfiqəyə  elə 
gəlirdi  ki,  bu  gecə  də  həmin  gecənin 
davamıdır  və  yaxud  təkrarıdır.  Heç  nə 
onların  yeniləşən  sevgisinə,  vüsalına 
mane  ola  bilməzdi.  Yenə  dünyanın 
xoşbəxti olacaqdı. Bu xoşbəxtlik çoxmu 
çəkəcəkdi,  düşünmək  istəmədi.  Daha 
olan  umu-küsülərin,  köhnə  palan  içi 
sökməyin  yeri  deyildi.  Bu  gecə  Allah 
ona Şamxalı ilahi pay yetirmişdi: 
- Gecə vaxtı necə gəldin? 
Əfiqə  Zakir  gedəndən  sonra 
verdiyi  sualla  yaranan  sükutu  pozmağa 
çalışdı.  Əslində  ona  necə  gəlməyindən 
çox,  danışmağa  nədən  başlamağa 
çətinlik  çəkən  Şamxalın  açılışması, 
aralarındakı  neçə  ilin  buzunun  əriməsi 
vacib  idi.  Ötən  illər  ərzində  etdiyi 
diqqətsizliyin,  soyuqluğun  töhmətini 
Əfiqənin  gözlərindən  oxuyan  Şamxal 
sualı  eşitcək  xoşlandı.  O,  gözlədiyi 
şikayəti, tənəni heç olmasa indi eşitmək 
istəmirdi: 

Kəndə  qaranlıq  düşəndə 
çatdım.  Əvvəlcə  evimizə  dəydim  - 
anama.  İki-üç  saat  oturub  bir  az  özümə 
gəldim. Gördüm saat oldu on iki... 
Deyəsən buranı öz evi saymır,  - 
Əfiqə  düşündü,  yaşamırsa  niyə  də 
saysın?  Lakin,  əhəmiyyət  vermədi.  Nə 
olur-olsun, 
bu 
gecə 
qanını 
qaraltmamalıydı.  Özünün  və  Şamxalın 
əhvalını poza biləcək ən xırda xətaya da 
yol  verməməli,  hər  uyğunsuzluğa 
dözməli,  bütün  qadınlıq  məharətini  işə 
salıb həyatında dönüş yaratmalıydı. 
Elə də etdi. Əfiqə Şamxala qarşı 
qəlbindəkiləri  bir  kənara  qoyub,  özünü 
sevgili  həyat  yoldaşı  kimi  aparmağa 
müəyyən  qədər  nail  oldu.  Çalışdı 
Şamxal  görsün  ki,  onu  əvvəlkindən  də 
çox sevir və elədiyi səhvləri bağışlayır. 
Şamxal 
arvadının 
davranmasından, 
ürəyində 
xeyli 
təəccüblənmişdi.  Son  illərdə  Əfiqənin 
görkəmi  yaşlaşmış,  sifətində  qırışlar 
əmələ  gəlmişdi.  Ən  çox  xasiyyəti 
dəyişmişdi. 
Tanımaq 
olmurdu. 
Mehribanlaşmış,  xoş  sifət  insana 
çevrilmişdi. 
Keçmiş 
tərsliyi, 
zəhlətökənliyi  yox  olmuşdu.  Ondan 
qanını  qaraldacaq  heç  nə  soruşmur,  heç 
nədən  şikayətlənmirdi.  Elə  bil  təzəcə 
tanış  olmuşdular.  Güman  edirdi  ki, 
söhbət  arası  yenə  nə  vaxt  qayıdacağını 
soruşub,  dalısıyca  iki  aydan  sonra 
gedəcəyini biləndə ağlaşma həngaməsini 
başlayacaq. 
Nədənsə 
onu 
da 
soruşmurdu. Yəqin yaşlaşdıqca ağıllanır, 


48
№ 4 (20) Qış- 2016
 
səbirli  olmağı  öyrənir,  birinci  gündən 
əhvalını  pozmaq  istəmir,  -  düşündü 
Şamxal, - nə yaxşı, Allaha şükür, həmişə 
qanan olsun... 
Gecə  boyu  gözlərinə  yuxu 
gəlmədi. 
Əfiqənin 
şirin 
söhbəti 
Şamxalın  başını  elə  qatmışdı,  gecənin 
necə keçdiyini hiss etmədi. Yataq yalnız 
səhərə yaxın yadlarına düşdü. 
Hər  dəfə  uzun  ayrılıqdan  sonar 
Əfiqə  ilə  yatağa  girərkən  naz  etməsini, 
soyuyub 
buzlaşmasını 
görərdi. 
Bacarığının, 
hissiyatının 
korşalmasındanmı, yoxsa acıqca, qəsdən 
belə  etməsini  bilməzdi.  Bu  dəfə  isə  o, 
nəinki  naz  etmək,  hətta  canına  yağ  təki 
yayılan  nəvazişləri  ilə  Şamxalı  heyran 
etdi.  Xoşuna  gəlsə  də  səbəbini 
anlamadığı  üçün  ürəyini  sıxan  suallar 
yaranmışdı:  Görəsən  Əfiqənin  belə 
dəyişməsinə  nə  təsir  etmişdi?  Əri  ilə 
təmasda olmadığı illərinmi həsrətiydi, ya 
da anlaya bilmədiyi bir səbəbmi vardı?! 
Gözü  su  içmirdi  ürəyinə  daman 
şübhələrdən.  Əfiqənin  isti,  odlu  bədəni 
həsrətli olduğu qədər, eyni anda həm də 
öyrəncəliyə  oxşayırdı.  Bəlkə  ifrata 
varırdı, düşündükləri əbəs idi. Hər halda 
bu sualların cavablarını bir neçə gecəyə 
öyrənib  dəqiqləşdirmək  də  çətin  idi. 
Hissləri  onu  aldada  bilərdi.  Yaxşısı  ilk 
gündən  pis  fikirlərə  başında  yuva 
qurmamaqdır,  -  Şamxal  özünü  qınadı,  - 
gec-tez  hər  şeyi  öyrənəcəkdi,  tələsib 
təndirə  düşmək  lazım  deyildi.  Ola  bilər 
ki,  onda  yenidən  sevgi  yaranıb,  xəbəri 
yoxdur! 
Bununla 
belə 
Əfiqənin 
yataqdakı 
istiqanlığına  baxmayaraq 
gözlərindəki  donuq baxışların  qalmaqda 
davam 
etməsi 
də 
nəzərindən 
qaçmamışdı... 
Baş 
aça 
bilmədiyi 
düşüncələrlə səhərə yaxın yuxuya getdi. 
 
*** 
Günlər  keçdi,  bir  ay  arxada 
qaldı.  Şamxalın  gözlədiyi  qırx  günün 
bitməsinə  az  qalsa  da  şübhələrində 
əsassız  olduğunu  yəqin  edib  əhvalı 
günü-gündən köhnə qaydasına qayıdırdı. 
Şamxalın  çöhrəsinin  açılmasına  sevinən 
Əfiqə  həftələr  ötdükcə  hamiləliyinin 
böyüdüyünü  görəndə  qanı  qaralırdı. 
Evdəki  mehribanlıq  fəlakət  qabağı 
sakitliyiə  bənzəyirdi.  Şamxal  onun 
hamilə 
olmasını 
biləndə 
tufan 
qopacağından  ehtiyatlanırdı.  Tufanın 
qarşısını  ancaq  bir  yolla  almaq  olardı: 
hamiləliyə  Şamxalın  özünün  səbəbkar 
olmasına inandırmaqla. İnandıra bilməsə 
gözlədiyi 
tufandan 
salamat 
çıxmayacaqdı. 
Hər  dəfə  bu  barədə  fikirləşəndə 
çəkdiyi  iztirabdan  əhvalı  korlanırdı. 
Əfiqənin  tez-tez  fikrə  getməsi,  dalğın 
görünməsi 
Şamxalın 
gözündən 
qaçmamışdı.  Hələ  bir  az  da  narahat 
olmuşdu: 
Onun 
əhvalının 
yaxşı 
vaxtında,  hər  şey  qaydasında  ikən,  evin 
bir  çətinliyi  olmaya-olmaya  Əfiqə  niyə 
fikir  çəkirdi?  Bir  iki  dəfə  onun  fikrə 
getdiyini görüb qınamışdı: 
-  Nə  olub  sənə,  nə  fikrə 
getmisən? 
-  Heç  nə,  -  Əfiqə  tez  fikirdən 
ayrılıb 
gülümsəməklə 
sualdan 
yayınmışdı.  Əvvəl-axır  deyəcəyi  sözü 
birdən-birə  açıqlamağa  qorxurdu,  cürəti 
çatmırdı.  Gözləmədiyi  vəziyyət  alına 
bilərdi.  Ləngitməklə  münasib  bir  anın 
fürsətini gözləyirdi.  
Xeyli 
götür-qoydan 
sonra, 
həmin anı Şamxal ilə yataqda xoş ovqat 
zamanı tapdı. Çılpaq qollarını Şamxalın 
boynuna sarıyanda təmasın şirinliyindən 
ərinin  xoşlandığını  görüb  cəsarətləndi. 
Uğur  naminə  ehtirasla  onun  qulağının 
ətli hissəsini öpdü və nəfəsini çəkmədən 
qulağına xəfif səslə pıçıldadı: 
-  Bilirsən,  bir  məsələ  var,  heç 
bilmirəm  sənə  necə  deyim.  Yenə  məni 
günahkar  hesab  edəcəksən.  Ancaq 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə