Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə25/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   21   22   23   24   25   26   27   28   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
55 
-  Kələyimi  kəsmişdi,  -  nəfəsi 
yerinə  qayıdan  Cahid  minnətdarlıqla 
Əfiqəyə  baxdı,  -  sən  olmasaydın  məni 
öldürəcəkdi… 
Özünə 
gələrək 
Şamxalı 
üzərindən  ağır  yük  kimi  kənara  itələyib 
ayağa  durdu.  Əfiqə  etdiyi  hərəkətin 
gərginliyindən hələ tam azad olmamışdı. 
Görəsən  o,  düzmü  etdi,  -  düşünürdü. 
Düz,  ya  səhv,  başqa  yolu  yox  idi,  - 
özünə haqq qazandırırdı. 
-  Hə,  indii  neyniyək?  –  Cahid 
üst-başını qaydaya salıb soruşdu. 

Nə 
qədər 
ayılmayıb 
öldürməliyik.  Biz  onu  öldürməsək, 
ayılıb ikimizi də öldürəcək, - Əfiqə israr 
etdi, - gözlə mətbəxdən baltanı gətirim. 
Əyilib Şamxalın nəbzi yoxlayan 
Cahid etiraz etdi: 
-  Zəhmət  çəkməyə  dəyməz. 
Murdar olub. 
- Ölüb? – Əfiqə inana bilmədi. 

Deyirsən 
ölə 
bilməz? 
İnanmırsan özün yoxla. 
Ölməyin nə olduğunu sanki indli 
dərk etmiş Əfiqə ayaq üstə dura bilmədi, 
yaxınlıqdakı  divanda  əyləşib  başını 
əllərinin arasına aldı: 
-  İndi necə olacaq? Bu cəmdəyə 
görə hər ikimizi tutacaqlar.  
- Sən narahat olma,  - Cahid ona 
yaxınlaşıb başını əlləri arasından çıxarıb 
özünə sıxdı. – Hamısı mənlikdi. Səndən 
kim  soruşsa,  de  ki,  otaqda  olmamışam. 
Eyvana  çıxmışdım,  dava  necə  oldu 
görməmişəm.  Buradan  çıxıb  özüm 
polisə xəbər verəcəyəm. 
Cahid 
onun 
saçlarından, 
dodaqlarından  öpüb  otaqdan  çıxdı. 
Əfiqənin  könlündən  ağlamaq  keçsə  də 
gözündəki yaş da özü kimi donmuşdu... 
 
*** 
            O şirinli-acılı xatirələri Cahid hər 
dəfə xatırladıqca özünə yer tapa 
bilmirdi. Ətrafındakı hər kəsdən 
kənarlaşıb dünyadan küsmüş guşənişinə 
dönürdü…   
Həmin gün Cahid Şamxalı 
öldürdüyünü xəbər verib, özünü polisə 
təslim etdi… 
  
...Məhkəmənin başlanmasına iki 
həftə qalmış qəfildən onun görüşünə 
gələn İbişovdan Əfiqənin hamiləlikdən 
azad olduğunu, qızı dünyaya gəldiyini 
eşitdi. 
-  Qız  kimindi?  Düzünü  de, 
sənindimi? 
Müstəntiqin  ilk  baxışdan  adi 
görünən sualına veriləcək səmimi cavab 
qaranlıq  qalan  mətləbləri  aça  bilərdi. 
Ona  görə  də  eşitdiyi  xəbərdən 
sevinməklə  yanaşı  Əfiqənin  yanında 
olmamasından qəmlənən Cahid keçirliyi 
hisslərini  gizlətməyi  bacardı.  Qaşlarını 
çatıb gülümsədi: 
-  Düzünü  anası  bilər,  mən 
haradan bilim? 
-  Zarafatı  boşla.  Belə  güman 
edilir ki, doğulan qız uşağı səndəndir. 
Əgər  təsdiqləsə,  onda  gərək 
Əfiqə ilə olan bütün münastbətlərini açıb 
tökməliydi ortaya: 
-  Yox,  mənlik  deyil.  Məndən 
olsaydı oğlan olardı, qız yox. 

Hamiləliyin 
başlanğıcı 
Şamxalın  gəlməyindən  əvvələ  düşürsə, 
səndən deyilsə, bəs kimdəndir? 
- Bilmirəm, - yenidən əsəbiləşdi, 
- bilmək də istəmirəm. Bəyəm uşaqların 
hamısı vaxtında doğulur? Vaxtından tez 
olanı olmur? 
-  Olur,  olur.  Həyatda  hər  şey 
olur. Hələ təəccüblənəsi çox işlər olacaq
-  İbişov  mənalı  nəzərlərlə  süzdü,  -  mən 
nə bacarırdım, onu da etdim. Mən işimi 
bitirdim.  Yaxın  günlərdə  məhkəmən 
başlayacaq, cəza müddətin təyin olunub, 
həbsxanaya  göndəriləcəksən.  Harda 
olsan,  nə  vaxt  istəsən,  fikrini  dəyişəndə 
məni axtara bilərsən. 


56
№ 4 (20) Qış- 2016
 
Müstəntiqin  işini  qurtarsa  da 
ondan  əlini  üzmək  istəməməsini  Cahid 
heç  cürə  başa  düşə  bilmirdi.  O,  nə 
istəyirdi,  nəyə  ümid  edirdi?  Yaxasını 
əlindən  güclə  qurtardığı  adamı  bir  daha 
nəyinə gərək olacaqdı ki, axtarsın da… 
 
*** 
             Həftələr  ötdü.  Dörd  aydan  çox 
uzanan  istintaqdan  sonar  nəhayət 
məhkəmə  quruldu.  Məhkəmənin  hökmü 
ilə müstəntiq İbişovun söylədiyi kimi on 
il  azadlıqdan  məhrum  edilmə  cəzasına 
məhkum 
olunan 
Cahid 
şəhər 
kənarındakı  cəzaçəkmə  müəssisəsinə 
göndərildi. 
             Qazamatda  günləri  elə  də  pis 
keçmirdi. Müntəzəm olmasa da yaxınları 
hər  həftə  görüşünə  gəlir,  onu  həyatdan 
küsməyə qoymurdular. Dilinə gətirməyə 
üzü  gəlmədiyinhdən  gəlib  gedəndən 
qəlbən  umduğu  yalnız  Əfiqə  və  körpəsi 
haqqında hər hansı məlumat idi: görəsən 
necədirlər? Bütün istintaq boyu Əfiqənin 
adının  ləkələnməməsi  üçün  sadəcə 
sevməyindən  qeyri  aralarında  heç  bir 
yaxınlığın  baş  vermədiyini,  deyilənlərin 
şayiə  olduğunu  bildirmişdi.  İndi  kimə 
deyə  bilərdi  ki,  Əfiqənin  qızı  mənimdi. 
Düşünürdü,  görəsən  balacanın  ona 
bənzəri  vardımı?  Kaş  qızını  bircə  dəfə 
yaxından görə biləydi… 
Nədənsə heç kim onlar haqqında 
soruşmasa  danışmaq  istəmirdi.  Əksinə, 
başını  yırğalayıb  üstüörtülü  sözlərlə 
həyatını  boş  yerə  korladığına  görə 
qınayırdılar.  Görəsən  nə  baş  vermidi? 
Niyə hamı Əfiqədən söz salanda söhbəti 
döndərib  ayrı  mövzuya  keçirdi?  Görüşə 
gələn  əmisi  oğlundan  güc-bəla  ilə 
öyrəndiyi  şayiələrə  inanmağı  gəlmirdi. 
Yəqin  ki,  deyilənlərin  əksəri  Şamxalın 
qohumlarının  uydurmaları  idi.  Guya 
Əfiqə  Şamxalı  öldürtdürəndən  sonra 
Cahidin də on il həbsdə qalacağını görüb 
ondan  da  əlini  üzüb.  İndi  də  Şamxalın 
uzaq  qohumu  Təyyarla  gəzir.  Təyyar 
hara, o hara? Ağıla sığan işə oxşamırdı, - 
inanmırdı  Cahid.  Qabalığı,  kobudluğu 
ilə  seçilən  bağlarda  gözətçi  işləməkdən 
savayı  bir  iş  bacarmayan,  yaşı  ötsə  də 
özünə  bir  gün-güzəran  qura  bilməyən, 
pozğun 
qadınların 
arxasınca 
sümsünməyi  ilə  qürrələnən,  ağıldan 
kəmin  birisinin  Əfiqə  ilə  münasibəti 
necə 
yarana 
bilərdi?! 
Utanmır 
qohumunun arvadı ilə ad çıxarır... 
Ürəyini  ağrıdan  suallar  Cahidə 
günlərlə  rahatlıq  vermədi.  Ona  mütləq 
inandığı insan gərək idi ki, danışılanların 
şayiə, 
yoxsa 
həqiqət 
olmasını 
aydınlaşdırsın. 
Yoxsa 
fikir 
onu 
üzəcəkdi. 
Anasını  xatırladı.  Təcili  onu 
görüşə  çağırıb  ürəyini  boşaltmalıydı. 
Anası hökmən ona həqiqəti çatdıracaqdı, 
acı olsa belə. Vaxtında, o, Əfiqə ilə olan 
münasibətini 
gizlətməyib 
anasına 
bildirsəydi,  indi  gəlib  həbsə  düşməzdi, 
buraxdığı səhvlərin qarşısı alınardı. 
Anası  ondan  incimişdi.  Həbs 
olunarkən  oğlunun  insanlıq  xatirinə 
gələcəyini  qurban  etdiyini  düşünən  ana 
Şamxalın 
valideynlərinin 
Cahid 
barəsində  dediklərini  heç  cürə  qəbul 
etmirdi.  Onun  oğlu  qonşunun  arvadını 
sevsin,  gizlin  əlaqədə  olsun?  Bu  ola 
bilməzdi.  Özünün  haqlı  olduğuna 
inanmaq istəyən ana elə birinci görüşdə 
onu sorğu-suala tutmuşdu: 
-  Mənə  düzünü  de.  Deyirlər 
guya  sənin  Şamxalın  arvadı  ilə  gizlin 
münasibətin  varmış,  ona  görə  də 
müdafiə  etmisən.  İnsanlıq-filan  bekara 
söhbətimiş.  Doğrudur?  Gözümə  düz 
bax… 
Kimə  yalan  desə  də,  anasını 
aldatmağı 
bacarmayacaqdı. 
Boğazı 
quruduğundan 
udqunub 
gözlərini 
qaçırtdı. Başını aşağı salladı: 
-  Ana,  mən  Əfiqəni  yeddinci 
sinifdən sevirəm… 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə