70
yerində tapmadı və dərhal Braun yıxılarkən yerə düĢüb sınan fənərin cingiltisini xatırladı.
Ayaqları arasında uzanmıĢ Brauna sarı əyildi, əlilə yaxasını axtarıb tapdı, onu dartıb çarpayının
altından çıxardı, baĢını yerdən qaldırıb səsini kəsənəcən ovcunun içi ilə bərkdən, zərblə, hirslə
döyməyə baĢladı.
Braun üst-baĢı əzilmiĢ halda yerdə uzanmıĢdı. Kristmas onun baĢını yerdən qaldırıb boğuq,
pıçıltıya bənzər səslə o ki var söydü. Sonra sürüyə-sürüyə o biri çarpayının yanına gətirdi, arxası
üstə onun üstünə atdı. Braun təzədən gülməyə baĢladı. Kristmas sol əlilə onun ağız-burnunu
yumub, sağ əlilə yenidən ara verə-verə, ahəngdar, güclü zərbələrlə döyməyə baĢladı, sanki, o
zərbələrin sayını bilmək istəyirdi. Braun gülməyini kəsdi. Çabalamağa, onun əlindən qurtulmağa
çalıĢdı. O, Kristmasın əlindən qurtulmaq üçün ora-bura dartınır, boğuq, xırıltılı səs çıxarırdı.
Yorulub sakitləĢə, ölü kimi tərpənməz hala düĢməyənəcən Kristmas onu buraxmadı. Yalnız onda
əlini bir az boĢaltdı. “Ġndi susacaqsan? – dedi. – Susacaqsan?”
Braun yenidən dartınıb onun əlindən çıxmağa çalıĢdı. “O qara əlini çək üstümdən, heyvərə
zənc...” Əl yenidən onu sıxmağa baĢladı. Kristmas o biri əli ilə yenidən onun sifətinə bir zərbə
vurdu. Braun susdu, sakitcə yerdə uzanılı qaldı. Kristmas əlini boĢaltdı. Bir saniyədən sonra
Braun asta, yumĢaq səslə danıĢmağa baĢladı. “Sən zəncisən, baĢa düĢdün? Özün bunu mənə
demisən. Özün etiraf etmisən. Mənsə ağ adamam. Mən ağ...” Əl onu yenidən sıxmağa baĢladı.
Braun yenə də səsini kəsdi, əlin ağırlığı altında xırıldaya-xırıldaya, o əli ağzının suyuna batıra-
batıra yenidən çabaladı. Sonra sakitləĢib ölü kimi tərpənməz hala düĢəndə əl boĢaldı. Braun
sakitcə uzanıb qalmıĢdı, ağır-ağır, tövĢüyə-tövĢüyə nəfəs alırdı.
– Ġndi susassanmı? – Kristmas dedi.
– Hə, – Braun dedi. – O, xırıldaya-xırıldaya nəfəs alırdı. – Qoy bir nəfəsimi dərim.
Susacam. Qoy bir nəfəs alım.
Kristmas əlini xeyli boĢaltdı, amma tamam çəkmədi. Braunun nəfəsi bir az yüngülləĢdi,
daha sərbəst nəfəs almağa baĢladı. Amma Kristmas hələ də əlini onun sifətindən çəkməmiĢdi.
Braunun nəfəsi onun barmaqlarına gah ilıq, gah da soyuq hava kimi dəyirdi və o, yerə sərilmiĢ
bu cəmdəyin baĢı üzərində dayanaraq, sakitcə fikirləĢdi Mənə nə isə olacaq. Mən nə isə eləyəcəm
O, sol əlini Braunun ağız-burnundan çəkmədən sağ əlini öz çarpayısına, öz yastığına, o yastığın
altındakı on iki santimetrlik tiyəsi olan bıçağa uzadıb onu ordan götürə də bilərdi. Ancaq bunu
eləmədi. Bəlkə, düĢüncə o qədər uzağa, elə bir zülmətə gedib çıxdı ki, ona Yox, bu o deyil dedi.
Hər halda, bıçağı götürmədi. Bir qədər sonra əlini Braunun sifətindən çəkdi, amma onun
yanından aralanmadı. Hələ də çarpayının baĢı üzərində dayanıb, elə rahat, elə sakit nəfəs alırdı
ki, onu heç özü də eĢitmirdi. Qaranlıqda gözlə görünməyən Braun da indi sakit, səssiz nəfəs
alırdı; bir az keçəndən sonra Kristmas oradan aralandı, gəlib öz çarpayısının üstündə oturdu,
siqaret və kibrit tapmaq üçün divardan asılmıĢ Ģalvarının ciblərini qurdaladı. Kibrit alıĢıb
71
Braunun üstünə iĢıq saldı. Kristmas siqareti yandırmazdan qabaq, kibrit dənəsini havaya qaldırıb
Brauna sarı baxdı. O, arxası üstə sərilib qalmıĢdı, bir əli döĢəməyə sallanmıĢdı. Ağzı açıq idi.
Kristmas durub ona baxanacan xoruldamağa baĢladı.
Kristmas siqaretini yandırdı, yanan kibrit dənəsini barmaqlarının ucuyla açıq qapıya tərəf
fırlatdı, yolun yarısında alovun necə söndüyünə tamaĢa etdi. YanmıĢ dənənin döĢəməyə
dəyərkən çıxaracağı zəif, yüngül zərbə səsini eĢidə bilmək üçün qulaq kəsildi; ona elə gəldi ki,
onu eĢitdi. Sonra qaranlıq otaqda, çarpayının üstündə oturarkən ona elə gəldi ki, o, baĢqa saysız-
hesabsız zəif səsləri: ağacların, qaranlığın, insanların səsini, qımıltısını, pıçıltısını, öz səsini,
daim içində yaĢatmıĢ olduğu müxtəlif adları, dövrləri, yerləri yaddaĢında oyadan digər səsləri də
eĢidir; onlar onun bütün həyatının məğzi, məcmusudur, hərçənd o özü bunu bilmir, bilmir ki,
bütün bunlar onun həyatıdır. Və bunları eĢidə-eĢidə fikirləĢdi Bəlkə də, Allahdı səbəbkar, mən
isə hətta bunu da bilmirəm O bunu yalnız çap olunmuĢ, normal doğulsa da artıq ölü olan Allah
məni də sevir cümləsi kimi, ötən ilki Allah məni də sevir afiĢasının bozarmıĢ, yarısolmuĢ hərfləri
kimi görə bilərdi.
Əlini bir dəfə də olsun siqaretə toxundurmadan onu çəkib qurtardı. Siqaret kötüyünü də
kibrit dənəsi kimi barmaqlarının ucu ilə qapıya tərəf fırlatdı. Kibrit dənəsindən fərqli olaraq o,
havada sönmədi. Kristmas siqaret kötüyünün qapının o tayında, havada fırlana-fırlana necə
közərdiyinə tamaĢa etdi. Yuxusu gələcəyinə ümidi olmayan adamlar kimi əllərini boynun
ardında çarpazlayıb yatağına uzandı və fikirləĢdi Saat ondan uzanmışam, amma hələ
yatmamışam. Saat neçə olar, onu da bilmirəm, amma gecədən xeyli keçib, mənsə heç cür yuxuya
gedə bilmirəm “Çünki o mənim üçün dua etməyə baĢlayıb”, – dedi. Ucadan. Səsi qaranlıq
otaqda qəflətən elə bərk çıxdı ki, sərxoĢ Braunun xorultusunu belə batırdı. “Bax buna görə.
Çünki o mənim üçün dua etməyə baĢlayıb”.
Çarpayıdan qalxdı. Yalın ayaqları səssizcə döĢəməyə toxundu. O biri çarpayıda Braun
xoruldayırdı. Kristmas dayanıb baĢını səs gələn tərəfə döndərdi. Ayaqyalın, təkcə alt paltarında
komadan çıxdı. Bayırda hava bir az iĢıqlı idi. BaĢı üzərində ulduz topaları yavaĢ-yavaĢ
fırlanırdı; otuz il idi bilirdi ki, ulduzlar var, ancaq onun üçün onların heç birinin adı yox idi, heç
biri öz rəngi, parlaqlığı, hansı tərəfdə yerləĢməsi ilə ona heç nə demirdi. Ġrəlidə, sıx ağacların
arasında yalnız soba borusunu və taxtapuĢu seçə bildi. Evin özü isə qaranlıqda görünmürdü. Ona
yaxınlaĢdı, içəridən nə səs, nə də iĢıq gəlirdi və o, qadının yatdığı otağın pəncərəsi altında
dayanıb fikirləĢdi Hələ üstəlik əgər o yatıbsa. Əgər o yatıbsa Qapılar heç vaxt bağlı olmazdı,
gecənin hansı vaxtında həvəsi onu yuxudan qaldırsa, o bu evə girib qadının yataq otağına
yollanar, qaranlıqda onun yatağını çox asanlıqla tapardı. Bəzən qadın yatmamıĢ olardı, onu
gözləyər, onun adını çəkərdi. Bəzən isə o bu qadını ağır, kobud əlləriylə durğuzar, çox vaxt elə
bu cür kobudluqla da – qadın hələ yuxudan tam ayılmamıĢ – ona yiyələnərdi.