Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə31/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   27   28   29   30   31   32   33   34   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
67 
bənzədir.  Amma  kimin?  Ahaa  Dadaşın 
səsinə. Hə, Dadaşın səsinə bənzəyir. 
      Dadaş 
onların 
şəhərinə 
təzə 
gəlmişdi.  Kök,  dazbaş  bir  adam  idi.  40-
42  yaşlarında  olardı.  Amma  deyilənə 
görə  evlənməmişdi.  Deyirdilər,    əsilləri 
bu  mahaldan  imiş,  sonra  Bakıya 
köcüblər.  5  il  əvvəl  qonşuları  evlərini 
Dadaşa satdı. Dadaş həmin evi əla təmir 
elətdirib  köcdü  ora.  Sonra  o  evin 
yanında başqa bir qonşunun evini   alıb, 
oranı  da  ofisə  cevirdi.  Ofisin  yanında  2 
mağaza tikdirdi. 
     3  il  əvvəl  günlərin  bir  günü  evdən 
cıxıb  məktəbə  gedən  Aydın  müəllimin 
qarşısını  kəsib  təklif  eləmişdi  ki,  baha 
qiymətə  onun  evini  ala  bilər.  Aydın 
müəllimin bu gözlənilməz təklifdən başı 
gicəllənmişdi.  Hirsindən  “Ayıb  olsun 
sizə!  Kimdən    eşitmisiz  ki  mən  evimi 
satıram?  Bunu  kim  sizə  deyibsə,  qələt 
eləyib!”  demişdi.  Əslində  bu  “qələt 
eləyib” sırf Dadaşın ünvanına idi. Dadaş 
Aydın  müəllimin bu reaksiyasını elə bil 
əvvəldən  gözləyirmiş  kimi  sakitcə 
demişdi:     
      “Müəllim, 
hirslənməyin. 
Məsələ 
belədir  ki,  mən  bu  kücədə  ticarət 
mərkəzi  tikmək  istəyirəm.  Sizin  evi  də 
alsam,  planla  hər  şey  düzəlir.  Vallah  
sizə yaxşı pul verərəm. İstədiyiniz yerdə 
bundan da qəşəng ev ala bilərsiz.” 
    Aydın  müəllim:  ”Bu  evi  mənim 
babam tikib. Babamdan da əvvəl bu evin 
yerində  mənim  ulu  babamın  imarəti 
olub.  Ermənilər  yandırıblar.  Satmaq 
söhbəti ola bilməz!” - deyib getmişdi. 
     Həmin  günü    əsəbindən  dərsi  necə 
yola  verdiyini  də  bilməmişdi.  Evdə 
arvadına 
bu 
söhbəti 
acanda, 
arvadının:”Yaxşı  fikirləş,  bəlkə  elə  pul 
verər  ki,  həm  yaxşı  ev  alarıq,  bir  az  da 
pulumuz  qalar?”  -  deməsi      müəllimin 
cızdağını cıxarmışdı. 
      Aydın  müəllim  bəlkə  ömründə  ilk 
dəfə  arvadını  söymüşdü:  “Ağılsız  qızı 
ağılsız,  sən  nə  danışırsan?  Mən  belə 
biqeyrətəm  ki,  dədə-babamın  mülkünü 
pula  görə  hansısa  bir  sələmçi  əclafa 
satım?” 
      Aydın  sələmci  sözünü  düz  ünvanına 
deyirdi.  Şəhərdə  söz  gəzirdi  ki,  Dadaş 
sələmlə  pul  verir.  Sonralar  Dadaş  hər 
dəfə  onu  kücədə  görəndə:”Müəllim 
yaxşı  fikirləş,  mən  pis  şey  təklif 
eləmərəm sənə” - deyirdi. 
     Cin Aydın müəllimin başına vursa da 
hər  dəfə:”Mən  sözümün  ağasıyam!” 
deyib  kecirdi.  Hətta  o  borcu  alanda 
qəssab Famil də:“Ay müəllim, Dadaş 50 
min pul verir e sənə. Vallah sənin yerinə 
olsam, satardım mən o evi. Köhnə evdir 
də”-mızıldanmışdı. 
     İki 
gün  əvvəl  məktəbdən  evə 
qayıdırdı.  Uzaqdan  qəssab  dükanının 
qabağında  Famillə  Dadaşın  söhbət 
elədiyini  gördü.  Salam  veib  kecmək 
istəyirdi  ki,  Dadaş  Famildən  aralanıb 
Aydın müəllimin qoluna girdi.. 
    -Müəllim necəsən? 
    -Şükür. 
    -Müəllim,  soruşmaq  ayıb  olmasın,  nə 
qədər maaş alırsan? 
    -Mənə catır! 
    Dadaş gülmüşdü: 
     -Yaxşi  da  müəllim.  Mən  pis  mənada 
soruşmuram  vallah.  Niyə  hirslənirsən? 
Məndə  bir  iş  var.  Bir  əməli  saleh  adam 
axtarıram. 
     -Mən işləyirəm 
    -Bu  iş  o  işə  mane  olmayacaq. 
Həftənin  şənbə  bazar  günü  olan  işdi. 
Ayda  azı  2,  bəlkə  də  3  dəfə.  Sən  də  ki 
bazar  günü  işləmirsən.  Artıq  pul  cibini 
yandırmayacaq ki.. 
    -Nə işidir? 
    Burada artıq Dadaş ciddiləşmişdi: 
     -Müəllim,  mənim  Bakıda  da  biznes  
şəriklərimin  ofisi  var.  Ayda  bir-iki  dəfə 
ora  pul  göndərirəm.  Bilirsən,  bankla 
göndərəndə faizi-filanı cox olur. Həm də 
balaca  şəhərdir.  Dilə-dişə  düşürsən. 


68
№ 4 (20) Qış- 2016
 
Mənə  bir  adam  lazımdır  ki,  ayda  bir-iki 
dəfə  o  pulu  catdırsın  Bakıya.  Hər 
aparanda  da  300-400  verəcəm.  Ayda 
ölüsü 1000 manat qazancdı. 
      -Onda niyə məhz məni? 
      Dadaş 
onun 
sözünü 
ağzında 
qoymuşdu: 
      -Müəllim,  sən  təmiz,  pak  adamsan. 
Zəmanə  pisdir  ee...  Hər  adama  etiabar 
eləmək  də  olmur.  Razısan?  Razısansa, 
indidən bilim, sabah axşama sənə qatara 
bilet  alım.  Şəxsiyyət  vəsiqəsiz  bilet 
vermirlər... 
    -Qatara? 
    -Hə da, qatar yaxşıdır.Təhlükısizdir. 
    -Onda fikirləşib bir şey deyərəm sənə 
bu gün. 
     Dadaş 
ona 
telefon 
nömrəsini 
vermişdi  ki,  zəng  eləsin.  Evdə  arvadla 
da  məsləhətləşmişdi.  Arvadı  da  demişdi 
ki,yəqin  səninlə  dostlaşmaq  istəyir 
Dadaş.  Səndən  düz  adam  haradan 
tapacaq?  Həm  də  vallah  lap  yaxşı  işdir. 
Alınsa,  maaşından  3-4  dəfə  cox  pul 
qazanacaqsan  ayda. 
     Dadaşa  zəng  edib,  razı  olduğunu 
bildirmişdi.  Dadaş  gecə  ilə  gəlib  ondan 
şəxsiyyət  vəsiqəsini  almışdı  ki,  bilet  
götürsün.  Həm  də  səhəri  onu  ofisdə 
gözləyəcəyini demişdi. 
     Ofisdə 
pulları 
sayıb 
cantaya 
qoyandan  sonra  ona  200  manat,  bir  də 
qatara  bilet  vermişdi,  Bakıda  gedəcəyi 
ünvanı,  pulu  qəbul  edəcək  adamın 
telefon nömrəsini vermişdi. 
     -Niyə cay icmirsiz? Soyuyur. 
     Kupe yoldaşının səsi Aydın müəllimi 
fikirdən ayırdı. 
     -Həə.. 
    Caydan bir qurtum icdi. Doğrudan da, 
cay  ilıq  idi.  Qonşusu  ona  konfet  də 
uzatdı. Aydın müəllim konfeti alıb acdı, 
konfetlə cayını icib qutardı.Yenə siqaret 
cəkmək  istədi.  Birdən  onu  qəribə  bir 
yorğunluq 
bürüdü. 
Ayaqlarından 
başlayan  xoş  bir  məstlik,  başına  doğru 
yuxarı  qalxmağa  başladı.  Diqqətini 
cəmləyib 
kupe 
qonşusuna 
baxdı. 
Qonşusu 
gözlərini 
diqqətlə 
ona 
zilləmişdi.  Müəllim    beyninin  qaranlıq 
bir  küncündə  qəti  qərara  gəldi  ki,  bu 
adamın  təkcə  səsi  yox,  özü  də  Dadaşa 
bənzəyir.  Fərqləri  budur  ki,  Dadaş 
bundan  kökdür.  İstədi  sorusun  ki,  sən 
Dadaşı  tanımırsan,  yaman  sənə  oxşayır 
e... Soruşa bilmədi. Dərin yuxuya getdi. 
     
      ...Onu  oyadan  kim  idi  belə?  Nə 
insafsız  adam  idi.  O  cür  yuxu  görürdü. 
Görürdü ki, anası Cəvahirlə qızı Cəvahir 
mətbəxlərində 
stol 
arxasında 
əyləşiblər.Yoldaşı  da  qazandan  plov 
cəkir. 
    -Ay qardaş, ay qardaş... 
    Bələdci  get  gedə  səsini  daha  da 
qaldırırdı.  -  Qardaş,  niyə  ayılmırsan? 
Sənə nə olub? 
    Gözlərini  acdı.  Ətrafa  baxdı.  Birdən 
qəfil  elə bil  beynindən  cəkiclə  vurdular. 
Başından  qopan dəhşətli ağrıdan üzünü 
turşutdu.  Amma  bu  ağrı  həm  də  onu 
ayıltdı deyəsən 
    -Hec nə, qardaş yaxşıyam. 
    -Dur qardaş, qatar depoya gedir... 
    Ayağa  durdu.  Özünü  lap  piss  hiss 
elədi.  Ürəyi  bulanırdı.  Birdən  yadına  nə 
düşdüsə,  tez  əlini  atıb  oturacağını 
qaldırdı. Canta yox idi! 
    Telefonuna zəng gəldi. Acdı.  
     Dadaşın səsi idi: 
     -Müəllim,  harda  qalmısan?  O  adam 
səni gözləyir axı. 
     Dodaqları güclə aralandı: 
     -Cantanı oğurladılar, Dadaş!  
     -Nə?  Sən  nə  danışırsan?  Daha  denən 
evimiz  yıxıldı  ki...  Sən  belə  elə,    tez 
qayıt gəl. Qayıt! Eşitdin? Gəl cıx, bir şey 
fikirləşərik. 
    Aydın  müəllim  Dadaşın  səsini  əks-
səda  ilə  eşidirdi.  Cavab  verməyə  halı 
qalmamışdı,eləcə başı ilə təsdiq elədi. 
    Dadaş telefonun düyməsini basdı. 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə