Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə62/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   58   59   60   61   62   63   64   65   ...   192

 

12



O  gecəni  səhərəcən  elə  orda, tində  qaldılar.  Nə  yoldan  kənara  çəkildilər,  nə  də  baĢqa  bir 

yerə  gəzməyə  getdilər.  Ot  basmıĢ  dikdirdə  oturub  söhbət  etdilər.  Bu  dəfə  qız  danıĢırdı  –  özü 

barədə  danıĢırdı.  Amma  onun  hekayəsi  o  qədər  də  uzun  olmadı.  Sadəcə,  Conun  lap  əvvəldən 

bildikləri  indi  daha  aydın  Ģəkil  aldı:  restoran,  damağından  siqaret  düĢməyən,  yanlarından 

keçərkən  hırıldaya-hırıldaya  bu  qıza  söz  atan  iĢsiz-gücsüz  kiĢilər  və  onun  özü  –  baĢı  sallaq, 

məhzun,  yazıq  görkəmdə  aramsız  obaĢ-bubaĢa  Ģütüyən  ofisiant  qız...  Onun  söhbətinə  qulaq 

asarkən,  sanki,  burnuna  adsız,  ünvansız  kiĢilərin  torpağın  xoĢ  ətrini  boğan  çirkab  iyi  gəlirdi. 

Qızın baĢı aĢağı sallanmıĢ, əlləri hərəkətsiz halda dizlərinin üstünə düĢmüĢdü. Əlbəttə, o bunları 

görmürdü. Bunları görmək ona heç lazım da deyildi.  

– Mən elə bilirdim, sən bilirsən, – qız dedi.  

– Yox, – dedi. – Yəqin ki, bilmirdim. 

– Elə bilirdim bilirsən.     

– Yox, – o dedi. – Yəqin ki, bilmirdim.  

Ġki  həftə  sonra  o,  tüstüdən  gözlərini  qıya-qıya  siqaret  çəkməyə  və  içməyə  baĢladı. 

AxĢamlar  Maksla,  Meymlə,  bəzən  isə  daha  üç-dörd  kiĢi  və  bir,  ya  iki  qadınla  birlikdə  içirdi; 

bəzən  bu  qadınlar  Ģəhərin  özündən  olurdu,  bəzən  isə  onlar  Memfisdən  gətirilən,  iĢsiz-gücsüz 

kiĢilərin  gün  keçirdikləri  restoranda  bir  həftə,  yaxud  bir  ay  piĢtaxta  arxasında  ofisiant  kimi 

çalıĢan qadınlar idi. Çox vaxt birlikdə içdiyi adamların adlarını belə bilmirdi, amma Ģlyapasının 

qıraqlarını onlar kimi əzməyi yaxĢı öyrənmiĢdi; bunu heç də onlardan pis bacarmırdı: axĢamlar o 

Ģlyapanı  yan  qoyub,  Maksgilin  pərdələri  örtülmüĢ  otağına  yığıĢmıĢ  yad  adamlarla  bir  yerdə 

yeyib-içir, ümidsiz yeniyetmə səsilə onlara ofisiant qız haqqında, onun qulağı eĢidə-eĢidə ağzına 

gələni danıĢır, onu öz “qəhbəsi” adlandırırdı. Hərdənbir isə qızı Maksın maĢınında Ģəhərə rəqsə 

aparır və Makiçernin bundan xəbər tutmaması üçün əvvəlcədən tədbirli olmağa çalıĢırdı.  “Heç 

bilmirəm eĢitsə, nəyə daha çox hirslənəcək, –  bir dəfə qıza dedi, – səninlə  bir yerdə olmağıma, 

yoxsa rəqsə getməyimə?” Bir dəfə  isə onlar Conu o evdə,  əvvəllər buraya ayaq basa biləcəyini 

xəyalına  belə  gətirmədiyi  bir  yerdə  ölü  kimi  sərxoĢ  halda  yatağa  salmalı  oldular.  Səhəri  gün, 

görməsinlər  deyə  ofisiant  qız  özü  onu  sübh  obaĢdan  maĢında  evlərinə  apardı.  Gündüz  isə 

Makiçern tərs, donqultulu bir səslə gözünü ondan çəkmədi. 

– DemiĢdim axı, o düyəni sənə verdiyimə  məni peĢman etmək üçün əlinə hələ çox fürsət 

düĢəcək, – Makiçern dedi.  

