13
3
haçansa o qızı gözləməyə məcbur qaldığı tinə doğru inadla, heysiz halda dördnala çaparkən
yavaĢıdılmıĢ kino lentini xatırladırdılar.
At isə artıq ayaq üstə möhkəm dura, dördnala qaça bilmirdi, ağır-ağır zorla nəfəs alırdı; hər
dəfə nəfəs alanda, elə bil, inildəyirdi. Dəyənək isə durmadan qalxıb-enir, atın sürəti zəiflədikcə,
zərbələrin sayı da artırdı. At getdikcə sürətini yavaĢıdaraq özünü səkinin qırağına verməyə
çalıĢdı. Co cilovu özünə tərəf möhkəm dartıb, onu bir də vurdu, amma at özünü zorla səkinin
qırağına çatdırıb, ay iĢığının almalı kölgəsində bütün bədəni əsə-əsə dayandı, baĢını yerə dikib,
elə ağır nəfəs aldı ki, elə bil, insan səsi çıxarırdı. Belindəki oğlan isə hələ də atın yalmanına
sinib, indicə irəli sıçrayacaq bir vəziyyət almıĢdı; əlindəki dəyənəklə qəzəblə atın sağrısına
döyəcləyirdi. Əgər dəyənəyin Ģappıltısı, yazıq heyvanın iniltisi olmasaydı, onları pyedestalı tərk
edib, ay iĢığında adda-budda kölgəyə bürünən sakit, bomboĢ küçədə yorğun-arğın halda donub
qalmıĢ atlı heykəlinə bənzətmək olardı.
Co atdan düĢdü. Ön tərəfinə keçib, onu irəli dartıĢdırmağa baĢladı, sanki, atı öz gücü ilə
hərəkətə gətirmək, sonra da belinə sıçramaq istəyirdi. Atsa yerindən tərpənmək bilmirdi. Co
inadından əl çəkmədi; onu irəliyə dartıĢdırmaqda davam etdi. Bu vəziyyətdə onlar – atla oğlan
yenə də daĢ heykəl kimi qarĢı-qarĢıya, demək olar ki, baĢ-baĢa donub qaldılar; elə bil, ibadət
edirdilər, ya da nəyəsə diqqətlə qulaq asır, yaxud nə haqdasa məsləhətləĢirdilər. Sonra Co
əlindəki dəyənəklə yerindən tərpənmək bilməyən atın baĢına döyməyə baĢladı. Var gücü ilə
vururdu, axırda dəyənək qırıldı, amma o dayanmadı; əl boyda dəyənək qırığı ilə onu döyməyinə
davam etdi. Bir qədər sonra isə – artıq ata acı çəkdirə bilmədiyinimi baĢa düĢdü, yoxsa qolumu
yoruldu – əlindəki ağac parçasını yerə atıb sürətlə ordan uzaqlaĢdı. Heç dönüb geriyə də
baxmadı. Ağ köynəyi kölgələr arasında getdikcə kiçilə-kiçilə bu atın həyatından birdəfəlik qaçıb
getdi, sanki, belə bir heyvan heç vaxt mövcud olmamıĢdı.
HəmiĢə görüĢə gəldiyi tini ötüb keçdi. Əgər o bu anda, ümumiyyətlə, nəsə sezsəydi, nəsə
düĢünsəydi, yəqin ki, bunu demiĢ olardı İlahi gör bu haçan olub. Gör haçan olub Yol artıq
çınqıllı küçəyə dönmüĢdü. Hələ, ən azı, bir mil yol getməliydi, buna görə də qaçmağa baĢladı –
amma o qədər də bərk yox; ehtiyatla, bir ahəngdə, sanki, ayağının altına diqqət eləyirmiĢ kimi
baĢını azca aĢağı sallayaraq peĢəkar qaçıĢ ustası kimi dirsəklərini yanına qısaraq qaçırdı. Ay
iĢığında ağappaq ağaran yol, adətən, dünən hardan gəldikləri, sabahsa hara gedəcəkləri
bilinməyən adamların, Ģəhərətrafı zirzibilliklərdə məskunlaĢan sakinlərin yaĢadığı xırda,
nizamsız səpələnmiĢ, sınıq-salxaq evlərin arasında itib-batırdı. Bütün evlərə qaranlıq çökmüĢdü
– yalnız birindən, onun qaçıb çatmaq istədiyi evdən baĢqa.
Evin tuĢuna çatanda qaça-qaça dönüb yoldan çıxdı; eyni sürətlə atılan addım səsləri
gecənin sakitliyində aydın eĢidilirdi. Bəlkə də, o artıq ofisiant qızın əynində qara yol paltarı,
baĢında Ģlyapa çamadanlarını yığıĢdırıb onu gözlədiyini xəyal etmiĢdi (necə gedəcəkləri, nəylə
13
4
gedəcəkləri barədə isə bir dəfə də olsun düĢünməmiĢdi), bəlkə, elə Meymlə Maksı da gözü
önünə gətirmiĢdi, amma yəqin ki, onlar geyinməmiĢdilər: kiĢi pencəksiz, bəlkə də, sadəcə, alt
paltarında, qadın isə mavi kimonoda; hər ikisi vida anının qaydasına uyğun qayğıkeĢ, Ģən, hay-
küylü olmalıydılar. Əslində isə o, ümumiyyətlə, heç nə barədə düĢünmürdü, axı qıza yola
hazırlaĢmağı da tapĢırmamıĢdı. Bəlkə də, ona elə gəlirdi ki, bunu qıza deyib, ya da o özü bunu
baĢa düĢməlidi, çünki keçmiĢ hərəkətləri və gələcək üçün planları Conun özünə çox sadə və
hamının dərhal baĢa düĢəcəyi bir Ģey kimi görünürdü. Bəlkə də ona elə gəlirdi ki, qız maĢına
minəndə evə pul dalınca getdiyini də ona söyləyib.
Qaçıb artırmaya çıxdı. Ġndiyəcən, hətta bu evdə keçirdiyi ən xoĢ günlərdə belə, həmiĢə
mümkün qədər tez və nəzərə çarpmadan yoldan xəlvətcə siviĢib bu artırmanın, onu gözlədikləri
evin daldasına sığınmaq istəmiĢdi. Qapını döydü. Əvvəlcədən də güman etdiyi kimi, qızın
otağında iĢıq yanırdı, dəhlizdə də həmçinin; pərdəsi bağlı pəncərələrdən cürbəcür səslər
eĢidilirdi, amma o səslərdə Ģən əhval-ruhiyyədən daha çox narahatlıq duyulurdu; bunun belə
olacağını özü də qabaqcadan hiss etmiĢdi, düĢünmüĢdü Yəqin onlar elə bilirlər ki, artıq
gəlməyəcəm. Lənətə gəlmiş yabı. Lənətə gəlmiş yabı Yenə qapını döydü, lap bərkdən, sonra onun
dəstəyindən yapıĢıb silkələməyə, dartıĢdırmağa baĢladı, sifətini pərdə tutulmuĢ ĢüĢəsinə
yapıĢdırdı. Ġçəridəki səslər susdu. Evdən cınqırtı belə eĢidilmədi. Ġki iĢıq – qızın otağındakı
pərdənin və qapının bulanıq ĢüĢəsinə çəkilmiĢ örtüyün iĢığı gur və rahatca yanırdı; o, dəstəkdən
yapıĢıb qapını var gücü ilə itələdiyi an, elə bil, evdəkilərin hamısı birdən öldü. Yenə, demək olar
ki, heç bir fasilə vermədən qapını döydü; qapı əlinin altında qəfil və sakitcə (nə pərdəyə kölgə
düĢdü, nə də addım səsi eĢidildi) açılarkən o hələ də onu tıqqıldadırdı. Sanki, qapı özü onu
dartıb içəri saldı, ayağını kandardan içəri qoyanda Maks qapının arxasından peyda olub yolunu
kəsdi. O, əməlli-baĢlı geyinmiĢdi, hətta Ģlyapası da baĢındaydı. – Kimi görürəm, – dedi. Bunu o
qədər də ucadan demədi, hər Ģey elə alındı ki, sanki, o özü Conu dartıb dəhlizə salmıĢ, oğlan
artıq evin içində olduğunu dərk etməyə macal tapmamıĢ qapını örtmüĢdü. Ancaq səsi yenə də
ikibaĢlı, anlaĢılmazdı, elə bil, həm səmimiydi, həm də heç bir məmnunluq, nəĢə ifadə etmirdi,
tamamilə bomboĢ idi; sanki, əvvəllər həmiĢə özüylə gəzdirdiyi, Coya da arxasından baxdığı sifət
ifadəsi kimi son dərəcə zahiri, saxta bir Ģeydi; Co məhz buna görə o vaxtlar Maksa çaĢqınlıq,
qəzəb içində baxardı. – Axır ki... Bu da bizim Romeo, – o dedi. – Bil-strit kralı.– Bu dəfə səsini
bir az ucaltdı, “Romeo” sözünü isə lap ucadan dedi. – Keç içəri, qonağımız ol.
Co artıq tanıĢ qapıya doğru gedirdi, yenə də, az qala, qaçırdı, bu qaçıĢa heç ara
vermiĢdimi?! Maksı dinləmirdi. Bil-srtitin, Memfisdə bu üç-dörd məhəllədən ibarət olan bu yerin
adını belə eĢitməmiĢdi; onunla müqayisədə Harlem yalnız kinodekorasiya ola bilərdi. O, heç
nəyə baxmırdı. Buna görə də dəhlizin lap dərinliyində dayanmıĢ sarıĢın qadını birdən gördü.
Onun dəhlizə haçan çıxdığını anlamadı, çünki Co içəri girəndə o qadın orda deyildi. Ġndi isə