Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə27/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   23   24   25   26   27   28   29   30   ...   192

 

56 


Bayron  baxıĢlarını  yenə  də  onun  üzərində  saxlayır.  Amma  Haytauerin  sifətində  yalnız 

ciddilik və maraq ifadə olunub. 

– Braunla Kristmas, – Bayron deyir. Haytauerin sifəti hələ də dəyiĢmir. – Siz bu haqda da 

eĢitməmisiniz, – Bayron deyir. – Onlar orda qalırdılar. 

– Orda qalırdılar? Otaq kirayələmiĢdilər? 

– Yox. Evin arxasındakı zənci komasında. Kristmas üç il bundan əvvəl onu təmir etmiĢdi. 

O vaxtdan da orda yaĢayırdı,  adamlar da baĢ sındırırdılar ki, görən o harda gecələyir. Braunla  

curlaĢandan sonra onu da yanına buraxmıĢdı. 

–  Həə,  –  Haytauer  deyir.  –  Amma  mən  baĢa  düĢmürəm  ki...  Əgər  onlar  bir    yolun 

yolçusuydularsa,  onda miss Berden niyə... 

–  Məncə, bir idilər. Viski satırdılar, köhnə malikanədən isə qərargah kimi istifadə edirdilər 

–  bir  növ,  göz  yayındırmaq  üçün.  Ġnanmıram  ki,  miss  Berdenin  bundan,  yəni  viskidən  xəbəri 

olsun. Hər halda, camaat onun bundan xəbəri olub-olmadığını dəqiq bilmir. Deyirlər ki, Kristmas 

bu iĢə üç il bundan qabaq təkbaĢına baĢlayıb, qorxa-qorxa; özü də yalnız biri digərini tanımayan 

daimi  müĢtərilərə  satırmıĢ.  Amma  Braunu  da  özünə  Ģərik  götürəndən  sonra,  görünür, o,  alveri 

geniĢləndirmək istəyib. Qarnında gizlətdiyi iki yüz əlli qramlıq ĢüĢələri elə dalandaca kimə gəldi 

satmağa  baĢlayıb. Daha doğrusu, özü içib  qurtara bilmədiklərini  satırmıĢ. Satmaq üçün  viskini 

hardan  əldə  edirmiĢlər  –  bu da qaranlıq  məsələdir. Çünki  Braun   iĢdən çıxıb özünə  yeni  bir  iĢ 

tapandan  –    təzə  maĢında  gəzməyə  baĢlayandan  iki  həftə  sonra  Ģənbə  günü  axĢam  içmiĢ  halda 

ĢəhərdəymiĢ; dəlləkxanada camaatın önündə öyünürmüĢ ki, Kristmasla gecə vaxtı Memfisdəmi, 

yoxsa  Memfisə  çathaçatda  yoldamı  nəsə  eləyiblər.  Nəsə  kolluqda  gizlədilmiĢ  maĢından, 

Kristmasın  tapança  ilə  nəsə  eləməsindən,    sonra  da  hansısa  yük  maĢınından,  dörd  yüz  litrdən 

danıĢırmıĢ;  elə  bu  vaxt  Kristmas  içəri  girib,  onun  üstünə  cumaraq,  yumruqla  vurub  kreslodan 

aĢırıb. Sonra isə özünə xas həlim – xoĢ olmasa da,  qəzəbsiz-qeyzsiz bir səslə sakitcə ona deyib: 

“Sən bu Cefferson odekolonunu bir qədər az iç. O sənin baĢını xarab edib. Elə eləmə ki, sonra 

burnundan  tökələr”.  Bir  əli  ilə  Braunun  yaxasından  tutub  yıxılmağa  qoymur,  o  biri  əli  onun 

sifətini  ĢapalaqlayırmıĢ.  Deyəsən,  elə  də  bərk  vurmurmuĢ.  Ancaq  Kristmas  əlini  onun 

yaxasından  çəkəndən  sonra  Braunun  sifəti,  hətta  bakenbardının  altı  da  qıpqırmızı  qızarıbmıĢ. 

“Çıx bayıra,  təmiz hava al, – Kristmas deyib. – Camaatı iĢindən eləyirsən”. – Bayron fikrə gedir. 

Sonra  deyir:  –  Sonra  da  bu  qadın,  taxta  yığınının  üstündə  oturub  mənə  baxır,  mən  də  bütün 

bunların hamısını ona danıĢıram; o isə baxır. Sonra da deyir: “Bəs onun ağzının qırağında, bax, 

burasında xırda bir çapıq yoxdu ki?”   

– Deməli, o Braun imiĢ, – Haytauer deyir. DaĢ kimi hərəkətsiz oturub dinc bir heyrət içində 

Bayrona  baxır.  Onda  eĢitdiklərinə  qarĢı  nə  bir  hiddət,  nə  də  narazılıq  əlaməti  hiss  olunmur. 

Sanki,  söhbət  baĢqa  bir  planetin  sakinlərindən  gedir.  –  Onun  əri  butleger  imiĢ.  Belə-belə  iĢlər. 



 

57 


Belə,  belə  iĢlər...  –  Bayron  keĢiĢin  sifətində  dirçəliĢə  oxĢar  mürgülü,  Haytauerin  özünün  hələ 

dərk  edə  bilmədiyi  bir  tərpəniĢ  hiss  edir;  sanki,  içindəki  hansısa  bir  qüvvə  ona  xəbərdarlıq 

etməyə, ya da onu nəyəsə  hazırlamağa çalıĢır. Ancaq Bayron bu tərpəniĢdə  yalnız özünün artıq 

bildiyi və deməyə hazırlaĢdığının əks olunduğunu görür. 