 

                                                      9 



 

Makiçern  yataqdaydı.  Otağa  qaranlıq  çökmüĢdü,  amma  o  hələ  yatmamıĢdı.  Missis 

Makiçernlə  yanaĢı  uzanmıĢdı,  onun  yuxuya  getdiyini  güman  edir,  gərgin  halda,  sürətlə 



 

12



fikirləĢirdi:    “Kostyum  geyilib.  Amma  haçan?  Gündüz  ola  bilməz,  çünki  həmiĢə  gözümün 

qabağındadı; bircə Ģənbə günlərindən baĢqa, o da günortadan sonra. Ancaq istənilən Ģənbə günü  

günortadan sonra tövləyə gedib, geyinməyini özüm tələb etdiyim kostyumu ordan çıxarıb geyə, 

sonra  yenə  qaytarıb  gizlədə  bilər;  bu  cür  bəzənib-düzənmək  isə  ona  yalnız  günah  iĢlər  görmək 

üçün  lazım  ola  bilər,  elə  lazım  olub  da”.  Ġndi  o  bilirdi,  sanki,  ona  demiĢdilər.    DemiĢdilər  ki, 

kostyum gizlincə geyilir – özü də,  çox güman ki, gecələr. Əgər belədisə, onda oğlanın əxlaqsız 

iĢlər  görməkdən  baĢqa  nə  məqsədi  ola  bilər?  Özü  ömründə  bir  dəfə  də  olsun,  əxlaqsız  iĢ 

tutmamıĢdı, hətta yanında kiminsə əxlaqsız Ģeylərdən danıĢmağına belə imkan verməmiĢdi. Nə 

isə, yarım saat gərgin düĢünəndən sonra artıq Conun əməlləri barədə hər Ģeyi bilirdi – hətta onun 

özünün  danıĢa  biləcəyindən  də  çox;  yalnız  yer  və  adam    adlarından  savayı.  O,  hətta  bunları 

Conun öz ağzından eĢitsəydi, çox, çox güman ki, inana bilməyəcəkdi; zira bu tip insanlarda xeyir 

kimi  Ģər  və  onun  mexanizmi,  gediĢatı  haqda  da  əvvəlcədən  yaranmıĢ  möhkəm,  dəyiĢməz 

təsəvvür olur.  Beləliklə,  fanatizmlə  bəsirət, demək olar ki, eyni anda  hərəkətə  gəlmiĢdi;   yalnız 

fanatizm  bir  qədər  gecikmiĢdi:  Co  kəndirlə  üzüaĢağı  sürüĢərkən  ay  iĢığında  onun  pəncərəsi 

önündən  sürətlə,  qara  kölgə  kimi  ötüb  keçəndə  Makiçern  onu    dərhal  tanımadı,  bəlkə  də, 

gözlərinə  inanmadı;  halbuki  kəndir  düz  gözləri  önündə  üzüaĢağı  sallanırdı.  Yerindən  qalxıb 

pəncərəyə  yaxınlaĢanacan  isə  Co  artıq  kəndiri  yana  çəkib  bağlamıĢ,  ordan  xeyli  uzaqlaĢmıĢdı; 

indi o artıq tövləyə sarı gedirdi. Pəncərədən onun arxasınca baxarkən Makiçerni pak, ruhani bir 

qəzəb  hissi  bürüdü;  belə  bir  hissi  yalnız  ən  yüksək  cəza  ilə  ittiham  olunan  müttəhimin  aĢağı 

əyilib məhkəmə ittihamçısının qoluna tüpürdüyünü görən hakim keçirə bilərdi. 

Evlə Ģose arasındakı yolun tən yarısında – ağaclıqda gizlənmiĢdi, ordan Ģosenin kənarında 

dayanmıĢ  Conu  görə  bilirdi.  Zəif  də  olsa,  maĢının  səsini  eĢitdi,  onun  Coya  çatan  kimi 

dayandığını, oğlanın ona mindiyini də gördü. O maĢında daha kimlərin də olduğu, bəlkə də,  onu 

maraqlandırmırdı. Bəlkə də, bunu bilirdi və yalnız onların hara yollandıqlarını görmək istəyirdi. 

Bəlkə, bunu da  bildiyinə əmin  idi (halbuki  maĢın  istənilən tərəfə gedə  bilərdi,  ətrafda  nə qədər 

desən  münasib yer vardı, bu yol onların hansına desən, gedib çıxa bilərdi), çünki dərhal hələ də 

pak, ruhani bir qəzəb içərisində geri dönüb, sürətlə evə yollandı,  sanki, dəqiq bilirdi ki, bundan 

da güclü  və  bundan pak qəzəb  hissi özü onu  lazım olan  yerə  aparacaq  və  onda  bu  hissiyyatına 

zərrə qədər də olsa, Ģübhə yaranmayacaq. Ġpdən toxunma sürütmələrdə, baĢıaçıq, Ģlyapasız, ətəyi 

Ģalvarının  içinə  salınmıĢ  gecə  köynəyində,  aĢırmasının  qayıĢları  aĢağı  sallanmıĢ  halda  birbaĢ 

axura  yönəldi,  iri, qoca, güclü, ağ atını  yəhərləyib  –  həyətdən çıxanda  missis  Makiçern  mətbəx 

qapısı ağzından onu səsləsə də – yola, ordan da Ģoseyə tərəf ağır-ağır, dördnala çapdı.  Heyvanın 

belinə sinib elə onun kimi gərgin, qabağa əyilmiĢ halda,  elə o cür ləngərli, ağır dördnala qaçıĢla,  

sürətin  dəhĢətli  mücəssəməsi  kimi  Ģose  boyu  irəli  çapdı;  hərçənd  sürətin  özündən  əsər-əlamət 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə