35
6
– Bəs onda niyə qorxur? – anam dedi.
– Qorxur ki, o orda ola. Deyir ki, ürəyinə damıb: bu gecə o, hökmən orda olacaq.
– Bəs onda nə üçün vergi veririk? – anam dedi. – Mən indi bu boyda evdə tək-tənha
oturub gözləməliyəm ki, görüm siz haçan bu zənci qadını evinə ötürüb qayıdacaqsınız?
– Sən nədən qorxursan? Mən də əlimdə bıçaq xəndəkdə uzanıb səni pusmuram ki? – atam
dedi.
– Dilsi mənə Ģokolad tortu biĢirməsə, ağlayacam, – Ceyson dedi.
Anam bizi bayıra qovdu, atam isə Ceysonu hədələdi ki, Dilsi ona Ģokolad tortu biĢirsə də,
biĢirməsə də, dəxli yoxdur, bu dəqiqə səsini kəsməsə, döyüləcək. Mətbəxə düĢdük.
– Atam deyir ki, getsin evə, qapını da arxadan bağlasın, heç nə olmaz, qorxmasın, –
Keddi dedi. – Nədən qorxmasın, Nensi? Ġsus sənə hirslənib?
Nensi qollarını dizlərinə dirsəkləyib, qəhvə stəkanını iki əli ilə qıçları arasında tutub
oturmuĢdu. Gözlərini stəkana zilləmiĢdi. «Neynəmisən ki, Ġsusun sənə acığı tutub Nensi?» –
Keddi dedi. Stəkan əlindən düĢdü, amma sınmadı, içindəki qəhvə yerə töküldü. Nensi heç
qımıldanmadı da, elə bil, stəkanı hələ də əlləri arasında tutmuĢdu. Yenə də inildəməyə baĢladı,
amma bu dəfə səsi çox yavaĢ çıxırdı. Zümzüməyə oxĢayırdı da, oxĢamırdı da. Biz ona baxırdıq.
– Bura bax, – Dilsi dedi, – bəsdi zıqqıldadın, özünü ələ al. Gedim VerĢi də götürüm
gəlim, səni ötürək. – O getdi.
Biz yenə ona baxdıq; çiyinləri titrəyirdi, amma səsini kəsmiĢdi. Dayanıb, gözlərimizi
ondan çəkmirdik.
– Nensi, Ġsus sənə nə eləmək istəyir? – Keddi dedi. – Axı o, onsuz da burda yoxdur,
baĢqa Ģəhərdədir.
Nensi də dönüb bizə baxdı: «Yadınızdadır, mən sizdə qalanda necə yaxĢı oynayırdıq. Elə
deyil?»
– Yox, mənim yadıma gəlmir, – Ceyson dedi.
– Sən heç orda yox idin ki? Anamnan yatmıĢdın, – Keddi dedi. – Sən yox idin orda.
– Gəlin bizə gedək, – Nensi dedi, – bizdə yaxĢıca oynayarıq.
– Anam qoymaz, – mən dedim, – çox gecdir.
– Ona bildirmərik, – Nensi dedi, – sabah deyərik. Heç nə eləməz.
– O bizi buraxmaz, – mən təkrar etdim.
– Ġndi ona deməyəcəyik ki, – Nensi əl çəkmirdi, – xəlvətcə gedək.
– O, bizə getməyin demədi ki, – Keddi dedi.
– SoruĢduq ki? – mən dedim.
– Getsəniz, anama deyəcəm, – Ceyson dedi.
35
7
– Nə istəsəniz eləyərik, – Nensi dedi. – Valideynləriniz heç nə deməz. Gözümü açandan
sizə iĢləmiĢəm. Mənə görə heç nə deməzlər sizə.
– Mən getməkdən qorxmuram, – Keddi dedi, – bircə Ceyson qorxur. O bizi satacaq.
– Yox, mən heç kimə deməyəcəyəm, – Ceyson dedi.
– Deyəcəksən, – Keddi dedi, – hökmən deyəcəksən.
– Yox, deməyəcəyəm, – Ceyson dedi, – mən qorxaq deyiləm.
– Ceyson bizə getməkdən qorxmur, – Nensi dedi, – eləmi, Ceyson?
– Ceyson bizi satacaq, – Keddi dedi. Dalan qaranlıq idi. Çəmənliyin qapısına çatdıq. –
Mərc gəlirəm ki, indi bu qapının arxasından bir Ģey çıxsa, qorxudan Ceysonun bağrı yarılar.
– Yarılmaz, – Ceyson dedi.
Çəmənliyi keçdik. Nensi bərkdən danıĢırdı.
– Niyə belə bərkdən danıĢırsan, Nensi? – Keddi soruĢdu.
– Kim? Mən? – dedi. – Bunlara bir baxın, Kventin də, Keddi də, Ceyson da deyirlər ki,
mən bərkdən danıĢıram.
– Elə danıĢırsan ki, elə bil, biz burda beĢ nəfərik, – Keddi dedi. – Elə bil, atam da
burdadır.
– Kim, mən bərkdən danıĢıram, mister Ceyson? – Nensi dedi.
– Aaa, Nensi Ceysona «mister» dedi, – Keddi təəccübləndi.
– Mən yox, uĢaqlar bərkdən danıĢır, – Nensi dedi.
– Biz bərkdən danıĢmırıq, – Keddi etiraz elədi. – Aramızda bircə sən bərkdən danıĢırsan,
elə bil, atam da…
– Sısss, – Nensi dedi,
– sıss
, mister Ceyson!
– Nensi yenə Ceysona “mist...”
– Kiri, – Nensi Keddini susdurdu.
Bütün yol boyu-xəndəkdən adlayanda da, taxta hasarın barmaqlıqları arasından siviĢib
keçəndə də, ta evə çatanacan, o, bərkdən danıĢdı. Onun daxmasına çatdıq. Çox sürətlə gəlmiĢdik.
Qapını açdı. Otaqdan lampa, Nensidən isə pilətə iyi gəlirdi; sanki, biri o birini gözləyirmiĢ kimi
iyləndilər. Nensi lampaya od vurdu, qapını örtüb, arxadan cəftələdi. Yalnız indi bizə baxa-baxa
səsini yavaĢıtdı.
– Hə, indi neyləyəcəyik? – Keddi dedi.
– Nə eləmək istəyirsiniz? – Nensi bizdən soruĢdu.
– Demədin oynayacağıq? – Keddi dedi.
Elə bil, bu evə nə isə olmuĢdu, adam özünü birtəhər hiss eləyirdi. Yaman pis iyi gəlirdi.
Ceyson da bu iyi duymuĢdu:
– Mən burda qalmaq istəmirəm, – o dedi, – mən evə gedirəm.
35
8
– Gedirsən, get də, – Keddi dedi.
– Tək getmək istəmirəm axı, – Ceyson dedi.
– Hə, gəlin Ģənlənək, – Nensi dedi.
– Necə? – Keddi soruĢdu.
O, qapının yanında dayanıb, bizə baxırdı; amma, elə bil, gözlərinin nuru sönmüĢdü, elə
bil, bu gözlər xarab olmuĢdu, iĢləmirdi.
– Nə istəyirsiniz? – o dedi.
– Nağıl istəyirik, – Keddi dedi, – nağıl danıĢa bilərsən?
– Bilərəm, – dedi.
– Onda danıĢ, – Keddi dedi. Dayanıb ona baxırdıq. – Deyəsən, sən heç nağıl da
bilmirsən?
– Bilirəm, – Nensi dedi, – vallah, bilirəm.
O gəlib ocağın yanında, stulda oturdu. Ocağın közü hələ sönməmiĢdi, Nensi üfürüb onu
alıĢdırdı, amma içəri, onsuz da, isti idi. Ocaq xeyli gücləndi. Nensi bir nağıl danıĢırdı. Elə
danıĢırdı ki, elə bil, onun bizə baxan gözləri, bu gözlərdəki baxıĢlar, nağıl danıĢan səsi özününkü
deyildi. Elə bil, o, hardasa baĢqa yerdə nəfəs alır, baĢqa yerdə gözləyirdi. Hardasa daxmadan
kənarda. Səsi burda, içəridə, onun – baĢında iri paltar bağlamasını hasarın taxta barmaqlıqları
arasından yüm-yüngül hava Ģarı kimi tərpənməz adladan Nensinin surəti isə orda, bayırdaydı.
«Və Ģahzadə xanım quldurun gizləndiyi xəndəyə çatdı, oraya düĢəndə dedi: «Bircə bu xəndəyi
keçsəydim». Hımm, görüm sonrası necəydi…»
– Hansı xəndəyi? – Keddi soruĢdu. – Bizim bu xəndəyi deyirsən? Axı Ģahzadə xanım nə
üçün xəndəyə düĢür?
– Çünki evlərinə gedən yol ancaq ordan idi, – Nensi dedi, – oranı keçib evlərinə çatacaq,
içəri girib qapını arxadan cəftələyəcəkdi.
– Bəs nə üçün evə getməliydi? – Keddi soruĢdu. – Niyə qapını arxadan cəftələməliydi?
IV
Nensi bizə baxdı. Daha danıĢmadı, elə hey bizə baxırdı. Ceyson onun qucağında
oturmuĢdu, gödək Ģalvarının balaqları daha da yuxarı dartılmıĢ, qıçları çıl-çılpaq qalmıĢdı.
– Bu nağıl mənim xoĢuma gəlmir, – o dedi, – mən evimizə getmək istəyirəm.
– Düzdü, bəlkə biz getsək… – Keddi dedi. DöĢəmədən qalxdı. – Yəqin ki, indi evdə bizi
axtarırlar. – O, qapıya sarı getdi.
– Dayan, – Nensi dedi, – açma qapını. –
O, cəld
ayağa qalxdı və Keddini ötüb qapıya
çatanda dayandı, nə onu, nə də onun cəftəsini açdı.
– Niyə qapını açmırsan? – Keddi dedi.
Dostları ilə paylaş: |