Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə40/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   36   37   38   39   40   41   42   43   ...   192

 

82 


ifadə etməyən ciddi gözlərə  malik, qaĢqabaqlı iki sifəti görəndə təəccüblənib-eləmədi. “Axır ki, 

canım qurtaracaq”, – deyə uĢaq düĢündü. 

“Bura  bax,  – tibb  bacısı dedi. Sonra   susdu, onun üzünə  baxdı. Elə  bil,  bundan  sonra  nə 

deyəcəyini  bilmirdi.  UĢaq  farağat  vəziyyətində,  hərəkətsiz  dayanıb  gözləyirdi.  Kürəyinin, 

yanbızlarının  əzələləri  yavaĢ-yavaĢ gərilib qıclaĢırdı.  – Heç kimə  heç  nə deməyəcəksən ki?”  – 

diyetaçı tibb bacısı soruĢdu. 

O,  cavab  vermədi.  Axı  hər  kəs  yaxĢı  bilməliydi  ki,  onun  bu  dünyada  haqqında  danıĢmaq 

istəmədiyi  bir  Ģey  varsa,  o  da  diĢ  məcunu,  qusmaqdır.  Tibb  bacısının  üzünə  baxmırdı.  Gözünü 

onun  əllərindən  çəkmir,  gözləyirdi.  Biri  donun  cibindəydi,  yumruğunu  düymüĢdü.  Parçanın 

üstündən bu yumruğun necə möhkəm sıxıldığını uĢaq aydın görə bilirdi. Hələ bir dəfə də olsun, 

ona yumruq vurmamıĢdılar. Amma onu heç vaxt veriləcək cəzanı  üç gün gözləməyə də məcbur 

etməmiĢdilər.  Tibb  bacısı  əlini  cibindən  çıxaranda  elə  bildi  ki,  onu  vuracaq.  Ancaq  vurmadı, 

sadəcə,  ovcunu  onun  gözləri  önündə  açdı.  Ovcunun  içində  bir  gümüĢ  dollar  vardı.  Sonra  tibb 

bacısı cır, israrlı, dəhlizdə onlardan baĢqa heç kəs olmasa da alçaq, pıçıltılı bir səslə danıĢmağa 

baĢladı. “Bilirsən buna nə qədər çox Ģey ala bilərsən? Tam bir dollardır.” O, bundan  əvvəl heç 

vaxt dollar görməmiĢdi, amma onun nə olduğunu bilirdi. Diqqətlə baxdı. Onun da belə  bir Ģeyi 

olmasını  istərdi  – parıltılı pivə ĢüĢəsi  qapağını  istədiyi kimi.  Ancaq tibb  bacısının  bu Ģeyi ona 

bağıĢlayacağına  inanmırdı,  çünki  özünün  belə  bir  Ģeyi  olsaydı,  onu    heç  vaxt  baĢqasına 

bağıĢlamazdı.  Tibb  bacısının  bunun  əvəzində  ondan  nə  istədiyini  baĢa  düĢmürdü.  O,  sadəcə, 

cəzalandırılacağını,  sonra  isə  sakit  buraxılacağını  gözləyirdi.  Tibb  bacısı  israrla,  həyəcanla, 

tələsə-tələsə  danıĢmağa  davam  etdi:  “Tam  bir  dollar.  Heç  bilirsən  buna  nə  qədər  çox  Ģey  ala 

bilərsən? Dadlı, yeməli Ģeylər. Bir həftə boyu hər gün. Gələn ay, bəlkə, bir dollar da verdim”. 

O  nə  yerindən  tərpəndi,  nə  də  dindi.  Ağacdan  yonulmuĢ  iri  bir  oyuncağa  bənzəyirdi: 

balaca,  hərəkətsiz,  yumrubaĢ,  yumrugöz,  əynində  kombinezon.  Heyrətdən,  Ģokdan,  alçaldıcı 

əlacsızlıqdan  yerində  donub  qalmıĢdı.  Dollara  baxarkən  ona  elə  gəlirdi  ki,  doğranmıĢ  odun 

parçaları  kimi  sırayla  yığılıb  qalaqlanmıĢ  nəhayətsiz,  qorxunc  bir  diĢ  məcunu  qalağını  görür; 

bütün  bədəni tox, kəskin  ikrah  içərisində  qıvrılırdı.  “Mən daha  istəmirəm”,  –  dedi.  “Bir də  heç 

vaxt ondan istəmərəm”, – fikirləĢdi. 

Ġndi o, heç tibb  bacısının sifətinə  baxmağa  belə  cürət etmirdi. Onu  yalnız  hiss edə, onun 

vücudunu,  dərin,  tir-tir  titrəyən  nəfəsini  eĢidə  bilərdi.  Bax  indi  vuracaq  bir  anlığa  beynindən 

keçdi.  Ancaq  tibb  bacısı  onu  heç  silkələmədi  də.  Yaxasından  möhkəm  yapıĢdı,  amma 

silkələmədi,  sanki,  əl  özü  sahibinin  nə  etmək  istədiyini  bilmirdi.  Tibb  bacısının  sifəti  o  qədər 

yaxındaydı ki, onun nəfəsini öz yanağında hiss edirdi. Heç onun üzünə baxmadan da bu sifətin 

nə  hala  düĢdüyünü  dəqiq  bilirdi.  “Get  danıĢ  onda!  –  tibb  bacısı  qəzəblə  pıçıldadı.  –  Hamıya 

danıĢ! Ġt balası. Zənci küçüyü!” 



 

83 


Bütün bunlar üçüncü gün olmuĢdu. Dördüncü gün tibb bacısı tamamilə ağlını itirdi. O daha 

heç bir plan qurmurdu. Ġndi hər hərəkətində fəhminə güvənirdi;  sanki, həmin əndiĢəli günlərdə 

və  yuxusuz gecələrdə  saxta sakitlik maskası altında içində  bəsləyib böyütdüyü o dəhĢətli qorxu 

və  qəzəb  hissi  onun  bütün  ruhi  gücünü  Ģərin  intuitiv,  bütün  qadınlarda  olduğu  kimi,  səhvsiz 

dərkinə yönəltmiĢdi. 

Ġndi  tamam  sakitləĢmiĢdi.  Hətta  hövsələsizlikdən,  tələskənlikdən  də  qurtulmuĢdu.  Sanki, 

onun  öz  ətrafına  yaxĢı-yaxĢı  göz  gəzdirmək,  götür-qoy  etmək  üçün  gen-bol  vaxtı  vardı. 

Önündəki  mənzərəyə  tamaĢa  edərkən  birdən  baxıĢları,  ağlı,  düĢüncəsi  qazanxananın  qapısında 

oturmuĢ gözətçiyə sataĢdı. Bu  nə qabaqcadan hesablanmıĢ, nə də düĢünülmüĢ Ģeydi. Sadəcə, o, 

vaqon pəncərəsindən boylanan sərniĢin kimi bir anlığa öz içindən bayıra boylanıb, qazanxananın 

hisli qapısı önündə hörmə kətildə əyləĢən, gözündə dəmir sağanaqlı eynək dizləri üstündəki açıq 

kitabı  oxuyan  boydan  balaca,  üst-baĢı  çirkli,  bir  dəfə  də  olsun  əməlli-baĢlı  nəzər  salmasa  da 

varlığından  beĢ  ildi  xəbərdar  olduğu,  dəyiĢilməz  əĢya  kimi,  demək  olar  ki,  həmiĢə  orda 

oturduğuna  vərdiĢ  etdiyi  bir  adamı    gördü  və  buna  azacıq  da  olsun,  təəccüblənmədi.  Küçədə 

olsaydı,  onun  sifətini  də  tanımazdı.  Varlığından  bixəbər  yanından  ötüb  keçərdi,  hərçənd  o, 

kiĢiydi. Ġndi həyat ona düz və adi bir dəhliz kimi görünürdü, həmin dəhlizin qurtaracağında isə o 

adam oturmuĢdu. Dərhal onun yanına yollandı –  hara getdiyini hələ əməlli-baĢlı dərk etməmiĢ, 

artıq palçıqlı cığırla ona çatmaq üzrəydi. 

KiĢi qapının ağzında hörmə kətildə oturmuĢdu, dizinin üstündə açıq kitab vardı. Tibb bacısı 

ona yaxınlaĢanda kitabın Bibliya olduğunu gördü. Ancaq onu gözünün ucuyla – kiĢinin ayağına 

qonmuĢ milçəyin fərqinə varırmıĢ kimi gördü. “Siz də ona nifrət edirsiniz, – tibb bacısı dedi. – 

Siz  də  daim  gözünüzü  ondan  çəkmirsiniz.  Fikir  vermiĢəm.  Ġnkar  etməyin”.  Gözətçi  eynəyini 

qaĢının  üstünə  qaldırıb  diyetaçı  tibb  bacısına  baxdı.  O,  çox  da  qoca  deyildi.  Bu  isə  onun 

vəzifəsinə  heç  cür  uyğun  gəlmirdi.  Sağlam  adam  idi,  ən  qüvvətli  vaxtıydı;  beləsi  aktiv,  ciddi 

əməklə məĢğul olmalıydı, ancaq zəmanə, Ģərait, yaxud nəsə baĢqa bir Ģey ona xəyanət etmiĢdi, 

sağlam,  daĢ  kimi  möhkəm  bədənli,  təxminən  qırx-qırx  beĢ  yaĢlı  bir  kiĢini  götürüb  altmıĢ  beĢ-

yetmiĢ  yaĢlı  qocaya  yaraĢan,  sakit,  iĢsiz-gücsüz  bir  yerə  atmıĢdı.  “Siz  bilirsiniz,  –  tibb  bacısı 

dedi. – UĢaqlar onu “zənci” deyə çağırmağa baĢlamamıĢdan qabaq bilirdiniz. Siz bura onunla bir 

vaxtda, bir yerdə gəlmisiniz. Çarli onu yeni il axĢamı, gecə pilləkənlərin üstündə tapanda siz heç 

bir  ay  deyildi  bura  iĢə  düzəlmiĢdiniz.  DanıĢın  mənə”.  Gözətçinin  sifəti  yumruydu,  bir  qədər 

bürüĢmüĢdü,  çirkliydi, üstəlik onu kirli tük də  basmıĢdı. Gözləri apaydın,  bomboz, som-soyuq 

idi.  Həm  də  onlardan  cin  yağırdı.  Ancaq  qadın  bunu  sezmədi.  Bəlkə  də,  bu  gözlər  ona  cinli 

görünmədi. Nə  isə,  indi onlar kömür hisinə  batmıĢ qapı ağzında bir-birilə üzbəüz qalmıĢdılar  –  

cinli gözlər cinli gözlərə baxır, cinli səs cinli səslə danıĢırdı; iki sui-qəsdçi kimi sakitcə, astadan, 

kəsik-kəsik.  “BeĢ  ildi  mən  sizə  göz  qoyuram.  –  Qıza  elə  gəldi  ki,  düzünü  deyir.  –  Burda,  bu 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə