Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə26/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   22   23   24   25   26   27   28   29   ...   192

 

54 


–  Bəs  siz  niyə  Ģənbə  günləri,  baĢqaları  Ģəhərdə  əylənəndə  sexdə  qalıb    iĢləyirsiniz?  – 

Haytauer bunun cavabında ondan soruĢdu. 

– Bilmirəm, – Bayron cavab verdi. – Görünür, mənim həyatım belədir. 

– Görünür, elə mənim həyatım da bu cürdür, – o dedi. 

“Ancaq  indi  bilirəm,  –  Bayron  düĢünür.  –  Çünki  artıq  baĢ  vermiĢ  bədbəxtlik  baĢ  verə 

biləcək  bədbəxtlik  qədər  qorxunc  deyil.  O,  təki  heç  nə  dəyiĢməsin  deyə,  vərdiĢ  olunmuĢ 

bədbəxtlikdən  bərk-bərk  yapıĢacaq.  Bəli.  Ġnsan  həmiĢə  canlı  adamlardan  qaçıb  gizlənmək 

istədiyi barədə danıĢacaq. Amma ona əsl ziyan vuran ölülərdi. Torpaq altında sakitcə yatan,  onu 

heç cür tutub saxlamağa çalıĢmayan ölülər; o, bax onlardan qaçıb gizlənə bilməyəcək”. 

Onlar gurultuyla yaxınlıqdan uçub səssizcə alatoranlığa dürtüldülər; gecə düĢdü. Amma o 

hələ  də  pəncərənin önündə  oturub, arxa tərəfindəki kabinet hələ  də  qaranlıqdır.  Küncdəki  fənər 

arabir parıltıyla göz vurur, ağcaqayınların  bir  neçə  yerindən diĢlənmiĢ kölgələri  mehsiz  avqust 

zülmətində, sanki, buxarlanıb havaya uçur. Uzaqdan, lap uzaqdan kilsə xorunun çox asta, amma 

apaydın səsi eĢidilir; çox ciddi, həm də dərin, müti və eyni zamanda məğrur olan bu səs tədricən 

ətrafa yayılır, ölgün, heysiz-hərəkətsiz avqust qaranlığında ləpədöyən dalğalar kimi donub qalır. 

 Sonra  o,  küçədə  bir  nəfərin  yaxınlaĢdığını  görür.  Adi  axĢamlardan  olsaydı,  həmin  adamı 

boy-buxunundan,  duruĢundan,  yeriĢindən  tanıyardı.  Amma  bu  bazar  axĢamında,  xəyali  at 

dırnaqlarının əks-sədası zülmət bürümüĢ kabinetə çırpılaraq, hələ də səssizcə qırıldığı bir vaxtda 

o,  sükut  içərisində  oturub,  ayaqları  üstə  yeriyən  məxluqa  xas  saxta,  etibarsız  bir  çevikliklə  –  

insan  məxluqunun  sarsaqcasına    qürur  duyduğu  və  axırda  isə  hökmən  onu,  məsələn,  ağırlıq  və 

buz  kimi  təbii  əngəllər,  ya  da  özünün  ixtira  etdiyi  və  qaranlıqda  toqquĢduğu  avtomobil,  mebel 

kimi  yad  əĢyalar,  yaxud  döĢəməyə  və  ya  səkiyə  tökülmüĢ  yemək  qırıntıları  ucbatından  güdaza 

verən bir çevikliklə –  küçədə piyada hərəkət edən  xırda insan fiquruna sakitcə tamaĢa edir; və 

sakitcə fikirləĢir ki, qədim insanlar atı döyüĢçülərin, kralların atributu, rəmzi  seçməkdə nə qədər 

haqlıymıĢlar; eyni zamanda, küçədəki adamın lövhəni keçəndən sonra onun həyət qapısına tərəf 

döndüyünü,  evə  yaxınlaĢdığını  görür.  Bir  az  qabağa  əyilib  o  adamın  qaranlıq  cığırla  qaranlıq 

həyətdən keçərək, artıq evin qapısına çatdığına  baxır, onun ayağının qaranlıq pilləkənlərə  iliĢib 

səndələdiyini eĢidir. “Bayron Banç, – deyir, – nə əcəb bazar günü, bu axĢam Ģəhərdədir?! Bayron 

Banç  nə əcəb bazar günü Ģəhərdədir?! ”    

  

                                             4 



 

Onlar üzbəüz oturub yazı stolunun üzərindən bir-birinə baxırlar. Ġndi kabinet iĢıqlıdır – iĢıq 

yaĢıl abajurlu stolüstü lampadan düĢür. Haytauer qədimi, yırğalanan kresloda, Bayron isə üzbəüz 



 

55 


stulda əyləĢib. Onların sifətinə düĢən iĢığın önünü abajur kəsib. Uzaqdakı kilsədən gələn xor səsi 

açıq pəncərədən içəri dolur. Bayron sakit, yeknəsəq səslə danıĢır: 

– Qəribə iĢ oldu. FikirləĢirdim ki,  harada olur-olsun, amma bu sexdə, Ģənbə axĢamı adamın 

kiməsə  ziyan  vurmaq    imkanı  ola  bilməz.    Özü  də  hələ  bu  evin,  necə  deyərlər,  düz  burnumun 

ucunda  alıĢıb-yandığı  bir  vaxtda.  HəmiĢəki  kimi  oturub  nahar  eləyirdim,  hərdənbir  baĢımı 

qaldırıb göydəki tüstüyə  baxır, öz-özümə düĢünürdüm:  “Hə,  bu axĢam,  yəqin ki,  buralarda  bir 

ins-cins  gözə  dəyməz.  Bu  axĢam  heç  kim  mənə  mane  olmayacaq”.  Sonra  baĢımı  qaldıranda, 

gördüm  ki,  düz  önümdə  dayanıb,  artıq  gülümsəməyə  hazırlaĢır,  onun  adını  dilə  gətirmək  üçün 

artıq  dodaqları  da  bir  azca  aralanıb,  amma  birdən  gördü  ki,  mən  o  deyiləm.  Mən  külbaĢın  isə 

ağlına  hər  Ģeyi  ona  açıb  danıĢmaqdan  savayı  heç  nə  gəlmədi.  –  Onun  ağzı  azacıq  əyildi.  Bu, 

təbəssüm deyildi: yalnızca üst dodağı bir anlığa yuxarı dartındı, ancaq bu hərəkət sonadək davam 

etmədi, dərhal da kəsildi. – O an ağlıma da gəlməzdi ki, iĢin pis tərəfi hələ mənə məlum deyil.  

–  Hə,  əgər  bu  hadisə  Bayron  Bançı  bazar  günü  Ģəhərdə  saxlayıbsa,  deməli,  doğrudan  da 

nəsə  çox  ciddi  bir  Ģey  olub,  –  Haytauer  deyir.  –  Deməli,  bu  qadın  onu  axtarırdı.  Siz  isə  onu 

tapmağına kömək etdiniz. Bəyəm bunun nəyi pisdir? Siz ki, onun istədiyini eləmisiniz!  Axı o, 

Alabamadan buraya məhz bu məqsədlə  gəlib.  

– Elədi, mən bunu ona dedim.  BaĢqa neyləyə bilərdim. Mənə baxırdı,  qarnı burnunda orda 

oturub  üzümə  baxırdı,  gözləri  isə  eləydi  ki,  yalan  demək  istəsən  də,  deyə  bilməzdin.  Mənsə 

ağzımı Allah yoluna qoyub zəvzəyirəm, hərçənd gözümün qabağında tüstü Ģahə qalxıb, elə bil, 

onu  qəsdən,  mənə  xəbərdarlıq  eləmək  üçün  yandırmıĢdılar  ki,  dilimə  yiyəlik    eləyim,  amma 

ağlım kəsmədi. 

– Həə, – Haytauer deyir. – Dünən yanan evi deyirsən. Ancaq mən bunların arasında heç bir 

əlaqə... Kimin eviydi o? O tüstünü mən də gördüm, hələ yoldan ötən bir zəncidən də soruĢdum, 

amma o da bilmədi. 

–  Berdenlərin  köhnə  eviydi,  –  Bayron  cavab  verir.  KeĢiĢin  üzünə  baxır.  KeĢiĢ  də  onun. 

Haytauer  hündür  kiĢidi,  haçansa  arıq  olub.  Ancaq  indi  arıq  deyil.  Dərisi  un  xaĢası  rəngindədi, 

yaxĢı  doldurulmamıĢ  xaĢanı  xatırladan  cəmdəyi  ağırlıqdan  sallanaraq  arıq  çiyinlərindən  dizləri 

üstünə tökülür. Sonra Bayron deyir: – Siz hələ eĢitməmisiniz. – KeĢiĢ hələ də ona baxır. Bayron 

fikirli-fikirli  deyir:  –  Deməli,    bu  da  mənim  boynuma  düĢəcək.  Bu  iki  gün  ərzində  iki  adama 

eĢitmək  istəmədikləri,  əslində  eĢitmələri  heç  lazım  da  olmayan  bir  Ģeyi,  görünür,  mən 

deməliymiĢəm. 

– Sizcə, mənim eĢitmək istəmədiyim o Ģey nədir elə? Mən nəyi eĢitməmiĢəm ki? 

 

 Yanğını demirəm, – Bayron cavab verir. – Onlar oddan qurtulublar. 



        – Onlar? Mən elə bilirdim,  miss Berden orda tək yaĢayır. 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə