12
9
belə yox idi, sanki, hər ikisi öz qüdrətlərinə və bəsirətlərinə soyuq, yenilməz, sarsılmaz bir
əminlik içərisindəydi, sanki, onlara nə sürət, nə də ünvan bilgisi lazım idi.
Elə o sürətlə də birbaĢ, bütün gecənin və az qala, bütün əyalətin içindən axtarıb tapdığı yerə
tərəf çapdı; hərçənd o yer çox uzaqda deyildi. Heç dörd mil getməmiĢ irəlidə musiqi səsi eĢitdi,
sonra yolun qırağında birotaqlı məktəb binasının iĢıqlı pəncərələrini gördü. Məktəb binasının
harda olduğunu əvvəldən də bilirdi, amma axĢamlar orda rəqs təĢkil olunduğundan xəbəri yoxdu,
bu ona heç lazım da deyildi. Hər halda, atını birbaĢ o binaya tərəf çapdı, boĢ maĢınların,
arabaların, yəhərli at və qatırların kölgələrinin dövrələdiyi ağaclığa girib, at hələ dayanmağa
macal tapmamıĢ onun belindən yerə sıçradı. Heç onu bağlamadı da. Yerə sıçradı və ayağında
toxunma sürütmələr, aĢırmasının qayıĢları aĢağı sallana-sallana, yumru baĢını, qısa, küt, qəzəbli
saqqalını irəli uzatmıĢ halda açıq qapıya, açıq pəncərələrə – musiqi səsi gələn və ağ neft iĢığında
kölgələrin müəyyən bir
təqt
altında sayrıĢdığı yerə tərəf qaçdı.
Ġçəri girərkən, bəlkə də, düĢünürdü ki, (əgər həmin anda, ümumiyyətlə, düĢünürdüsə) indi
onun hərəkətlərini cəngavərlik mələyi cənabı Mikayılın Özü yönləndirir. Deyəsən, görmə
qabiliyyəti də içəridəki qəfil iĢıqdan, qarmaqarıĢıqlıqdan zərrə qədər korĢalmadı, çünki baĢları
ona tərəf çevrilən bədənləri oyan-buyana itələyə-itələyə, arxasında heyrət dalğası, ürkək, zəif
qıĢqırıq səsləri buraxaraq onların arasından zorla keçib, öz arzusu ilə oğulluğa götürdüyü, özü
bildiyi kimi düzgün tərbiyə etməyə çalıĢdığı oğlana tərəf cumdu. Co ofisiant qızla rəqs edirdi,
onu hələ görmürdü. Qız əvvəllər onu yalnız bir dəfə görsə də, yəqin ki, yadında saxlamıĢdı, indi
ona bircə dəfə baxmağı kifayət edərdi. Çünki dərhal yerində donub qaldı, sifətinə dəhĢətli bir
ifadə çökdü, Co bunu görən kimi geri çevrildi. Makiçern artıq onlara çatmıĢdı. O da bu qızı
əvvəllər yalnız bircə dəfə görmüĢdü, amma yəqin ki, kiĢilərin əxlaqsız söhbətlərinə qulaq asmaq
istəmədiyi kimi, ona da baxmaq istəməmiĢdi. Ġndi isə Conu hələlik sonraya saxlayıb, əvvəlcə
birbaĢ qızın üstünə yeridi. “Çəkil kənara, Cezavel!” – dedi. Onun səsi heyrətə bürünmüĢ
susqunluq, ağ neft lampasının iĢığı altında dəhĢətdən donmuĢ sifətlər, qəfil kəsilən musiqidən
sonra yaranan sükut, təzə-tər yay fəslinin dinc, aylı gecəsi içərisində ildırım kimi çaxdı. “Çəkil
kənara, fahiĢə qadın!”
Yəqin ki, nə qədər sürətlə hərəkət etdiyinin, nə qədər sürətlə danıĢdığının fərqində deyildi.
Yəqin, ona elə gəlirdi ki, hər cür tələskənlikdən, qəzəbdən uzaqdır, nəhəng, ədalətli bir qaya kimi
yerində sakitcə dayanıb, zəif, gücsüz bəĢəriyyətin bura yığıĢmıĢ tör-töküntüləri isə Taxt-tacın
qəzəblənmiĢ cəzalandırıcı elçisi önündə qorxudan lərzəyə gələrək dərin bir ah içərisində boğula-
boğula qalıb. Körpə yaĢından evində saxladığı, yedirib-içdiyi, geyindirdiyi oğlanın sifətinə
yumruq atan əl də, yəqin ki, onun əli deyildi; sifət cəld yana qaçıb zərbədən yayındıqdan sonra
təkrar yerinə qayıdanda artıq o da, yəqin ki, həmin uĢağın sifəti deyildi. Lakin bu onu
təəccübləndirmədi; zira indi onu uĢağın deyil, ġeytanın sifəti maraqlandırırdı, çünki onu da yaxĢı
13
0
tanıyırdı. Buna görə də gözünü o sifətə zilləyib, ona zərbə endirmək üçün əlini havaya qaldıraraq
əzmlə üstünə yeridi və artıq Ģəhid olmağa hazır fədai kimi baĢını Conun var gücüylə ona tərəf
çırpdığı kətilin altına verərək olumsuzluğa qovuĢdu. Bəlkə də, bu qovuĢma onu bir qədər
təəccübləndirdi, amma bu təəccübü çox da güclü olmadı və heç də uzun sürmədi.
Sonra hamı heyrət içərisində, çığıra-çığıra Conun yanından kənara çəkildi; o, zərbədən
qırılmıĢ kətil əlində, otağın ortasında tək-tənha dayanıb atalığına baxırdı. Makiçern arxası üstə
yerə sərilmiĢdi. Ġndi tamam sakit görünürdü. Elə bil, yuxuya getmiĢdi: yumru baĢı bu rahatlıq
anında belə məğrurluğunu itirməmiĢdi, hətta alnındakı qan da sakitcə, dinclik içərisində axırdı.
Co ağır-ağır nəfəs alırdı. Bunu özü də eĢidirdi, sonra baĢqa, sanki, uzaqdan gələn zərif,
cingiltili bir səs eĢitdi. Diqqətlə qulaq verib bu səsi – qadın səsini tanıyanadək xeyli vaxt keçdi.
Sonra səs gələn tərəfə baxdı: iki kiĢi onu tutub zorla saxlamıĢdı, qız isə dartınır, çırpınıb onların
əlindən çıxmağa çalıĢırdı; saçları dağılmıĢ, alnının üstünə tökülmüĢdü, qəzəbdən əyilib normal
cizgiləri öz formasını itirən, ağappaq ağarmıĢ sifət ona çəkilən boyaya bulaĢaraq iyrənc hala
düĢmüĢdü, cırıq ağız yırtığı isə ətrafa od püskürürdü. “Mənə fahiĢə dedi!” – deyə çığırıb
kiĢilərin əlindən qopdu. “Qoca kaftar! Buraxın məni! Buraxın məni!” Səs söz deməkdən vaz
keçdi, yenidən çığırtıya çevrildi; dartınır, çırpınır, onu tutub saxlamağa çalıĢan kiĢilərin əllərini
gəmirmək istəyirdi.
Co əlində qırıq kətil, ona tərəf getdi. Ġçəridəkilər – cürbəcür əlvan rəngli libaslar, poçt ilə
gətirilmiĢ corablar, ayaqqabılar geyinmiĢ qızlar; əyinlərinə elə onlar kimi poçt ilə gətirilmiĢ enli
kostyumlar geyinmiĢ, əlləri yapalaq kimi kor-kobud, nəhayətsiz Ģırımlar və tənbəl qatırlarla
iĢləyən kəndçi nəslindən olduqları gözlərindən oxunan kiĢilər, cavan oğlanlar dəstə-dəstə divara
sığınıb ona baxırdılar. Co əlindəki kətili yellədə-yellədə qaçmağa baĢladı. “Buraxın onu”, – dedi.
Qız dərhal dartınmağına ara verdi, çığıra-çığıra bütün qəzəbini ona yönəltdi, sanki, onu indi
gördü, burda olduğunu indi dərk etdi.
“Sən! Sən məni bura gətirdin! Kəndçi oğraĢ, görüm səni lənətə gələsən! OğraĢ köpəyoğlu!
Qancığın qarnından çıxanlar... Elə sən də, o da. Gör bir kimi mənim üstümə salıb, ömründə
üzünü belə görmədiyim...” Co, sanki, anlaqlı Ģəkildə kiminsə üzərinə hücum çəkməmiĢdi; yuxarı
qaldırdığı kətilin altında sifəti tamamilə sakit görünürdü. Qızı tutub saxlamağa çalıĢan kiĢilər onu
buraxdılar, lakin o, bunu hiss etmirmiĢ kimi, hələ də dartınır, kiminsə əllərindən qopmağa
çalıĢırdı.
“Çıx get burdan!” – Co qıĢqırdı. Əlindəki kətili oyan-buyana qovzayaraq yerində fırlandı,
ancaq sifəti hələ də sakit idi. “Geri çəkilin!” – dedi, hərçənd heç kim ona tərəf bir addım belə
atmamıĢdı. Hamı səsini udmuĢ, döĢəməyə sərilmiĢ adam kimi yerində donub qalmıĢdı. Co
əlindəki kətili sağa-sola qovzaya-qovzaya dalı-dalı qapıya tərəf çəkildi. “Tərpənməyin!