Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə29/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   25   26   27   28   29   30   31   32   ...   192

 

60 


 

 Həə, – miss Bird dedi. O yenə də Linanı süzdü. –  Ceffersonda heç bir tanıĢı yoxdu? 



– O burda heç kəsi tanımır,  –  Bayron dedi.  – Onun  bütün tanıĢları  Alabamadadır. Mister 

Berç sabah,  yəqin ki, gəlib çıxar. 

 

 Həə, – miss Bird dedi. – Bəs siz harda yatacaqsınız? – Amma cavabı gözləmədi. – YaxĢı, 



onda mən bu gecə ona öz otağımda yer açaram. Əgər o etiraz etmirsə. 

 



 Çox gözəl. – Bayron dedi. – Lap yaxĢı. 

ġam yeməyinə çağırılanda Bayron artıq hazır idi. O, arada imkan tapıb miss Birdlə təklikdə 

danıĢa  bilmiĢdi.  Bunun  üçün  uydurduğu  yalan  əvvəlkindən  də  uzun  idi.  Ancaq  lazım  olmadı; 

çünki gizlətməyə çalıĢdığı Ģeyin özü özünü gizlətdi. 

        –  Süfrə  arxasında  kiĢilər  bu  barədə  danıĢacaqlar,  –  miss  Bird  dedi.  –  Elə  bilirəm  ki,  bu 

vəziyyətdə  olan  bir  qadın  (özü  də  Berç  soyadlı  ərini  axtaran  bir  qadın  o  öz-özünə  istehzayla 

qeyd etdi)  kiĢi  əxlaqsızlığı  barədə   artıq  heç  nə  eĢitməsə  yaxĢıdı. Onu gec gətirərsiniz, kiĢilər 

yeyib qurtarandan sonra. 

Bayron  elə  də  elədi.  Lina  yenə  iĢtahla  yedi,  elə  o  cür  iĢtahla  da,  yeməyini  yeyib 

qurtarmadan, elə süfrədəcə mürgüləməyə baĢladı. 

–  Bu qədər gəzmək adamı yaman yorur, – o izah etdi. 

 



 Get, qonaq otağında otur, mən də onacan sənə yer açım, – miss Bird dedi. 

 



 Mən də sizə kömək eləmək istəyirəm, – Lina dedi. Amma hətta Bayron belə onun bunu 

istəmədiyini aydın görürdü: ayaq üstə zorla dayanmıĢdı, yuxu onu basırdı.  

 

 Get,  qonaq  otağında  otur,  –  missis  Bird  dedi.  –  Elə  bilirəm  ki,  mister  Banç  da  bir-iki 



dəqiqəliyə yanında durmaqdan imtina etməz. 

 



 Mən onu tək qoymağa qorxurdum, – Bayron deyir. Stolun o baĢında Haytauerin heç tükü 

də  tərpənmir.  –  Bax,  elə  biz  orda oturub  gözləyəndə,  hər  Ģey  üzə  çıxıb,  elə  onda  Braun  Ģerifin 

kabinetində hər Ģeyi – özü haqda, Kristmas, viski və sair haqda hər Ģeyi açıb danıĢıb. Ancaq viski 

məsələsi camaat üçün yeni Ģey deyil, Kristmas onu özünə caladığı vaxtdan bəri hamı az-çox bu 

barədə  nəsə  eĢidib.  Mən  bilən,  adamlar  bircə  buna  məəttəl  qalıblar  ki,  niyə  o  məhz    Braunu 

özünə iĢ ortağı seçib. Bəlkə, ona görə ki, taylı təkcə tayını tapmır, həm də o öz tayından yayına 

bilmir.  Hətta  onların  bircə  ümumi  cəhəti  olanda  belə;  çünki  oxĢar  cəhətlərə  malik  olan  bu  iki 

adam  da  bir-birindən  çox  fərqlidi.  Kristmas  qanunu  ona  görə  pozur  ki,  çoxlu  pul  qazanmaq 

istəyir,  Braun  isə  qanunu  ona  görə  pozur  ki,  nə  elədiyini  baĢa  düĢməyə  ağlı  çatmır.  O  gecə 

bərbərxanada  Braun  sərxoĢ halda  nəsə    zəvzəyərkən,  Kristmas elə  buna görə özünü ora yetirən 

kimi onu dərhal ordan çıxarıb. Mister Maksi soruĢub:  “Sizcə, onun orda özü haqda, o biri haqda 

az qala, açıb deyəcəyi Ģey nə ola bilər?” Kapitan Mak-Lendon cavab verib: “Mən, ümumiyyətlə, 

bu  barədə  düĢünmürəm”,    onda  mister  Maksi  deyib:  “Sizcə,  onlar  doğrudanmı  spirt  dolu  yük 



 

61 


maĢınını qarət ediblər?” Mak-Lendon da ona belə cavab verib:  “Əgər sizə desələr ki, Kristmas 

deyilən bu oğlan həyatında bundan ağır cinayət törətməyib, bu sizə təəccüblü gəlməz?”  

     Dünən  axĢam  Braun  məhz  bunları  danıĢıb.  Ancaq  bunlardan  hamının  xəbəri  var. 

Camaat çoxdan deyirdi ki, onların  bu  əməlləri  barədə  miss Berdenə  xəbər  vermək,  hər halda,  

pis  olmaz.  Ancaq  elə  bilirəm  ki,    heç  kimin  ora  getməyə  həvəsi  olmayıb,    axı  kim  bilirdi  ki, 

gedib  ona  xəbər  verəndən  sonra  bu  iĢin  axırı  necə  qurtaracaq?  Mən  bilən,  yerlilərdən    heç  kəs 

ömründə  o  qadının  üzünü  görməyib.  Doğrusu,  heç  mən  özüm  də  o  köhnə  evə  getmək 

istəməzdim; axı heç kim onun evinə getməyib, yalnız arabayla yoldan ötənlər bəzən onu həyətdə 

nəyləsə qurdalanan görüblər,  onda da əynindəki paltar, baĢındakı ləçək o qədər nimdaĢ olurmuĢ 

ki,  heç  zənci  qadınlar  belə  onları    geymək  istəməzmiĢ.  Bəlkə  də,  özü  bilirmiĢ.  Bəlkə,  heç 

əleyhinə də deyilmiĢ, axı o,  Ģimallıdı və sairə. BilsəymiĢ, kim bilir, bunun axırı necə qurtarardı. 

Bir  sözlə,  yatağa  girənəcən  onu  tək  qoymaqdan  qorxurdum.  Dərhal,  elə  o  gecə  sizin 

yanınıza  gəlmək  istəyirdim.  Ancaq  onu  tək  qoymaqdan  qorxurdum.  KirayəniĢinlər  hələ 

dəhlizdən  yığıĢmamıĢdılar,  fikirləĢirdim  ki,  onların  hansısa  birdən  bu  barədə  söhbət  açar,  hər 

Ģeyi  açıb ona deyər; çünki onların artırmada toplaĢıb bu barədə danıĢdıqlarını özüm də eĢitdim, 

o  isə  matdım-matdım  üzümə  baxırdı,  sifətindən  görünürdü  ki,  yenə  də  yanğın  barədə  nəsə 

soruĢmaq  istəyir.  Buna  görə  də  onu  tək  qoymağa  qorxurdum.  Qonaq  otağında  oturmuĢduq,  

gözlərindən yuxu tökülürdü, mənsə elə  hey o oğlanı hökmən tapacağımı deyirdim; deyirdim ki,  

gedib tanıĢ keĢiĢlə bu haqda danıĢmaq lazımdır, bu iĢdə o bizə kömək eləyə bilər. Elə hey mən 

danıĢıram, o isə gözləri yarıyumulu halda oturub, bilmir ki, mən onun bu oğlanla evli olmadığını 

artıq bilirəm. Elə bilir ki, hamını aldadıb. Sonra soruĢur ki, haqqında danıĢmaq istədiyim adam 

necə  adamdır,  mən  də  cavab  verirəm,  o  isə  hələ  də  gözləri  yarıyumulu  halda  oturub,  fərqində 

deyil,  nəhayət, ona deyirəm:   “Siz  mənim dediklərimin  heç  birini eĢitmədiniz,”  –  bu an,  sanki, 

silkinib  özünə  gəldi,  düzdür,  gözlərini  açmadı,  amma  soruĢdu:  “O  hələ  də  kəbin  kəsə  bilir?” 

Deyirəm:  “Nə?  Nə  kəsə  bilir?”  –  “Yəni, o  əsl keĢiĢdir?  – deyir.  –  Adamlara kəbin kəsib onları 

evləndirə bilir?” 

Haytauer  yerindən  tərpənmir.  Stolun  arxasında  oturub,  belini  dimdik  tutub,  əllərini 

paralel  Ģəkildə  kreslonun  qoltuqları  üstünə  qoyub.  Pencəyi  əynində  yoxdur,  köynəyi  də 

yaxalıqsızdı. Sifəti çox arıq, həm də sallaqdı; gicgahları çallaĢmıĢ daz kəllə qutusunun içindən, 

bir cüt tərpənməz parlaq eynək ĢüĢənin arxasından,  elə bil, bir-birinin üstünə qoyulmuĢ iki sifət 

baxır.  Stolun  arxasından  görünən  gövdənin  bir  hissəsi  qıcqırıb  daĢmıĢ  xəmir  kimi  yanlara 

yayılıb,  oturmaqdan  piy  basıb,  lırtlaĢıb,  eybəcər  hala  düĢüb.  O,  birdən  gərilir;  nədənsə  ehtiyat 

etdiyi, nədənsə yayınmaq istədiyi indi açıq-aĢkar sifətinə yazılıb. 

– Bayron, – deyir, – Bayron, siz mənə nə danıĢırsınız? 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə