72
O vaxtdan iki il keçir, onların iki ili indi arxada qalıb; fikirləĢdi
Bəlkə də ən təhqiramizi də
elə bundadır. Bəlkə mən elə bilirəm ki, məni dolayıb, aldadıblar. O mənə yaşını, bu yaşda
qadınlarda nələr baş verdiyini düz deməyib Qaranlıq pəncərənin altında dayanıb ucadan dedi: “O
gərək mənim üçün dua etməyəydi. Əgər mənim üçün dua etməyə baĢlamasaydı, ona heç nə
olmazdı. Qocaldığına, bundan sonra heç nəyə yaramadığına görə o günahkar deyil ki. Amma
baĢa düĢməliydi ki, mənim üçün dua etmək olmaz”. Onu söyməyə baĢladı. Qaranlıq pəncərənin
altında dayanıb, onu o ki var söydü: yavaĢ-yavaĢ, düĢünülmüĢ Ģəkildə, pis-pis sözlərlə. Üzünü
pəncərəyə tərəf tutmamıĢdı. Elə bil, yarıqaranlıqda öz bədəninə baxırdı; sanki, çəpəraltı çirkab
pıçıltısında, sudan da qatı nəsə qara bir məhlul gölməçəsində öz bədəninin boğulmuĢ meyit kimi
tənbəlcəsinə, Ģirin bir ləzzət içində necə çimdiyinə tamaĢa edirdi. Əllərini köynəyinin altına
soxub bədəninə toxundurdu, sonra yavaĢ-yavaĢ üzüyuxarı qaldırıb, ovuclarının içi ilə qarnına,
sinəsinə möhkəm sığal çəkdi. Alt tumanını təkcə bir düymə saxlayırdı. Haçansa onun bütün
düymələri yerindəydi. Qırılanda onları bir qadın tikirdi. Belə bir dövr də vardı. Ancaq o dövr
keçib getdi. O öz alt tumanını hər yuyuĢdan sonra, qadın onun düymələrini tikməyə macal
tapmamıĢ, ondan əvvəl ailə camaĢırlarının içərisindən tapıb götürməyə baĢladı. Bircə dəfə qadın
onu qabaqladı; onda da o, hansı düymələrin qırıldığına və yenidən yerinə tikildiyinə xüsusi
diqqət yetirdi, yadında saxladı. Sonra da yenidən tikilmiĢ o düymələri soyuq, hissiyyatsız cərrah
dəqiqliyi ilə cib bıçağıyla kəsib atdı.
Sağ əlini alt tumanının qabağına soxub – bir vaxtlar bıçaqla elədiyi kimi – onu yanı üstə
sürətlə yuxarı çəkdi. Yüngül və sərt bir zərbəylə vurub axırıncı düyməni də qırıb atdı. Tuman
aĢağı sürüĢüb ayaqlarının altına düĢəndə qaranlıq havanın rahat nəfəsi onun bütün əzalarını öz
ağuĢuna aldı – qaranlığın sərin dodaqları, yumĢaq sərin dili onun bütün bədənini yaladı.
Yerindən tərpənəndə qaranlıq hava ona su kimi gəldi, ayaqları altındakı Ģehi hiss etdi; onu
əvvəllər heç vaxt bu cür hiss etməmiĢdi. Sınıq həyət qapısından keçib, yolun qırağına çatanda
dayandı. Avqust kol-kosu qurĢağa qədər qalxmıĢdı. Yarpaqların və zoğların üstünə yoldan keçən
arabaların bir aylıq toz-torpağı çökmüĢdü. QarĢıda yol uzanıb gedirdi. O, qaranlığa bürünmüĢ
torpağa, ağaclara nisbətən bir qədər ağımtıl görünürdü. Bir ucu Ģəhərə gedirdi. O biri ucu isə
təpəyə qalxırdı. Tezliklə səma xeyli iĢıqlandı; təpə daha aydın göründü. Sonra o, maĢın səsi
eĢitdi. Yerindən tərpənmədi. Əlləri belində, çıl-çılpaq, qurĢağa qədər kol-kosun içində
dayanmıĢdı, maĢın isə təpəni aĢıb tədricən ona yaxınlaĢır, faraların iĢığı indi onun da üstünə
düĢürdü. O bir müddət öz bədəninin, aĢkarlayıcı məhluldakı fotoĢəkil kimi qaranlıqda yavaĢ-
yavaĢ ağararaq necə üzə çıxdığına tamaĢa etdi. Sonra gözlərini qırpmadan yanından keçən
maĢının faralarına baxdı. Oradan geriyə bir qadının dəhĢətli çığırtısı yayıldı. “Ağ əclaflar! – o,
maĢının ardınca qıĢqırdı. – Birinci dəfə deyil ki, sizin ağ qancığınızın biri mənim...” Ancaq
maĢın artıq uzaqlaĢmıĢdı. Onun dediyini eĢidən, duyan yox idi. MaĢın yoldan qalxan toz-torpağı,
73
iĢığı, getdikcə zəifləyən qadın çığırtısını udaraq sürətlə uzaqlaĢıb artıq gözdən itməkdə idi.
