Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə37/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   33   34   35   36   37   38   39   40   ...   192

 

76 


ilə  ĢüĢənin  o  tayındakı  adamı  görəndə  dərhal  sözünü  yarımçıq  kəsdi.  O  qədər  soyuq,  o  qədər 

zəhmli  idi  ki,  hətta  fit  çala-çala  küçədən  ötən  zənci  oğlan  da  Kristması  görəndə  səsini  kəsdi, 

kənara  çəkildi,  onun  arxa  tərəfinə  keçəndən  sonra  sürətlə,  tez-tez  dönüb  geri  baxa-baxa  ordan 

uzaqlaĢdı. Ancaq Kristmas özü də artıq oradan uzaqlaĢırdı. Sanki, o burada yalnız ona görə ayaq 

saxlamıĢdı ki, Braun onu görsün. 

Tələsmədən, aram addımlarla meydandan uzaqlaĢırdı. HəmiĢə sakit olan küçə  indi tamam 

kimsəsiz  idi.  Bu  küçə  zənci  məhəlləsindən,  Fridmen-Taundan  keçib  stansiyaya  qədər  uzanırdı. 

Saat  yeddidə  o  burda  Ģəhər  meydanına,  yaxud  kinoya  gedən  həm  ağ,  həm  də  qara  adamlarla 

rastlaĢa  bilərdi;  onun  yarısında  isə onlar evlərinə qayıdırdılar. Amma  hələ kino qurtarmamıĢdı, 

buna  görə  də  o,  indi  küçədə  tək-tənha  idi.  YavaĢ-yavaĢ  yeriyir,  ağların  evləri  arasında  bir 

fənərdən o birinə doğru irəliləyirdi;  ağcaqayın, palıd  yarpaqlarının  sıx kölgəsi onun ağ köynəyi 

üstündə  qara  məxmər  zolaqları  kimi  sayrıĢırdı.  Ucaboy    bir  kiĢinin  kimsəsiz  küçədə  tək-tənha 

gəzməsi qədər qatı  yalqızlığı təsəvvürə gətirmək  çətindir. O, çox  iri, çox da ucaboy olmasa da, 

səhradakı  tənha  telefon  dirəyindən  də  yalqız  görünürdü.  BoĢ,  geniĢ,  kölgələrin  tutqunlaĢdırdığı 

küçədə o, öz dünyasından ayrı düĢmüĢ, yolunu azmıĢ bir xəyalat, bir ruh kimi görünürdü.  

Sonra  birdən  harda  olduğunun  fərqinə  vardı.  Özü  hiss  etməsə  də  küçə  dikdirlə  üzüaĢağı 

düĢmüĢ,  ətrafına  baxmağa  macal tapmamıĢ onu  Fridmen-Tauna  – gözə görünməyən zəncilərin 

yay  iylərinin,  yay  səslərinin  arasına  gətirib  çıxarmıĢdı.  Onlar  –  bu  qeyri-cismani  səslər,  sanki, 

onu  dövrəyə  almıĢdılar,  özgə  dildə  pıçıldaĢır,  danıĢır  və  gülüĢürdülər.  Sanki,  o,  dar,  dərin, 

qaranlıq bir quyunun dibinə düĢmüĢdü və ordan özünü ətrafdakı, o qədər də aydın seçilməyən, 

ağ neft çırağı ilə güclə iĢıqlanan koma cizgilərinin əhatəsində görürdü; elə bil, küçə fənərləri də 

məhz  buna  görə  az  idi,  sanki,  qara  həyatı,  qara  nəfəsi  bir-birinə  qarıĢıb  nəsə  qatı  bir  məhlula 

çevrilmiĢdi, ona görə də təkcə səslər deyil, həm də hərəkətdə olan bütün cisimlər, elə iĢığın özü 

də  maye  halına  düĢməli,  yaxınlaĢmaqda  olan  gecəni  yavaĢ-yavaĢ,  zərrə-zərrə  canına  soraraq, 

onunla vahid, bölünməz bir Ģey təĢkil etməliydı.     

Ġndi o, yerində dayanıb tərpənmirdi, dərindən, ağır-ağır nəfəs alır, qudurmuĢ vəhĢi heyvan 

kimi  ətrafına  göz  gəzdirirdi.  Ağ  neft  çıraqlarının  bürkülü,  tutqun  iĢıqları  qaranlıqda  zənci 

daxmalarının  cizgilərini  üzə  çıxarırdı.  Hər  yanda,  hətta onun  öz  içində  belə  zənci  qadınlarının 

qeyri-cismani,  münbit  bətnli  səslərinin  uğultusu  eĢidilirdi.  Sanki,  o  və  onun  kiĢi  həyatını  təĢkil 

edən bütün Ģeylər geriyə – iĢıqsız, isti, nəm ilkin Qadın bətninə qaytarılmıĢdı. O, diĢləri, gözləri 

parıldaya-parıldaya  növbəti  küçə  fənərinə  doğru  qaçmağa  baĢladı,  ağzına  dolan  hava  qurumuĢ 

dodaqlarını,  diĢlərini  üĢütdü.  Qaranlıq  çökəklikdəki  dar,  çala-çuxur  yol  fənərə  çatanda    yana 

burulub üzüyuxarı, paralel küçəyə qalxırdı.  Kristmas qaça-qaça o yola döndü, tövĢüyə-tövĢüyə, 

sərt yoxuĢla üzüyuxarı – o küçəyə tərəf qaçmağa baĢladı. Ora çatanda dayandı, nəfəsi kəsilmiĢdi, 




 

77 


gözləri  oyan-buyana  səyriyirdi,  az  qala,  ürəyi  yerindən  qopacaqdı;  sanki,  o,  artıq  ətrafındakı 

havanın soyuq, kəskin, ağ adam havası olduğuna heç cür inana bilmir, yaxud inanmaq istəmirdi. 

Sonra  o  soyudu.  Zənci  iyi,  zənci  səsləri  arxada,  aĢağıda  qalmıĢdı.  Solunda    iĢıq 

salxımlarına bürünmüĢ meydan uzanıb gedirdi: sanki, parlaq qanadlı quĢlar həyəcan içində göy 

üzündən  asılı  qalmıĢdılar.  Sağ  tərəfində  bir-birindən  gəmirilmiĢ,  təmkinli  budaqları  ilə  ayrılan 

tək-tük  küçə  fənərləri  cərgəylə  addımlayırdılar.  O,  yenə  də  yavaĢ-yavaĢ,  yenə  də  ağların 

evlərinin arasıyla yoluna davam etdi, meydandan uzaq olmağa çalıĢdı.  Burada da verandalarda – 

çəmənliklərdəki  kreslolarda  da  həmçinin  –  adamlar oturmuĢdular;  amma  o  burda  rahat,  sərbəst 

yeriyirdi.  Arabir onları görə də bilirdi:  baĢların siluetlərini, paltarlı ağ adam fiqurlarının aydın 

seçilməyən  cizgilərini;    bir  iĢıqlı  verandada  kart  stolu  arxasında  dörd  nəfər  oturmuĢdu  –  zəif 

lampa  iĢığında  aydın  görünən  gərgin  ağ  sifətlər  və  qadınların  mənasız  kartlar  üzərində  ağaran 

yumĢaq çılpaq  əlləri. “Mənim  istədiyim də elə budu, – o fikirləĢdi. – Deyəsən, o qədər də çox 

Ģey istəmirmiĢəm”. 

Bu  küçə  də  üzüaĢağı  enməyə  baĢladı.  Ancaq  bu  eniĢ  etibarlıydı.  Onun  havada  üzən  ağ 

köynəyi, güclə görünən qara ayaqları ulduzlu avqust səmasına soxulan enli və Ģaquli kölgələrin – 

pambıq  anbarının,  baĢı  üzülmüĢ  mastodont

2

  gövdəsi  kimi  uzun  və  silindrvarı  sisternlərin,  yük 



vaqonları  cərgəsinin  kölgələri  arasında  itib-batdı.  O,  dəmiryolu  xəttini  keçdi,  relslər  semafor 

iĢığında iki yaĢıl ox kimi bir anlığa bərq vurdu və sonra o iĢıq yenə ordan uzaqlaĢdı. Dəmiryolu 

xətlərindən sonra  meĢə baĢlayırdı.  Ancaq o, cığırı  səhvsiz tapdı. Cığır ağacların arasından dağa 

qalxırdı;  vadinin  o  tayında,  dəmir  yolunun  uzanıb  getdiyi  yerdə  yenə  də  bir-birinin  ardınca 

Ģəhərin iĢıqları görünməyə baĢladı. Ancaq o, təpənin zirvəsinə çıxanacan dönüb arxaya baxmadı. 

Orda  isə  Ģəhəri,  Ģəfəqi,  ayrı-ayrı  iĢıqları  yenidən  gördü  –  ordan  baxanda  küçələr,  sanki, 

meydandan qaçıb ətrafa dağılırdı. Yola çıxdığı küçəni, az qala onu satan o biri küçəni gördü, bir 

az  uzaqda  isə  düz  bucaq  altında  sınan  parıltılı  Ģəhər  səddi  və  onun  bir  küncündə  bayaq  ürəyi 

çırpınaraq, diĢləri ağara-ağara baĢ götürüb qaçdığı  o qara çökəklik görünürdü. Oradan bura nə 

iĢıq, nə nəfəs, nə də iy gəlirdi. O, sadəcə qara, anlaĢılmaz bir Ģey kimi  titrək avqust iĢıqlarının  

salxımları arasında durub qalmıĢdı. Bəlkə də,  o, ilkin nüvə, ilkin xaosun özüydü. 

 O, zil qaranlığa, ağaclara  baxmayaraq qətiyyətlə  irəliləyirdi. Tutduğu cığırı gözü  ilə seçə 

bilməsə  də,  bir  dəfə  də  olsun  yolu  azıb  kənara  çıxmadı;  meĢənin  uzunluğu  bir  mil  olardı. 

Nəhayət,  geniĢ  yola  çıxdı,  ayaqlarını  toza  basdı.  Ġndi  o,  getdikcə  böyüyən  dünyanı,  üfüqü 

görürdü.  Adda-budda  pəncərələrdən  iĢıq  gəlirdi.  Ancaq  komalar  qaranlıq  içində  idi.  Buna 

baxmayaraq,  qan  yenə  dilə  gəldi:  danıĢdı,  danıĢdı.  Yeyin-yeyin,  onun  təqtinə  uyğun  yeriyirdi; 

deyəsən  o  bu  adamların  zənci  olduğunu  onları  görməmiĢdən,  eĢitməmiĢdən,  onlar  artıq  yerə 

yatmıĢ tozun fonunda boy verməmiĢdən əvvəl baĢa düĢmüĢdü. BeĢ və ya altı nəfər idilər, cüt-cüt  

                                                

2

 



 Mastodont – ibtidai dövrdə yaĢamıĢ  xortumlu böyük heyvan 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə