80
Ġndi pərdənin arxasında, təhlükəsiz yerdəydi. Onlar gedəndən sonra diĢ məcununu yerinə
qoyub otaqdan çıxacaqdı. Buna görə də orda, pərdənin arxasında çömbəltmə oturub gözləyir,
qulaq verməsə də, ehtiraslı qadın pıçıltısının səsini eĢidirdi: “Yox! Yox! Burda yox. Ġndi yox.
Birdən görən olar. Ġçəri girən... Eləmə, Çarli! XahiĢ edirəm!” Həkim oğlanın sözlərindən isə,
ümumiyyətlə, heç nə baĢa düĢmürdü. Səs də boğuq çıxırdı. Amma qəddar səs idi – indiyə qədər
bütün kiĢilərdən eĢitdiyi səslər kimi; zira qadın dünyasından qısa bir müddətə qaçıb yox ola,
sonra isə ölüm saatınadək ona sığınıb qalmaq naminə təkrar qaçıb geri qayıda bilmək üçün o,
hələ çox balacaydı. BaĢqa tanıĢ səslər də eĢitdi: ayaq tappıltısını, qıfılda açarın burulduğunu.
“Yox, Çarli! Çarli, xahiĢ edirəm! XahiĢ edirəm, Çarli!” – qadın pıçıldayırdı. BaĢqa səslər də
gəldi: xıĢıltı, cırıltı, amma bunlar insan səsi deyildi. O bu səslərə qulaq asmırdı, sadəcə, oturub
gözləyirdi, dalğıncasına düĢünürdü ki, günün belə bir vaxtında yatağa girmək çox qəribədir.
Yenə də nazik pərdənin arxasından get-gedə zəifləyən qadın pıçıltısının səsi eĢidildi: “Mən
qorxuram! Tez ol! Tez elə!”
O, yumĢaq, qadın iyi verən paltarların və ayaqqabıların arasında çömbəlib oturmuĢdu.
Haçansa yumru olan, indi isə əzilmiĢ diĢ məcununu yalnız əlinin təmasıyla görürdü. Soyuq,
gözəgörünməz, soxulcanabənzər diĢ məcununun barmağının üstünə tökülüb, ordan da dərhal,
mexaniki surətdə ağzına yol tapdığına, sonra da dilinin ucunda həm Ģirin, həm də acı bir Ģey kimi
necə əridiyinə gözüylə deyil, dilinin dadıyla tamaĢa edirdi. Adətən o, tübiki sıxıb bir udum
məcun götürür, sonra isə onu yerinə qoyub otaqdan çıxırdı. Hətta beĢ yaĢında belə bilirdi ki,
bundan artıq götürmək olmaz. Bəlkə də, heyvani instinkt buna yol vermirdi: çox yesə, halı
pisləĢər; bəlkə də, insani hissiyyat onu çəkindirirdi: tübiki çox sıxsa, tibb bacısı hər Ģeyi baĢa
düĢər. Bu gün isə ilk dəfəydi ki, çox götürürdü. Pərdənin arxasında gizlənib gözlədiyi üçün belə
alındı. Tübikin necə arıqladığını əlinin təmasıyla görə bilərdi. Onu tər basdı. Sonra anladı ki,
xeyli vaxtdır tərləyir, xeyli vaxtdır heç nə eləmir, yalnız tərləyir. Ġndi o, heç nə eĢitmirdi. Yəqin
ki, pərdənin o tayında güllə atsaydılar, onun da səsini eĢitməzdi. BaĢı özünə qarıĢmıĢdı, necə
tərlədiyini, mədəsinin daha götürmək istəmədiyi növbəti məcun diliminin ağzında necə əridiyini
görməyə çalıĢırdı. Doğrudan da, onu heç cür uda bilmirdi. Hərəkətsizdi, sanki, dərin fikrə
dalmıĢdı, kolba ĢüĢəsinə əyilib baxan kimyagər kimi baĢı sinəsinə əyilmiĢdi, gözləyirdi. Amma
çox gözləmək lazım gəlmədi. Axır ki, birtəhər udduğu məcun parçası birdən içəridə qaynamağa,
geriyə, sərin havaya sıçramağa çalıĢdı. Artıq o, Ģirin deyildi. Pərdənin arxasında, basırıq,
bənövĢəyi-qadın iyi verən qaranlıqda ağzından bənövĢəyi köpük axa-axa oturub, öz içinin səsinə
qulaq asır, əlacsız halda, təəccüb içərisində nə olacağını gözləyirdi. Oldu da. Ümidini tamam
üzüb, sakitcə öz-özünə dedi: “Hər Ģey bitdi”.
Pərdə qəfil kənara fırladılanda o, heç baĢını da qaldırmadı. Kiminsə əlləri qəzəblə onu
qusmağın içərisindən dartıb qaldıranda da müqavimət göstərmədi. Heysiz, ağzıaçıq halda o
81
əllərdən asılı qaldı, ĢüĢə kimi donuq, sərsəm baxıĢlarını haçansa ona ĢipĢirin yeməli bir Ģeyi
xatırladan o hamar, sığallı əllərin sahibinin artıq hamar, sığallı, ağ-bənövĢəyi olmayan, pırtlaĢıq,
qəzəbli saçlara bürünmüĢ sifətinə zillədi. “Ġt balası it! – cır, qəzəbli səs zingildədi, – Ġt balası it!
Nədi, məni pusursan?! Ġyrənc zənci küçüyü!”
Diyetaçı tibb bacısının iyirmi yeddi yaĢı vardı, bu yaĢ riskə gedib bir-iki dəfə sevgi
macərası yaĢamaq üçün kifayət qədər olsa da, belə bir iĢ üstündə qəfil yaxalanmağı həzm edə
bilmək üçün xeyli az idi. Bu qız həm də belə bir Ģeyə inanacaq qədər kütbeyin idi ki, beĢ
yaĢında uĢaq yalnız eĢitdiklərinə əsasən orada nə baĢ verdiyini nəinki baĢa düĢə, həm də
böyüklər kimi bu haqda kiməsə nəsə danıĢa bilər. Buna görə də növbəti iki gün ərzində hara
baxırsa baxsın, hara gedirsə getsin, uĢağın gözləri önündən çəkilmədiyini, heyvana xas inadkar,
sual dolu baxıĢlarla diqqətlə onu izlədiyini güman edərək, onun xarakterinə yalnız böyüklərə xas
bəzi cizgilər də əlavə etdi; bu qərara gəldi ki, bu uĢaq bildiyini nəinki hamıya yaymaq
niyyətindədir, həm də onun əzablarını daha da artırmaq üçün bu iĢi qəsdən uzadır. Daha ağlına
da gətirmirdi ki, uĢaq özünün pis iĢ üstündə yaxalandığını, cəzanı gecikdirməklə ona əzab
verdiklərini düĢünür, buna görə də tezliklə buna son qoymaq, kötək payını almaq, borcunu
ödəmək, hesabını qapatmaq üçün hər yerdə onun gözünə soxulmağa çalıĢır.
Ġkinci gün əndiĢəsi son həddə çatdı. Gecə yata bilmədi. Yatağında uzanıb diĢlərini,
yumruqlarını möhkəm-möhkəm sıxaraq qəzəbdən və dəhĢətdən, bundan da betəri,
peĢmançılıqdan – zamanı, heç olmasa, bir saatlığa, bir saniyəliyə geri qaytarmağın müdhiĢ,
ümidsiz ehtiyacından nəfəsi boğula-boğula, demək olar ki, bütün gecəni oyaq qaldı. Lap elə
yaĢadığı eĢq anının özündən belə imtina etməyə hazır idi. Ġndi heç cavan həkim də onu bu uĢaq
qədər maraqlandırmırdı; indi uĢaq onun üçün yalnız vasitəyə, özü də onun nicatına deyil,
məhvinə iĢləyən vasitəyə çevrilmiĢdi. Bu iki adamdan hansına daha çox nifrət etdiyini də
bilmirdi. Hətta haçan yuxuya getdiyini, haçan ayıq olduğunu da dəqiq deyə bilməzdi. Çünki o
hərəkətsiz, qaĢ-qabaqlı, perqament rəngli sifət yumulu göz qapaqlarının, tor qiĢasının önündən
bir an belə çəkilmir, daim onu izləyirdi.
Üçüncü gün axır ki, bu yarıyuxulu-yarıayıq vəziyyətin komasından çıxdı; bütün bu günlər
ərzində o, günün iĢıqlı saatlarında və digər sifətlər arasında öz gerçək sifətini eyni anda həm
qeyri-təbii, həm də çıxarıb atılması mümkün olmayan ağrılı-acılı ifadəyə malik maska kimi
özüylə daĢımıĢdı. Üçüncü gün qəti qərara gəldi. UĢağı tapmaq o qədər də çətin olmadı. Onu
dəhlizdə – nahardan sonrakı istirahət saatında bomboĢ, kimsəsiz dəhlizdə tapdı. Orda boĢ-bekar
dayanmıĢdı. Bəlkə də, onun dalınca gəlmiĢdi. Onu gözləyib-gözləmədiyini kimsə ayırd edə
bilməzdi. Ancaq diyetaçı tibb bacısı onu burda görəndə təəccüblənmədi, heç o da geriyə dönüb
onu – biri artıq hamar, sığallı, ağ-bənövĢəyi olmayan, digəri isə təkcə intizardan baĢqa heç nə