 

 Bir  sözlə,  nə  elədiyimi  anlamağa  macal  tapmamıĢ  hər  Ģeyi  açıb  ona  danıĢdım.  Axı 



haradan  biləydim  ki,  bu  hələ  hamısı  deyil?  Bilsəydim,  dilimi  kəsib  atardım  –  Ġndi  o, 

həmsöhbətinin  üzünə  baxmır.  Pəncərədən  o  yanda,  bayırda  sakitlikdi,  amma    gecə  sükutunda 

uzaq  kilsədən  orqanın,  xorun  həmahəng  səsi  aydın  eĢidilir.  Görən  o  da  eşidirmi?  Bayron 

fikirləĢir Ya da buna o qədər çox, o qədər tez-tez qulaq asıb ki, daha onu  eşidə bilmir. Ya da o 



indi buna qulaq  asmağa heç ehtiyac da duymur. Bütün axĢamı,  mən  iĢləyib qurtaranacan orda 

oturub  qaldı,  artıq  göydəki  tüstü  də  çəkilmiĢdi,  mənsə  nə  deyəcəyimi,  onunla  neyləyəcəyimi 

bilmirdim. BirbaĢ ora getmək istəyirdi, istəyirdi ki, oranın yolunu ona göstərim.  Deyəndə ki ora 

ən azı iki mil yol var, mənə gülməyi tutdu, elə bil, mən onun üçün körpə uĢaq-zad idim. “Mən 

düz  Alabamadan  gəlirəm,  –  dedi.  –  Ġki  mil  nə  olan  Ģeydi!”  Onda  ona  dedim...  –  Səsi  qırılır. 

Sanki, ayaqlarının altına, döĢəməyə  baxır. Gözlərini qaldırır.  – Mən,  yəqin ki,  yalan danıĢdım. 

Amma  bu,    heç  də  tam  yalan  deyildi.  Axı  bilirdim  ki,  adamlar  hamısı  ora  toplaĢıb,  yanğına 

tamaĢa  edirlər,  o  da  ora  gedəndə  onu  soruĢmağa  baĢlayacaq.  Qalanını  isə  onda  mən  özüm  də 

bilmirdim.  Yəni  əsas  Ģeyi.  Ən  pis  olanını.  Ona  dedim  ki,  indi  o  öz  iĢiylə  məĢğuldur,  yaxĢısı 

budur, onu Ģəhərin mərkəzində, saat altıdan sonra axtarsın. Doğru olan da elə budu. Axı o, bunu 

–    çılpaq  sinəsində  soyuq  viski  ĢüĢələri  daĢımağı  öz  iĢi  adlandırır;    əgər    Ģəhər  mərkəzində  – 

meydanda  onu  görməyibsə,  deməli,  ora  gəlir,  yəqin  hardasa  ləngiyib,  ya  da  bir  dəqiqəliyə 

hansısa dalana dönüb. Bir sözlə, onu inandırdım ki, oturub gözləsin; o oturub gözləyir, mən isə 

iĢləyə-iĢləyə fikirləĢirdim ki, neyləyim. Ġndi, hər Ģeyi biləndən sonra dünən çox az  Ģey bildiyim 

halda  nə  qədər  narahatçılıq  keçirdiyimi  fikirləĢirəm,  mənə  elə  gəlir  ki,  əslində  dünən  narahat 

olmalı  bir  Ģey  yox  imiĢ.  Bütün  günü  fikirləĢirəm  ki,  dünənki  günü  geri  qaytarmaq  mümkün 

olsaydı, hər Ģey nə qədər asan olardı, dünənkilərdən savayı heç bir narahatçılığım qalmazdı. 

 



Yenə də sizin nə üçün narahat olduğunuzu anlaya bilmirəm, –  Haytauer deyir. – Günah 

sizdə deyil ki, o oğlan necə var elədir, o qadın da bu hala düĢüb. Siz nə bacarırsınız,  eləmisiniz. 

Yad  adamdan  tələb  olunan  hər  Ģeyi.  Amma  əlbəttə  ki...  –  Onun  da  səsi  qırılır.  O  bu  keçiddə 

donub qalır; sanki, boĢ bir mühakimə əvvəlcə anlamlı bir fikrə, sonra isə nəsə qayğıkeĢlik kimi 

bir  Ģeyə  çevrilir.  Bayron  hərəkətsiz  halda  onun  önündə  oturub,  ciddi  sifəti  daha  da  kütləĢib. 

Bayronun  qarĢısında  əyləĢən  Haytauer  isə  hələ  məhəbbət  barədə  düĢünmür.    O  ancaq  bunu 

xatırlayır  ki,  Bayron  hələ  cavandır,  öz  həyatını  nəfsini  boğmaqla,  ağır  əməklə  keçirib  və 

danıĢdıqlarından  da  belə  çıxır  ki,    heç  vaxt  görmədiyi  bu  qadın  onda      nəsə  bir  narahatçılıq 

doğurub; hərçənd Bayron özü bunu, sadəcə, yazığı gəlmək hesab eləyir. Və indi o, Bayrona nə 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə