Reallıq: tullantıları çaya tökməklə fabrik suyu çirkləndirir.
Fantaziya: əgər fabrik tullantıları elə öz ərazisinə töksəydi
nə yaxşı olardı.
İdeya: fabriki elə çirkləndirdiyi çayın suyundan istifadə
etməyə məcbur etmək lazımdır ki, problemin həllində maraqlı
olsun.
Xüsusiyyətlər matrisi texnikası
Məsələn, məhsul, xidmətinizin parametrlərini və
variantlarını matris formasında yazaraq müxtəlif kombinasi-
yaları nəzərdən keçirin. Yük maşını üçün xüsusiyyətlər matrisi
belə ola bilər (sütün və sətirlər daha çox ola bilər):
Gördüyünüz kimi, nəticədə variantlar çox ola bilər.
Məsələn, poladdan, günəş batareyası ilə işləyən, 4 qapılı, yük
üçün sahəsi arxada olan, hava yastığı, telefonu olan, yüksək
qiymət seqmentinə aid bir maşın.
Müştəriyə fayda matrisi texnikası
Məhsulunuza, xidmətinizə müştəri gözü ilə baxın və 5
meyar üzrə onun üçün daha da faydalı edin. Mehmanxana üçün
müştəriyə fayda matrisi (sütünlar daha çox ola bilər):
96
Parametrlər
Paslanmayan
material
Yanacaq
Yerlərin sayı
Yük üçün sahə
Hərəkət növü
Əlavə qurğular
Qiymət
seqmenti
Variant və formalar
alümin
polad
süni material
ağac
benzin
dizel
günəş batareyası
qaz
1
2
3
4
arxada
qabaqda
damda
başqa yerdə
təkər
hava yastığı
tırtıl
xizək
GPS
qızdırıcı
telefon
kondisioner
aşağı
orta
yüksək
çox yüksək
Mövcud xüsusiyyətlər
Birinci ol
Bunu necə etməli
Xoş ətirlidir
Ən xoş ətirli olmalı
Azərbaycanda yetişən xoş
qoxulu otlardan istifadə etmək
Təmizləyir
Ən yaxşı təmizləməli
(məhsulunuzun xüsusiyyətlərini
araşdıraraq digər bəndlər
üzrə də çıxış yollarını yazmalısız)
Mikrobları öldürür
Mikrobları ən yaxşı
öldürməli
Dərini korlamır
Dəriyə qulluq etməli
Köpüklənir
Ən yaxşı köpüklənməli
Bronlaşdırma
Mehmanxanaya
gəliş
Qeydiyyat
Qalma dövrü
Sadələşdirmək
İnternet
vasitəsilə
Qeydiyyat
tələb olunmur
Qeydiyyat kartı
artıq hazırdır
Bir düymə ilə
bütün sifarişlərin
qəbulu
Əlavə xeyir
Menyu ilə
online tanışlıq
Avtomobili
mehmanxana işçisi
yerləşdirir
Yükün pulsuz
daşınması
Pulsuz wi-fi
Risklərin
azaldılması
Bronun təsdiqi
SMS vasitəsilə
Otaq 24:00dək
bronda qalır
Unutduqda seyf
kodunu bərpa
etmək imkanı
Qeyri-adilik
Qeydiyyatdan
ayrılan kimi
mikrofonla adla
salamlama
Otaqda müştəri
istəkləri əsasında
sürprizlər
Nə etsək
super olar
Müştərilərə adla
müraciət etmək
“Tərsinə” texnikası
Məqsədinizi tərsinə yazın və həllini təklif edin. Məsələn,
necə edək ki, satışlarımız azalsın? Bu texnika problemə başqa
rakursda baxmağa köməklik edir və göstərir ki, biznesinizdə
nəyi etməməlisiz.
“Birinci ol” texnikası
Məhsulun, rəqiblərin və s. bütün keyfiyyətlərini sadalayın
və onlar üzrə ən yaxşısı olmağın yollarını tapın. Məsələn,
qabyuyan maye üçün cədvəl belə ola bilər:
“Rəqibi sancmaq” texnikası
Burada söhbət təbii ki, qanuni yollardan gedir:). Əslində
bu texnikanın məqsədi sizə rəqabətlə bağlı yeni ideyaların
97
tapılmasında dəstək olmaqdır.
1. Rəqiblərinizin siyahısını tərtib edin.
2. Onlar haqqında hər şeyi öyrənin: məhsulunu,
marketinqini, güclü və zəif cəhətlərini və s.
3. Uğur qazanmaqla onlara necə zərər vurmaq olar?
4. Məhsulumu necə dəyişdirməliyəm ki, rəqibimin qanını
qaraldım?
5. Hansı müştəri qrupuna tuşlanım ki, rəqibimin
dövriyyəsi azalsın?
6. Qiymət və təchizatçıları dəyişməklə rəqabəti necə artıra
bilərəm?
7. Biznes-modeli dəyişməklə rəqibləri necə çökdürə
bilərəm?
100-lük siyahı texnikası
Məsələnizin həllinin 100 yolunu tapın. Əvvəli asan olacaq,
amma sona yaxın çətinləşəcək və ən maraqlı ideyalar məhz
sonda yarana bilər.
Qaydalar:
1. Ağlınıza gələni yazın.
2. Bir oturuma yazın.
3. Diqqətinizi yayındıran bütün məqamlardan təcrid olun.
4. Yazdıqlarınızı oxumayın. Təkrarlardan qorxmayın. 1-
dən 100-dək sətirləri nömrələyin ki, saymağa ehtiyac qalmasın.
SCAMPER texnikası
Təkmilləşdirmək istədiyiniz məqam üçün yaxşı
texnikadır.
S – substitute – əvəzləmək
C – combine – birləşdirmək
A – adapt – uyğunlaşdırmaq
M – modify, magnify – dəyişmək, böyütmək
98
P – put to other uses – başqa cür istifadə etmək
E – eliminate – ləğv, istisna etmək, minimuma endirmək
R – rearrange (or reverce) – yenidən qurmaq, ardıcıllığı,
istiqaməti dəyişmək
McDonalds-ın timsalında nümunə gətirmək olar.
S – bir neçə yeməyi faktiki olaraq bir əsas yeməklə
əvəzlədi;
C – əsas yeməklə yanaşı digərlərini paketlə satır;
A – insanların iş rejiminə uyğunlaşdı (tez xidmət,
yeməkləri özlərilə aparmaq olar, gec bağlanır);
M – insanların zövqünü dəyişdi, iri şəbəkəyə çevrildi;
P - hamburger əvəzinə françayzı satır;
E - özünəxidmət tətbiq edildi, ofisiantlara ehtiyac
qalmadı;
R - qabaqcadan ödəniş sistemini tətbiq etdi, əvvəl ödə,
sonra ye.
Aşağıda SCAMPER texnikasının hər bəndi üzrə köməkçi
suallar verilib. Hər birini ideyanız üzərində cavablandırın:
S – substitute – əvəzləmək
Suallar:
Ÿ
Hər hansı hissəsini əvəzləyə bilərəmmi?
Ÿ
Əlaqədar şəxsləri əvəzləyə bilərəmmi?
Ÿ
Qəbul olunmuş qaydaları əvəzləyə bilərəmmi?
Ÿ
Materialı əvəzləyə bilərəmmi?
Ÿ
Formasını dəyişdirə bilərəmmi?
Ÿ
Rəngini, səsini, qoxusunu, digər keyfiyyətlərini
dəyişdirə bilərəmmi?
Ÿ
Adını dəyişdirə bilərəmmi?
C – combine – birləşdirmək
Suallar:
99
Dostları ilə paylaş: |