68
“Belə-belə iĢlər, – Ģerif deyib, – axır ki, deyəsən, sözün düzünü dediniz. Ġndi isə Bakla
gedin, yaxĢı-yaxĢı yatıb yuxunuzu alın. Kristmasla mən özüm məĢğul olaram”.
“Deməli, həbsxanaya, eləmi? Mən elə belə də bilirdim, – Braun deyib. – Deməli, məni
həbsxanaya, barmaqlıqlar arxasına göndərirsiniz, özünüz isə mükafat dalınca qaçırsınız, eləmi?”
“Dilini dinc saxla, – Ģerif hirssiz-qəzəbsiz ona deyib. – Əgər sənə mükafat düĢərsə,
çalıĢacam ki, onu alasan. Bak, apar onu burdan”.
Polis Brauna yaxınlaĢıb, əlini onun çiyninə qoyub, o da ayağa qalxıb. Onlar qapıdan
çıxanda, pəncərədən içəri baxanlar onları dövrəyə alıblar. “Bak, onu tutmusunuz? Deməli, bu
odu?”
“Yox, – Bak onlara deyib. – DağılıĢın, uĢaqlar, gedin evinizə. Yatmaq vaxtıdır”.
Bayronun səsi tutulur. Sakit, yeknəsəq kəndli nitqi sükut içərisində qırılır. O, yanımcıl və
narahat nəzərlərlə Haytauerə sarı baxır, qarĢısında oturmuĢ gözüyumulu, sifətindən göz yaĢı kimi
tər axan adamı müĢahidə edir. Haytauer deyir:
– Bu dəqiqdirmi? Sübut olunubmu ki, onda zənci qanı var? Heç bilirsiniz, Bayron, bu nə
deməkdir?! Əgər camaat bilsə ki... əgər onu tutsalar... bədbəxt insan. Bədbəxt bəĢəriyyət.
– Braun elə deyir, – Bayron sakitcə, birbaĢa, əminliklə cavab verir. – Axı yalançını da elə
qorxutmaq olar ki, axırda o, məcbur qalıb düzünü desin; eləcə də əksinə: düz adamı zorla yalan
danıĢmağa məcbur etmək olar.
– Elədi, – Haytauer deyir. O, gözüyumulu, dimdik oturub. – Ancaq onu hələ tuta
bilməyiblər. Onlar hələ onu tuta bilməyiblər, Bayron.
Bayron da ona sarı baxmır.
– Hələ yox. Axırıncı dəfə eĢitdiyim Ģey budur ki, onu hələ tuta bilməyiblər. Bu gün onlar
iz axtaran itləri də gətiriblər. Amma hələ tutmayıblar. Axırıncı dəfə eĢitdiyim Ģey bu olub.
– Bəs Braun?
– Braun, – Banç deyir. – O... O da onlarla getdi. Bəlkə də, o bu qətli törətməkdə
Kristmasa kömək eləyib. Ancaq inanmıram. Elə bilirəm ki, onun gücü, olsa-olsa ancaq evi
yandırmağa çatar. Əgər onu yandırıbsa da, elə bilirəm ki, bunu nə üçün elədiyini heç özü də
bilməyib. Bəlkə də, o ümidlə eləyib ki, hər Ģey yanıb kül olsa, onda heç nəyin izi qalmaz və
onlar yenə də həmiĢəki kimi təzə maĢında Ģəhərdə istədikləri cür gəzə, kef çəkə bilərlər. Məncə,
o elə fikirləĢib ki, Kristmasın törətdiyi Ģey ağır günah yox, adi bir səhvdir. – Sifəti kütləĢir, üzü
aĢağı sallanır. Yenə də ondan yorğun, acı bir istehza ötüb keçir. – Ġndi ona, yəqin ki, heç nə
olmaz. Ġndi bu qadın özü onu istədiyi vaxt tapa bilər – əgər bu zaman o, Ģeriflə, izaxtaran itlərlə
birlikdə adam ovuna çıxmamıĢ olsa. Daha heç yana qaçmaz; niyə də qaçsın, axı min dollar, necə
deyərlər, düz burnunun ucundadır. Elə bilirəm ki, indi Kristması hamıdan çox o tutmaq istəyir.
Təsəvvür edirsiniz, onlar onu həbsxanadan çıxarır, o da onlara qoĢulub gedir, sonra isə geri
69
qayıdanda onu təzədən həbsxanaya salırlar. Həqiqətən gülməlidir. Elə bil, qatil mükafat almaq
üçün özü-özünü tutmağa çalıĢır. Ancaq o bunun əleyhinə deyil, bircə Ģeyə təəssüflənir ki, iz
dalınca qaçmaq əvəzinə, həbsxanada oturub gözləyəndə vaxtı hədər gedir. Bəli. Sabah o qadına
deyəcəm. Təkcə bunu deyəcəm ki, o hələlik həbsxanadadır – o və bir cüt izaxtaran it. Bəlkə də,
Ģəhərə apardım, qoy gedib onların hər üçünün bir xaltada olduqlarını, o xaltanı dartıĢdıra-
dartıĢdıra necə hürdüklərini öz gözləri ilə görsün.
– Siz hələ ona deməmisiniz.
– Nə ona demiĢəm, nə buna. Çünki mükafat bir yana, Braun onun burda olduğunu bilsə,
dərhal Ģəhərdən qaçar. Amma o, Kristması tutsa və buna görə mükafat alsa, bəlkə də, onda bu
qadınla vaxtında evlənə bilər. Qadın hələ heç nə bilmir; hər halda, dünən meydanda arabadan
düĢəndə bildiyindən artıq heç nə bilmir. Qarnı burnunda, yad bir adamın arabasından yavaĢ-
yavaĢ ehmalca yerə, tanımadığı adamların arasına düĢəndə, sanki, gördüklərinə sakitcə
təəccüblənərək – ancaq elə bilirəm ki, təəccüblənib-eləməyib, çünki bura kimi o qədər yolu
yavaĢ-yavaĢ, pay-piyada gəlib, söz-söhbət isə onu o qədər də yoran deyil – öz-özünə deyirmiĢ:
“Belə-belə iĢlər... Gör hardan gəlirəm, – düz Alabamadan; deyəsən, axı doğrudan da Ceffersona
gəlib çıxmıĢam”.
5
Gecə yarısıydı. Kristmas iki saat idi ki, yataqda uzanmıĢdı, amma hələ yuxuya getməmiĢdi.
O, Braunun gəldiyini görməmiĢdən qabaq eĢitdi. Braunun komaya necə yaxınlaĢdığını, qapıdan
içəri girərkən yıxılmamaq üçün onun çərçivəsində siluet kimi necə iliĢib qaldığını gözü ilə
görməmiĢdən qabaq qulağı ilə eĢitdi. Braun ağır nəfəs alırdı. O, çərçivənin kənarlarından
yapıĢıb, Ģirinliyi turĢumuz iyrənc tenor səsilə zümzümə eləməyə baĢladı. Hətta onun ləngər səsi
belə, elə bil, spirt iyi verirdi. “Mumla!”, – Kristmas dedi. O bunu yerindən tərpənmədən, səsini
yüksəltmədən dedi. Ancaq Braun dərhal susdu. O, hələ də yıxılmamaq üçün qapıdan tutub
durmuĢdu, içəri girməmiĢdi. Sonra qapını buraxdı və Kristmas onun ayağı bir-birinə dolaĢa-
dolaĢa necə içəri girdiyini eĢitdi; bir saniyə sonra o, nəyləsə toqquĢdu. Ağır, xırıltılı və fısıltıyla
dolu uzun bir fasilə yarandı. Sonra Braun, kökündən kəsilmiĢ ağac kimi əcaib bir Ģaqqıltıyla yerə
aĢdı, yıxılarkən Kristmasın çarpayısına dəydi və sərsəm bir gülüĢ otağı baĢına götürdü.
Kristmas çarpayıdan qalxdı. Qaranlıqda gözlə görünməyən, gülməyi hələ də kəsilməyən və
yerdən qalxmağa cəhd belə göstərməyən Braun hardasa onun ayaqlarının altındaydı. “Mumla!”,
– Kristmas dedi. Braun isə gülməyinə davam etdi. Kristmas Braunun üstündən adlayıb, əlini stol
kimi istifadə etdikləri taxta yeĢiyə uzatdı – fənər və kibriti orda saxlayırdılar. Ancaq yeĢiyi