11
4
yorğun, peĢəkar madyanların arasına düĢmüĢ cavan ayğır kimi sadəlövh və coĢqun bir heyrət
içərisində seçib-seçələmədən əxz edir, mənimsəyirdi, əvəzində isə özü də bu adsız, saysız-
hesabsız kiĢilərin qurbanına çevrilirdi.
Ancaq bütün bunlar hələ olmamıĢdı, xeyli sonralar olacaqdı. Pulu ovcunda bərk-bərk sıxıb
piĢtaxtaya yaxınlaĢdı. Əmin idi ki, kiĢilər indi susub ona baxırlar, çünki mətbəx qapısının
arxasında qəzəblə cızıldayan tavanın səsindən baĢqa heç nə eĢitmirdi; fikirləĢdi O qız ordadır.
Buna görə onu görmürəm Ehmalca kətilin üstünə qalxdı. Əmin idi ki, indi hamının gözü
ondadır. Siqaret vitrininin arxasındakı sarıĢın qadın ona baxır, restoran sahibi gözünü ondan
çəkmir və tənbəl tüstü burumu indi, yəqin ki, onun sifətinin önündə donub qalıb. Restoran sahibi
sonra tək bircə kəlmə dedi. Co bildi ki, bu sözü deyərkən o, yerindən tərpənmədi, heç siqaretinə
də əl vurmadı. “Bobbi,” – restoran sahibi dedi.
KiĢi adıdı. O bunu düĢünmədi. Bu, bir göz qırpımında, özü də birdən baĢ verdi: Qız yoxdu.
Onun yerinə kişi xeylağı götürüblər. Pul da havayı getdi, o dediyi kimi Ona elə gəldi ki, indi
dönüb burdan çıxa bilməz; çıxmaq istəsə də, sarıĢın qadın onu saxlayacaq. Ona elə gəldi ki,
piĢtaxtanın o biri baĢındakı kiĢilər də bunu baĢa düĢür, ona gülürlər. Və eləcə gözlərini yerə
dikib, pulu ovcunun içində möhkəm sıxa-sıxa, tərpənmədən kətilə yapıĢıb qaldı. Ġki iri əl
piĢtaxtanın üstündə, onun gözləri önündə peyda olmayanacan ofisiant qızı görmədi. Yalnız onda
ofisiant qızın paltarındakı naxıĢları, onun önlüyünü və həmin iki iri, sümüklü əli gördü;
piĢtaxtanın qırağına qoyulan bu əllər elə tərpənməz idi ki, elə bil, onlar da qızın mətbəxdən
gətirdiyi qablar kimi bir Ģey idi. “Qəhvə, bir də piroq”, – Co dedi.
Qızın səsi çox məyus, tamam anlamsız çıxdı. “Limonlu, Ģokoladlı, kakaolu”.
Səsin gəldiyi hündürlüyə nəzərən, sanki, bu əllər heç cür onun ola bilməzdi. “Hə”, – Co
dedi.
Əllər yerindən tərpənmədi. Heç səsdə də heç bir dəyiĢiklik olmadı. “Limonlu, Ģokoladlı,
kakaolu. Hansından?” Kənardan baxanlara onlar, yəqin ki, qəribə görünürdülər. Qara, üstü ləkəli,
yağlav,
parıldayana qədər sürtülmüĢ piĢtaxtanın biri bu, digəri o tərəfində üz-üzə dayanmıĢdılar,
bir az da, ibadət edənlərə oxĢayırdılar: tərtəmiz, amma səfil-sərgərdan geyimli, utancaqlıqdan
simasına nəsə maddi dünyaya aid olmayan, günahsız bir ifadə çökmüĢ kəndçisifət yeniyetmə
oğlan və onun önündə məyus halda, intizar içində donub qalmıĢ, bapbalaca bir qız... O qədər
balaca ki, sanki, ona da qeyri-maddi dünyanın həmin möhürü vurulmuĢdu. Qızın arıq, sivriləĢmiĢ
sifəti vardı. Almacıq sümüklərinin ətrafında dərisi tarım dartılmıĢdı, gözlərinin altına qara
dairələr çökmüĢdü. Yarıyumulu gözləri, elə bil, dibsiz idi, heç iĢığı da əks etdirmirdi. Alt çənəsi
o qədər sivri görünürdü ki, sanki, bu qədər diĢ ora heç cür sığa bilməzdi.
“Kakaolu”, – Co dedi. Daha doğrusu, dili dedi, çünki dərhal da bu sözdən imtina etmək
istədi. Çünki cəmi on sent pulu vardı. Ancaq o pulu ovcunun içində elə möhkəm sıxmıĢdı ki,
11
5
onun on sent olduğunu da unutmuĢdu. Pulu sıxan ovcu tərlədi, nəmləndi. Əmin idi ki, kiĢilər
yenə də ona baxır, yenə də ona gülürlər. O, onların səsini eĢitmir, onlara tərəf baxmırdı. Amma
bunun məhz belə olduğuna əmin idi. Əllər piĢtaxtanın üstündən çəkildi. Sonra geri qayıtdı,
önünə bir boĢqab və fincan qoyuldu. Ġndi o, qıza – onun sifətinə baxırdı. “Piroq neçəyədi?” –
dedi.
“Piroq on sentədir.” Qız piĢtaxtanın arxasında, onun önündə dayanmıĢdı, əlləri yenə də
qara taxtanın üstündəydi, duruĢu hələ də yalnız yorğunluq və intizar ifadə edirdi. Bir dəfə də
olsun ona baxmadı. Co alçaqdan, ümidsiz bir səslə dedi: “Deyəsən, mən daha qəhvə istəmirəm”.
Qız bir müddət yerindən tərpənmədi. Sonra iri əl piĢtaxtanın üstündən çəkildi, qəhvə
fincanını götürdü; əl də, qəhvə də yox oldu. Oğlan da baĢını aĢağı salıb tərpənməz qalmıĢdı,
gözləyirdi. Və nəhayət, eĢitdi. Restoran sahibinin səsini yox. Siqaret vitrininin arxasında
dayanmıĢ qadının səsini.
– Nə olub? – həmin qadın dedi.
– O, qəhvə istəmir, – ofisiant qız dedi. Onun səsi, danıĢığı get-gedə uzaqlaĢırdı, elə bil, sual
onu yolda haqlamıĢdı. Bu səs həm də boğuq, sakit idi. SarıĢın qadın da sakit danıĢırdı.
– Bəyəm o, əvvəldən qəhvə sifariĢ verməmiĢdi? – deyə o soruĢdu.
– Yox, – ofisiant qız hamar, get-gedə uzaqlaĢan, aralanan səslə dedi. – Mən düz baĢa
düĢməmiĢəm.
Ordan çıxanda, siqaret vitrininin arxasındakı qadının buz kimi soyuq sifətinin yanından
birtəhər, gözə dəymədən siviĢib keçmək istəyərkən bütün ruhu təhqir və qəzəbdən alıĢıb-yananda
əmin idi ki, bir daha o ofisiant qızı görmək istəməyəcək, heç görə bilməyəcək də. O qızı bir də
görmək, yaxud o küçəyə, o çirkli qapıya uzaqdan da olsa, bir də göz atmaq üçün haçansa özündə
güc tapacağına heç cür inana bilmirdi; amma hələ bunu da düĢünmürdü Cavan olmaq çox
dəhşətli şeydi. Çox dəhşətli şeydi. Çox dəhşətli ġənbə günləri yaxınlaĢanda Ģəhərə getməkdən
boyun qaçırmaq üçün min bir səbəb, bəhanə axtarıb tapmağa çalıĢırdı, Makiçern isə hələ heç
nədən Ģübhələnmədən ona baxır, göz qoyurdu. Co günlərini gərgin, həddindən artıq gərgin
iĢləməklə keçirirdi; Makiçern ondakı bu dəyiĢikliyə mat-məəttəl qalmıĢdı. Ancaq səbəbini heç
cür anlaya, bundan nəsə bir nəticə çıxara bilmirdi. ĠĢləmək ona qadağan edilməmiĢdi. Gərgin iĢ
ona gecələri də rahat keçirməyə imkan verirdi, çünki o qədər möhkəm yorulurdu ki, yatmaya
bilmirdi. Zaman ötüb keçdikcə ümidsizlik, qəzəb və xəcalət hissi korĢalır, təsirini itirirdi.
Restoranda baĢ verənləri yenə tez-tez xatırlayır, təzədən yaĢayırdı. Amma indi onlar səsi
cığıldayan, kimin nə oxuduğu yalnız melodiyanın ritminə görə bilinən köhnə patefon valı kimi
saralıb solmuĢdu. Nəhayət, Makiçern də vəziyyətlə barıĢmaq məcburiyyətində qaldı. Dedi:
– Axır vaxtlar sənə çox fikir vermiĢəm. Heç nə baĢa düĢə bilmirəm; ya gərək öz gözlərimə
inanmayam, ya da elə biləm ki, nəhayət, Allahın sənin taleyinə yazdıqlarını artıq qəbul etməyə