ÜĢüməyə baĢladı. Sanki, o, son aktda iĢtirak etmək üçün bura gəlmiĢdi; indi o akt baĢa çatmıĢdı
və o yenidən sərbəst idi. Evə qayıtdı. Qaranlıq pəncərənin altında ayaq saxladı, alt tumanını
axtarıb tapdı, geyindi. Heç bir düyməsi qalmadığından, komaya çatanacan onu əli ilə tutub
saxlamalı oldu. Braunun xorultusu qulağına gəldi. Bir anlığa sakitcə qapının ağzında dayanıb,
Braunun boğunuq xırıltı ilə yekunlaĢan uzun, xorultulu, narahat fısıltısına qulaq asdı. “Deyəsən,
onun burnunu lap bərk əzmiĢəm, – bir anlığa fikrindən keçdi. – Qancıq balası”. Ġçəri girdi,
uzanmaq üçün çarpayısına tərəf getdi. BaĢını yastığına qoymaq istəyərkən, birdən dayandı,
əyilmiĢ vəziyyətdə yerindəcə donub qaldı. Bəlkə də, sərxoĢ bir adamın xorultusu altda səhərə
kimi yuxusuz qalacağını, səhərə kimi cürbəcür saysız-hesabsız səslər eĢidəcəyini ağlına gətirdiyi
üçün bu ona dözülməz göründü. Durub oturdu, sakitcə çarpayının altını eĢələdi, ayaqqabılarını
tapdı, geyindi, çarpayının üstündəki yarıyun adyalını – özünün yeganə yataq ləvazimatını
götürüb komadan çıxdı. Təxminən üç yüz metr aralıda at tövləsi vardı. O, çoxdan uçub
dağılmıĢdı, otuz il idi orada heç at da saxlamırdılar; ora yollandı. Bərk gedirdi. Gedə-gedə
fikirləĢdi, həm də ucadan fikirləĢdi: “Mən niyə at iyinin içində yatmalıyam?” Sonra tərəddüdlə
dedi: “Çünki onlar qadın deyillər. Hətta onların diĢisi də kiĢi kimidi”.
Ġki saatdan az yatdı. Yuxudan ayılanda Ģəfəq yenicə sökülmüĢdü. KeçmiĢdənqalma, boğaz
qıcıqlandıran çürümüĢ ot və hələ də at peyini iyi verən köhnə, alaqaranlıq tövlənin çatlaq
döĢəməsi üzərində adyala bürünərək uzanmıĢdı, pəncərədən sarı rəngə bürünmüĢ Ģərq, bir az
yüksəkdə isə yetkin yay dövrünün solğun qütb ulduzu görünürdü.
Yuxudan ayılanda yorğunluğu tamam çıxmıĢdı, elə bil, səkkiz saat yatmıĢdı. Yuxusu
birdən gəlmiĢdi, onu yuxu aparacağını heç gözləmirdi. Yenidən ayaqlarını bağları açıq
ayaqqabılarının içinə soxdu, səliqəylə qatlanmıĢ adyalı qoltuğuna vurub dimdik nərdivanla –
gözlə görünməyən çürük pillələri ayağı ilə yoxlaya-yoxlaya, boĢ əlini bir pillədən o birinə
keçirə-keçirə aĢağı düĢdü. Bayırda onu boz-sarımtıl dan yeri, sərin, təzə-tər hava qarĢıladı;
dərindən nəfəs alıb o havanı doyunca ciyərlərinə çəkdi.
Al Ģəfəqə bürünmüĢ Ģərq tərəfdə koma, həmçinin soba borusundan baĢqa evin hər yerini
gizlədən kiçik meĢəlik aydın görünürdü. Hündür otlar Ģehdən ağırlaĢmıĢdı. Ayaqqabıları dərhal
islandı. Dəri dabanlarını üĢütdü, qıçlarına toxunan nəm otlar bir az yumĢalmıĢ buz sırsıraları
kimi som-soyuq idi. Braun daha xoruldamırdı. Ġçəri girəndə Kristmas Ģərq tərəfdəki pəncərədən
düĢən iĢıqda ona yaxĢı-yaxĢı nəzər saldı. Ġndi Braun rahat nəfəs alırdı. “Ġçkidən ayılıb, –
Kristmas düĢündü. – Ayılıb, amma özünün bundan xəbəri yoxdur. Bədbəxt gicbəsər”. Ona tərəf
baxdı. “Bədbəxt gicbəsər. Yuxudan oyanıb yenə ayıq olduğunu baĢa düĢəndə gör necə
hirslənəcək. Uzağı bir saat dözəcək, sonra yenidən içib dəmlənəcək”. Adyalı yerinə qoydu,