12
2
batırmıĢ konfet qutusu aldı; qutunu satan adam onu dükan lotereyasında on sentə udmuĢdu. O
konfet qutusunu ofisiant qıza bağıĢladı. Bu onun ilk hədiyyəsi idi. Qutunu ona elə bir tərzdə
uzatdı ki, elə bil, bu qıza nəsə bağıĢlamaq indiyəcən heç kimin ağlına gəlməmiĢdi. Qız iri əllərini
uzadıb, üstünün əlvan boyası solmuĢ qutunu ondan alanda sifətinə qəribə bir ifadə çökdü.
Çarpayının üstündə əyləĢmiĢdi – Maks adlı kiĢi və Meym adlı qadınla birlikdə yaĢadığı balaca
bir evdə, qızın yataq otağındaydılar. Bir axĢam, bundan təxminən bir həftə əvvəl Maks onun
yataq otağına gəlmiĢdi. Bu vaxt qız soyunurdu, çarpayının üstündə oturub corablarını çıxarırdı.
Maks damağında siqaret içəri girdi, kamoda söykəndi.
– Varlı fermer, – o dedi. – Con Ceykob Astor, samanlıqdan.
Qız üstünü bir-təhər örtüb, tərpənmədən baĢı aĢağı oturub qaldı.
– O mənə haqqını ödəyir.
– Nəylə? Nədi beĢ sentinin əvəzini hələ alıb qurtarmayıb? – Maks ona baxdı. – Kəndçilərə
pulsuz xidmət göstəririk? Mən səni Memfisdən bura bunun üçün gətirmiĢəm? Bir o qalıb ki,
yeməyi də onlara pulsuz verək.
– Mən ancaq iĢdən sonra, boĢ vaxtlarımda onunla oluram.
– Bəlkə, baĢqa cür eləməliydin. Mən bunu sənə qadağan edə bilmərəm. Amma sənə
baxanda ürəyim bulanır. Ömründə bir dollarlıq kağız pulun belə üzünü görməmiĢ kəndçi uĢağın
felinə düĢmüsən. Halbuki, Ģəhərdə gör nə qədər pullu oğlanlar var, onlar sənin iĢinə daha yaxĢı
yarayarlar.
– Bəlkə o mənim xoĢuma gəlir, heç burasını fikirləĢmisən?
Maks gözünü ona – aĢağı dikilmiĢ baĢın təpəsinə, dizlərin üstünə düĢmüĢ iri əllərə
zilləmiĢdi. Özü isə kamoda söykənib, siqaretini çəkirdi. – Meym! – dedi. Bir az gözləyib bir də
təkrar etdi: – Meym! Bura gəl. – Divarlar nazik idi. Bir qədər sonra qapıda sarıĢın qadının
arxayın addım səsləri eĢidildi. O, içəri girdi. – EĢitdin bu nə deyir? – kiĢi dedi. – Deyir ki, bəlkə
o mənim xoĢuma gəlir. Romeo və Cülyetta. Aman Allah!
SarıĢın qadın ofisiant qızın qara təpəsinə baxdı.
– Nə olub?
– Heç nə. Əla! Maks Konfrey indi sizə miss Bobbi Alleni, azyaĢlı oğlanın məĢuqəsini
təqdim etmək istəyir.
– Çıx bayıra, – sarıĢın qadın dedi.
– Bu dəqiqə. Mən, sadəcə, ona beĢ sentin xırdasını gətirmiĢdim. – O, otaqdan çıxdı.
Ofisiant qız yerindən tərpənmədi. SarıĢın qadın kamoda yaxınlaĢıb ona söykəndi, yenə də
gözlərini qızın aĢağı dikilmiĢ baĢına zillədi.
– Barı sənə haqqını ödəyirmi?
– Hə. Ödəyir.
12
3
SarıĢın qadın yenə ona baxdı; o da bundan əvvəl Maks elədiyi kimi, kamoda söykənmiĢdi.
– Memfisdən buracan o qədər yol ölçmüsən. Bu qədər uzaq yerə bəyəm ona görə gəlib
çıxmısan ki, olanını kiməsə havayı paylayasan?
Ofisiant qız yerindən tərpənmədi:
– Bunun ki, Maksın iĢinə heç bir maneçilyi yoxdu.
SarıĢın aĢağı sallanmıĢ baĢa baxırdı. Sonra dönüb qapıya tərəf addımladı.
– Bax ha, elə et ki, maneçiliyi olmasın, – o dedi. – Bu o qədər də uzun sürə biləcək iĢ deyil.
Kiçik Ģəhərlərin belə Ģeylərə təhəmmülü yoxdu. Mən bilirəm. Özümün də baĢıma az gəlməyib.
Əlvan boyası solub rəngini itirmiĢ, ucuz konfet qutusu əlində – bir həftə əvvəl sarıĢın
qadınla söhbət edərkən oturduğu kimi – çarpayının üstündə əyləĢmiĢdi. Ġndi sarıĢın qadın deyil,
Co kamoda söykənib ona baxırdı. Onu gülmək tutdu. Üstü əlvan boyalı konfet qutusunu
sümüklü, iri əllərində tutub güldü. Co gözlərini ondan çəkmirdi. Onun yerindən necə qalxdığına,
baĢıaĢağı halda yanından necə keçib getdiyinə tamaĢa elədi. O, qapıdan çıxıb “Maks!” deyə
çağırdı. Co, Maksı yalnız restoranda, özü də baĢı Ģlyapalı, çirkli önlükdə görmüĢdü, baĢqa heç
yerdə onunla rastlaĢmamıĢdı. Ġndi içəri girəndə isə damağında heç siqaret də yox idi. Əlini Coya
uzatdı.
– Necəsən, Romeo ?
Co, hələ də onun kim olduğunu yaxĢı anlamadan əlini sıxdı.
– Mənim adım Co Makiçerndir, – dedi. SarıĢın qadın da gəldi. Onu da ilk dəfəydi ki,
restorandan kənarda görürdü. Qadının içəri necə girdiyinə, qızın konfet qutusunu necə açdığına
göz qoydu, fikir verdi. Qız qutunu içəri girənlərə uzatdı.
– Co bağıĢlayıb, – dedi.
SarıĢın qadın baxıĢlarını qutunun üstündə gəzdirdi. Əlini belə tərpətmədi.
– Çox sağ ol, – dedi. KiĢi də qutuya nəzər saldı, o da əlini tərpətmədi.
– Belə-belə iĢlər, – o dedi. – Sən bir iĢə bax, bəzən Yeni il bayramı gör nə qədər uzun
çəkirmiĢ. Elə deyil, Romeo? – Co kamodun yanından geri çəkildi. O bu otağa birinci dəfəydi
düĢmüĢdü. Bir qədər əndiĢəli, ancaq heç bir həyəcan keçirmədən, sınayıcı nəzərlərlə kiĢiyə
baxdı, onun heç nə ifadə etməyən, rahibləri xatırladan sifətinə göz qoydu. Amma bir söz demədi.
Dillənən qız oldu:
– XoĢuna gəlmirsə, yemə. – Conun gözü Maksdaydı, gözünü onun sifətindən çəkmədən
qızın məhzun səsini dinləyirdi: – Bunun sənə... heç kimə maneçiliyi yoxdu... Mən iĢdən boĢ
vaxtlarda... – O nə qıza, nə də sarıĢın qadına tərəf baxmırdı. Hələ də sakitcə, anlaĢılmazlıq
içərisində, lakin qorxu hissi keçirmədən Maksı izləyirdi. Ġndi də sarıĢın qadın danıĢırdı; Coya elə
gəldi ki, onlar, özü burda ola-ola onun haqqında, amma öz dillərində danıĢırlar; özləri də bilirlər
ki, o bu dili baĢa düĢmür.
12
4
– Gedək, – sarıĢın qadın dedi.
– Aman Allah, – Maks dedi. – Mən ki, Romeonu içkiyə qonaq etmək istəyirdim.
– O özü bunu istəyirmi? – sarıĢın qadın soruĢdu. O, hətta Coya müraciət edəndə də, elə bil,
Maksla danıĢırdı. – Ġçmək istəyirsiniz?
– Onu çətinə salma, ötən dəfə nə elədiyini yadına sal. De ki, pulsuz olacaq.
– Bilmirəm, – Co dedi. – Heç vaxt dadına baxmamıĢam.
– Aman Allah, – Maks dedi. – Pulsuz heç nəyin dadına baxmayıb. – Co ilə əl tutub
salamlaĢandan bəri o, bir dəfə də olsun, dönüb ona tərəf baxmamıĢdı. Elə bil, yenə də bu adamlar
onun anlamadığı dildə ondan danıĢır, onun haqda nəsə deyirdilər.
– Gəl gedək, – sarıĢın qadın dedi. – Di gedək də.
Onlar getdilər. SarıĢın qadın içəridə olduğu müddətdə bircə dəfə də olsun, ona tərəf
baxmadı, Maks isə baxmasa da bir an belə onu gözdən qoymadı. Sonra hər ikisi yox oldular. Co
kamodun yanında, qız isə baĢıaĢağı, əlində ağzı açıq konfet qutusu otağın ortasında dayanmıĢdı.
Otaq darısqal idi, ətirqarıĢıq kif iyi verirdi. Co ilk dəfəydi bura düĢmüĢdü. Haçansa bura
düĢəcəyini ağlına belə gətirməmiĢdi. Pəncərələrin pərdələri örtülüydü. Yuxarıdan asılmıĢ tək
lampa çılpaq idi, abajur yerinə onun baĢına istidən sapsarı saralmıĢ jurnal vərəqi keçirilmiĢdi.
– Hər Ģey yaxĢıdı, – Co dedi. – Öz qaydasındadı. – Qız dillənmədi, heç yerindən də
tərpənmədi. Co isə bayırdakı qaranlığı, əvvəllər ikilikdə qaldıqları gecələri düĢündü. – Gedək, –
dedi.
– Gedək? – Qız təkrar elədi. Bu zaman o, qıza baxdı. – Hara? Nə üçün? – O hələ də baĢa
düĢmürdü. Qızın kamoda necə yaxınlaĢdığına, konfet qutusunu onun üstünə necə qoyduğuna
fikir verdi. Qız onun gözü qabağında soyunmağa baĢladı, paltarlarını bir-bir əynindən çıxarıb
yerə tulladı.
Co dedi:
– Burda? Elə burda? – Ġlk dəfəydi çılpaq qadın görürdü, hərçənd düz bir ay idi ki, bu qızla
yaĢayırdı. Lakin belə bir gözəl mənzərə ilə qarĢılaĢa biləcəyini heç ağlına da gətirməmiĢdi.
O gecə onlar yalnız söhbət etdilər. Çarpayıda bir yerdə uzanıb, qaranlıqda o ki var
danıĢdılar. Daha doğrusu, Co danıĢdı. DanıĢa-danıĢa da bütün gecəni fikirləĢdi: “Ġlahi! Ġlahi!
Demək bu belə olurmuĢ”. O da qızla yanaĢı çılpaq uzanmıĢdı, əlini ona toxundurur, ondan
danıĢırdı. Harda anadan olması, indiyəcən nə iĢlər görməsi barədə deyil, yalnız onun bədənindən
danıĢırdı; sanki, indiyəcən heç kim nə bu qızla, nə də baĢqa birisilə belə Ģeylər eləməmiĢdi.
Sanki, o, danıĢa-danıĢa uĢaq həvəsi, uĢaq marağı ilə qadın bədəni barədə hər Ģeyi öyrənməyə
çalıĢırdı. Qızsa ilk dəfə görüĢdükləri gecə söz açdığı xəstəliyindən danıĢdı. Co bu dəfə
eĢitdiklərindən dəhĢətə gəlib sarsılmadı. Çılpaqlıq kimi, bədənin quruluĢu kimi bu da onun üçün
nəsə əvvəllər baĢ verməmiĢ, yaxud mövcud olmamıĢ bir Ģey idi. Buna görə o da qıza öz
Dostları ilə paylaş: |