38
kiĢilər – elə bütün qadınlar da – hər iĢi onları daxilən hərəkətə gətirən istək və ya həvəsə görə
görürlər – baĢqa bir kiĢini, ya da baĢqa bir qadını təqlid edəcək qədər ağılsız olsalar belə.
Əslində, Ģəhərdə yalnız bircə adam Banç haqqında az və ya çox dərəcədə əminliklə danıĢa bilər;
ancaq Ģəhərin Bançla onun əlaqəsindən xəbəri yoxdu, çünki onlar yalnız gecələr görüĢüb söhbət
edirlər. O adamın soyadı Haytauerdir. Ġyirmi beĢ il bundan əvvəl nüfuzlu kilsələrdən birinin,
bəlkə də, onlardan ən nüfuzlusunun keĢiĢi olub. Bircə o bilir ki, hər Ģənbə günü axĢam düĢəndə –
xəyali fit səsi eĢidildikdən sonra (yaxud da Bançın iri gümüĢü saatı onun eĢidildiyini
göstərdikdən sonra) Banç hara yollanır. Missis Bird isə – Banç onun kiçicik sarayında yaĢayır –
yalnız bunu bilir ki, Banç hər Ģənbə günü saat yeddiyə iĢləmiĢ iĢdən evə gəlir, yuyunur, ucuz və
nimdaĢ diaqonal kostyumunu əyninə geyinib Ģam yeməyini yeyir, evin arxasındakı tövlədə, öz
əliylə təmir etdiyi və damını örtdüyü tövlədə saxladığı qatırı çullayır, onun belinə minib evdən
çıxır. Onun hara getdiyini isə o bilmir. Bircə keĢiĢ Haytauer bilir ki, o, Ģəhərdən otuz mil aralıya
yollanır, bazar gününü buradakı kənd kilsəsində xora rəhbərlik etməklə keçirir – ibadət bütün
gün boyu davam edir. Təxminən gecə yarısı qatırı çullayıb, bütün gecəyə qurulmuĢ eyni sürətlə,
yorğa qaçıĢla geriyə – Ceffersona qayıdır. Bazar ertəsi tezdən isə fabrikin fiti çalınanda artıq
əynində təmiz köynək və kombinezon öz iĢ yerində – dəzgahın arxasında hazır olur. Missis Bird
təkcə bunu bilir ki, hər həftənin Ģənbə gününün Ģam yeməyindən bazar ertəsinin səhər
yeməyinədək onun otağı və qatırının tövləsi boĢ olur. Onun hara getdiyi və getdiyi yerdə nə iĢlə
məĢğul olduğu bircə Haytauerə məlumdu, çünki Banç həftədə iki-üç dəfə, gecədən xeyli keçmiĢ
Haytauerin tək-tənha, Ģəhər əhlinin dediyi kimi, rüsvayçılıq içərisində yaĢadığı, rənglənməmiĢ,
darısqal, yalqız, yarıqaranlıq, kiĢi üfunəti verən kiçicik evində sabiq keĢiĢi ziyarət edir. Hər ikisi
– cılız, heç nəyi ilə seçilməyən, öz iĢ yoldaĢları üçün müəmmaya çevrildiyini ağlına belə
gətirməyən bir adam və öz kilsəsi tərəfindən inkar edilmiĢ əlli yaĢlı səfil-sərgərdan burada,
keĢiĢin kabinetində oturub sakitcə söhbət edirlər.
Və budur, Bayron aĢiq olur. Öz qısqanc və ciddi, eĢq obyektinin cismani bakirəliyini tələb
edən kənd tərbiyəsinə rəğmən aĢiq olur. Bu hadisə Ģənbə günü günortadan sonra, o, sexdə
təkbaĢına qaldığı vaxt baĢ verir. Ġki mil aralıda hələ də ev yanır və sarı tüstü dumanı hələ də
üfüqün baĢı üzərində dimdik, abidə kimi göylərə ucalır. Onlar bu dumanın ağacların üzərindən
göyə ucaldığını nahar fiti çalınmamıĢdan qabaq, hələ evlərinə dağılmamıĢdan əvvəl
görmüĢdülər. “Hə, bu gün, yəqin, Bayron da gedər, – onlar dedilər, – yanğına tamaĢa eləmək ki,
pulsuzdur”.
– Böyük yanğına oxĢayır, – biri dedi. – Bu yanan nə ola bilər görəsən? Orada bu boyda
tüstü çıxaracaq qədər böyük bir Ģey olduğunu heç cür yadıma sala bilmirəm, təkcə Berdenlərin
evindən savayı.
39
– Bəlkə də, yanan elə odu, – digəri dedi. – Əlli il bundan qabaq, bu Ģəhərdə hamının
dediyini sözü mənim atam hələ də yaxĢı xatırlayır: ona od vurmaq lazımdı, özü də insan piyiylə,
daha Ģiddətlə alıĢıb-yansın deyə.
– Gizlincə gedib ona od vuran sənin o əziz atacığın olmasın? – üçüncü dedi. Hamı gülüĢdü.
Sonra yenidən iĢlərinə davam etdilər, arabir iĢdən ayrılıb, tüstü qalxan tərəfə baxa-baxa günorta
fitinin çalınmasını gözlədilər. Bir az keçəndən sonra ağac daĢıyan yük maĢını ora gəldi. ġəhərin
içindən keçib gələn sürücüdən o yanğını soruĢdular.
– Berdenlər? – sürücü dedi. – Hə, elədi. Onların evidi yanan. ġəhərdə deyirlər ki, Ģerif də
ora yollanıb.
– Deyəsən, Uatt Kennedinin də könlünə yanğına tamaĢa eləmək düĢüb, hərçənd polis
niĢanını da havayı yerə döĢündə gəzdirmir.
– Əgər kimisə həbs eləmək niyyətindədirsə, – sürücü dedi, – Ģəhərin qırımından belə
görünür ki, orda onun iĢi o qədər də çətin olmayacaq.
Nahar fiti çalındı. Hamı dağılıĢdı. Bayron gümüĢü saatını önünə qoyub oturdu, yeməyə
baĢladı. Saat bir tamamı göstərəndə iĢinə yollandı. YumĢaq olsun deyə çiyninin üstünə qalın
döĢəkçə qoyaraq, nəinki daĢıya, hətta yerdən qaldıra biləcəyi belə güman edilməyən iri taxta
Ģələlərini bir-bir çiyninə alıb, yorulub-usanmadan, bir ahənglə anbardan vaqona daĢımağa
baĢlayanda ətrafda heç kimsə yox idi. Növbəti Ģələni çiyninə alıb vaqona tərəf yolananda Lina
Qrouv, üzündə çoxdan gözlədiyi görüĢə, axır ki, qovuĢmanın əminliyindən doğan həlim
təbəssüm onun ardınca qapıdan içəri girir, artıq dodaqları aralanıb, adı dilinə gətirmək istəyir.
Bayron onun hənirtisini eĢidib geriyə dönür və qadının üzündəki təbəssümün bulağın gözünə daĢ
atıldıqdan sonra əriyib yox olan dalğalar kimi öləziyib söndüyünü görür.
– Siz o deyilsiniz, – Lina öləziyib sönən təbəssümün arxasından ciddi uĢaq təəccübüylə
deyir.
– Elədi, – Bayron deyir. Çiynində Ģələ, azacıq yana dönüb susur. – Deyəsən, o deyiləm.
Bəs o kimdir?
– Lukas Berç. Mənə dedilər ki ...
– Lukas Berç?
–
Mənə dedilər ki, onu burda tapa bilərəm. – Səsində nəsə yumĢaq bir inamsızlıq duyulur,
gözünü qırpmadan ona baxır, sanki, Bayronun onu aldatmağa çalıĢdığını düĢünür. – Mən Ģəhərin
həndəvərinə ayaq basdığım andan hamı onu Berç yox, Banç adlandırmağa baĢladı. Elə bilirdim,
adını səhv deyirlər. Ya da ki, onların dediyini mən səhv eĢidirəm.
–
Yox, səhv eĢitməmisiniz, – o, cavab verir. – Özüdür ki, var: Banç. Bayron Banç. –
Çiynindəki Ģələni yerə qoymadan ona – yançaqları basıb əzən ağırlaĢmıĢ qarına, kor-kobud,
üstünü sapsarı toz basmıĢ kiĢi ayaqqabılarına baxır. – Siz missis Berçsinizmi?