76
ilə ĢüĢənin o tayındakı adamı görəndə dərhal sözünü yarımçıq kəsdi. O qədər soyuq, o qədər
zəhmli idi ki, hətta fit çala-çala küçədən ötən zənci oğlan da Kristması görəndə səsini kəsdi,
kənara çəkildi, onun arxa tərəfinə keçəndən sonra sürətlə, tez-tez dönüb geri baxa-baxa ordan
uzaqlaĢdı. Ancaq Kristmas özü də artıq oradan uzaqlaĢırdı. Sanki, o burada yalnız ona görə ayaq
saxlamıĢdı ki, Braun onu görsün.
Tələsmədən, aram addımlarla meydandan uzaqlaĢırdı. HəmiĢə sakit olan küçə indi tamam
kimsəsiz idi. Bu küçə zənci məhəlləsindən, Fridmen-Taundan keçib stansiyaya qədər uzanırdı.
Saat yeddidə o burda Ģəhər meydanına, yaxud kinoya gedən həm ağ, həm də qara adamlarla
rastlaĢa bilərdi; onun yarısında isə onlar evlərinə qayıdırdılar. Amma hələ kino qurtarmamıĢdı,
buna görə də o, indi küçədə tək-tənha idi. YavaĢ-yavaĢ yeriyir, ağların evləri arasında bir
fənərdən o birinə doğru irəliləyirdi; ağcaqayın, palıd yarpaqlarının sıx kölgəsi onun ağ köynəyi
üstündə qara məxmər zolaqları kimi sayrıĢırdı. Ucaboy bir kiĢinin kimsəsiz küçədə tək-tənha
gəzməsi qədər qatı yalqızlığı təsəvvürə gətirmək çətindir. O, çox iri, çox da ucaboy olmasa da,
səhradakı tənha telefon dirəyindən də yalqız görünürdü. BoĢ, geniĢ, kölgələrin tutqunlaĢdırdığı
küçədə o, öz dünyasından ayrı düĢmüĢ, yolunu azmıĢ bir xəyalat, bir ruh kimi görünürdü.
Sonra birdən harda olduğunun fərqinə vardı. Özü hiss etməsə də küçə dikdirlə üzüaĢağı
düĢmüĢ, ətrafına baxmağa macal tapmamıĢ onu Fridmen-Tauna – gözə görünməyən zəncilərin
yay iylərinin, yay səslərinin arasına gətirib çıxarmıĢdı. Onlar – bu qeyri-cismani səslər, sanki,
onu dövrəyə almıĢdılar, özgə dildə pıçıldaĢır, danıĢır və gülüĢürdülər. Sanki, o, dar, dərin,
qaranlıq bir quyunun dibinə düĢmüĢdü və ordan özünü ətrafdakı, o qədər də aydın seçilməyən,
ağ neft çırağı ilə güclə iĢıqlanan koma cizgilərinin əhatəsində görürdü; elə bil, küçə fənərləri də
məhz buna görə az idi, sanki, qara həyatı, qara nəfəsi bir-birinə qarıĢıb nəsə qatı bir məhlula
çevrilmiĢdi, ona görə də təkcə səslər deyil, həm də hərəkətdə olan bütün cisimlər, elə iĢığın özü
də maye halına düĢməli, yaxınlaĢmaqda olan gecəni yavaĢ-yavaĢ, zərrə-zərrə canına soraraq,
onunla vahid, bölünməz bir Ģey təĢkil etməliydı.
Ġndi o, yerində dayanıb tərpənmirdi, dərindən, ağır-ağır nəfəs alır, qudurmuĢ vəhĢi heyvan
kimi ətrafına göz gəzdirirdi. Ağ neft çıraqlarının bürkülü, tutqun iĢıqları qaranlıqda zənci
daxmalarının cizgilərini üzə çıxarırdı. Hər yanda, hətta onun öz içində belə zənci qadınlarının
qeyri-cismani, münbit bətnli səslərinin uğultusu eĢidilirdi. Sanki, o və onun kiĢi həyatını təĢkil
edən bütün Ģeylər geriyə – iĢıqsız, isti, nəm ilkin Qadın bətninə qaytarılmıĢdı. O, diĢləri, gözləri
parıldaya-parıldaya növbəti küçə fənərinə doğru qaçmağa baĢladı, ağzına dolan hava qurumuĢ
dodaqlarını, diĢlərini üĢütdü. Qaranlıq çökəklikdəki dar, çala-çuxur yol fənərə çatanda yana
burulub üzüyuxarı, paralel küçəyə qalxırdı. Kristmas qaça-qaça o yola döndü, tövĢüyə-tövĢüyə,
sərt yoxuĢla üzüyuxarı – o küçəyə tərəf qaçmağa baĢladı. Ora çatanda dayandı, nəfəsi kəsilmiĢdi,
77
gözləri oyan-buyana səyriyirdi, az qala, ürəyi yerindən qopacaqdı; sanki, o, artıq ətrafındakı
havanın soyuq, kəskin, ağ adam havası olduğuna heç cür inana bilmir, yaxud inanmaq istəmirdi.
Sonra o soyudu. Zənci iyi, zənci səsləri arxada, aĢağıda qalmıĢdı. Solunda iĢıq
salxımlarına bürünmüĢ meydan uzanıb gedirdi: sanki, parlaq qanadlı quĢlar həyəcan içində göy
üzündən asılı qalmıĢdılar. Sağ tərəfində bir-birindən gəmirilmiĢ, təmkinli budaqları ilə ayrılan
tək-tük küçə fənərləri cərgəylə addımlayırdılar. O, yenə də yavaĢ-yavaĢ, yenə də ağların
evlərinin arasıyla yoluna davam etdi, meydandan uzaq olmağa çalıĢdı. Burada da verandalarda –
çəmənliklərdəki kreslolarda da həmçinin – adamlar oturmuĢdular; amma o burda rahat, sərbəst
yeriyirdi. Arabir onları görə də bilirdi: baĢların siluetlərini, paltarlı ağ adam fiqurlarının aydın
seçilməyən cizgilərini; bir iĢıqlı verandada kart stolu arxasında dörd nəfər oturmuĢdu – zəif
lampa iĢığında aydın görünən gərgin ağ sifətlər və qadınların mənasız kartlar üzərində ağaran
yumĢaq çılpaq əlləri. “Mənim istədiyim də elə budu, – o fikirləĢdi. – Deyəsən, o qədər də çox
Ģey istəmirmiĢəm”.
Bu küçə də üzüaĢağı enməyə baĢladı. Ancaq bu eniĢ etibarlıydı. Onun havada üzən ağ
köynəyi, güclə görünən qara ayaqları ulduzlu avqust səmasına soxulan enli və Ģaquli kölgələrin –
pambıq anbarının, baĢı üzülmüĢ mastodont
2
gövdəsi kimi uzun və silindrvarı sisternlərin, yük
vaqonları cərgəsinin kölgələri arasında itib-batdı. O, dəmiryolu xəttini keçdi, relslər semafor
iĢığında iki yaĢıl ox kimi bir anlığa bərq vurdu və sonra o iĢıq yenə ordan uzaqlaĢdı. Dəmiryolu
xətlərindən sonra meĢə baĢlayırdı. Ancaq o, cığırı səhvsiz tapdı. Cığır ağacların arasından dağa
qalxırdı; vadinin o tayında, dəmir yolunun uzanıb getdiyi yerdə yenə də bir-birinin ardınca
Ģəhərin iĢıqları görünməyə baĢladı. Ancaq o, təpənin zirvəsinə çıxanacan dönüb arxaya baxmadı.
Orda isə Ģəhəri, Ģəfəqi, ayrı-ayrı iĢıqları yenidən gördü – ordan baxanda küçələr, sanki,
meydandan qaçıb ətrafa dağılırdı. Yola çıxdığı küçəni, az qala onu satan o biri küçəni gördü, bir
az uzaqda isə düz bucaq altında sınan parıltılı Ģəhər səddi və onun bir küncündə bayaq ürəyi
çırpınaraq, diĢləri ağara-ağara baĢ götürüb qaçdığı o qara çökəklik görünürdü. Oradan bura nə
iĢıq, nə nəfəs, nə də iy gəlirdi. O, sadəcə qara, anlaĢılmaz bir Ģey kimi titrək avqust iĢıqlarının
salxımları arasında durub qalmıĢdı. Bəlkə də, o, ilkin nüvə, ilkin xaosun özüydü.
O, zil qaranlığa, ağaclara baxmayaraq qətiyyətlə irəliləyirdi. Tutduğu cığırı gözü ilə seçə
bilməsə də, bir dəfə də olsun yolu azıb kənara çıxmadı; meĢənin uzunluğu bir mil olardı.
Nəhayət, geniĢ yola çıxdı, ayaqlarını toza basdı. Ġndi o, getdikcə böyüyən dünyanı, üfüqü
görürdü. Adda-budda pəncərələrdən iĢıq gəlirdi. Ancaq komalar qaranlıq içində idi. Buna
baxmayaraq, qan yenə dilə gəldi: danıĢdı, danıĢdı. Yeyin-yeyin, onun təqtinə uyğun yeriyirdi;
deyəsən o bu adamların zənci olduğunu onları görməmiĢdən, eĢitməmiĢdən, onlar artıq yerə
yatmıĢ tozun fonunda boy verməmiĢdən əvvəl baĢa düĢmüĢdü. BeĢ və ya altı nəfər idilər, cüt-cüt
2
Mastodont – ibtidai dövrdə yaĢamıĢ xortumlu böyük heyvan