qərarda göstərilən yoxlayıcı (yoxlayıcılar) tərəfindən aparılır.
Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini,
yoxlamanın aparılması haqqında qərarın surətini və
yoxlamanın yoxlamaların vahid məlumat reyestrində
qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun
səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi
əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq
və vəzifələri haqqında məlumat verir. Odur ki, yoxlama
aparılması haqqında qərarda yoxlama aparma səlahiyyəti olan
şəxslə vəsiqə təqdim edən şəxsin eyni olduğuna diqqət yetirin.
Həmçinin yoxlayıcı orqan yoxlamadan əvvəl yoxlamanı
Ədliyyə nazirliyində yoxlamaların vahid reyestrinə salmalıdır.¹⁵
Əks halda həmin yoxlamanın hüquqi nəticəsi əsassız olur. Sizə
düşən isə, yoxlayıcı orqandan həmin reyestrdən çıxarışı tələb
etməkdir. Əgər çıxarış yoxdursa, yoxlama aparıla bilməz.
Göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın
aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat
reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət
edilmədikdə, yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə
bilərsiniz.
Yüksək risk qrupuna aid edilən sahibkara münasibətdə
ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna aid edilən
sahibkara münasibətdə iki ildə bir dəfədən çox olmayaraq, aşağı
risk qrupuna aid edilən sahibkara münasibətdə üç ildə bir
dəfədən çox olmayaraq yoxlamalar həyata keçirilir. Yeyinti
məhsullarının təhlükəsizliyinə nəzarət sahəsində plan üzrə
(növbəti) yoxlamalar aşağıdakı dövriliklə aparılır: yüksək risk
qrupuna aid edilən sahibkarlara münasibətdə altı ayda bir
dəfədən çox olmayaraq, orta risk qrupuna aid edilən
sahibkarlara münasibətdə ildə bir dəfədən çox olmayaraq, aşağı
risk qrupuna aid edilən sahibkarlara münasibətdə iki ildə bir
186
h p://www.yoxlama.gov.az
15
Əsaslara
-də maddə 16-ya baxa bilərsiniz.
h p://www.e-qanun.az/framework/26449
16
dəfədən çox olmayaraq. Plan üzrə (növbəti) yoxlamanın
müddəti iri sahibkarlarda on iş günündən, orta və kiçik
sahibkarlarda beş iş günündən artıq olmamalıdır. Plandankənar
(növbədənkənar) yoxlamanın müddəti iri sahibkarlarda beş iş
günündən, orta və kiçik sahibkarlarda üç iş günündən artıq
olmamalıdır. Plandankənar yoxlamaların aparılması üçün
qanunla əsaslar müəyyən edilmişdir.¹⁶
Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını
təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər.
Vergi
orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar
ola bilər. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən
yerlərə vergilərin hesablanmasını və ödənilməsini özündə əks
etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi
orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar
əsasında keçirilir. Kameral vergi yoxlaması vergi ödəyicisi
tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan
sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün
müddətində keçirilir. Səyyar vergi yoxlaması vergi orqanının
qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti
və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması
keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi
yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş
göndərilir. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi
yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi
orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar
vergi yoxlaması ildə bir dəfədən çox olmayaraq keçirilir. Səyyar
vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna
hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar
vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla
bilər. Növbədənkənar vergi yoxlaması vergi orqanları
tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:
187