Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə46/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   42   43   44   45   46   47   48   49   ...   192

 

94 


axĢam toranında uzaqdan zorla iĢaran yeganə iĢığı göstərib, dilinə tək bircə kəlmə gətirdi. “Ev,” 

–  dedi.  UĢaq  heç  nə  demədi.  KiĢi  yuxarıdan  ona  baxırdı.  O  da  soyuqdan  büzüĢmüĢdü:  iri, 

enlikürək,  biçimsizdi,  sərt  olmaqdan  daha  çox  qəddar  görünən  qaya  parçasına  bənzəyirdi. 

“Deyirəm  ki,  sənin  evin,  bax,  odu”.  UĢaq  yenə  də  ona  cavab  vermədi.  Onun  öz  evi  heç  vaxt 

olmamıĢdı, buna görə də heç nə demədi. Heç nə demədən nəsə deyə bilmək üçün isə o hələ çox 

balacaydı. “Burda sən özünə yer-yurd, yemək tapacaqsan, mömin insanlar qayğına qalacaqlar, – 

kiĢi dedi. – ĠĢ də gücünə görə olacaq; o səni pis əməllərdən qoruyacaq. Zira, çox keçmədən mən 

sənə insan üçün iki ən böyük qüsurun – tənbəllik və avaralıq düĢüncəsinə qapılmaq, iki ən yaxĢı 

keyfiyyətin is daim çalıĢmaq və Allah qorxusuyla yaĢamaq olduğunu öyrədəcəm”. UĢaq yenə də 

heç  nə  demədi.  Ġndiyəcən  o  nə  iĢləmiĢ,  nə  də  Allahdan  qorxmuĢdu.  Allah  barədə  iĢləməyin  nə 

olduğundan da az bilirdi. ĠĢ deyilən Ģey əllərində dırmıq, kürək bel oyun meydançasında çalıĢan 

adamların timsalında həftənin altı günü onun öz gözləri önündə baĢ verirdi; Allahsa yalnız bazar 

günləri  peyda  olurdu.  Onda  da  daimi  təmizlik  yoxlanıĢı  hesaba  alınmazsa,  Allah  onun  üçün 

qulağa xoĢ gələn musiqiydi, amma həm də qulaq üçün, ümumiyyətlə, heç bir məna kəsb etməyən 

kəlmələrdi;  bütövlükdə  isə  xoĢ  bir  Ģeydi,  hərçənd  bir  qədər  yorucuydu.  UĢaq  heç  nə  demədi. 

Araba  möhkəm  silkələnməyə  baĢladı,  sağlam,  yaxĢı  qulluq  görmüĢ  qatırlar  axura,  yemə,  evə 

doğru götürüldülər. 

Xeyli  sonralar  –  yaddaĢın  bu  yad  adamın  sifətini  qəbul  etmədiyi,  xatirələrin  üz  qatından 

artıq  imtina etdiyi zamanlar  xatırladığı  bir  Ģey də vardı. Müdirənin kabinetindədirlər  və o, daĢ 

kimi hərəkətsiz dayanıb, ona tanıĢ olmayan bu yad adamın gözlərinə  baxmamağa çalıĢır, amma 

onun  baxıĢlarını  öz  üzərində  hiss  edir,  yad  adamın  gözlərilə  düĢündüyünü  haçan  dilinə 

gətirəcəyini gözləyir. Sonra  isə  onun səsini eĢidir:  “Kristmas. Bütpərəst soyadıdı.  Küfrdü. Mən 

onu dəyiĢəcəm”. 

– Buna  sizin qanuni  haqqınız  var,  –  müdirə cavab  verdi.  – Bizim üçün  vacib Ģey onların 

hansı adla, hansı soyadla çağırılması deyil, onlarla necə rəftar olunmasıdır. 

Ancaq  yad adam artıq  heç kimi dinləmirdi,  bu dəfə  sözünü deyərkən də üzünü  heç kimə 

tərəf tutmadı. 

– Bu gündən onun soyadı Makiçern olacaq. 

 

 Ağıllı fikirdi, – müdirə dedi. – Ona öz soyadınızı verməyinizi deyirəm. 



 

 O mənim çörəyimi yeyəcək, mənim dinimə riayət edəcək, –  yad adam dedi. – Niyə   də 



mənim soyadımı daĢımasın? 

UĢaq  deyilənlərə  qulaq  asmırdı.  Bu  heç  onun  vecinə  də  deyildi.  Onu  az  maraqlandırırdı; 

hətta o qədər az ki, əgər bu yad adam hava isti olmadığı halda onun çox isti olduğunu söyləsəydi, 

buna ondan daha çox diqqət  yetirərdi. O qədər az ki,  heç öz-özünə də demədi  Mənim soyadım 




 

95 


Makiçern deyil. Mənim soyadım Kristmasdır Hələ ki buna görə narahat olmağa dəyməzdi. Hələ 

qabaqda çox vaxt var idi. 

– Doğrudan da, niyə də sizin soyadınızı daĢımasın? – müdirə dedi.  

 



 

YaddaĢ isə bunu bilir; hətta iyirmi ildən sonra da buna inanır O gün mən kişi oldum  

Tərtəmiz,  amma  bərbəzəkdən  uzaq  olan  otağa  bazar  gününün  ab-havası  çökmüĢdü. 

Pəncərələrdəki yamaqlı, lakin tərtəmiz pərdələr ĢumlanmıĢ torpaq və cır alma iyi verən mehdən 

yüngülcə yellənirdi. Palıd ağacından düzəldilmiĢ, pedallarına köhnə, nimdaĢ xalı parçasından üz 

çəkilmiĢ  sarı  rəngli  melodeonun

3

  üstünə  bankada  bir  dəstə  mahmızçiçəyi  qoyulmuĢdu.  Oğlan 



masa  arxasında  bərk,  taxta  kətildə  əyləĢmiĢdi;  masanın  üstündə  nikel  çıraq,    bir  də  bürünc 

qarmaqlı,  bürünc  ilgəkli,  bürünc  qıfıllı  iri  Bibliya  kitabı  vardı.  Əyninə  tərtəmiz,  yaxalıqsız,  ağ 

köynək geyinmiĢdi. Qara rəngli, kobud parçadan tikilmiĢ Ģalvarı da təzəydi. Çəkmələri bir qədər 

əvvəl,  amma  naĢıcasına,  səkkiz  yaĢlı  oğlan  uĢağının  bacardığı  qədər  mazlanıb  təmizlənmiĢdi, 

orda-burda,  xüsusən  də  maz  dəyməyən  arxa  tərəflərdə  boz  ləkələr  qalmıĢdı.  Presviterian 

kataxizisi

4

 açıq halda masanın üstündə, onun önündəydi. 



Makiçern  masanın  yanında dayanmıĢdı. Tərtəmiz sətin köynəkdə  və oğlanın onu  ilk dəfə 

görərkən əynində olan elə həmin qara Ģalvarda idi. Nəm, hələ də dən düĢməmiĢ saçları səliqəylə 

yumru baĢının arxasına daranmıĢdı. Saqqalı da o cür səliqəylə sahmana salınmıĢdı, o da saçları 

kimi hələ yaĢ idi. “Sən bunu yaxĢı öyrənmək üçün kifayət qədər çalıĢmamısan”,  – o dedi. 

Oğlan baĢını qaldırmadı. Heç yerində qurcalanmadı da. Amma bu adamın sifəti daha qaya 

parçasına bənzəmirdi. “ÇalıĢmıĢam”.  

“Onda bir də təkrar elə. Sənə bir saat da vaxt verirəm”. Makiçern cibindən gonbul gümüĢü 

saatını çıxardı, qapağını açdı, onu üzüyuxarı masanın üstünə qoydu, baĢqa bir bərk, söykənəcəkli 

kətili  masanın  yanına  çəkib  oturdu,  tərtəmiz  yuyulmuĢ  əllərini  dizlərinin  üstünə  qoydu;  təzəcə 

silinmiĢ  iri  çəkmələri  döĢəmə  üzərində  dimdik  dayanmıĢdı.  Bu  çəkmələrdə  mazlanmamıĢ  yer, 

heç  bir  ləkə  yox  idi.  Amma  dünən  axĢam,  Ģam  yeməyində  vardı.  Sonra,  oğlan  yatmaq  üçün 

soyunub tək bir köynəkdə qalanda onu möhkəm kötəklədilər və o həmin çəkmələri təzədən silib 

təmizləməli  oldu.  Ġndi  oğlan  masanın  arxasında  oturmuĢdu.  KütləĢmiĢ,  hərəkətsiz  sifəti  heç  nə 

ifadə etmirdi. Tərtəmiz, çılpaq otağa arabir Ģiddətlənib, sonra öləziyən yaz küləyi dolurdu. 

Bütün  bunlar  səhər  saat  doqquzda  olmuĢdu.  Onlar  saat  səkkizdən  orda  oturmuĢdular. 

Yaxınlıqda  bir  neçə  kilsə  vardı,  amma  presviterian  kilsəsi  beĢ  mil  aralıda  idi  və  ora  bir  saata 

                                                

3

 



 Melodeon – orqan alətinə  bənzər musiqi aləti  

4

 



 Presviterianlıq – protestant məzhəblərindən biri; presviterian kataxizisi – həmin məzhəbin dini kitabı 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə