ətrafdakılara cihazları tərifləsinlər. Bu və digər oxşar tədbirlər
nəticəsində brendin tanınması 26%-dən 44%-ədək artdı.
Klublardan biri yeni kokteyli reklam etməkdən ötrü bu
qəbildən maraqlı bir aksiya keçirmişdi. Digər qonaqlarla yanaşı
tədbirə əyanları ilə birlikdə şeyx də gəlmişdi. Təbii ki, qeyri-adi
qonaq hamının diqqətini cəlb etdi. Heç kim təsəvvür etməzdi ki,
əslində onlar aktyorlar idilər. “Şeyxi” hörmətli yerdə
əyləşdirdilər və hamı onun nə yediyini və içdiyini görürdü.
Qonaq isə yalnız yeni kokteyli sifariş edirdi. Vaxtaşırı digər
aktyorlar “şeyxə” qarşı marağı canlandırır və sözarası onun nə
içdiyini vurğulayırdılar. Tədbir qızışanda aktyorla gələn
xanımlardan biri hamıya elan etdi ki, “şeyx” bütün iştirakçıları
həmin kokteylə qonaq edir. Heç kim bu marketinq addımının
qurama olmasından şübhələnmədi.
6. Digər maraqlı nümunələr.
Ÿ
Zoomağaza sahibi ərtaf məktəblərin şagirdlərini
təbiətşünaslıq dərslərinə əlavə kimi öz mağazasına dəvət
edir və ekskursiyanın sonunda
hər bir şagirdə su ilə dolu
polietilen paketdə canlı qızıl balıq hədiyyə edir. Əlavə
olaraq hər birinə balığa necə xidmət olunması barədə bir
kitabça da bağışlayır. Nəticədə uşaqların çoxunun
valideyni qiyməti balıqdan yüzlərlə dəfə artıq olan
akvarium, aerator, yosun, yem və digər malları almağa
məcbur oldular.
Ÿ
Bir şirkət müştərisi olduğu digər bir şirkətlə (ofislərə su
daşıyan) razılığa gəlmişdir ki, onların işçiləri su
apardıqları hər ofisə bu şirkətin vizitkalarını pulsuz
paylasınlar. Az xərc çəkməklə şirkət bu yolla bir neçə iri
müştəri qazana bildi.
Ÿ
Düzü bilmirəm həqiqətə uyğundur, ya yox, amma hər
halda bu barədə olmuş əhvalat kimi yazırlar. Gənc müəllif
166
kitabının satışını yüksəltmək üçün oxunan bir qəzetdə
belə elan yerləşdirir: “Cavan və yaraşıqlı milyonçu filan
kitabın (burada özünün və kitabının adını verir) baş qız
qəhrəmanına bənzəyən xanımla tanış olmaq istəyərdi”.
Ÿ
Partizan marketinqində oyun formasından da istifadə
olunur. Məsələn, Rusiyada bir şirkət 29 şəhərdə dəfinə
gizlətmişdi. KİV-də hissə-hissə xəritə dərc olunurdu. Bu
xəritənin açarını tapıb dəfinənin yerini müəyyən etmək
mümkün idi.
Ÿ
Digər şirkət rəqabətli nabat konfeti bazarına yeni məhsulu
çıxarmaq istəyirdi və ilk dövrdən onu oyun konfeti kimi
mövqeləşdirdi. Oyunun məğzi bu idi ki, uşaqlar qoşma
vərəqələrdəki tapşırıqları komanda ilə birlikdə həll edərək
mükafat qazansınlar. Kampaniyanın büdcəsi cəmi 2000
dollar təşkil elədi və nəticədə bu konfetin satışı yalnız
Chupa Chups-dan geri qalaraq ikinci yeri tutdu.
Ÿ
Camaat daim harasa tələsir ya da gözləri telefona zillənib
deyə avtobus dayanacaqlarında yerləşdirilən reklam
əksər halda diqqətdən kənarda qalır. Fransada yapışqanlı
Coca-Cola reklamı isə hərfi mənada insanlara “ilişərək”
fikirlərini cəlb edirdi:
Ÿ
Partizan marketinqinin effektiv nümunələrindən bir də
sizin auditoriyanıza hədəflənən, amma rəqibiniz olmayan
bizneslə əməkdaşlıqdan ibarətdir. Məsələn, ABŞ-da bir
restoran şəbəkəsi öz brendinin tanınması üçün çox vəsait
167