Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə54/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   50   51   52   53   54   55   56   57   ...   192

 

11



getməyəydi, axı onun gecikməsi  üçün nə  lazımdısa, eləmiĢdi. Dönüb geriyə, evə sarı baxdı, elə 

bu halda da – beynində bu fikirlər, evə baxa-baxa yerində donub qaldı; ağlı və bədəni eyni anda 

dondu, sanki,  bir düyməni  basıb onları söndürmüĢdülər:  ona elə  gəldi ki,  yolda qara kölgələrin 

arasında  nəsə  hərəkət  edir.  Sonra  fikirləĢdi  ki,  bəlkə  də,  heç  nə  yoxdu,  bəlkə  də  bu,  divara 

düĢmüĢ kölgə kimi onun fikirlərinin proyeksiyası, Ģəklidir. FikirləĢdi:  “Amma kaĢ o olaydı. KaĢ 

o  mənim  dalıma  düĢəydi,  maĢına  necə  mindiyimi  görəydi.  KaĢ  bizə  çatmağa,  məni  yolumdan 

saxlamağa çalıĢaydı.”  Ancaq yolda heç nə görünmürdü. Yol bomboĢ idi, orda yalnız  xəyanətkar 

kölgələr oynaĢırdı. Sonra uzaqdan, Ģəhər tərəfdən mühərrik səsi eĢitdi. Diqqətlə o tərəfə baxmağa 

baĢladı və tezliklə Ģosedə bir cüt iĢıq göründü. 

 

Qız  Ģəhərin  xəlvəti  küçələrinin  birində  yerləĢən,  pis  ad  çıxarmıĢ  kiçik  bir  restoranda  



ofisiant iĢləyirdi. Yetkin adam onun otuzu adladığını dərhal, ilk baxıĢdan anlayardı. Amma Coya 

görə onun yaĢı, yəqin ki, on yeddidən çox olmazdı, çünki bapbalacaydı. Təkcə boyu qısa deyildi, 

həm  də  körpə  uĢaq  kimi  çox  arıq  idi.  Yetkin  adam  onun  bu  balacalığının  təbii  kövrəklikdən 

deyil, ruhundakı hansısa pozğunluqdan irəli gəldiyini dərhal sezərdi; bu elə bir kövrəklik idi ki, 

heç  vaxt  cavan  olmamıĢdı;  onun  bədən  cizgilərində  heç  vaxt  yeniyetməliyə  xas  bir  Ģey 

yaĢanmamıĢdı,  yaxud  da  bütün  bunlardan  onda  heç  nə  qalmamıĢdı.  Saçları  tünd  qaraydı. 

Sümükləri çıxmıĢ sifəti həmiĢə yerə baxırdı, elə bil, baĢı bədəninin üstündə düz oturmamıĢ, aĢağı 

sürüĢmüĢdü.  Gözləri oyuncaq  heyvanın düymə  gözlərinə  bənzəyirdi,  baxıĢları  isə, sanki, ağır, 

qəddar idi, halbuki onda qəddarlıqdan əsər-əlamət belə yox idi. 

Ona elə buna – boy-buxununun bu cür xırda olduğuna görə yaxınlaĢmıĢdı, sanki, məhz bu 

cəhəti  bu  qızı  həris,  yırtıcı  kiĢi  gözlərindən  qoruya  bilərdi  və  qorumalıydı,  həm  də  onun  öz 

Ģansını  artırmalıydı.  Əgər  iri  olsaydı,  ona  yaxınlaĢmağa  cürət  etməzdi.  “Mənasız  iĢdi.  Yəqin, 

artıq onun öz oğlanı, kiĢisi var”, –  deyə fikirləĢərdi. 

Bu  hadisə  payızda,  on  yeddi  yaĢı  olanda  baĢlamıĢdı.  Adi  bir  iĢ  günü  idi.  Adətən,  onlar 

Ģəhərə  Ģənbə  günləri  gələrdilər,  bütün  günü  burda  qalacaqlarına  görə  özləri  ilə  zənbildə, 

dükandan  alınan  və  xüsusi  olaraq  səfər  üçün  saxlanılan  soyuq  yemək  gətirərdilər.  Bu  dəfə  isə 

Makiçern  hüquqĢünasla  görüĢə  gəlmiĢdi  və  iĢini  tez  qurtarıb,  nahara  kimi  evə  qayıtmaq 

fikrindəydi. Amma onun yanından çıxanda – Co küçədə gözləyirdi –  saat artıq on iki olmuĢdu. 

Çıxan  kimi  də  saatına  baxdı.  Sonra  baĢını  qaldırıb,  məhkəmə  binasındakı  Ģəhər  saatına  və 

nəhayət, günəĢə  boylandı; sifətinə təəssüf  və  qəzəb  hissi çökdü. Elə  o  ifadəylə də  Conu süzdü; 

qapağı  açıq  saatını  ovcunda  tutmuĢdu,  gözlərinə  soyuq  bir  narazılıq  çökmüĢdü.  Sanki,  körpə 

yaĢlarından saxladığı bu oğlanı ilk dəfə görürdü, onu öyrənir, qiymətləndirməyə çalıĢırdı. Sonra 

gözünü ondan çəkdi. “Gedək, – dedi. – BaĢqa əlac yoxdu”.  



 

11



ġəhər  dəmiryol  qovĢağıydı.  Hətta  iĢ  günlərində  də  küçələr  kiĢilərlə  dolu  olurdu.  Bütün 

Ģəhərin  kiĢisayaq  əzələli,  tranzit  ab-havası  vardı:  hətta  ailəli  kiĢilər  belə  təsadüfdən-təsadüfə, 

bayramdan-bayrama öz evlərində otururdular; onlar baĢqa bir mühitdə cərəyan edən ayrıca, gizli 

bir həyat  yaĢayır, hərdənbir  yolları  evə düĢəndə  isə teatrda  əzizlənən  mesenatlar kimi evdəkilər 

onların baĢına fırlanırdılar.  

Makiçernin  indi  onu  gətirdiyi  yeri  Co  ömründə  birinci  dəfə  görürdü.  Xəlvəti  bir  küçədə 

kiçik bir restorandı:  iki kirli pəncərə arasında kirli bir dar qapı... Co buranın restoran olduğunu 

heç də dərhal anlamadı. Çünki qapının üstündə lövhə-zad yox idi, içəridən isə nə bir səs eĢidilir, 

nə  də  mətbəx  iyi  gəlirdi.  Ġçəri  girəndə  önünə  sırayla  kətillər  düzülmüĢ  uzun  bir  piĢtaxta,  giriĢ 

qapısı ağzında siqaret vitrini arxasında dayanmıĢ kök sarıĢın bir qadın, piĢtaxtanın o biri baĢında 

isə  bir qrup kiĢi  gördü; onlar  heç  nə  yemirdilər  və  hamısı  birdən dönüb  siqaret tüstüsünün qatı 

burulğanı arasından gözlərini Makiçernlə ona zillədilər. Hamısı susmuĢdu. Onlara elə baxırdı ki, 

elə bil, söhbətlərilə birlikdə nəfəsləri də kəsilmiĢdi, hətta siqaret  tüstüsü də saplağından qırılmıĢ 

yarpaq  kimi  öz  ağırlığı  altında  havada  hara  gəldi  üzürdü.  KiĢilər  kombinezonda  deyildilər, 

hamısının baĢında Ģlyapa vardı, onların sifətləri də bir-birinə bənzəyirdi:  nə cavan idi, nə qoca; 

nə  kəndçi  sifətiydi,  nə  də  Ģəhərli.  Ġndicə  qatardan  düĢən,  sabahsa  burdan  çıxıb  gedəcək  yersiz-

yurdsuz adamları xatırladırdılar. 

Co ilə Makiçern piĢtaxtanın arxasında, kətildə oturub yeməklərini yedilər. Co tələm-tələsik 

yeyirdi, çünki Makiçern də elə  yeyirdi. Hətta nahar süfrəsi arxasında belə bu adamın sifətindən 

təhqirə məruz qalmıĢ zabitəlilik yağırdı. Ucuz, əlüstü hazırlanan və əlüstü yeyilən yemək sifariĢ 

vermiĢdi.  Amma  Co  bilirdi  ki,  bunun  xəsisliklə  heç  bir  əlaqəsi  yoxdu.  Xəsislik,  ola  bilsin  ki, 

onları baĢqa yerə yox, məhz bura gətirmiĢdi; Makiçern isə ona görə bu cür ucuz yemək sifariĢ 

vermiĢdi ki, tələsirdi, tez getmək istəyirdi. O, əlindəki bıçaqla çəngəli yerə qoyan kimi kətildən 

düĢdü,  dedi:  “Gedək”.  Qapıdakı  siqaret  vitrinin  arxasında  dayanan,  saçları  latun  rənginə 

boyanmıĢ qadına haqq-hesabı ödədi. Bu qadında nəsə yaĢına yenilməyən bir Ģey – döyüĢkən və 

almaz kimi möhkəm özünəəminlik vardı. Çünki nə onlar içəri girəndə, nə də Makiçern pulu ona 

verəndə  baĢını  qaldırıb  bircə  dəfə  də  olsun,  onlara  tərəf  baxmadı.  Elə  o  cür  də  –  baĢını 

qaldırmadan yeməyin haqqını cəld və dəqiqliklə hesablayıb, Makiçern pulu ona uzatmağa macal 

tapmamıĢ  xırdasını  ĢüĢənin  üstünə  tökdü;  səliqəylə  daranmıĢ  saçların  saxta  parıltısı  və  səliqəli 

sifət arxasından bu qadının bütün cizgiləri portala keĢik çəkən daĢdan yonulmuĢ Ģir heykəli kimi 

dəqiq və aydın görünürdü;  sanki  o öz əminliyini qalxan kimi önünə tutmuĢdu – Ģlyapasını yan 

qoyan, damağından siqaret düĢməyən avara, pis niyyətli kiĢilər o qalxanın arxasında sürü halında 

vurnuxa-vurnuxa  qala  bilərdilər.  Makiçern  xırdasını  yoxlayıb  qurtardı,  küçəyə  çıxdılar.  O  yenə 

də Coya baxmağa baĢladı. Dedi: “Bax, sənə deyirəm, bu yeri yadında saxla. Dünyada elə yerlər 

var  ki,  ora  ancaq  böyüklər,  kiĢilər  gedə  bilər,  sən  yaĢda  oğlanlara,  yeniyetmələrə  ora  getmək 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə